Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • ƏBDÜRRƏHMAN

    bax: Əbdül və Rəhman

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ƏBDÜLRƏHMAN

    bax: Əbdül və Rəhman

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ƏBDÜRRƏHİM

    “Rəhm edənin (Allahın) qulu” deməkdir. Əbdürrəhman da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • YENİŞ-YOXUŞ

    bax eniş-yoxuş. [Əbdürrəhman bəy:] …Qara dağdan ala dağa yenişyoxuş, dərə-təpə, axırda nədi, nədi? Kömür qaradı, qatıq ağdı. N.Vəzirov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TUTALIM

    ...çox ağıllı tacirsən; İş aparmaqda xeyli mahirsən. A.Səhhət. [Əbdürrəhman bəy:] Deyim ki, gəl mənim qızımı al, tutalım ki, dedim, axır alarmı? N.Vəzir

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • VİZİ́T

    [fr.] 1. Görüş. [Əbdürrəhman bəy:] Elə şeyləri sən özün yaxşı bilirsən, gərək o gəlsin vizitə, yoxsa mən gedim ona deyim? N.Vəzirov. [Həsən ağa:] Necə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • PULCUQ

    ...Balıqların əksəriyyətində bədənin üzəri pulcuqlarla örtülü olur. Y.Əbdürrəhmanov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • BOYLU

    ...(C.Cabbarlı). BOYLU II sif. dan. İkicanlı, hamilə. Onların kəndində Əbdürrəhman adında bir bəy də vardı. Əzazilin biriydi, boylu arvadlar onu görəndə

    Tam oxu »
    Azərbaycan dilinin omonimlər lüğəti
  • YASSAR

    ...tayı yoxdur, amma çifayda qorxaqdır, yassardır. M.F.Axundzadə. [Əbdürrəhman bəy:] Qorxma yassar, mərdana ol, oturt, Əhməd, gir qoluna, ha… belə. N.Və

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SELİK

    ...maddə. Balıq bədəninin səthi xüsusi sürüşkən seliklə örtülü olur. Y.Əbdürrəhmanov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • AĞLAŞMA

    1. “Ağlaşmaq”dan f.is. 2. is. Yas, matəm. [Əbdürrəhman bəy:] Arvad, bilirsən nə var; mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya. N.Vəzi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ŞAMAYI

    ...gümüşü, bel tərəfi tünd-yaşıl, üzgəcləri isə açıq rəngdə olur. Y.Əbdürrəhmanov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÜZGƏC

    ...ayaqlara müvafiq olaraq balıqlarda döş və qarın üzgəcləri vardır. Y.Əbdürrəhmanov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İTİLMƏK

    ...Kişi, dəli olubsan! Mən evimdən hara itiləcəyəm? M.F.Axundzadə. [Əbdürrəhman bəy:] …Əbdürrəhim, sən atanın goru, tez bir çubuq gətir ver, durum itili

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • BAMBILI

    ...bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq… C.Məmmədquluzadə. [Əbdürrəhman bəy:] Mən niyə dəli oluram, dəli sənin kimi olur ki, belə bambılı dər

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • LƏYAQƏTSİZ

    ...balalar da ləyaqətsiz paltar geyməyə məcbur olurlar (Çəmənzəminli); BAMBILI [Əbdürrəhman bəy:] Dəli sənin kimi olur ki, belə bambdı dərviş başına ip

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • MATƏM

    ...Azərbaycana? Nə deyir oğlunu sevən bir ana? (S.Vurğun); AĞLAŞMA (dan.) [Əbdürrəhman bəy:] Arvad, bilirsən nə var, mən sənə çox məsləhət görürəm durub

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • ÇIXMAQ

    ...Səhər hava tamam açıldı, gün çıxdı (H.Abbaszadə); ÇIRTLAMAQ [Əbdülrəhman:] Bala, indicə gün çırtlayacaq yola düşürsənmi? (G.Hüseynoğlu); ÇIRTMAQ Arab

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • MÖHLƏT

    ...rüxsarinə; Canım aldın, göz yumub açınca möhlət vermədin. Füzuli. [Əbdürrəhman bəy:] Arvad, sən atanın goru, ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • MƏRMƏR

    ...eyni uzunluqdadır. Alnının eni gözünün diametrindən azdır. Y.Əbdürrəhmanov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÇAĞIRMAQ

    ...oxumaq. Bayatı çağırmaq. – Aşıq gördüyünü çağırar. (Ata. sözü). [Əbdürrəhman bəy:] Əlinin ikisini də qoy qulaqlarının dibinə, gəraylı çağır. N.Vəziro

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • GETMƏK

    ...maşın qaranlıqda ağır-ağır irəliləyirdi (İ.Əfəndiyev); İTİLMƏK (dan.) Əbdürrəhman bəy: A gedə, Əbdürrəhim, sən atayın goru tez bir çubuq ver, durum i

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • BAŞ

    ...dəqiqədən sonra dəstənin başı açıldı. M.S.Ordubadi; 3) başlanmaq. [Əbdürrəhman bəy:] Mətləbin başı açıldı, amma çox zülmnən. N.Vəzirov. Başı aşağı et

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
OBASTAN VİKİ
III Əbdürrəhman
III Əbdürrəhman və ya Əbdürrəhman ibn Məhəmməd (ərəb. عبد الرحمن الناصر لدين الله‎) (d. 7 yanvar 891 - ö. 15 oktyabr 961) — son Kordova əmiri və 1. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == İbnü’l-Esîr, el-Kâmil, VIII, 73, 74, 180, 324, 387, 513, 535, 536, 674, 675. İbn Haldûn, el-ʿİber, IV, 137-146. Makkarî, Nefḥu’ṭ-ṭîb, bk. İndeks. R. Dozy, Histoire des Musulmans d’Espagne, Paris 1912, II, 93-175.
II Əbdürrəhman
II Əbdürrəhman və ya Əbdürrəhman ibn Hakəm ibn Haşim ibn Əbdürrəhman (ərəb. عبد الرحمن الأوسط‎) (d. 792 - ö. 22 sentyabr 852) — 4-cü Kordova əmiri. == Həyatı == === İlk illəri === Əbdürrəhman ibn Hakəm 792-ci ildə Toledoda dünyaya gəldi. Atası Əndəlüs əmiri I Hakəm, anası isə onun xanımlarından Halavadır. Mükəmməl təhsil aldıqdan sonra gənc yaşlarından etibarən müxtəlif dövlət vəzifələrində xidmət etdi. Bu vəzifələrdən biri də 807-ci ildə Toledoda başlayan üsyanın yatırılması oldu. Şəhərə yeni təyin edilən vali Əmrus ibn Yusiflə birlikdə üsyanın qısa zamanda yatırılmasında mühüm rol oynayan Əbdürrəhman ibn Hakəm, daha sonra Tortosaya hücum edən frankların geri püskürdülməsiylə vəzifələndirildi (809). Bu uğurları səbəbilə atası tərəfindən vəliəhd elan edildi.
IV Əbdürrəhman
IV Əbdürrəhman və ya Əbdürrəhman ibn Məhəmməd (ərəb. عبد الرحمن المرتضى‎) (X əsr, Kordova, Əndəlüs – 23 iyul 1018, Quadis[d], Əndəlüs) — 7. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == İbn Hazm, Cemhere (nşr. Abdüsselâm M. Hârûn), Kahire 1982, s. 101. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1966, s. 22. Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 27.
I Əbdürrəhman
I Əbdürrəhman Əbül-Mütarrif Əbdürrəhman əd-Daxil ibn Müaviyə bin Hişam (731, Dəməşq – 30 sentyabr 788) — Əndəlüs Əməvi dövlətinin qurucusu (756–788). == Həyatı == 731-ci ildə Dəməşq yaxınlarında Deyrihannada doğuldu Anası Rah, Bərbəri Nəfza qəbiləsinə mənsub bir cariyə idi. Kiçik yaşda atasını itirdiyi üçün babası Xəlifə Hişamın yanında böyüdü. Abbasi qətli-amından qurtulduqdan sonra bir müddət Fərat civarında gizləndi. Niyəti şərqə qaçmaq idi, fəqət Abbasi əsgərlərinin onu təqib etdiyini öyrənincə azad edilmiş köləsi Bədr ilə birlikdə Suriya, Fələstin və Misir üzərindən İfrikıyyəyə ulaşmayı başardı. İfrikıyyə valisi Əbdürrəhman b. Həbib əl-Fihri, Abbasilərə qarşı olmasına rəğmən, bağımsızlığını qazanmaq arzusunda olduğu üçün Əbdürrəhman ibn Müaviyənin Kayrəvanda qalmasına izin vermədi. Buna gğrə bir müddət Bərkada qalan Əbdürrəhman buradan Tahərdə, oradan da Mərakeşin Aralıq dənizi sahilində yaşayan Nəfza qəbiləsinin yanına getti. Əbdürrəhman, Şimali Afrikada gözlədiyi dəstəyi tapa bilməyincə Əndülüsə keçməyə qərar verdi. Ancaq, öncə yanından heç ayrılmayan azadlı köləsi Bədri göndərərək durumu öyrəndikdən sonra hərəkət etmənin daha uyğun olacağını düşündü.
V Əbdürrəhman
V Əbdürrəhman və ya Əbdürrəhman ibn Hişam (ərəb. عبد الرحمن بن هشام المستظهر بالله‎) (d. 1002 - ö. 18 yanvar 1024) — 10. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == İbn Hazm, Cemhere (nşr. Abdüsselâm M. Hârûn), Kahire 1982, s. 101. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1966, s. 25-26.
Əbdürrəhman Güləhmədov
Əbdürrəhman Niyaz oğlu Güləhmədov (25 avqust 1908, Gürcüstan, Ahalkələk rayonu, Kokiya kəndi – 1989, Bakı) — aqrar elmləri doktoru (1961), professor (1963), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976). == Həyatı == Əbdürrəhman Güləhmədov 25 avqust 1908-ci ildə Borçalı mahalına qonşu Ahalkələk (Ağcaqala) rayonunun Kokiya kəndində anadan olub. Uşaq ikən yetim qaldığı üçün natamam orta təhsilini Gəncə şəhərinin uşaq evində alıb. Sonra Gəncə Kənd Təsərrüfatı Texnikumunun Aqronomluq şöbəsini bitirib və Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda işləyib. Əbdürrəhman Güləhmədov ali təhsilini Moskva Kənd Təsərrüfatı Akademiyasının Torpaqşünaslıq və Aqrokimya fakültəsində alıb. == Əmək fəaliyyəti == Əbdürrəhman Güləhmədov əmək fəaliyyətinə 1930-cu ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının Aqrokimya kafedrasında, D. H. Pryanişnikovun laboratoriyasında başlayıb. O, 1956-cı ildən ömrünün sonuna kimi AEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mikroelementler şöbəsinin rəhbəri vəzifəsini icra edib.Əbdürrəhman Güləhmədov 1932-ci ildən etibarən həm də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqrokimya fənnindən mühazirələr oxumaqla kadr hazırlığı işində yaxından iştirak edib. Azərbaycan SSR-in pambıqçılıq zonasında torpaqların azot, fosfor və kaliumla təmin olunması kartoqramını tərtib edib. Torpağın aqrokimyəvi tədqiqat üsullarını, həmçinin yerli xammal bazası əsasında kompleks gübrələrin yeni növlərinin alınma texnologiyasını işləyib hazırlayıb. Respublikada ilk torpaq-aqrokimya xaritələrini tərtib edib.
Əbdürrəhman Momənd
Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba (puşt. رحمان بابا; 1632, Pişəvər – 1706, Pişəvər) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı. == Həyatı == Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var.
Əbdürrəhman Paşa
Əbdürrəhman Paşa (ö. 13 yanvar 1706) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. == Həyatı == Dərya bəylərindən olub, haqqında məlumat olduqca azdır. 25 dekabr 1704-cü ildə kaptan-ı dərya oldu. 13 yanvar 1706-cı ildə vəfat etdi. Cənazəsi Piyalə Paşa məscidinin həyətinə dəfn edilmişdir.
Əbdürrəhman Tağıyev
Tağıyev Əbdürrəhman İsmayıl oğlu (1899, Bakı-1995, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Əbdürrəhman Tağıyev 1899-cu ildə Bakı şəhərində doğulmuşdu. Bakı gimnaziyasını bitirmişdi. 1920-1925-ci illərdə İstanbul Dəmiryol İnstitunun inşaat fakültəsində oxumudu. Hacı Zeynalabdin Tağıyevin nəvəsidir.
Əbdürrəhman
Əbdürrəhman — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əbdürrəhman Vəzirov — Azərbaycan SSR KP MK-nın 13-cü I katibi Əbdürrəhman Fərəcov — aktyor, Leyli rolunun ilk ifaçısı. Əbdürrəhman əfəndi Ünsi — Əbdürrəhman bəy Fətəlibəyli — İkinci dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşcısı Əbdürrəhman Cami — Böyük taçik şairi, musiqişünası, filosof və alimi. Əbdürrəhman ağa Dilbazov — Əbdürrəhman ibn Rəbiə — Əbdürrəhman Əfəndizadə — XIX - XX əsr Azərbaycan pedaqoqu, publisist. Əbdürrəhman Tağıyev — Əbdürrəhman Dai — şair. Əbdürrəhman Yalçınqaya — Türkiyəli hüquqşünas.
Əbdürrəhman (Avurğazı)
Əbdürrəhman (başq. Абдрахман, rus. Абдрахманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 22 km, kənd sovetliyindən (Tukay): 3 km. ən yaxın dəmiryol stansiyasından (Beloe Ozera stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (60%), başqırdlar (40%) üstünlük təşkil edir.
Əbdürrəhman Cami
Əbdürrəhman Cami – tacik şairi, musiqişünası, filosof və alimi. == Həyatı == Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur. Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi. İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir. Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir.
Əbdürrəhman Dai
Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov (1898, Bülbülə - 1937) — şair. == Həyatı == Əbdül Rəhman Dai 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində Əbdül Rəhman və Gülsüm xanım Əbdülovların ailəsində dünyaya göz açıb. Rəhman ailənin yeganə oğul övladı idi və anadan olanda atasının 58, anasının isə 40 yaşı vardı. XX əsrin əvvəllərində Əbdülovlar Bülbülə kəndindən Bakıya köçmüş, Bondarnaya (indiki Şəmsi Bədəlbəyli) küçəsi, 92 saylı ünvanda yaşayıb. Rəhman Əbdül Rəhman oğlu Əbdülov 1905-ci ildə Bakıda Ali-ibtidai məktəbin 1-ci sinfinə daxil olub, 1908-ci ildə yüksək qiymətlərlə bu ibtidai təhsil ocağını bitirib. Bir müddət qoca atasına təsərrüfat işlərində kömək edən gənc Rəhman mətbəə sahəsində çalışmağa daha böyük həvəs göstərirdi. O 1914-cü ildə zəmanəsinin ziyalısı və xeyirxahı kimi tanınan Qasım bəy Qasımbəyovun redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə əməkdaşlıq edir, "Məktəb" elektrik mətbəəsində mürəttib peşəsinə yiyələnirdi. İlk yazı nümunələri "Bəsirət", "Açıq söz" qəzetlərində işıq üzü görən Əbdül Rəhman Dainin uşaqların rəvan qiraəti üçün yazdığı "Rəhimli səyyah" adlı ilk nəsr kitabı Kazım Vəlizadənin naşirliyi ilə 1917-ci ildə "Məktəb" elektrik mətbəəsində nəşr edilib.Dai o vaxt 5 kitabın müəllifi idi. Həmçinin komsomol orqanı olan “Gənc işçi”də çalışırdı. Sonradan “Ədiblər və mühərrirlər” cəmiyyətinin ilk katibi olduƏbdürrəhman Dai 1923-cü ildə gizli Müsavat təşkilatında iştirakına görə tutuldu.
Əbdürrəhman Düdənginski
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski (12 iyun 1908, Düdəngə, Şərur rayonu – 20 noyabr 1954, Münhen) — İkinci dünya müharibəsində Аzərbaycan legionunun başçısı. ABŞ-nin "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının baş redaktoru olub. == Həyatı == Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olub. Tiflisdəki hərbi-piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib. Moskvada Hərbi Akademiyada təhsil alıb. Minbaşı (mayor) rutbəsində olmuşdur. Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914–1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.
Əbdürrəhman Umarov
Əbdürrəhman Umarov (d.1866 — ö.1933)- məşhur noqay maarifçisi və tarixçisi. == Həyatı == Abdürrəhman İsmayıl oğlu Umarov 1866-cı ildə doğulub. Onun doğulduğu illərdə noqaylar hələ də köçəri halda yaşayırdılar. Buna görə də qaynaqlar onun hansı şəhərdə, hansı kənddə anadan olduğunu yazmaqdansa, hansı tayfadan olduğuna üstünlük verirlər. Abdürrəhman Umarov da Həştərxan bölgəsində yaşayan nayman tayfasındandır. === Təhsili === Abdürrəhman Umarov ilk təhsilini molla yanında alıb. Molla sadəcə ona oxumağı və yazmağı öyrətməyib, həmçinin, türk ləhcələrini, fars, ərəb dillərini öyrədir, dini və dünyəvi biliklərdən məlumat verir. İlkin hazırlığı yaxşı olduğundan Ufa şəhərindəki Qaliyə mədrəsəsinə daxil olanda şəhərdə yaşayan, ibtidai məktəbi bitirən yaşıdlarından o qədər də fərqlənmir. 1906-cı ildə Ufada imkanlı adamların topladığı vəsaitlə yaradılan, dövrünün böyük din xadimi və pedaqoqu Ziyaddin Kamaletdinovun rəhbəriliyi ilə fəaliyyətə başlayan mədrəsə ali təhsil ocağ kimi qurulduğunda çox vaxt adı Aliyə kimi də yazılır. Mədrəsədə təhsil dörd mərhələli idi.
Əbdürrəhman Vəzirov
Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı – 10 yanvar 2022, Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri. Əbdürrəhman Vəzirov SSRİ tarixində səfir vəzifəsinə olmuş yeganə azərbaycanlıdır. Siyasi baxışlarına görə Ə.Vəzirov kompartiyaya sadiq olan əsl leninçi kommunist idi. O, Leninizm ideyalarına, bəşəriyyətin işıqlı gələcəyinin kommunizm olduğuna tam olaraq inanırdı. Vəzirov həm də H. Əliyevin qəti əleyhdarı idi. == Həyatı == Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakının Kirov rayonunda doğulub. Hələ yeniyetmə vaxtlarından siyasətlə maraqlanmış, ingilis dilini öyrənməyə başlamışdır. 1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirdikdən sonra özünün arzusu olan Moskva Beynəlxalq Münasibətlər İnstitutuna qəbul aldı, lakin ailəsinin istəyi əsasında bundan imtina edərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir. Elə həmin ildən Sov.İKP üzvlüyünə qəbul edilən Əbdürrəhman Vəzirov 1953-cü ildən təhsil aldığı institutun elektrik stansiyaları, şəbəkələri və yüksək gərginlik texnikası kafedrasının aspirantı olmuşdur.
Əbdürrəhman Yalçınqaya
Əbdürrəhman Yalçınqaya (10 mart, 1950) —Türkiyəli hüquqşünas. == Həyatı == Əbdürrəhman Yalçınqaya 1950-ci ildə mart ayının 10-da Türkiyənin Şanlıurfa şəhərinin Suruç kəndində anadan olub. Ankara İldırım Bəyazid adına liseyi bitirdikdən sonra eyniadlı universitetin Hüquq fakültəsinə daxil olan Əbdürrəhman universiteti 1973-cü ildə bitirdikdən sonra Tuzla şəhərində qısa müddət ərzində hərbi xidmətini başa vurmuşdur. Ankarada namizəd hakim kimi fəaliyyətə başlayan Yalçınqaya əvvəlcə Acıpayam və Bulanık vilayətlərində hakimlik etmişdir. Daha sonra Gürün Ağır Cinayətlər üzrə Məhkəmənin sədri, Gürün Ədliyyə Prokurorluğu Ədalət komissiyasının sədri, Silifkə hakimi və digər məsul vəzifələri icra etmişdir. 1998-ci ilin aprel ayının 14-də prokurorluğa qəbul edilən Əbdürrəhman Yalçınqaya Prokurorluğun VII Cəza dairəsinin nümayəndəsi ikən Prokurorluq Rəyasət Heyəti tərəfindən göstərilən namizədlər arasından 2004-cü ilin iyun ayının 21-də dövrün prezidenti tərəfindən baş prokurorluğa qəbul edilir. O, hazırda bu vəzifəsini icra edir. Əbdürrəhman Yalçınqaya ingilis dilini mükəmməl bilir. Evlidir, iki övladı var. Əbdürrəhman Yalçınqaya AKP-nin bağladılması işindən əvvəl DTP-nin də bağladılması üçün məhkəməyə müraciət edib.
Əbdürrəhman xan
Əbdürrəhman xan (1844, Kabil – 1 oktyabr 1901, Kabil) — Barakzay sülaləsinən əfqan əmiri (1880–1901). == Həyatı == Əbdürrəhman xanın uşaqlığı Kabildə keçmişdir. 1850-ci ildə atası Bəlx valisi təyin olunandan sonra o atası ilə birlikdə Bəlxə köçmüş və gəncliyini əfqan Türküstanında yaşamışdır. Babası Əmir Dostməhəmməd xanın Bədaxşan, Kataqan, Dərvaz və Pamir bölgələrini də hakimiyyətinin sərhədləri içinə alan hərəkatında o da iştirak etmişdir. 1863-cü ildə babası öləndən sonra əmisi vəliəhd Şirəli xan əfqan taxtına çıxmışdır. Amma atası Əfdal xan ilə digər əmisi Azam xan, Şirəli xanı əmir olaraq tanımamışlar. Onların bu mövqeyi Əfqanıstanda 1868-ci ilə qədər davam edən qanlı vətəndaş müharibəsinin başlamasına səbəb olmuşdur. O, bu müharibədə əmisi Şirəli xana qarşı vuruşmuş, hətta Kabili işğal edərək atası Əfdal xanın əmirliyini elan etməsinə zəmin hazırlamışdır. Amma 1867-ci ilin oktyabrında atası vəfat edəndən sonra əmisinin əmirliyini qəbul etmək məcburiyyətində qalmışdır. Bir müddət sonra isə Şirəli xanın qüvvələrinə məğlub olaraq əvvəlcə İrana, oradan da Türküstana qaçmışdır.
Əbdürrəhman Önül
Əbdürrəhman Önül (Türkçe: Abdurrahman Önül)( d. 1 dekabr 1973; Bayburt ) - türk ilahi sənətkarı, yazıçısı və bəstəkardır. == Yaşayışı == 1 dekabr 1973-cü ildə Bayburtda anadan olub. İstanbul Fatih İmam Hatip Liseyini bitirdi. Uşaq ikən musiqiyə marağı olan Əbdürrəhman Önül bir çox özəl kursda musiqi oxudu və bir çox musiqi alətindən istifadə etdi. 1990-cı ildə Yalvar Allah'a albomu ilə musiqi bazarına girdi . Bazarda 30-dan çox albomu mövcuddur. Təxminən 10 ildir Türkiyə və Avropa 'da ən çox albomu satılan ilahi sənətçisi olma ünvanını əlində tutmaqdadır. Etdiyi bütün albümler Türkiyə 'də və özəlliklə Avropa ' da sıx maraq görmüşdür. Türkiyə 'nin yerli, regional, milli radio və televiziya kanallarında çoxlu sayda proqramlar yaymışdır.
Əbdürrəhman Əbsəlәmov
Əbdürrəhman Əbsəlәmov (tatar. Ğabderahman Safa uğlı Əbsəlәmov, Габдрахман Сафа улы Әпсәләмов; 15 (28) dekabr 1911 – 7 fevral 1979, Kazan) — tatar yazıçı və tərcüməçi, jurnalist, müharibə müxbiri. 1941–45-ci illər Böyük Vətən müharibəsinin üzvü, Qabdulla Tukay adına Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Dövlət Mükafatı laureatı, SSRİ Ali Sovetinin deputatı. == Bioqrafiyası == 15 dekabr 1911-ci ildə Köhnə Allaqulov kəndində anadan olmuşdur. 1923–1929-cu illərdə Moskvadakı Əsədullaev Evindəki orta məktəbdə oxumuşdur. Musa Cəlilin ədəbi dərnəyinin üzvü olmuşdur. 1930–1937-ci illərdə Moskvadakı müxtəlif fabriklərdə (M. Kalininin adına zavod, Teploelektrotexniki zavodu, 132 nömrəli zavodda) mexanik işləmiş, eyni zamanda axşam texniki məktəbində oxumuşdur. 1936-cı ildə Musa Cəlilin tövsiyəsi ilə Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. 1940-cı ildə universiteti bitirdikdən sonra Kazana işə göndərilir. 1941-ci ildən etibarən orduda xidmət etməyə başlayır, kəşfiyyatçı, dəniz briqadasının minaatan ekipajının komandiri, müharibə müxbirləri sıralarında xidmət etmişdir.
Əbdürrəhman Əfəndizadə
Hüsamzadə Əbdürrəhman Əfəndi
Hüsamzadə Əbdürrəhman Əfəndi (d. 1594 — ö. sentyabr 1670) — Osmanlı alimi, müdərrisi, qazısı və şeyxülislamı. == Həyatı == İstanbul qazısı Qoca Hüsam Əfəndinin oğlu olaraq 1594-cü ildə İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamlayaraq Şeyxülislam Xocazadə Mehmed Əfəndidən məzun olmuş, daha sonra atasıyla birlikdə Misir, Qüds və Mədinəyə gedrək burada bir çox alimlərdən dərslər aldı. Anadoluya döndükdən sonra isə ard-arda Sahn-ı Səman, Aya Sofya və Süleymaniyyə mədrəsələrində müdərris olaraq çalışdı. Daha sonra 1640–1645-ci illərdə Hələb, Dəməşq və İstanbul qazılığına gətirildi. 1649-cu ildə Anadolu başqazılığına gətirilsə də, bir il sonra vəzifədən alındı və təqaüdə çıxarıldı. 1652-ci ildə Rumeli başqazılığına gətirildi, ancaq bir il sonra bu vəzifəsindən də azad edildi. İbşir Mustafa Paşanın üsyançıların tələbi ilə edamından sonra 11 may 1655 tarixində paşanın tərəfini tutan Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin yerinə şeyxülislam seçildi.
Xədim Əbdürrəhman Paşa
Xədim Əbdürrəhman Paşa (ö. aprel 1653) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək qapıağası oldu. 1649-cu ilin iyulunda vəzir rütbəsiylə İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. 1650-ci ilin dekabrında Anadolu, 1651-ci ilin fevralında isə Misir bəylərbəyi təyin edildi. Ancaq 9 sentyabr 1652-ci ildə vəzifədən alınaraq paytaxta çağırıldı və divan vəziri oldu. 1653-cü ilin aprelində vəfat etdi. == Mənbə == Sicill-i Osmani I, səh.
Əbdürrəhman Nafiz Gürman
Əbdürrəhman Nafiz Gürman (türk. Abdurrahman Nafiz Gürman; 1882, Bodrum, Muğla ili – 6 fevral 1966, İstanbul) — Türk əsgər və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 5-ci Qərargahının rəisi idi. == Hərbi fəaliyyəti == 1903-cü ildə Hərbi məktəbi leytenant rütbəsi ilə bitirdi. Eyni ildə daxil olduğu Hərbi Akademiyanı 1906-cı ildə bitirərək Qərargah komandiri oldu. Müxtəlif bölüylərdə Birlik komandiri, Tabur komandiri və Qərargah komandiri kimi vəzifələri yerinə yetirdi. Afrika Qruplarının Qərargah komandiri olduğu vaxtlarda 8 mart 1919-cu il — 8 oktyabr 1919-cu illər arasında fransız və italyanlar tərəfindən əsir alındı. Əsirlikdən azad olduqdan sonra Əskişəhər Cəbhə Komandirliyi və 1-ci korpusun qərargah rəisi vəzifələrinin ardından 8 fevral 1921-ci ildə Anadoluya döndü. Müxtəlif qərargahlarda və bölüklərdə xidmət etmişdir. 1926-cı ildə general-mayor rütbəsinə yüksəldi.
Əbdürrəhman Fərəcov
Əbdürrəhman Mürsəlqulu oğlu Fərəcov (1892-1952)—aktyor, Leyli rolunun ilk ifaçısı. == Həyatı == == Fəaliyyəti == Bəllidir ki, "Leyli və Məcnun"un ilk tamaşası olduqca uğurlu keçib. Leyli rolunun da ifaçısı çayçı şagirdi Əbdürrəhman Fərəcov olub. Bir dəfə Üzeyir bəy Hacıbəyov çayxanada olarkən təsadüfən bu çayçı şagirdinin xoş zümzüməsini eşidərək səsinə valeh olub. Leyli rolunu yaratmaq üçün qadın tapılmadığından xəyalına məhz Əbdürrəhman Fərəcov gəlib. Həm səsinin məlahətini, həm də boy-buxununun incəliyini nəzərə alıb onu inandırıb ki, Leyli obrazını yarada bilər. Hüseynqulu Sarabski "Bir aktyorun xatirələri" adlı kitabında yazırdı: "Çox yalvar-yaxardan sonra Əbdürrəhman Fərəcovu Leyli rolunu oynamağa razı sala bildik". Amma Əbdürrəhman Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edib. Məşədi Cəmil Əmirov muğam kursu açır. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır.
Aşağı Əbdürrəhmanlı
Aşağı Əbdürrəhmanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin adı Orta əsrlərdə Qarabağda yaşamış Hacılı tayfasının Əbdürrəhmanlı tirəsinin adındandır. == Tarixi == Kənd 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunub. 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum nəticəsində Aşağı Əbdürrəhmanlı kəndinin bir hissəsi işğaldan azad olunub. 2020-ci ilə qədər kənd cəbhə xəttinin yaxınlığında yerləşirdi. Buna görə burada tez-tez atəşkəs pozulurdu. 1999-cu ildə burada döyüş tapşırığını yerinə yetirərkən sonradan 2 dəfə Paralimpiya oyunları çempionu olmuş cüdoçu İlham Zəkiyev yaralanmışdı.3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Çərəkənçayın sahilindədir. Kəndi əbdürəhmanlı nəslinə mənsub ailələr salmışlar. "Əbdürəhmanlı yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir.
Balaca Əbdürrəhmanov
Balaca Əbdürrəhmanov (Balaca İlyas oğlu Əbdürrəhmanov; 1922, İstibulaq – 22 yanvar 1977, Bakı) — sovet, azərbaycanlı alim-iqtisadçı, coğrafiyaçı; coğrafiya elmləri namizədi (1958), dosent; Azərbaycan SSR Elmlər Akademiyasının "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" şöbəsinin (1954) kiçik elmi sonra isə baş elmi işçisi (1961); Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsinin yaradıçısı və rəhbəri (1968); iqtisad elmləri doktoru (1971), professor. "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medal mükafatçısı (6 iyun 1945). "Doqquzuncu beşilliyin zərbəçisi" döş nişanı" ilə təltif olunmuşdur (29 aprel 1976). == Həyatı == Balaca Əbdürrəhmanov 1922-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. O, 1929-cu ildə Çaykənd də yerləşən 7 illik məktəbə daxil olmuşdur. 1941-ci ildə Kəlbəcər rayonun mədəni-maarif sahəsində bir sıra məsul vəzifələrdə çalışmışdır. Əvvəl Kəlbəcər rayonun mədəni-maarif şöbəsində inspektor, sonra isə mühasib. B. İ. Əbdürrəhmanov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə mükafatlandırılmışdır (6 iyun 1945). B. Əbdürrəhmanov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə qəbul olmuşdur və 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Diplom işinin mövzusu: "Kəlbəcər rayonunun iqtisadi-coğrafi səciyyəsi" olmuşdur.
Dilbər Əbdürrəhmanova
Dilbər Gülyamovna Əbdürrəhmanova (özb. Dilbar Gʻulomovna Abdurahmonova; 1 may 1936, Moskva – 20 mart 2018, Daşkənd) — SSRİ və Özbəkistan dirijoru, skripkaçı, pedaqoq, SSRİ xalq artisti (1977). Özbəkistanda ilk qadın dirijor. == Həyatı == 1 may 1936-cı ildə Moskvada anadan olmuşdur. 1948–1955-ci illərdə R. Qlier adına Daşkənd Musiqi Məktəbinin (indiki R. Qlier adına Respublika Xüsusi Musiqi Akademik Liseyi) skripka sinfində oxumuş, eyni zamanda 110 saylı riyaziyyat məktəbində təhsil almışdır. 1959-cu ildə Daşkənd Dövlət Konservatoriyasında (indiki Özbəkistan Dövlət Konservatoriyası) B. Titel yanında skripka sinfini, 1960-cı ildə opera və simfonik dirijorluq şöbəsində Muxtar Əşrəfinin sinfini bitirmişdir. Özbəkistan Dövlət Konservatoriyasında opera ifaçılığından professor kimi dərs demişdir. 1965-ci ildən Sov.İKP üzvüdür. O, 20 mart 2018-ci ildə, 82 yaşında Daşkənddə vəfat etmişdir. "Minor" qəbiristanlığında dəfn edilmişdir.
Fuad Əbdürrəhmanov
Fuad Həsən oğlu Əbdürrəhmanov (28 aprel (11 may) 1915, Nuxa – 15 iyun 1971, Bakı) — heykəltaraş, Azərbaycan SSR xalq rəssamı (1955), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Stalin mükafatı laureatı (1947, 1951). == Həyatı == Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1935–1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. == Yaradıcılığı == Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ. Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir. O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir. Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir.
III Məhəmməd ibn Əbdürrəhman
III Məhəmməd və ya Məhəmməd ibn Əbdürrəhman (ərəb. محمد بن عبد الرحمن بن عبيد الله‎) (d. 976 - ö. 1025) — 11. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == İbn Hazm, Cemhere (nşr. Abdüsselâm M. Hârûn), Kahire 1982, s. 101. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1966, s. 25-26.
I Məhəmməd ibn Əbdürrəhman
I Məhəmməd ibn Əbdürrəhman (ərəb. محمد بن عبد الرحمن الأوسط‎) (d. 822 - ö. 5 avqust 886) — 5-ci Kordova əmiri. == Həyatı == === İlk illəri === Məhəmməd ibn Əbdürrəhman 822-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmiri II Əbdürrəhman, anası isə onun xanımlarından Nəhdizdir. Əsir düşən Haris ibn Bəzki xilas etmək məqsədilə atasının əmriylə Tudela qalası üzərinə göndərildi. Ardından üsyançı Musa ibn Qasini sülhə məcbur etdi və 842-ci ilin mayında Pamplona şəhərini ələ keçirdi. Ancaq Musa ibn Qasi yenidən ayaqlandı. Bu səbəblə 844-cü ildə Məhəmməd yenidən üsyançı Musa ibn Qasinin üzərinə göndərildi.
Mikayıl Əbdürrəhmanov
Mikayıl Əbdürrəhmanov — Azərbaycan rəssamı. == Həyatı == Mikayıl Əbdürrəhmanov 1953-cü ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirəndən sonra, təhsilini İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində davam etdirmişdir (1979). Rəssam ilk dəfə sərgidə 1973-cü ildə iştirak etmişdir. Əsərləri Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Mikayl Əbdürrəhmanov bir çox beynəlxalq sərgilərin də iştirakçısı olmuşdur. Ekspozisiyada rəssamın “Planetlərin paradı” (kətan, yağlı boya) və “Gecə şəhəri” (kətan, yağlı boya) əsərləri nümayiş etdirilir.
Sabir Əbdürrəhmanlı
Sabir Faiq oğlu Əbdürrəhmanlı (9 mart 1998; Sumqayıt, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sabir Əbdürrəhmanlı 1998-ci il martın 9-da Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Sabir Əbdürrəhmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Əbdürrəhmanlı oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səfərəli bəy Əbdürrəhmanbəyov
Səfərəli bəy Məşədi Hacı bəy oğlu Əbdürrəhmanbəyov (1878-17 may 1899)—Qarabağ bəylərindən. == Həyatı == Hacı bəyin ikinci oğlu Səfərəli bəy 1878-ci ildə Cəbrayıl qəzasının Əbdürrəhmanbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə keçinirdi. Səfərəli bəy 17 may 1899-cu ildə qaçaqlar tərəfindən öldürüldü. Hadisənin təfsilatı: Zəngəzur qəzasının Sisyan nahiyəsinin Pul kəndi yaxınlığında Əbdürrəhmanbəyli köçü qaçaqlarla üzləşdi. Qaçaqlardan Qaragüvəndikli Cabbar Hüseyn oğlu və Əbdülhəsən Bədəl oğlu Səfərəli bəydən qızıl pul tələb etdilər. Səfərəli bəy onlara bir neçə qoç təklif etdi ki, aparın şişlik çəkin. Qızılım yoxdur. Mübahisə edib, çəplşdilər.
Yusif Əbdürrəhmanov
Yusif Ələkbər oğlu Əbdürrəhmanov — Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü (1968). == Həyatı == 1912-ci ildə Şəkidə anadan olmuşdur. Yusif Əbdürrəhmanov ibtidai təhsilini nümunə-zəhmət məktəbində almış və 1925-ci ildə məktəbi bitmişdir. 1925-ci ildə orada pedaqoji texnikuma daxil olmuşdur. Y.Ə. Əbdürrəhmanov 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. 1939-cu ildə Uiversiteti fərqlə diplomu ilə bitirmişdir. Universitetdə müəllim pedaqoji fəaliyyəti ilə yanaşı 1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1940-cı ildə O, kafedrada işləməklə bərabər, SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1945-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün Xəzər sirbitinin biologiyası mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1952-ci ildən ömrünün sonuna kimi (1977) ixtiologiya laboratoriyasının müdiri işləmişdir.
Yuxarı Əbdürrəhmanlı
Yuxarı Əbdürrəhmanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yuxarı Əbdürrahmanlı oyk. Füzuli r-nunun Əbdürrəhmanlı i.ə.v.-də kənd, Düzənlikdədir. Keçmiş adı Əbdürrahmanlı olmuşdur. Ondan yaranmış yeni məntəqə Aşağı Əbdürrəhmanlı, əvvəlki kənd isə Yuxarı Əbdürrəhmanlı adlandırılmışdır. Əbdiirrahnıanlı kəndin asasını qoymuş nəslin adıdır. == Əhalisi == === Tanınmışları === Rauf Sehraman oğlu Əliyev — azərbaycanlı futbolçu. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Əbdürrəhman Nurəddin Paşa
Əbdürrəhman Nurəddin Paşa (28 mart 1836, Kütahya, Osmanlı imperiyası – 7 avqust 1912, Konstantinopol) — II Əbdülhəmidin səltənətində 2 ay 10 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Mənbə == Buz, Ayhan (2009) " Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5 Öngören, Reşat, "Abdurrahman Nureddin Paşa" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.1 s.31 ISBN 975-08-0072-9 İnal, İbnülemin Mahmut Kemal "Abdurrahman Nureddin Paşa", (1982) Son Sadrazamlar, İstanbul: Dergah Yayınları (3.
Əbdürrəhman Nəsib Əfəndi
Əbdürrəhman Nəsib Əfəndi (1842, Üskub – 11 mart 1914, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşîhat Arşivi, Sicil Defteri, nr. 248, I, 19. İlmiyye Salnâmesi, s. 628–632. Sadık Albayrak, Son Devir Osmanlı Ulemâsı, İstanbul 1980, I, 46–47.
Əbdürəhman
Əbdürrəhman — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əbdürrəhman Vəzirov — Azərbaycan SSR KP MK-nın 13-cü I katibi Əbdürrəhman Fərəcov — aktyor, Leyli rolunun ilk ifaçısı. Əbdürrəhman əfəndi Ünsi — Əbdürrəhman bəy Fətəlibəyli — İkinci dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşcısı Əbdürrəhman Cami — Böyük taçik şairi, musiqişünası, filosof və alimi. Əbdürrəhman ağa Dilbazov — Əbdürrəhman ibn Rəbiə — Əbdürrəhman Əfəndizadə — XIX - XX əsr Azərbaycan pedaqoqu, publisist. Əbdürrəhman Tağıyev — Əbdürrəhman Dai — şair. Əbdürrəhman Yalçınqaya — Türkiyəli hüquqşünas.
Abdurrəhman
Abdurrəhman — İrəvan quberniyasının Eçmiadizin qəzasında kənd adı. == Toponimik izah == 1918-1919-cu illərdə əhalisi qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. 1949-cu ildə kənd ləğv edilmişdir. Tam adı Əbdürrəhman məzrəsidir. 1728-ci ilə aid mənbədən aydın olur ki, bu məzrə (əkin yeri) əvvəlcə Qaynarca adlanmışdır. Abdurrəhman məzrənin və sonra orada yaranmış kəndin sahibkarının adıdır. == Həmçinin bax == İrəvan quberniyası Abdul dərəsi == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar lüğəti. Bakı, 1960.
Əbdülrəhman Adıgözəlov
Əbdülrəhman Məmmədhəsən oğlu Adıgözəlov ― əməkdar mühəndis, Bakı-Şollar su kəmərinin rəhbəri, Sənaye-Tikinti Materialları Nazirinin birinci müavini, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının dağ-mədən və metallurgiya sənayesinin idarə rəisi, Bakı Şüşə zavodu, Şüşətara zavodu və Mərmər zavodunun direktoru. == Həyatı == Əbdülrəhman Adıgözəlov 31 iyul 1911-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. İlk təhsilini həmin qəsəbənin məktəbində alıb. Anası Xədicə xanım Hacimurad qızı və atası Məmmədhəsən Adıgözəlov yeganə oğullarına mükəmməl tərbiyə və təhsil verməyə çalışırdılar. 1924-cü ildə 13 yaşında ikən anasının qəfil ölümündən sonra Əbdülrəhman bacısı Mina-xanım ilə atasının himayəsi altında böyüdülər. 1924-cü ildə gənc Əbdülrəhman Binəqədi rayonu Volodarski adına Fabrik-Zavod peşə məktəbinə (ФЗУ) daxil olur və 1928-ci ildə oranı müvəffəqiyyətlə bitirir. 1928-ci ildən 1930-cu ilə kimi Binəqədidə 20-ci mədənin çilingəri kimi çalışır. 1930–1932 illər arası Əbdülrəhman Adigözəlov Bakıda Lenin adına Texniki-Peşə Məktəbinin fəhlə fakültəsinin tələbəsi olur. 1933–1938 illər arası Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndislik fakültəsində təhsil alır və həmin fakültəni müvəffəqiyyətlə bitirərək birinci dərəcəli fərqlənmə diplomunu alır. == Peşə fəaliyyəti == Ə.M.Adıgözəlov peşə fəaliyyətinə mühəndis kimi başlamışdır.
Əbdülrəhman Akkad
Əbdülrəhman Akkad (17 may 1998, Hələb) – suriyalı gey, siyasi bloqqer və insan haqları müdafiəçisi. Akkad hazırda Berlində yaşayır. == Həyatı == Akkad 1998 -ci ildə Suriyanın şimalındakı Hələb şəhərində yəhudi əsilli Suriyalı müsəlman bir ailədə anadan olub. Ailəsi, 1492 -ci ildə İspaniya və Portuqaliyanı tərk edərək Suriyaya köçmək məcburiyyətində qalan Sefarad Yəhudilərindəndir. Akkadın üç qardaşı və bir bacısı var. Hadisələrin artması və Suriya vətəndaş müharibəsi ilə Akkad və ailəsi 2013 -cü ilin iyul ayında Suriyanı tərk etməli oldular, Suriya rejimi tərəfindən təqib edildi və axtarış edildi. 2013 -cü ilin iyul ayında ailəsi ilə birlikdə Türkiyəyə gələn və İstanbulda yaşayan Akkad, şəhərdəki çağrı mərkəzi şirkətlərində tərcüməçi olaraq çalışmış və türk dilini mükəmməl bilir. Atası 2015 -ci ilin yayında qanunsuz olaraq Almaniyaya getdi və Akkad və ailəsi Türkiyədə daha sonra ailənin yenidən birləşməsi üçün müraciət etməsini gözləyərkən Akkad cinsi oriyentasiyasını kəşf etdi. Akkad dəniz yolu ilə qeyri -qanuni yollarla Yunanıstana, daha sonra 5 dekabr 2015 -ci ildə Almaniyaya gələnə qədər Makedoniya, Serbiya, Xorvatiya, Sloveniya və Avstriyaya getdi, cinsi mənsubiyyətinə görə Almaniyadan sığınacaq istədi və 2016 -cı ildə sığınacaq aldı. == Almaniyada aktivlik == Sonrakı illərdə Akkad, başda Alman və Ərəb olmaqla, müxtəlif media təşkilatlarına yaşadıqları və siyasi baxışları haqqında çoxsaylı müsahibələr verdi.
Əbdurrəhman Avtorxanov
Əbdurrəhman Qenazoviç Avtorxanov (25 oktyabr 1908, Çeçenistan – 24 aprel 1997, Münhen) — Sovetoloq, yazıçı, publisist və ictimai xadim, siyasi elmlər doktoru, SSRİ Yazıçılar İttifaqının üzvü (Böyük Vətən müharibəsindən əvvəl), dissident. Avtorxanov İkinci Dünya müharibəsi illərində Almaniya tərəfinə əsir düşmüş, Nasistlərin himayə etdiyi Şimali Qafqaz Milli Komitəsinə qoşulmuşdur, kollaborationist "Qəzavat" qəzetinin baş redaktoru idi. Çeçen-İnquş MSSRnın fəxri vətəndaşı.Gəncliyində partiya elitasına daxil olmuşdu. 1937-ci ildə həbs olundu, lakin iki dəfə məhkəmə tərəfindən bəraət aldı. Müharibədən sonra o, Amerika Hərbi Akademiyasının professoru və onun Elmi Şurasının sədri idi. SSRİ tarixi və onun idarəetmə sisteminə dair bir sıra kitabların müəllifidir. == Həyatı == Əbdurrəhman Avtorxanovun ilk illəri doğulduğu Nijni Naur (indiki Nadterek rayonu) kəndində keçib. Xatirələrinə görə 1909-cu ilin ortaları ilə 1910-cu ilin ortaları arasında anadan olmuşdur. 85. O, eyni vaxtda kənd rus (5 sinif) və ərəb (mekteb) məktəblərində təhsil almışdır.
Əbdürrəhmanlı
Aşağı Əbdürrəhmanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Əbdürrəhmanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.