APORİA

[alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. يغؤنح حؤل لؤتم غ شُ ]. Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar.
APOLOGETİKA
APORİYA
OBASTAN VİKİ
Aporia
Aporia [alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. يغؤنح حؤل لؤتم غ شُ ] — Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar. Apriya paradoksun bir növüdür.
Zenonun aporiaları
Zenon aporiaları — Parmenidin fəlsəfi doktrinasını dəstəkləmək üçün Eleyalı Zenon tərəfindən irəli sürülən aporialar. Bizim təsəvvürlərimizin əksinə olaraq çoxluq və dəyişikliyin mövcud olmadığını, xüsusən də hərəkətin sadəcə bir illüziya olmasını dəstəkləyir. Qədim Yunanıstan qəhrəmanı Axillesin tısbağa ilə yarışdığını təsəvvür edək. Axilles çox yaxşı yarışçı olduğuna görə, tısbağanın bir az irəlidən, məsələn, yüz metr irəlidən başlamasına icazə verir. Əgər hər ikisinin də sabit sürətdə qaçdığını təsəvvür etsək (biri sabit yüksək sürətdə, digəri sabit aşağı sürətdə), Axilles müəyyən müddət sonra yüz metr qaçdıqda tısbağanın başladığı yerə çatacaqdır. Bu müddət ərzində tısbağa az belə olsa müəyyən məsafəni qət edəcək, məsələn, bir metr. Axilles bir müddət sonra bu məsafəni də bitirəndə, həmin müddət ərzində tısbağa yenə də az belə olsa məsafə qət edəcək. Bu hadisə təkrar formada dövr edəcəkdir. Beləcə, Axilles tısbağanın çatdığı nöqtəyə çatanda, yenə də qət etməli məsafə qalmış olacaqdır. Buna görə də, Zenon Axillesin tısbağanı heç vaxt keçə bilməyəcəyini demişdir.