ARALI

ARALI – ÖRTÜLÜ Qarlarla örtülü bir düzə gəldik (S.Vurğun); Həm də çox aralıdır, gedib-gəlmək də olmaz (H.Hüseynzadə).

ARALI – YAXIN Xasay atlıların birbirindən aralı getməsini məsləhət gördü (M.Hüseyn); Yaxın gəl, qulaq as qəlbim deyənə (S.Vurğun).

ARALANMAQ
ARAMAQ
OBASTAN VİKİ
Sibir-evdən 8000 km aralı (film, 1988)
== Məzmun == Filmdə əsrin nəhəng tikintisi Baykal-Amur magistralında (BAM) çalışan həmyerlilərimizin fədakar əməyindən söhbət gedir; azərbaycanlıların əməyi ilə bərabər məişəti, gündəlik qayğıları da lentə alınmışdır. Burada eyni zamanda qarşıya çıxan problemlərə də toxunulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Elxan Əliyev Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358.
Sibir — evdən 8000 km aralı (film, 1988)
== Məzmun == Filmdə əsrin nəhəng tikintisi Baykal-Amur magistralında (BAM) çalışan həmyerlilərimizin fədakar əməyindən söhbət gedir; azərbaycanlıların əməyi ilə bərabər məişəti, gündəlik qayğıları da lentə alınmışdır. Burada eyni zamanda qarşıya çıxan problemlərə də toxunulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Elxan Əliyev Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.
Sarıbəyli-i Aralıq (Urmiya)
Sarıbəyli-i Aralıq (fars. ساری‌بیگلوی ارالیق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (40 ailə).
Yuxarı Aralıq
Yuxarı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Mərkəzi Yuxarı Aralıq kəndi olan Aralıq kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Yuxarı Aralıq kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir. Keçmiş adı Aralıq Başkənd olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini göstərməklə, onu eyni adlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Aralıq "orta, mərkəz" deməkdir.
Üçüncü aralıq dövr (Misir)
Üçüncü aralıq dövr — Qədim Misir tarixinin dövrlərindən biri. Xronoloji olaraq bu zaman kəsiyi yeni padşahlıq və sonrakı dövr arasında yerləşir. == Ümumi məlumat == XX sülalə hökmdarı III Ramzes hakimiyyətini möhkəmləndirmək üçün din xadimləri ilə yaxınlaşır. Firondan geniş səlahiyyətlər və var-dövlət alan kahinlər çox güclənərək artıq mərkəzin siyasəsitindən yayınırlar. III Ramzesdən etibarən fironun təsir gücü azalmağa başlayır. Mərkəzi hakimiyyətin zəifləməsi ayrı-ayrı bölgələrin müstəqilləşməsinə, hərcmərcliyə, sosial-iqtisadi vəziyyətin pisləşməsinə səbəb olur. IV Ramzesin dövründə Suriya və Fələstin torpaqları itirildi. Tebesdəki Amon məbədi baş kahinini o qədər güclənir ki, artıq firon da ona mane ola bilmir. Din xadimlərinin gücü baş kahin Amenhotepin zamanında daha da artır. Sonuncu firon XI Ramzesin hakimiyyəti zamanında baş kahin Herihor bütün vacib dövlət vəzifələrini əlində cəmləşdirmişdi.
İkinci aralıq dövr (Misir)
İkinci aralıq dövr — Qədim Misirdə Orta padşahlıq və Yeni padşahlıq arasındakı intervala verilən ad. == Ümumi məlumat == XIII sülalənin süqutundan sonra Misir çoxlu müstəqil nomlara bölündü. Bu dövrdə mərkəzi hakimiyyət uğrunda mübarizə aparan Ksois sülaləsi (XIV sülalə) Nil deltasının yalnız kiçik bir hissəsinə nəzarət edə bilirdi. İkinci aralıq dövrün başlaması iqtisadi tənəzzülün dərinləşməsi ilə bağlı idi. XIII və XIV sülalələrin dövründə aclıq bütün Misiri bürüyür. e.ə. 1700-cü ildə Nubiya Misirdən ayrılır. E.ə. 1675-ci ildə Ərəbistan yarımadasında, Fələstin bölgəsində yaşayan hiksoslar Misirə hücum edərək Nil deltasını ələ keçirir. Burada onlar Avaris şəhərinin əsasını qoyurlar.
Şərqi Aralıq Dənizi qaz kəməri
Şərqi Aralıq Dənizi qaz kəməri (yaxud EastMed layihəsi) - Aralıq dənizinin şərqindən İtaliyaya qədər çəkilməsi planlaşdırılan təbii qaz boru kəməri. 2019-cu ilin 20 mart tarixində ABŞ-nin dövlət katibi Mayk Pompeonun iştirakıyla Yunanıstan, yunan Kipri və İsrailin hökumət rəhbərləri arasında Şərqi Aralıq Dənizi (EastMed) qaz boru xəttinin çəkilməsi barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Yunan Kiprinin cənubundan hasil olunacaq təbii qaz Kiprdən dənizlə Yunanıstanın Krit adasına, oradan Yunanıstanın əsas ərazisinə, buradan isə İtaliyaya çəkiləcək qaz boru xətti vasitəsilə nəql olunacaq. Avropa Birliyi tərəfindən dəstəklənən layihəyə ilkin olaraq 34.5 milyon avro vəsait ayrılıb. Layihənin ümumi dəyərinin 7 milyard dollar olacağı və 7 il ərzində başa çatacağı proqnozlaşdırılır. Ancaq Liviya ilə Türkiyə arasındakı memaranduma əsasən, qaz kəməri Türkiyənin iqtisadi zonasından çəkilməlidir və buna görə Şərqi Aralıq Dənizi Qaz Forumunun rəhbərləri Ankara ilə razılaşmalı olacaqlar.
Ədədi aralıqlar
Aşağıdakı bərabərsizliklərlə təyin olunan ədədi çoxluqlar: [ a ; b ] = { x | a ≤ x ≤ b } {\displaystyle [a;b]=\{x|a\leq x\leq b\}} - " a , b {\displaystyle a,b} parçası" ( a ; b ) = { x | a < x < b } {\displaystyle (a;b)=\{x|a<x<b\}} - " a , b {\displaystyle a,b} intervalı" [ a ; b ) = { x | a ≤ x < b } {\displaystyle [a;b)=\{x|a\leq x<b\}} - " a , b {\displaystyle a,b} yarımintervalı" ( a ; b ] = { x | a < x ≤ b } {\displaystyle (a;b]=\{x|a<x\leq b\}} - " a , b {\displaystyle a,b} yarımintervalı" [ a ; + ∞ ) = { x | a ≤ x } {\displaystyle [a;+\infty )=\{x|a\leq x\}} - " a {\displaystyle a} , müsbət sonsuzluq şüası" ( a ; + ∞ ) = { x | a < x } {\displaystyle (a;+\infty )=\{x|a<x\}} - " a {\displaystyle a} , müsbət sonsuzluq açıq şüası" ( − ∞ ; b ] = { x | x ≤ b } {\displaystyle (-\infty ;b]=\{x|x\leq b\}} - "mənfi sonsuzluq b {\displaystyle b} şüası" ( − ∞ ; b ) = { x | x < b } {\displaystyle (-\infty ;b)=\{x|x<b\}} - "mənfi sonsuzluq b {\displaystyle b} açıq şüası" ( − ∞ ; + ∞ ) = R {\displaystyle (-\infty ;+\infty )=R} - "Bütün həqiqi ədədlər çoxluğudur. a<b olduqda a<x<b münasibətini ödəyən bütün həqiqi ədədlər çoxluğuna (a;b)intervalı deyilir.
Şərqi Aralıq dənizi
Şərqi Aralıq dənizi — Aralıq dənizinin təxminən şərq yarısının və ya üçüncü hissəsi, adətən Livan dənizi ətrafındakı ölkələrin yerləşdiyi regiona verilən ad. Bu, adətən dənizin bütün sahilyanı zonalarını əhatə edir, dəniz və quru ilə əlaqəli icmalara istinad edir. Buraya Türkiyənin əsas hissəsini təşkil edən Anadolunun cənub yarısı, kiçik Hatay vilayəti, Kipr adası, Yunanıstanın Dodekanes adaları və Misir, İsrail, İordaniya, Fələstin, Suriya və Livan ölkələri daxildir.
Aşağıtorpaqlı (Aralıq)
Aşağıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Alıqızıl, 1928-ci il qeydlərində isə Aşağı Əliqızıl kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
Aşağıçamurlu (Aralıq)
Aşağıçamurlu — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd . == Tarixi == Kənd 1901-ci ildən eyni addadır. == Coğrafiya == İğdır şəhər mərkəzinə 34 km, Aralıq qəsəbəsinin mərkəzindən 11 km məsafədədir.
Aşağıçiftlik (Aralıq)
Aşağıçiftlik —Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd . == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd Iğdır şəhər mərkəzinə 51 km, Aralıq qəsəbə mərkəzindən 6 km məsafədədir.
Babacan (Aralıq)
Babacan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1886-cı il qeydlərində Kobi kimi qeyd olunur. Əvvəllər Daşburun bucağına aid məhəllə idi, lakin 29 mart 1946-cı ildə kənd statusu almışdır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 26 km, Aralıq qəsəbəsinin mərkəzindən 19 km məsafədədir.
Gödəkli (Aralıq)
Gödəkli — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 57 km, Aralıq qəsəbəsinin mərkəzindən 12 km məsafədədir.
Hacıağa (Aralıq)
Hacıağa — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 38 km, Aralıq qəsəbəsinin mərkəzindən 7 km məsafədədir. Hacıağa kəndi ilə Ağbulaq yaylası arasında təqribən 65 km məsafə var və bu kəndin ailələri buradan gəlir.
Həsənxan (Aralıq)
Həsənxan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1854-cü ilə aid qeydlərdə Həsənabad kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 29 km, Aralıq qəsəbəsinin mərkəzindən 16 km məsafədədir. Kənd Aralıq–İğdır avtomobil yolunun üzərində yerləşir.
Qarahacılı (Aralıq)
Qarahacılı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1914-cü il qeydlərində Qarağaçlı kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 31 km, Aralıq qəsəbəsinin mərkəzindən 14 km məsafədədir.
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Təzəköy (Aralıq)
Təzəköy — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yenidoğan (Aralıq)
Yenidoğan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 67 km, Aralıq qəsəbəsinin mərkəzindən 22 km məsafədədir.
Yuxarıaratan (Aralıq)
Yuxarıaratan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yuxarıtorpaqlı (Aralıq)
Yuxarıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd.. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Yuxarı Əliqızıl kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
Yuxarıçamurlu (Aralıq)
Yuxarıçamurlu — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yuxarıçiftlik (Aralıq)
Yuxarıçiftlik — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyask == Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.

Digər lüğətlərdə