AT

AT I is. Qoşulan və minilən ev heyvanı. O, Feyzini səsləyib iki saz at yəhərləməsini tapşırdı (B.Bayramov).

AT II is. Şahmat fiquru. Mat olmasın deyə, atı qurban verdi.

AT III f. Tullamaq, salmaq. At bu dəcəlliyi bir yana oğlum; Qoy sən tək sağalıb dursun anan da (B.Azəroğlu).

AŞNA
ATALIQ
OBASTAN VİKİ
Ağ at mağarası
"Ağ at "— Gürcüstanın qərbində, Abxaziya Muxtar Respublikasının, Qafqaz dağlarının Arabika massivində yerləşən mağara. Mağara inzibati baxımdan Qaqra rayonu ərazisinə aiddir. Mağaranın ümumi uzunluğu — 268 m, dərinliyi — 110 m, sahəsi — 4200 m², həcmi — 40.000 m³, mağara girişinin hündürlüyü — 2300 metrdir. Bəzi mənbələrə görə mağaranın dərinliyi və uzunluğu daha çoxdur: 167 m və 600 m. Mağaraya giriş Joekvara çayının troq mənşəli dərəsinin yuxarı hissəsində yerləşir. Mağara Didvake şilsiləsinin şimal yamacında, su ayrıcı xəttə yaxın ərazidədir. Mağara meylli qalereyadan və onu açılan 70 metrlik bir quyudan ibarətdir. Ağ at mağarası əsasən əhəng daşlı, çökmə və karbonatlı süxurlardan təşkil olunub üst yura dövrünə aiddir. Mağara daxilindəki quyuya qar və buz uçqunları səbəbi ilə daxil olmaq mümkünsüz. Ana süxur ilə uçüun arasında illər keçdikcə dar keçid formalaşmışdır.
.at
.at — Avstriyanın internet kodu.
At
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi. 7 müasir və 1 nəsli kəsilmiş növü var. Prjevalski atı (Equus przewalskii) növü Vəhşi at (Equus ferus) növü Ev atı (Equus ferus caballus) yarımnövü Eşşək (Equus asinus) növü Qulan (Equus hemionus) növü Düzənlik zebri (Equus quagga) növü Dağ zebri (Equus zebra) növü Səhra zebri (Equus grevyi) növü Kvaqqa (Equus quagga) növü Zooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin ulaqlar, zebrlər və yarım ulaqlar növləri də daxildirlər. Professor B. O. Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər. Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlıq yerlərdə yaşamışlar. Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100–120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.
AT&T
AT&T – (ing. American Telephone and Telegraph Company, azərb. Amerkan Telefon və Teleqram Şirkəti) ABŞ-də yerləşən bir telekomunikasiya şirkətidir. Aleksandr Bell tərəfindən qurulan Bell Telefon Şirkəti ilə birləşən AT&T, dünyanın ən böyük telefon şirkətidir. Qanuni səbəblərə görə Bell Sistemləri (köhnə adı Bell Telefon) və AT&T ayrılıblar.
AT klaviaturası
AT klaviaturası (ing. AT keyboard) IBM PC/AT kompüterlərinin dəstinə daxil edilmiş 84 klavişli klaviatura. Sonradan IBM-in genişləndirilmiş klaviaturası (101/102 klavişli) ilə əvəz edilmiş AT klaviaturası PC klaviaturası ilə, demək olar ki, eynidir, ancaq bəzi özəllikləri var: sağ yuxarı küncdə yerləşən əlavə <Sys Req> klavişinə malikdir, <Enter> klavişinin ölçüləri bir qədər böyüdülüb, klavişlərin yerləşməsi bir qədər dəyişdirilib, belə ki, <Escape> klavişi sol yuxarı küncdən sağ yuxarı küncə, tərs əyik cizgi (\) isə sol aşağı küncdən sağ yuxarı küncə köçürülüb. Orijinal PC klaviaturasından fərqli olaraq, bu cür yerləşmə standart yazı makinasındakı kimi olduğundan yığım üçün daha əlverişlidir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
At (Unix)
At — Unix əməliyyat sistemlərində hər hansı işi gələcəkdə bir dəfə çağırmaq üçün istifadə olunan komandadır.
At (şahmat)
At — Şahmat fiquru. Atın gedişi iki cür hərəkətdən ibarətdir: şaquli və ya üfüqi xətt üzrə bir xanaya, sonra başlanğıc xanadan uzaqlaşaraq diaqonal üzrə digər xanaya hərəkət edir.
At antilop
At antilop (lat. Hippotragus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid cins.
At askaridi
At askaridi (lat. Parascaris equorum) — heyvanlar aləminin yumru qurdlar tipinin xromadoreyalar sinfinin askaridkimilər dəstəsinin askaridlər fəsiləsinin parascaris cinsinə aid heyvan növü. At askaridi atların nazik bağırsağında parazitlik edir. Bunlarda bədən qurdvarı formada olub, ucları sivridir. Dişi fərdlərdə bədənin hər iki ucu düz, erkək fərdlərdə isə arxa uc qarın tərəfə dogru qarmaq kimi əyilmişdir. Dişi fərdlər erkəklərə nisbətən uzun olur. Bədənin ön tərəfində ağız dəliyi terminalı yerləşir. O Üç kutikulyar dodaqla əhatə olunmuşdur. Daxili orqanlar ilk bədən boşluğunda yerləşir. İlk bədən boşluğu maye ilə dolu olur.
At gücü
At gücü (a. g.) — güc ölçü vahidi, 1 a.g. = 735,5 Vt. Dünyada “at gücü” ölçü vahidinin bir neçə ölçüsü vardır. Bir çox ölkələrdə “at gücü” anlayışı avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə edilməkdədir. Belə ki, 100 atlıq avtomobil deyincə, 100 dənə atın çıxardığı güc şəklində başa düşülür. At gücü adətən avtomobilləri tanıdarkən istifadə edilir, ancaq bu anlayışın təməli daha çox keçmişlə bağlıdır. At gücü, (ingiliscə tərcüməsi Horse Power və ya qısaca HP) anlayışını ilk dəfə 1782-ci ildə istifadə edən James Wattdır. Bu mühəndis ixtira etdiyi buxarlı maşınları satarkən müştəriyə maşının gücü haqqında məlumat verməli idi və o zamanlarda maşınlar çox inkişaf etməmiş olduğu üçün güc deyincə insanların ağlına atlar gəlməkdə idi. James Wattda bu yolu izlədi və gücün simvolu halına gələn atlarla və onların gücləri ilə maraqlanmağa başladı.
At paxlası
At paxlası (lat. Vicia faba) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
At qripi
At qripi (ing. Eastern equine encephalitis virus) – Togaviridae fəsiləsinə aid virus növü. Atları öldürən bu virus nadir hallarda insan da ölümünə səbəb olur. Kanadanın Nova Skotiya əyalətində ağcaqanadlardan virusa yoluxan bir at ölüb. əyalətin baytar həkimi Rob Kerr məsələ ilə bağlı açıqlama verib. O deyib ki, həmin at "Eastern equine encephalitis" adlanan at qripindən ölüb. Bu qrip növü atlarda beyin iltihabına yol açır. Bu virus elmə çoxdan məlumdur, Amerika Yoluxucu Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzində qeydiyyata alınıb və öyrənilib. "Quş qripi"nə yoluxmuş toyuq və quşları sancan ağcaqanadlar əsas daşıyıcıdır. Virus atdan ata keçmir.
At təlimi
At təlimi, At tərbiyəsi (fr. dresaj tələffüzü: ˈdrɛsɑʒ/, tərbiyə, təlim etmək mənasınıdadır) atçılıq idmanının bir növü. Atı idarə etmək bacarığının ən ali forması, ali atsürmə məktəbi. Yarışlar zamanı at və süvari tərəfindən atsürmə, elementləri: yorğa, ispan yürüşü, pasaj, düzgün duruş, yerində sayma nümayiş etdirilir. Çapar bu zaman müxtəlif templərdə atın məşq hazırlığını, onun atletikliyini, hərəkətləri icra etmək, qamətin düzgün saxlanılması bacarığını nümayiş etdirməlidir. Bu yarışma iki: həvəskar və peşəkar formada keçirilir. At təlimi ya dresaj olimpia idman növüdür. İki cür: kiçik və standart meydança mövcuddur. Hər bir meydança arena çərçivəsində hərəkətlərin harada icra olunacağını bildirmək üçün hərflərlə işarələnmişdir. Kişik arena 20m en və 40 m uyunluğa malikdir.
At yarışı
At yarışı, ən qədim və ən məşhur idmanlardan biridir. İlk at yarışları, köhnə Türk dövlətlərində keçirilmişdir. Hititler, Asurlular, Romalılar və Misirlilərin at yarışları təşkil etdiyi bilinməkdədir. Homeros E.Ə. 9-cu ya da 8-ci əsrdə yazdığı İlyada adlı əsərində atlı araba yarışlarından danışır. Şimali Afrikalı, Çinli, Fars və Ərəb minicilərin də yarışlar etdiyi bilinməkdədir. İlk nizamlı yarışlar, 17-ci əsrdə İngiltərə Kralı II. Çarlz dövründə edildi. 1665-də Şimali Amerikada ilk rəsmi at yarışı təşkil edildi. At yarışları, bugünkü beynəlxalq formasını 19-cu əsrin ortalarına doğru qazanmağa başladı. İndiki vaxtda ən məşhur İngilis maneəli yarışı, Liverpuldakı Aintree qaçış sahəsində edilən Böyük Milli Yarışdır. İndiki vaxtda at yarışları safkan ya da yarımkan atlarla edilər.
At şabalıdı
Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir. Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir. Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir. Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.
At əti
At əti — Atın qida kimi istifadə olunan əti. At əti qida məhsulu kimi istehsal edən ölkələrin çoxusunda, atları inəklərlə oxşar üslubda kəsirlər. Böyük sallaqxanalarda onları mənzil bolt tapança ilə gicəllətdirib, ölənə qədər qanı tökürlər. Yemək istehsalı az sənayeləşdirilmiş olan ölkələrdə, atları lazım olanda bir-bir, açıq havada, istehlak olduğları kəndlərdə və ya istehlak olduğları yerlərə yaxın kəsirlər. 2009-cu ildə, Britaniyanın kənd təsərüfatı saytı dünya ölkələrin at əti istehsalı miqrdarından məlumat verib: *Eşşəkləri daxil edərək Qazaxıstan ilə Qırğızıstanda, əhalinin köçəri köklərinə görə, at əti qidalanmanın böyük hissəsidir. Atın fərqli hissələrdən qazı, jal və sucuk kimi malları hazırlayırlar. Yapon mətbəxində bişməmiş at ətinə çəhrayı ətinə görə sakura (桜) və ya sakuraniku (桜肉, sakura albalı növüdür, niku isə ət deməkdir) deyirlər. Onu saşimi şəkildə, soy sousu ilə, bəzən sousa zəncəfil və soğan əlavə edərək. Cənubi Koreyada at ətini adətən yemirlər. Fəqət əsasən boyun hissədən gələn at əti Cənubi Koreyanın Cecu adasında delikates sayılır.
At əvəliyi
At əvəliyi (lat. Rumex confertus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, hündürlüyü 60-150 sm-ə bərabərdir. Gövdəsi çılpaq, şırımlı olub, yuxarı hissəsi budaqlanandır. Yarpaqları saplaqlı, çətirşəkilli, gövdənin aşağı hissəsinin yarpaqları uzunsov üçbucağabənzər-yumurtaşəkilli, əsası ürəkşəkilli, künclu, uzunluğu 2,5 sm, eni isə 12-13 sm, yuxarı hissəsinin yarpaqları isə yumurtavari-neştərşəkilli olub, əksər yarpaqları kiçikdir. Yarpaqlarının əsasən aşağı hissəsi damarlı və xırda tükcüklüdür. Çiçəkləri demək olar ki, yarpaqsız, sıx, ensiz silindrik, 6 bölümlü olmaqla, yaşıl rənglidir. Meyvələri 3 bölümlü, oval, qəhvəyi fındıqcadır. Qısa şişkinlikli kökümsovları yastı, zəif budaqlanan kökə çevrilir. Çəmənliklərdə, otlu çay kənarlarında, meşə talalarında, otlaq, əkin yerlərindəki alaq otları içərisində rast gəlinir.
Kiçik At
Kiçik At (lat. Equuleus) — göyün şimal yarımkürəsində balaca bürc.
Marenqo (at)
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Qara at
Qara at (ing. Dark horse) — əvvəlcə qələbə iddiası üçün müzakirə olunmayan, birdən-birə güclənən namizəd və qələbə üçün iddiaçı. İlk dəfə konserpt Benjamin Dizraelinin "Cavan Hersoq" (1831) novellasında qeyd olunub.
Qır at
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Vəhşi at
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
At (dəqiqləşdirmə)
At
IBM PC/AT
IBM PC/AT <pi-si ey-ti> – (AT – “Advanced Technology” sözlərinin qısaltması) IBM PC kompüterlərinin üçüncü nəsli. 1984-cü ildə IBM 5170 tipli maşın kimi yaradılıb. AT kompüterinin özəllikləri: • AT şini (AT BUS): AT ana lövhəsi 16-mərtəbəli verilənlər şininə, 24-mərtəbəli ünvan şininə malik idi. Bu da həcmi 16 Mbayt olan operativ yaddaşı ünvanlamağa imkan verirdi (müqayisə üçün: orijinal IBM PC modelində bu, 640 Kbayt idi). Bununla belə, əski nümunəli kartlarla (verilənlər şini ¬– 8 bit, ünvan şini – 20 bit) uyumluluq təmin olunurdu. • 84-klavişli klaviatura: 84-cü klaviş SysRq (System Request) idi; rəqəm klaviaturası əsas klaviş blokundan ayrı yerləşdirilmişdi; Caps lock/Scroll lock/Num lock klavişləri üçün indikator. Sonradan IBM PC/AT kompüterləri 101-klavişli klaviatura ilə təmin olundu. • Verilənləri saxlamaq üçün 1.2 Mbayt tutumu olan disketləri dəstəkləyən 5¼ düymlük disk qurğuları tətbiq olunurdu (keçmiş IBM PC modelində bu tutum 360 Kbaytdan çox deyildi). Tezliklə IBM PC/AT modeli 3½ düymlük disksürənlərlə təchiz olundu. • Tutumu 20 Mbayt olan sərt disk əvvəlki IBM PC/XT modelindən iki dəfə sürətli idi (40 ms).
Kiçik At (bürc)
Kiçik At (lat. Equuleus) — göyün şimal yarımkürəsində balaca bürc.
Azər Atakişiyev
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE)
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, I cild, Bakı: Yeni Poliqrafist, 2011, 336 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, II cild, Bakı: Yeni Poliqrafist, 2012, 256 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, III cild, Bakı: Yeni Poliqrafist, 2013, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IV cild, Bakı: Yeni Poliqrafist, 2014, 232 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, V cild, Bakı: Yeni Poliqrafist, 2015, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VI cild, Bakı: "Şərq-Qərb", 2016, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VII cild, Bakı: "Şərq-Qərb", 2017, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VIII cild, Bakı: "Şərq-Qərb", 2018, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IX cild, Bakı: "Şərq-Qərb", 2019, 216 səh.
Azərbaycan atalar sözləri və məsəlləri
Azərbaycan atalar sözləri və məsəlləri — Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və zəngin növlərindən biri. Atalar sözləri və məsəllər danışdıqda çox işlənən qısa, dərin mənalı və bitkin ifadələrdir. Bunlar xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsidir. Azərbaycan dilinin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir. Başqa növlər kimi, atalar sözləri də müxtəlif dövrlərdə, müxtəlif şəraitdə yaranmışdır. Buna görə də o, müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Ona görə də atalar sözü və məsəllərə ruslar ibrətamiz söz, qanadlı söz, qızıl söz, yunanlar və romanlılar hakim fikirlər, italyanlar xalq məktəbi, ispanlar ruhu təbiəti, ingilislər və fransızlar təcrübənin barı və s. adlar vermişlər. Atalar sözü və məsəllər bir-birinə çox yaxındır. Bunları biri-birindən ayırmaq çox vaxt hətta çətin olur.
Azərbaycan atları
Azərbaycan atları — dağlıq ərazidə yaşamağa uyğunlaşmış at növü Azərbaycan atları minik atları olub, qədim zamanlardan Azərbaycanın müxtəlif – Qarabağda, Qubada, Bakıda, Qazaxda və digər bölgələrində yetişdirilirdilər. Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqq-ədalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. Yəqin ki, "At igidin dostudur" xalq məsəli də döyüş meydanlarında yaranmışdır. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin "Xosrov və Şirin" poemasında Şirinin çox sevdiyi "Gülgün", Qaçaq Nəbinin, onun silahdaşı Həcər xanımın xilaskarı "Bozat" dillər əzbəri olmuşdur. İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. Bu da atlara olan insan məhəbbətidir. Bakıda H.Əliyev adına İdman Oyunları Sarayının qarşısındakı xiyabanda ucaldılan at heykəli – monumental kompleks də dəqqəti cəlb edir. (Heykəltəraş Georgi Caparidze, memar Elbəy Qasımzadə). Heykəl-kompleks, həm atda olan tükənməz gücü nümayiş etdirir; həm də yerin təkindən çıxan atəş Azərbaycan və gürcü xalqlarının əbədi qardaşlığının simvolu kimi təsvir olunmuşdur.
Azərbaycan atları (film, 1937)
Azərbaycan atları filmi rejissor Vladimir Yeremeyev tərəfindən 1937-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrindəki at zavodlarında cins atların yetişdirilməsindən danışılır. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrindəki at zavodlarında cins atların yetişdirilməsindən danışılır, atçılıq sərgisi-respublikamızın ən yaxşı cins atları və cıdır yarışları öz əksini tapmışdır. Ssenari müəllifi: Vladimir Yeremeyev Rejissor: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Əlibala Ələkbərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan atları (film, 1953)
Azərbaycan atları filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1953-cü ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Ağdam atçılıq zavodunda məşhur Qarabağ atlarının yetişdirilməsindən bəhs edir. Film Ağdam atçılıq zavodunda məşhur Qarabağ atlarının yetişdirilməsindən bəhs edir.
Ağ Ata
Ağ atlar üçün vals (film, 1987)
Ağ atlı oğlan (film, 1995)
Ağ atlı oğlan tammetrajlı bədii filmi rejissor Ənvər Əbluc tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi-vətənpərvərlik filmində Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Filmdə əsas rolları Abbasqulu Əbluc, Sədayə Mustafayeva, Orxan Nadirov, Yaşar Nuri, Ruslan Nəsirov, Dilarə Nəzərova, Səidə Səfərova, Xumar Əhədova, Laləzar Mustafayeva və Elxan Quliyev ifa edirlər. Film hərbi-vətənpərvərlik mövzusundadır. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır. Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi "Ağ atlı oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur.
Ağ atlı oğlan haqqında nağıl (film, 1986)
Ağ atlı oğlan haqqında nağıl qısametrajlı sənədli filmi rejissor Rauf Nağıyev tərəfindən 1995-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. Film Cəmşid Naxçıvanski adına hərbi məktəb şagirdlərinin həyatından və təhsilindən bəhs edir. Ssenari müəllifi: Ramiz Duyğun, Rauf Nağıyev Rejissor: Rauf Nağıyev Operator: Rəşid Nağıyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ağac Ata
Ağasəlim Atakişiyev
Ağasəlim İbrahim oğlu Atakişiyev (1903, Bakı – 1970, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (1950–1953). Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyas — Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləmişdir. A. Atakişiyev bu illər ərzində məsul tapşırıqları yerinə yetirmiş, sosializm dövlətinin düşmənlərinə qarşı mübarizə etmişdir. A. Atakişiyev 1931-ci ildə ÜİK(b)P sıralarına daxil olmuşdur. A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə Azərbaycan SSR xalq daxili işlər komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində böyük təşkilatçılıq işi görmüşdür. 1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR xalq dövlət təhlükəsizliyi komissarının birinci müavini olmuşdur.
Ağdam Atçılıq Zavodu
Ağdam Atçılıq Zavodu ХХ əsrdə Qarabağ cinsinin tariхində ən önəmli hadisə kimi iхtisaslaşmış Ağdam Atçılıq Zavodunun yaradılmasının əvəzsiz rolu olmuşdur. Zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 8 oktyabr 1948-ci il tariхli, 1681 saylı, Azərbaycan SSR Nazirlər Sovetinin isə 27 may 1949-cu il tariхli, 583 saylı qərarları əsasında yaradılmışdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Хalq Torpaq Komissasrlığının хüsusi komissiyası (N.Əfəndiyev, S.Cəfərov və S.Aquşeviç) Qarabağ atlarının keçmişdə geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzmiş və cinsin хarakterik əlamətlərini özündə saхlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdilər. 1947-ci ilin payızında seçilmiş həmin atlar Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı Nazirliklərinin mütəхəssisləri (U.Əlibəyov, S.Həsənov, İ.Əfəndiyev və S.Aquşeviç) tərəfindən bir daha baхışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edildi və 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Хaldan quşçuluq sovхozuna gətirildi və beləliklə zavodun əsası qoyulmuşdur. Sovхozlar Nazirliyinin хüsusi komissiyası (R.Səttarzadə, S.Zülfüqarov, A.Zaхoyev və S.Həsənov) tərəfindən həmin atlar bonitirə edilərək damğalanmış, onlara ad verilmiş, eksteryeri təsvir edilmişdir. Lakin yeni yaradılan at zavodu üçün Хaldan quşçuluq sovхozunun ərazisi əlverişli deyildi. Buranın yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağınkından хeyli fərqli idi. Bütün bunlar əsas gətirilərək zavod 1949-cu ilin sentyabr ayında Ağdamın yaхınlığındakı Göytəpə adlanan yerə, vaхtilə Хan zavodlarına məхsus atların məskunlaşdığı yerlərdən birinə köçürüldü. Qarabağ atçılıq zavodu yaradıldığı zamandan etibarən uğurla fəaliyyətə başladı. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərildi.
Balaxanı-Sabunçu Polis İdarəsi Süvari Qorodovoylarının At Oynatmaları (1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Banksia attenuata
Banksia attenuata (lat. Banksia attenuata) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Başqırd atı
Başqırd atı — at cinsi olaraq Başqırdıstanın endemik canlısıdır. Bu cins yerli meşə və çöl atlarının seleksiyasi nəticəsində meydana gəlmişdir. Atın formalaşmasında il boyu davam edən kontinental iqlim mühüm rol oynamışdır. Bel nahiyədi enli, boynu idə yoğun və qısadır. Hündürlüyü 142–145 sm təşkil edir. Diri çəkisi 450–470 kq-dır. Başqırd atı xüsusi ilə XVII—XVIII əsrlərdə geniş yayılmışdı. Onlar Ufa və Orenburq quberniyalarında yetişdirilirdi. Əsas arealından kənarda isə Perm, Samara və Kazan quberniyalarında belə rast gəlinirdi. Onlardan əsasən Qərbi Sibirdə poçt daşımalarında istifadə edilirdi.
Başqırt atı
Başqırd atı — at cinsi olaraq Başqırdıstanın endemik canlısıdır. Bu cins yerli meşə və çöl atlarının seleksiyasi nəticəsində meydana gəlmişdir. Atın formalaşmasında il boyu davam edən kontinental iqlim mühüm rol oynamışdır. Bel nahiyədi enli, boynu idə yoğun və qısadır. Hündürlüyü 142–145 sm təşkil edir. Diri çəkisi 450–470 kq-dır. Başqırd atı xüsusi ilə XVII—XVIII əsrlərdə geniş yayılmışdı. Onlar Ufa və Orenburq quberniyalarında yetişdirilirdi. Əsas arealından kənarda isə Perm, Samara və Kazan quberniyalarında belə rast gəlinirdi. Onlardan əsasən Qərbi Sibirdə poçt daşımalarında istifadə edilirdi.
Başsız atlı (roman)
Başsız atlı — Mayn Rid tərəfindən 1865-ci ildə yazılmış roman. Vəhşi Qərb mövzusunda yazılmış romanda gənc qızı sevən iki gəncin mübarizəsi ilə yanaşı, ABŞ həyatının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, Amerika hindularının həyatı təsvir edilir. Mayn Rid Tomas 1818-ci ildə Britaniyada anadan olmuşdur. O, keçən əsrin ingilis romançılarındandır (Thomas Mayne Reid). Rid 20 yaşında ikən ABŞ-yə getmiş, Amerika-Meksika müharibəsində (1846–1848) iştirak etmişdir. Onun bir çox əsərləri Amerika həyatından bəhs edir. Müharibənin iştirakçısı kimi şəxsən müşahidə etdiyi bir çox hadisələr və insanlar sonralar yazdığı əsərlərində, xüsusən də "Azad atıcılar", "Ağ rəhbər", "Kbarteron qız", "Feminolların başçısı Otseolla", "Başsız atlı", "Öldürücü atəş" romanlarında öz bədii inikasını tapmışdır. Mayn Rid insan qəlbinin dərinliklərinə enməyi surətlər, arasındakı münasibətləri konkret həyat hadisələri əsasında təsvir etməyi bacaran xarakterlər ustasıdır. Əsərlərində müəllif ABŞ-nin müstəmləkəçilik siyasətini, qul alverinin dəhşətlərini, amerika hindularının həyatını təsvir etmişdir. Humanist ruhlu macəra romanlarında hinduların ağ müstəmləkəçilərə qarşı istiqlaliyyət mübarizəsini təsvir etmişdir.
Beynəlxalq Atatürk - Ala-too Universiteti
Beynəlxalq Ala-Too Universiteti və ya Beynəlxalq Atatürk-Ala-Too Universiteti (rus. Международный университет «Ала-Тоо»; türk. Uluslararası Ala-Too Üniversitesi), Qırğızıstanın Bişkek şəhərində yerləşən özəl universitetdir. 1996-cı ildə qurulmuşdur. Universitet məzun, magistr və doktorantura proqramları üzrə təhsil verir. Qırğızıstanın ən nüfuzlu universitetlərindən biridir. [mənbə göstərin] Universitetdə əsas tədris dili ingilis dilidir, lakin bəzi fənnlər türk, qırğız və rus dillərində tədris olunur. Fransız və alman dilləri də seçmə dərslər olaraq tədris olunur. Universitetin rektoru Səncər Erdolatovdur. Qırğızıstan vətəndaşları, Mərkəzi İmtahan Sisteminin imtahan nəticələrinə görə universitetə ​​qəbul olunurlar.
Beynəlxalq Atom Enerji Agentliyi
Beynəlxalq Atom Enerjisi Agentliyi (ing. International Atomic Energy Agency) və ya qısaca BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla, onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır. BAEA, 29 iyul 1957-ci ildə müstəqil bir təşkilat kimi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından öz beynəlxalq müqaviləsi ilə qurulmuş olsa da, statusuna görə həm Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, həm də Təhlükəsizlik Şurasına məlumat verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin Avstriyanın Vyana şəhərində qərargahı var. Beynəlxalq Atom Enerjisi Təşkilatının Toronto, Kanada və Yaponiyanın Tokio şəhərində yerləşən iki "Regional Təhlükəsizlik Təşkilatları Ofisləri" var. Beynəlxalq Atom Enerjisi Agentliyinin Nyu-Yorkda, ABŞ-də və İsveçrənin Cenevrə şəhərində yerləşən iki əlaqə bürosu var. Bundan əlavə, AEBA Seibersdorf, Avstriya, Monako və Triest şəhərlərində yerləşən laboratoriya və tədqiqat mərkəzlərinə malikdir.
Birinci şəxs atıcı
Birinci şəxs atıcı və ya 3D-shooter — Kompüter oyununda janr, ilk tam üçölçülü birinci şəxs tərəfindən atışı (şuter) janrı. Janrın adı 3D üçölçülü qrafik ilə "shooter" (atıcı) ifadələrinin qarışığından yaranmışdır. Son zamanlar "şuter" ifadəsi kompüter oyunlarının janrını dəqiq göstərmək üçün daha tez-tez istifadə edilir. Oyunçu üçölçülü fəzada olur və müəyyən hərəkət azadlığına malikdir. Tutaq ki, müəyyən məhdudiyyət çərçivəsində olan labirint vardır ki, bu labirintdə düşmənlər, müttəfiqlər və neytral qüvvələr yerləşmişlər. Oyun zamanı istifadəçi kifayət qədər düşmən məhv etməlidir. Bunun üçün personaja (istifadəçiyə) müxtəlif silahlar təklif olunur. 3D-atıcı və ya Birinci-şəxs atıcı janrı digər janrlara nisbətən qrafik sistemlərə, daha doğrusu kadr tezliyinə (saniyədə kadrların sayı) daha həssasdırlar. Oyun zamanı saniyədə 30 kadr tələb olunur .
Brickellia atractyloides
Brickellia atractyloides (lat. Brickellia atractyloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Böyükağa Atababayev
Böyükağa Atababa oğlu Atababayev (1917-?) — azərbaycanlı rəqqas. Böyükağa Atababa oğlu Atababayev 1917-ci ildə Bakıda anadan olmuşdu. 1933-cü illərdə Əli Bayramov adına klubda dram dərnəyinin üzvü olmuşdur. O, 1935-ci ilin dekabr ayından Əşrəf Səfərovun yenicə yaratdığı rəqs ansamblına üzv olur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı idi. Onu da qeyd edim ki, Böyükağanın həyat yoldaşı Böyükxanım da 1937-ci ildən 1947-ci ilə qədər Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupunda çalışıb. Böyükağa Atababayev özü isə 1957-ci ilə kimi filarmoniyada işləmişdir. O, 1941-ci ildə İranda qastrolda olmuş, Opera teatrının kollektivilə birgə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında rəqs səhnələrində iştirak etmişdir. 1943-cü ildə professor Bülbülün rəhbərliyi altında Bryansk cəbhəsində olmuş, konsert briqadasının tərkibində Hacı Məmmədov, Gülxar Həsənova, Teyyub Dəmirov, Fizzə Hənifəyeva və b. ilə birgə Böyükağa Atababayev də vardı.

Digər lüğətlərdə