prep 1. Məkan mənası bildirərkən aşağıdakı hallarda işlənir: 1) əşya və ya şəxsin bir şeyin yaxınlığında olduğunu göstərir: yanında, yaxınlığında; ~ the door / the window / the sea qapının / pəncərənin / dənizin yanında / yaxınlığında; The teacher was standing at the door Müəllim qapının yanında dayanmışdı; 2) Bir şey və ya əşyanın müəyyən bir məkanda olduğunu göstərir; -da, -də; ~ the tram stop tramvay dayanacağında; ~ the foot of the mountain dağın ətəyində; ~ the station vağzalda; I met him at the station Mən onu vağzalda qarşıladım; 3) Müəyyən bir məkana çatmağı göstərir: -a, -ə; to arrive ~ the station vağzala çatmaq; The train arrived at the station in time Qatar vağzala vaxtında çatdı; 2. Zaman bildirərkən aşağıdakı mənaları ifadə edir: 1) Zaman göstərir: -da, -də; ~ two o’clock saat ikidə; ~ an appointed date müəyyən edilmiş tarixdə; ~ the time həmin vaxtda; ~ the beginning of this century bu əsrin başlanğıcında; 2) Yaş göstərir: -da, -də; ~ an early age erkən yaşda; He lost his father at an early age O, atasını erkən yaşında itirdi; 3) Bəzi hallarda Azərbaycan dilinə tərcümə edilmir; ~ noon günorta, ~ night gecə; He turned home at noon / at night O, evə günorta / gecə qayıtdı; 3. Fəaliyyət və ya proses bildirir; -da, -də; ~ school məktəbdə; ~ court məhkəmədə, ~ factory fabrikdə; ~ table stol arxasında; ~ the concert konsertdə; ~ the theatre teatrda; ~ the meeting iclasda; 4. Hərəkətin istiqamətini bildirir: -a, -ə; to look ~ smb. / smth. bir kəsə / bir şeyə baxmaq; 5. Hərəkətin tərzini bildirir: 1) -da, -də; ~ a flash bir anda; ~ one blow bir zərbədə; 2) ilə, -la, -lə; ~ intervals fasilələrlə, ara-sıra; 6. Sifətin üstünlük dərəcə forması ilə işlədilir: ~ best ən yaxşı halda; ~ worst ən pis balda; 7. ölçü, miqdar, qiymət bildirən sözlərlə işlədilir: ~ 2 shillings 2 şillinqə; 8. Məsafə bildirir: ~ a distance uzaqda; to keep smb. ~ arm’s length bir kəsi yaxına buraxmamaq; 9. üzərində, ilə; to work ~smth. 1) bir şey üzərində işləmək; to work ~ physics fizika ilə məşğul olmaq; 10. Aşağıdakı birləşmələrdə işlədilir: good ~ languages dil öyrənməkdə qabiliyyəti olma; good ~ mathematics riyaziyyata qabiliyyəti olma; ~ first əvvəlcə, öncə; ~ length 1) nəhayət, axırda, nəticədə; 2) müfəssəl (surətdə),təfsilatı ilə, təfərrüatı ilə, ətraflı; ~ once 1) dərhal, əlüstü, o saat; 2) birdən, birdən-birə, qəfildən, qəflətən; At ease! hərb. Azad! At attention! hərb. Farağat!; to arrive ~ a conclusion / a decision bir nəticəyə / qərara gəlmək; ~ all qətiyyən, əsla; He doesn’t smoke at all O, qətiyyən / əsla papiros çəkmir