ah-əfqan

is. 1) cri m ; hurlement m ; clameur f ; lamentation f ; 2) anathema m ; malédiction f ; ~ etmək crier (hurler, dire des lamentations, gémir)

ah-aman
ah-fəryad
OBASTAN VİKİ
Əfqan
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. == Etnik tərkib == Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: == Əfqanıstan Türkləri == Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Ah...! (albom)
Ah...! – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 11 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Cavanşir Quliyevə aiddir. Albomdakı İtkin gəlin mahnısı, İtkin gəlin serialının saundtrektidir. Albomdakı Tənha qadın mahnısı Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirmiş qadınlara həsr olunmuşdur. Albomdakı Son gecə mahnısı Cənubi Azərbaycanlı şair Piruz Dilənçinin Son görüş adlı şeirinə bəstələnmişdir. Son görüş adlı şeir şairini şəxsi həyatı haqqındadır. Albomdakı Ot kökü üstə bitər adlı mahnı, 1999-cu ildə lentə alınan və ssenarisi Vaqif Səmədoğluna məxsus olan, Yaşıl eynəkli adam-2 filmində səsləndirilmişdir.
Ah, ədalət!
Ah, ədalət! — qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər. == Məzmun == Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir. Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur. == Filmin üzərində işləyənlər == Əsər müəllifi: Nafilə Abuzərli Rejissor: Mirzə Əliyev Operator: Abbasağa İmanov Rəssam: Rəfael Əlizadə == Rollarda == Nazir Rüstəmov — Hüseyn Cavid Azad Şükürov — Cavidin tərəfdarı Məleykə Məmmədova — Mişkinaz Cavid Əfqan Soltanov — Cavidin tərəfdarı Kazım Abdullayev — Cavidə qarşı çıxan Rafiq İbrahimov — Cavidə qarşı çıxan Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan == Film haqqında == Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.
Çoban Əfqan
Çoban Əfqan (Ələkbər Namazov, 1866–1924) — Azərbaycan aşığı. == Həyatı == Ələkbər Namazov 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Çox yoxsul həyat keçirən Çoban Əfqan kiçik yaşlarından varlıların mal-qoyununu otarmış, onlara muzdurluq eləmişdir. Çoban Əfqan 1924-cü ildə vəfat edib. == Yaradıcılığı == Şübhəsiz Qazax və Tovuz mahalının məclisləri, el şənlikləri, tanınmış ustad aşıqların – Şəmkirli Hüseynin, Ələsgərin, Bozalqanlı Hüseynin, Şikəstə Qəhrəmanın dərin məzmunlu şeirləri, ustadnamələri Çoban Əfqanın qəlbinə yol tapmış, könüldən keçən duyğuları söyləməyə sövq etmişdir. Fitri istedadı olan Çoban Əfqan dadlı-duzlu şeirləri ilə məzmunlu, yeni ruhlu şeirləri geniş yayılmışdır. Bu qəbil şeirlərindən o, həyatın çox ağır məqamlarını, özünün keçdiyi çətin, dözülməz muzdurluq həyatını, ehtiyac içərisində yaşadığı anları yeni-yeni bədii ifadələrlə qələmə almışdır. Çoban Əfqanın ikinci qism şeirləri ənənəvi məhəbbət lirikasıdır. Bu qəbil şeirlərində də şair özgün yeni ifadə formaları tapır. Həm də o, Kərəm və Məcnun yanğısından daha çox qarşılıqlı real həyat sevgisini təsvir və tərənnüm edir… == Mənbə == Azərbaycan aşıqları və el şairləri II, Bakı, 1984, s.
Əfqan Abdurahmanov
Əfqan Ağasəf oğlu Abdurahmanov (25 may 1976, Bakı – 10 oktyabr 2020, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982–1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997–2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2001–2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. == Hərbi xidməti == === Aprel döyüşləri === Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb. === İkinci Qarabağ müharibəsi === Azərbaycan ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan yaxınlığında Qlobus yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhid polkovnik Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Əfqan Abdurəhmanov
Əfqan Ağasəf oğlu Abdurahmanov (25 may 1976, Bakı – 10 oktyabr 2020, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982–1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997–2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2001–2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. == Hərbi xidməti == === Aprel döyüşləri === Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb. === İkinci Qarabağ müharibəsi === Azərbaycan ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan yaxınlığında Qlobus yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhid polkovnik Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Əfqan Aslanov
Əfqan Aslanov (18 aprel 1959, Ağcabədi rayonu) — azərbaycanlı riyaziyyatçı,[mənbə göstərin]alim, Amerika Tətbiqi və Hesablama Riyaziyyatı jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Əfqan Əkbər oğlu Aslanov 18 aprel 1959-cu ildə Ağcabədi rayonunun Taynaq kəndində doğulub. == Təhsili == O, orta təhsilini Taynaq kənd orta məktəbində aldıqdan sonra indiki Gəncə Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olmuş və 1978-ci ildə yüksək qiymətlərlə bitirmişdir. Əfqan Aslanov 1987-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda funksional analiz üzrə dissertasiya müdafiə edərək "riyaziyyat elmləri namizədi" alimlik dərəcəsini almışdır. == Elmi-pedaqoji fəaliyyəti == Əfqan Aslanov 1989-1993-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1993-1995-ci illərdə baş müəllim işləmişdir. Həmçinin 1992-2001-ci illərdə Xəzər Universitetində dosent,sonra professor vəzifələrini tutmuşdur. O, 2009-cu ildə Türkiyə Cümhuriyyətində dosent elmi adını almışdır.2014-cu ildə Beykent Universitetində professor vəzifəsinə təyin olmuşdur. Hazırda Bilgi Universitetinin riyaziyyat bölümündə çalışır. == Elmi əsərləri == === Beynəlxalq jurnallarda nəşr olunan məqalələri === A Aslanov, H Isaev, "On the Theory of two Parameter Spectral Problems (English Translation)", American Mathematics Society (Translation of Doklady Akademii Nauk), 225-227 (1985) SCI A Aslanov, M Almamedov, "On the constructive description of the spectral measure of a three parameter spectral problem", Doklady Akademii Nauk (ISSN: 0869-5652), , Moscow, 780-782 (1986) SCI A Aslanov, H Isaev, "On the Tensor Determinants associated with multi-parameter spectral Problems", Izvestiya: Mathematics (ISSN: 1064-5632), Moskow, (1987) SCI A Aslanov, "Positivity Results for operators and multi-parameter definiteness conditions", Ulyanovsk, 19 (1990) A Aslanov, H. Isahanly, "A multi-dimensional complex analytical view on the multiparameter spectrum and the construction of the spectral measure (english)", Khazar Math Journal, ISSN 1028-7647, 3-65 (1998) A Aslanov, "About the existence of the minimum and maximum of two positive operators", International Congress MASSEE 2003, Bulgaria, (2003) A Aslanov, "Definiteness Conditions in the Multiparameter Spectral Theory", WSEAS Transactions on Mathematics, 717-721 (2004) A Aslanov, "The Existence and Uniqueness Theorem from a new Viewpoint", WSEAS Transactions on Mathematics , 575-578 (2004) A Aslanov, Existence of the minimum and maximum of two positive operators", Mathematika Balkanika, 19, 255-266 (2005) A Aslanov, A New Approach to the Singularity, International Conf on Engineering and Mathematics, 155-159 (2006) A Aslanov, Determination of convergence intervals of the series solutions of EmdenFowler equations using polytropes and isothermal spheres, Physics Letters A, 372,3555- 3561, (2008) SCI A Aslanov, A generalization of Lane-Emden equation, International Journal of Computer Mathematics, 85(11) (2008), 1709-1725. SCI A Aslanov, I. Abu-AlShaikh, Further developments to decomposition methods for solving IVPs, Mathematical and Computer Modelling, 48 (2008), 700-711.
Əfqan Axundov
Əfqan Bayramov
Əfqan Bayramov (14 oktyabr 1983, Suraxanı) — Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Karyerası ərzində Əfqan Bayramov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. Karyerası ərzində Əfqan Bayramovun beynəlxalq turnirlərdə qeydə alınan ən ciddi uğuru 2012-ci ildə Antalya şəhərində baş tutan Avropa Çempionatınıda qızıl medala sahib olmaq oldu. Əfqan Bayramov həm də Azərbaycanı 2 dəfə olimpiadalarda təmsil elədi. 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında Əfqan Bayramov ümumi nəticədə olimpiadanı 320 (145+175) nəticə ilə altıncı pillədə başa vurdu. Dörd il sonra, 2012-ci ilin avqustunda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında isə Əfqan Bayramov uğursuz çıxış elədi. Əfqan Bayramov birdən qaldırma turnirində hər üç cəhdidə də uğursuz oldu və olimpiadanı nəticəsiz başa vurdu.
Əfqan Hüseynov
Əfqan Hüseynov (24 fevral 1963, Bakı – 1 noyabr 1992, Qubadlı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mayor Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində keçmiş "Tələbələr" indiki"Çobanzadə "küçəsi 46 saylı evdə fəhlə ailəsində anadan olmuşdur. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş, 1980-cı ildə C.Naxçıvanski adına hərbi təmaüllü orta internat məktəbində təhsilini başa vurmuş, sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və taqım komandirinin müavini təyin edilmişdir. 1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi verilmişdir. 11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir. 1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq Hüseynov Əfaqan Qaraxan oğlu "SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik "medalı ilə təltif edilmişdir. O, 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandiri təyin edilmiş və növbəti kapitan hərbi rütbəsini almışdır. Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.
Əfqan Həmzəyev
Əfqan Nağıyev
Əfqan Vəli oğlu Nağıyev (1 oktyabr 1966, Ağdaş, Astraxanbazar rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, General-leytenant, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Əfqan Nağıyev 1966-cı il oktyabrın 1-i Cəlilabad rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əfqan Nuriyev
Əfqan Nəsirov
Əfqan Qorçuyev
Əfqan Soltanov
Əfqan Soltan oğlu Soltanov (1957, Mingəçevir) — Azərbaycanlı aktyor. == Həyatı == 1957–ci ildə Mingəçevir şəhərində fəhlə ailəsində anadan olub. Mehdi Hüseynzadə adına 3 saylı şəhər orta məktəbini bitirib. 1975–ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olaraq orada təhsilini davam etdirib. İnstitutda ilk dəfə "Zəng edin və gəlin" tamaşasında həkim rolunu oynayıb. 1979–cu ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra onu təyinatla Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndəriblər. Qeybulla Rəsulovun "Əlvida Hindistan" əsərində Ramo obrazını yaradıb. Sonralar C.Cabbarlının "Solğun çiçəklər"ində Bəhram, M.İbrahimovun "Kəndçi qızı" və "Don Juan" əsərlərində Vahid və Don Juan, İ.Əfəndiyevin "Unuda bilmirəm" pyesində Kamran, A.Şaiqin "Eloğlu"sunda Eloğlu və başqa rollarda çıxış etmişdir. 1993–cü ildə Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan Əfqan "Tomris" əsərində Arxalan rolu ilə ilk dəfə səhnəyə çıxır. Az sonra Əfqan Soltanov Süleyman Rəşidinin "Mənim Ərdəbilim" komediyasında Kərim, N.Nərimanovun "Nadir şah" faciəsində Xan, C.Cabbarlının "Dönüş"ündə Əli Muxtar, A.Məmmədovun "Dəli Domrul"unda Əzrayıl, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" əsərində Sarkis, C.Məmmədquluzadənin "Ölülər"ində Hacı Baxşəli və başqa rollarda teatr rəhbərliyinin və tamaşaçıların böyük rəğbətini qazanır.
Əfqan Səfərov
Əfqan Türkistanı
Əfqan Türküstanı, həmçinin Cənubi Türküstan və ya Çar-vilayət — XIX əsrin ikinci yarısında Əfqan dövlətinin bir vilayətini təşkil edən Murqab çayından Hinduquş dağlarına qədər olan ərazi. Əfqanıstanın şimalında, Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəd bölgədə yerləşir. XIX əsrdə Əfqanıstanda mərkəzi Məzari-Şərifdə olan Türküstan vilayəti vardı. Vilayət Əfqanıstan əmiri Əbdürrəhman xanın tərəfindən ləğv edildi. Onun yerində müasir Bəlx, Künduz, Cövzcan, Səri-Pul və Fəryab vilayətləri yaradıldı. == Coğrafiyası == Tarixi mənbələrdə Əfqanıstan Türküstanı, Kokça çayının Amudərya ilə birləşməsindən şimal-şərqdən, cənub-qərbə Herat əyalətinə qədər olan uzunluğu təxminən 500 mil (800 km) olan ərazi daxil edilir. Əfqanıstanın şimal sərhədi olan Hindukuşa qədər 114 mil (183 km) də Cənubi Türküstan ərazisi sayılır. Beləliklə, bu əraziyə təxminən 57.000 kvadrat mil (150.000 km2) və ya müasir Əfqanıstan ərazisinin təxminən 2/9 hissəsi daxil edilir. Cənubi Türküstana keçmiş Özbək xanlıqlarının əraziləri də daxildir: Çar vilayəti Akçı xanlığı Andxoy xanlığı Sarı-pul xanlığı Şibirxan xanlığı Bədəxşan xanlığı Bəlx xanlığı Qurzivan xanlığı Darzab xanlığı Künduz xanlığı Meymen xanlığı Hulum xanlığı == Etnik tərkibi == Cənubi Türküstanın əhalisinin əsas hissəsini özbəklər və türkmənlər təşkil edir. 2018-ci il məlumatlarına görə Əfqanıstan ərazisində 3,843,000 min özbək,1,1 milyon türkmən vardır.
Əfqan Türküstanı
Əfqan Türküstanı, həmçinin Cənubi Türküstan və ya Çar-vilayət — XIX əsrin ikinci yarısında Əfqan dövlətinin bir vilayətini təşkil edən Murqab çayından Hinduquş dağlarına qədər olan ərazi. Əfqanıstanın şimalında, Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəd bölgədə yerləşir. XIX əsrdə Əfqanıstanda mərkəzi Məzari-Şərifdə olan Türküstan vilayəti vardı. Vilayət Əfqanıstan əmiri Əbdürrəhman xanın tərəfindən ləğv edildi. Onun yerində müasir Bəlx, Künduz, Cövzcan, Səri-Pul və Fəryab vilayətləri yaradıldı. == Coğrafiyası == Tarixi mənbələrdə Əfqanıstan Türküstanı, Kokça çayının Amudərya ilə birləşməsindən şimal-şərqdən, cənub-qərbə Herat əyalətinə qədər olan uzunluğu təxminən 500 mil (800 km) olan ərazi daxil edilir. Əfqanıstanın şimal sərhədi olan Hindukuşa qədər 114 mil (183 km) də Cənubi Türküstan ərazisi sayılır. Beləliklə, bu əraziyə təxminən 57.000 kvadrat mil (150.000 km2) və ya müasir Əfqanıstan ərazisinin təxminən 2/9 hissəsi daxil edilir. Cənubi Türküstana keçmiş Özbək xanlıqlarının əraziləri də daxildir: Çar vilayəti Akçı xanlığı Andxoy xanlığı Sarı-pul xanlığı Şibirxan xanlığı Bədəxşan xanlığı Bəlx xanlığı Qurzivan xanlığı Darzab xanlığı Künduz xanlığı Meymen xanlığı Hulum xanlığı == Etnik tərkibi == Cənubi Türküstanın əhalisinin əsas hissəsini özbəklər və türkmənlər təşkil edir. 2018-ci il məlumatlarına görə Əfqanıstan ərazisində 3,843,000 min özbək,1,1 milyon türkmən vardır.
Əfqan Yəhyayev
== Siyahı ==
Əfqan dağsiçanı
Əfqan dağsiçanı (lat. Calomyscus mystax) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. 1925-ci ildə məşhur sovet zooloqu və ekololoqu Daniel Nikolayeviç Kaşkarov (1878-1941) tərəfindən aşkar edilmişdir. == Yayılması == Əsasən Cənub-Şərqi Türkmənistan, Şimali İran və Azərbaycanın cənub ərazilərində yayılmışdır. == Mənbə == Tsytsulina, K. 2008.
Əfqan küləyi
Əfqan küləyi – Amu – Dərya çayının yuxarı axarı boyunca cənub – qərb istiqamətində əsən çox tozlu, yerli küləkdir..
Əfqan mücahidləri
Əfqan mücahidləri (ərəb. مجاهد‎ mujāhid, mujahiddin) — 1979–1992-ci illərdə ƏDR və Əfqanıstanda vətəndaş müharibəsi zamanı vahid üsyançı qüvvəyə çevrilmiş islam ideologiyasına əsaslanan qeyri-nizami silahlı dəstələrin üzvləri. 1979-cu ildən bəri Sovet ordusunun mövcudluğuna və Babrək Karmal və Nəcibulla hökumətlərinə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə yerli əhalidən toplanmışdır. 1990-cı illərin ortalarında müharibə bitdikdən sonra əfqan mücahidlərinin bir hissəsi Taliban, digərləri isə Şimali Alyansın birləşmələrinə qoşuldu. "Mücahid" sözü — ərəb mənşəli ("Mücahid", cəm forması "Mücahiddun"), hərfi mənada "iman uğrunda döyüşçü" deməkdir, eyni zamanda cihad və ya üsyan iştirakçısının adıdır. Sovet Ordusu və əfqan hökuməti onları düşmənlər (dəri دشمان — dušman, душмон, puştu دښمان — duxman,dušman) və qiyamçılar, əfqanlar isə sovet əsgərlərini şuravi (dəri شوروی — šuravî, шӯравӣ — "sovet") adlandırmışlar. Düşmənlər yerli əhali ilə eyni ənənəvi əfqan geyimlərini (köynəklər, qara gödəkçələr, çalma və ya pakol) geyinirdilər. == İdeologiya və strategiyaları == Mücahidlərin məfkurəsinin əsas xətti və siyasi platformasın əsas prinsipin elan edilməsi idi: "Vətənini — Əfqanıstanı və imanını — müqəddəs İslamı kafirlərdən qorumaq hər bir əfqanın borcudur". Bütün mömin müsəlmanların müqəddəs İslam bayrağı altında birləşməsi: "… Allahın adı ilə hər bir mömin müsəlmanın vəzifəsi müqəddəs müharibə — Cihaddır, bunun üçün kafirlər öldürülməlidir, yalnız bu zaman o cənnət qapılarına girə bilər". Mücahidlərin ruhani və siyasi liderləri silahlı dəstələrin sıralarında və yerli əhali arasında siyasi təbliğat və təşviqat işlərinə xüsusi diqqət yetirirdilər.
Əfqan qalası
Ordubad şəhərində orta əsrlər zamanı şəhərin həyatında mühüm rol oynamış bir qala vardır. Şəhərin qərb tərəfində, Dübəndiçayın sağ sahilində yerləşən qala əhali arasında "Əfqan qalası" adı ilə tanınır. Çox da yüksək olmayan təpə üzərində yerləşən qala şərq tərəfdən sıldırım qayalarla məhdudlaşır. Digər tərəflərdə müdafiə məqsədilə iri qaya parçalarından hörülmüş müdafiə divarı vardır. Divarın hörgüsündə bərkidici kimi əhəng məhlulundan istifadə edilmişdir. Qala divarının aşınma nəticəsində dağılmasına baxmayaraq bəzi yerlərdə 5 metr hündürlükdə salamat qalmışdır. Qalanın daxilində vaxtilə inşa olunmuş tikintilər tamamilə dağılmış vəziyyətdədir. Bəzi qisimlərdə dördkünc formalı binaların qalıqlarını izləmək mümkündür. Araşdırmalar zamanı qalanın ərazisində son orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatı toplanmışdır. Əldə olunan yerüstü arxeoloji materiallara və qala divarının tikinti texnikasına əsasən Əfqan qalasını XIV-XIX əsrlərə aid etmək olar.
Əfqan qızı
Şərbət Güla (puşt. شربت ګله, tərcümədə "Şirin su, şərbət" deməkdir. 20 mart 1972, Nəngərhar) — Əfqanıstanlı qadın, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir — Şərbət Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış. Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib. Fotonu bir çox cəhətlərinə görə, Leonardo da Vincinin "Mona Liza"sına bənzədirlər və "Birinci Dünyanın Üçüncü Dünyalı Mona Lizası" adlandırırlar. Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib. Foto "Əfqan qızı" adıyla 1985-ci ilin iyun ayında National Geographic jurnalının üz qabığında çıxıb. == Fotonun tarixçəsi == Stiv Makkurinin bir çox məşhur fotoları mövcuddur. Stiv öz fotoları ilə dünyada yetərincə tanınmışdır, ancaq ona ən böyük şöhrəti məhz Şərbət Gülanın fotosu bəxş etdi.

Digər lüğətlərdə