AVADANLIQ

AVADANLIQ (ev şeyləri, ev əşyaları) Əldə edilən qab-qacağı, yorğan-döşəyi, cecimi, kilimçəni, ümumən bütün balıqçı paltar-palazını, bütün bu ev-eşik deyilənin avadanlığını burdaca töküb uzaqlaşmaq, öz məliklərinin həyatlarını xilas etmək Minabəyim üçün ümdə şərtdən idi (S.Rəhimov); ABADANLIQ Ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri abadanlıq vardı (C.Məmmədquluzadə); BARXANA (köhn.) Hər kos öz barxanasını alıb, bir kənara çəkilir (Mir Cəlal); DİR-DİRRİK Belə ki, [Tükəzbanın] ərinin ölməyi onun dir-dirriyinə böyük zərbə vurmamışdır (B.Talıblı); ƏŞYA Evin əşyasını siyahıya almağa başlarkən mizin üstündəki qalın cildli kitab arasından bir məktub tapdım (M.Hüseyn); MÜXƏLLƏFAT Şöbənin var-yoxunu, evinin müxəlləfatının hamısını satıb xərc etdilər, heç bir əlac olmadı (Ə.Haqverdiyev).

AUL
AVAM
OBASTAN VİKİ
Avadanlıq
Avadanlıq aşağıdakı mənalara gələ bilər: Şəbəkə avadanlıqları: Kompüter şəbəkəsinin elementləri arasında əlaqə yaratmaq üçün lazım olan qurğulardır. Kompüter avadanlığı: Kompüterdə olan fiziki vahidlər.
Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi

Digər lüğətlərdə

горо́х да́о забродя́жничать излива́ть спекули́ровать чу́дный ва́ша конфли́кт курча́виться наряду́ отстре́л подобостра́стность помера́нец приписа́ться прозаи́чно сакрамента́льность стре́лка то́ждество элега́нтно Саваоф apocalyptical melodics provoker tapeworm womankind