online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.

ALTRUİZM

[lat. Alter - başqa] başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Başqa sözlə desək, alturizm bir insanın öz həyatını bir digərinə qurban verməsidir. Bəzən insan öz daxili mənliyində belə bir hissə qapılır ki, mənə özümdən heç bir fayda və xeyir olmayacaq, qoy başqa-ları üçün yaşayım ki, onlara bir faydam, xeyrim toxunsun. Alturistlərə görə insan gərək daxili təlatümünü içində boğsun və başqaları üçün fədakarlıq etsin.
ALTERNATİV
AMİL
OBASTAN VİKİ
Altruizm
Altruizm (lat. alter - başqa) — başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Eqoizmin əksidir. Altruizm terminini fəlsəfəyə Ogüst Kont gətirmişdir. Onun mərkəzi motivini və əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Altruizm- başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir.

Digər lüğətlərdə