AKTİV – PASSİV Gündəlikdə işlənən, tələbatı ödəyən sözlər aktiv, az işlədilən, köhnəlmiş sözlər passivdir
AKTİVLƏŞMƏK – PASSİVLƏŞMƏK İş adamı passivləşdirmir, əksinə aktivləşdirir
AKTİVLİK – PASSİVLİK Passivlik ətalətdir, aktivlik isə gümrahlıqdır
AQİL – DƏLİ Yusif şah aqil idi (M.F.Axundzadə); Kəndimizdə də bir igid tapılmır ki, bu dəlini ipə-sapa gətirə (M
AL – SOLĞUN Zümrüd göydə günəş yandı; Al şəfəqə yer boyandı (S.Vurğun); Onun solğun yanağı qızarmağa başlayırdı (S
ALACAQ – VERƏCƏK Alacağına qırğıdır, verəcəyinə qarğa (Ata. sözü)
ALACAQLI – VERƏCƏKLİ Alacaqlı ikən verəcəkli olduq (Ata. sözü)
ALACALANMAQ – İŞIQLANMAQ Verdiyevin gözü alacalandı, dili söz tutmadı (Mir Cəlal); Gəlin ürəyimdə bir şam yandırın; Dünyanı yenidən işıqlandırın! (S
ALAN – SATAN Alanın gözü satanın əlində olar (Ata. sözü)
ALÇAQ – ALİCƏNAB Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da, həyat haramdır (M.S.Ordubadi); Çox alicənab, nəcib insandır (Anar)
ALÇAQBOY – HÜNDÜRBOY Kərbəlayı Qulu alçaqboylu bir kişi idi (Çəmənzəminli); Baba keşiş hündürboy, enlikürək, şumal bir adam idi (Elçin)
ALÇAQDAN – UCADAN Maya sanki ucadan və acıqla soruşdu (M.İbrahimov); Bu zaman əncümənin üzvlərindən bir neçəsi papiros çəkir, bir-biri ilə alçaqdan da
ALÇAQLI – UCALI Alçaqlı, ucalı dağlar görmüşəm (Aşıq Alı)
ALÇAQLIQ – HÜNDÜRLÜK Ağacın alçaqlığı gediş-gəlişə maneçilik törədir. Min üç yüz hündürlüyündə olan bu gözəl şəhərdə dağ havası ilə aran günəşi birləş
ALÇALDAN – UCALDAN Onu alçaldan da, ucaldan da biz (T.Bayram)
ALÇALMAQ – UCALMAQ Sən ucala bilsən, alçalacaq dağ (S.Sərxanlı). ALÇALMAQ – YÜKSƏLMƏK Axı mən o qədər də alçalmamışam ki, yüksələ bilməyəm (Ə
ALÇALTMAQ – QALDIRMAQ Qızın təmiz və pak məhəbbətini alçaltdılar (“Ulduz”); Onun təhqir olunmasına yol vermədilər, mənliyini qaldırdılar
ALICI – SATICI Satıcılar tərifləyir, alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər (S
ALICILIQ – SATICILIQ Əhalinin alıcılıq qabiliyyəti yüksəlmişdir. O, satıcılığa gəlir mənbəyi kimi baxırdı
ALINMAZ – SATILMAZ Alınmaz, satılmaz dünya neməti; Elin hörmətini qazanandadır (H.Hüseynzadə)
ALIŞMAQ – SÖNMƏK Ümid onun gözündə; Gah alışır, gah da sönür (B.Vahabzadə). ALIŞMAQ – TƏRGİTMƏK Gülsənəm ilə Maro bir-birinə alışırdılar (S
ALİ – İBTİDAİ Əli Bayramov klubunda ibtidai savad kursunu bitirmiş, ali savad kursuna girmək fikrindədir (S
ALİCƏNAB – ALÇAQ Alicənab adammış (S.Rüstəm); Elə bir alçağa ölüm də azdır! (S.Vurğun). ALİCƏNAB – KOBUD Dərs alın, alicənab, sinəsi dəftər kişidən (S
ALİCƏNABLIQ – ALÇAQLIQ Ah, bu nəvazişə, bu alicənablığa qarşı qabil deyil (H.Cavid); Bu çöhrələrdə yaltaqlıq, riya və alçaqlığın hər cür şəklini görmə
ALİM – CAHİL O, avam, cahil deyil, alimdir (Ə.Haqverdiyev)
ALLANMAQ – AĞARMAQ Müəllimin solğun siması bir azca allaşdı və yenə ağardı (M.İbrahimov)
ALLAŞMAQ – SOLMAQ Babanın gözləri yanmağa başlayırdı, yanaqları allaşmışdı (M.İbrahimov); Səhərdir. Üfüqün geydiyi sarı; Solur şəfəqlərdə xəstə üzlü a
ALMAQ – QAYTARMAQ Almaq asandır, qaytarmaq çətindir (Ata. sözü). ALMAQ – SATMAQ Ay qızım, mən söz gəzdirən deyiləm, neçəyə almışam, o qiymətə də satır
ALOVLANMAQ – ÖLƏZİMƏK Meşə alovlandı (S.Vəliyev); Ocaq getdikcə öləziyirdi (“Ulduz”). ALOVLANMAQ – SÖNMƏK O sözləri düşündükcə təndir kimi alovlandı (
ALT – ÜST Deyirəm, qızım, olmaz ki, sən alt paltarını üstdən geyəsən, üst paltarını altdan (Anar)
ALTRUİST – EQOİST İlk baxışdan o, altruist bir şəxs kimi hamının diqqətini cəlb etmişdi (“Elm və həyat”); İndi uşaqlar mənə gülmək, sataşmaq istəyəndə
AMANSIZ – RƏHMLİ Bu amansız gecənin gündüzü yoxdur (H.Cavid); Onların böyükləri çox rəhmli adamdır (S
ANALİZ – SİNTEZ Analiz mürəkkəb dil bütövlüyünün onu təşkil edən ünsürlərə ayrılmasıdır. Sintez təhlil prosesində hasil olmuş ayrı-ayrı ünsürlər arası
ANARXİYA – DEMOKRATİYA Anarxiya qarışıqlıq, hərc-mərclik, özbaşınalıqdır. Başladı ki, kolxozda demokratiya yoxdur, kollektiv rəhbərlik yoxdur (M
ANLAQLI – AXMAQ Əsgər bəy, mən səni bir anlaqlı adam bilirdim (Ə.Haqverdiyev); Axmaq kişi, sən nə danışırsan?! (A
ANLAŞIQLI – DOLAŞIQLI ...Əruzla aydın və anlaşıqlı bir dildə yazmağı bacarmaq lazımdır (S.Rüstəm); Dolaşıqlı məsələlərin həllini şagirdlərə anlatmaq l
ANORMAL – AĞILLI Firidun doğuluşundan anormaldır. Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı (M
ANTİK – MÜASİR Professor Ə.Ağayev antik və müasir ədəbiyyatdan maraqlı mühazirələr oxuyur
APARMAQ – GƏTİRMƏK Arşın gətir bez apar, çuval gətir qoz apar (Ata. sözü)
ARA-SIRA – HƏMİŞƏ Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüşəyə rast gələrək sönürdü (M.İbrahimov); Ömrünün tarlasına qəm kotanında; Həmişə gül əkd
ARABİR – DAİMA Zeynəb də arabir gözaltı ona baxır (B.Talıblı); Oğlu Mirzə Qalib isə daima küçədə qarovul çəkir (C
ARALAMAQ – BİRLƏŞMƏK Gülşən də kənddən aralandı (Ə.Vəliyev); Parçalanmış bir eli - Böyük Azərbaycanı; Birləşdirdi Füzuli! (B
ARALANMAQ – ÖRTÜLMƏK Vahid Nayıbovun ev qapısı həmişəki sakitliyi ilə aralandı və örtüldü (Mir Cəlal)
ARALI – ÖRTÜLÜ Qarlarla örtülü bir düzə gəldik (S.Vurğun); Həm də çox aralıdır, gedib-gəlmək də olmaz (H
ARAMAQ – TAPMAQ Bəs fikri nə idi? Kimi arardı? (S.Vurğun); Onun şöləsindən şəfa tapırlar (S.Vurğun)
ARAMLA – BİRNƏFƏSƏ “Mirzəyi” havasında bir vəzn ağır və aramla vurulur (Ş.Bədəlbəyli); Kişi parçı birnəfəsə başına çəkdi (İ
ARAMLIQ – SƏBİRSİZLİK Güldən çox gül, çiçəkdən çox çiçək, lakin ürəkdə bir aramlıq, ruhda isə sakitlik yox idi (Çəmənzəminli); Oğul, səbirsizlik adama
ARAN – DAĞ Aranda tutdan olduq, dağda qurutdan (Ata. sözü). ARAN – YAYLAQ Örüşdən örüşə çəkib sürünü; Aranı, yaylağı gəzdi çobanlar (H
ARANÇI – DAĞÇI Arançı qardaş, xoş gördük, oralarda nə var, nə yox? (İ.Şıxlı); Dağçı aran yerlərində çox qala bilməz
ARANLI – DAĞLI Sən elə anadangəlmə aranlısan. Xızı rayonundanam, dağlıyam, – deyə o cəld cavab verdi (S