LAMİYƏ

işıqlı, işartı, parıltı.
LAMİƏ
LAMİYYƏ
OBASTAN VİKİ
Lamiyə Səlimova
Lamiyə Oleq qızı Səlimova (Lamiyə Ərən) 19 yanvar 1985-ci il tarixində Qax şəhərində anadan olub. == Həyatı == 1991-2001. Siyəzən şəhər Şirin İsmayılov adına 3 saylı tam orta məktəb (orta təhsil) 1997-2001. Siyəzən rayon Uşaq İncəsənət Məktəbi, qarmon ifaçılığı (orta musiqi təhsili) 2002-2006. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, aktyorluq fakültəsi, estrada aktyorluğu ixtisası (ali təhsil, bakalavr) 2004. Gürcüstan Beynəlxalq Tələbə Teatr Festivalı, Tbilisi (iştirakçı, mükafatçı) 2008-2009. Dünya şöhrətli kinossenarist Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Akademiyası, aktyorluq fakültəsi 2011. Azərbaycan Dövlət Gənclər və İdman Nazirliyinin dəstəyi, millət vəkili Jalə Əliyevanın layihəsi ilə həyata keçirilən Milli Qəhrəman Mübariz İbrahimov adına I Ümumrespublika Teatr Festivalı ("Ən yaxşı aktrisa" nominasiyasının qalibi) 2013-2017. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "Teatr sənəti" fakültəsi, "Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi" ixtisası (tam ali təhsil, magistr) 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır (Müəlliflər və Redaktorlar Mərkəzi, böyük redaktor) == Filmoqrafiya == Aztv-nin 2002-ci il bayram çəkilişlərində Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırovla və digər sənətkarlarla tərəf müqabili Simuzər (AZTV 2003, telefilm) aktrisa (Supərisi) Toy (AZTV 2004, tammetrajlı film-tamaşa) aktrisa (gəlinin rəfiqəsi) Boyunbağı (AZTV 2005, tammetrajlı film-tamaşa) aktrisa (qonaq) Qafqaz (2006, tammetrajlı bədii film) aktrisa Balqabaq (İTV 2007, qısametrajlı bədii film) aktrisa (yuxu mələyi) Qovğalı kəndinin gecələri (İTV, 2007, tammetrajlı bədii film) aktrisa (Xasməmmədin gəlini) Prokuror (2008, tammetrajlı bədii film) aktrisa (Mehmanın arvadı) Səbəb (2009, qısametrajlı bədii film) aktrisa Sonuncu dərviş (2009, tammetrajlı film) aktrisa 220 №-li otaq (İTV 2010, qısametrajlı bədii film) aktrisa Qərar anı (2010, qısametrajlı bədii film) aktrisa Kor rəssam (2011, qısametrajlı bədii film) aktrisa Mat (2010, qısametrajlı bədii film) aktrisa Həyat varsa (2012, "Nuranə və..." teleserial, baş rol ifaçısı) Həyat varsa (2012, "Oğurlanmış uşaq" teleserial, baş rol ifaçısı) Həyat varsa (2012, "Ananın ümidi" teleserial, baş rol ifaçısı) Son hədd (2012-2013, bədii serial) aktrisa Üç görüş (İTV 2013, tammetrajlı bədii film) aktrisa Qərib məzar (İTV 2013, sənədli televiziya filmi) aktrisa (Behbud Xan Cavanşirin həyat yoldaşı) “Qətər 2022” futbol üzrə dünya çempionatını İctimai Televiziyadan izləyin! (İTV 2022, videoçarxlar) aktrisa Bir qadın (ATV 2024, teleserial) aktrisa (Elmira) Gündəlik (İTV 2024, teleserial) aktrisa (6-cı bölüm) == Mükafatları == I Ümumrespublika Teatr Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub (2011).
Lamiyə Vəliyeva
Lamiyə Rövşən qızı Vəliyeva (5 aprel 2002) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara sahib olub. == Həyatı == Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2013-cü ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Tofiq Əliyev, yığmada məşqçisi isə Oleq Panyutindir. == Karyerası == Lamiyə Vəliyeva 2015-ci ildə Konya şəhərində beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda turnirin qalibi oldu. 2016-cı ildə Belarusda beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda beşinci pillənin sahibi olan Lamiyə Vəliyeva, 2017-ci ildə isə Macarıstanda XIV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında mübarizə apardı. 2018-ci ilin yanvar ayında 400 metr məsafəyə qaçışda şəhər çempionatının qalibi oldu, fevral ayında isə Belarusda beynəlxalq turnirdə bürünc medal qazandı. 2018-ci ildə U-18 Avropa Çempionatında mübarizə aparan Lamiyə Vəliyeva, 2019-cu ildə növbəti dəfə şəhər çempionatının qalibi oldu. 2019-cu ilin iyun ayında o, 200 və 400 metr məsafələrə qaçışda U-18 Azərbaycan Çempionatının qalibi oldu.
Lamiyə Hacı Bəşər
Lamiyə Hacı Bəşər (ərəb. لمياء حجي بشار‎; 1998, Koço[d], Neynəvə mühafəzəsi) — yezidi əsilli İraq insan haqları fəalı. O, 2016-cı ildə Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. == Həyatı == Lamiyə Hacı Bəşər 1998-ci ildə İraqın Sincar şəhəri yaxınlığında yerləşən Koço kəndində anadan olmuşdur. O, 2014-cü ilin avqust ayında Nadiya Murad ilə birlikdə İraq Şam İslam Dövləti tərəfindən qaçırılmış və seksual köləliyə vadar edilmişdir. Terror təşkilatı onu intihar bombaçıları üçün jiletlər hazırlamağa məcbur edilmişdir. Lamiyə Hacı Bəşər 2016-cı ilin aprel ayında əsarətdən yerli qaçaqmalçılara ödəniş edən ailəsinin dəstəyi ilə qaça bilmiş, fəqət bu zaman minaya düşmüşdür. O, Almaniyada müalicə almağa göndərilir. 2016-cı ilin oktyabr ayında Lamiyə Hacı Bəşər Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. Mükafat mərasimi həmin ilin dekabr ayında keçirilmişdir.