AKSİOLOGİYA
[yun. Axia – dəyər və logos – təlim, söz] – dəyərlər mahiyyətinin fəlsəfi tədqiqi. Aksiologiya termini mədə-niyyətşünaslığın və fəlsəfənin ortaq termini kimi götürülməlidir, çünki hər iki elm sahəsi mümkün imkanlarından istifadə edərək bu vəya digər dərəcədə insani dəyərlər sistemini və onun cəmiyyətdəki yerini öyrənir. Məhz bu tədqiqlərin sayəsində insana, onun gündəlik həyatında var olan yaxud olmayan faydalı, zəruri, yaxud zərərli və qeyri-zəruri olan dəyərlər sistemi öyrənilib, üzə çıxarılmaqdadır.