Yuxarı Əbdürrəhmanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Əbdürrəhmanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Yuxarı Əbdürrəhmanlı | |
---|---|
39°33′34″ şm. e. 47°12′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 321 m |
Saat qurşağı | |
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Düzənlikdədir. Keçmiş adı Əbdürrahmanlı olmuşdur. Ondan yaranmış yeni məntəqə Aşağı Əbdürrəhmanlı, əvvəlki kənd isə Yuxarı Əbdürrəhmanlı adlandırılmışdır. Əbdiirrahnıanlı kəndin asasını qoymuş nəslin adıdır.[3]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.