Elburus Verdiyev
Elburus İlyas oğlu Verdiyev (1 may 1993, Aşağı Quşçu, Tovuz rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Elburus Verdiyev 1993-cü il mayın 1-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi.
== Hərbi xidməti ==
Elburus Verdiyev 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
=== İkinci Qarabağ müharibəsində iştirakı ===
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elburus Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elburus Verdiyev oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.