1. “Ağlaşmaq”dan f.is.
2. is. Yas, matəm.
[Əbdürrəhman bəy:] Arvad, bilirsən nə var; mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya.
Köhnə məzarlıqda bir ağlaşma var; Qazılır ortada bir dərin məzar.
□ Ağlaşma açmaq (qurmaq) – bir yerdə yığılıb ağlamaq.
[Arvadlar] ağlaşma qurub ərlərinin ətəklərindən yapışıb davaya getməyə qoymurlar.