ƏBDÜLRƏHİM
ƏBDÜLRƏŞİD
OBASTAN VİKİ
Əbdülrəhman Adıgözəlov
Əbdülrəhman Məmmədhəsən oğlu Adıgözəlov ― əməkdar mühəndis, Bakı-Şollar su kəmərinin rəhbəri, Sənaye-Tikinti Materialları Nazirinin birinci müavini, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının dağ-mədən və metallurgiya sənayesinin idarə rəisi, Bakı Şüşə zavodu, Şüşətara zavodu və Mərmər zavodunun direktoru. Əbdülrəhman Adıgözəlov 31 iyul 1911-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. İlk təhsilini həmin qəsəbənin məktəbində alıb. Anası Xədicə xanım Hacimurad qızı və atası Məmmədhəsən Adıgözəlov yeganə oğullarına mükəmməl tərbiyə və təhsil verməyə çalışırdılar. 1924-cü ildə 13 yaşında ikən anasının qəfil ölümündən sonra Əbdülrəhman bacısı Mina-xanım ilə atasının himayəsi altında böyüdülər. 1924-cü ildə gənc Əbdülrəhman Binəqədi rayonu Volodarski adına Fabrik-Zavod peşə məktəbinə (ФЗУ) daxil olur və 1928-ci ildə oranı müvəffəqiyyətlə bitirir. 1928-ci ildən 1930-cu ilə kimi Binəqədidə 20-ci mədənin çilingəri kimi çalışır. 1930–1932 illər arası Əbdülrəhman Adigözəlov Bakıda Lenin adına Texniki-Peşə Məktəbinin fəhlə fakültəsinin tələbəsi olur. 1933–1938 illər arası Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndislik fakültəsində təhsil alır və həmin fakültəni müvəffəqiyyətlə bitirərək birinci dərəcəli fərqlənmə diplomunu alır. Ə.M.Adıgözəlov peşə fəaliyyətinə mühəndis kimi başlamışdır.
Əbdülrəhman Akkad
Əbdülrəhman Akkad (17 may 1998, Hələb) – suriyalı gey, siyasi bloqqer və insan haqları müdafiəçisi. Akkad hazırda Berlində yaşayır. Akkad 1998 -ci ildə Suriyanın şimalındakı Hələb şəhərində yəhudi əsilli Suriyalı müsəlman bir ailədə anadan olub. Ailəsi, 1492 -ci ildə İspaniya və Portuqaliyanı tərk edərək Suriyaya köçmək məcburiyyətində qalan Sefarad Yəhudilərindəndir. Akkadın üç qardaşı və bir bacısı var. Hadisələrin artması və Suriya vətəndaş müharibəsi ilə Akkad və ailəsi 2013 -cü ilin iyul ayında Suriyanı tərk etməli oldular, Suriya rejimi tərəfindən təqib edildi və axtarış edildi. 2013 -cü ilin iyul ayında ailəsi ilə birlikdə Türkiyəyə gələn və İstanbulda yaşayan Akkad, şəhərdəki çağrı mərkəzi şirkətlərində tərcüməçi olaraq çalışmış və türk dilini mükəmməl bilir. Atası 2015 -ci ilin yayında qanunsuz olaraq Almaniyaya getdi və Akkad və ailəsi Türkiyədə daha sonra ailənin yenidən birləşməsi üçün müraciət etməsini gözləyərkən Akkad cinsi oriyentasiyasını kəşf etdi. Akkad dəniz yolu ilə qeyri -qanuni yollarla Yunanıstana, daha sonra 5 dekabr 2015 -ci ildə Almaniyaya gələnə qədər Makedoniya, Serbiya, Xorvatiya, Sloveniya və Avstriyaya getdi, cinsi mənsubiyyətinə görə Almaniyadan sığınacaq istədi və 2016 -cı ildə sığınacaq aldı. Sonrakı illərdə Akkad, başda Alman və Ərəb olmaqla, müxtəlif media təşkilatlarına yaşadıqları və siyasi baxışları haqqında çoxsaylı müsahibələr verdi.
Əbdülrəhman Vəzirov
Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı – 10 yanvar 2022, Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri. Əbdürrəhman Vəzirov SSRİ tarixində səfir vəzifəsinə olmuş yeganə azərbaycanlıdır. Siyasi baxışlarına görə Ə.Vəzirov kompartiyaya sadiq olan əsl leninçi kommunist idi. O, Leninizm ideyalarına, bəşəriyyətin işıqlı gələcəyinin kommunizm olduğuna tam olaraq inanırdı. Vəzirov həm də H. Əliyevin qəti əleyhdarı idi. Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakının Kirov rayonunda doğulub. Hələ yeniyetmə vaxtlarından siyasətlə maraqlanmış, ingilis dilini öyrənməyə başlamışdır. 1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirdikdən sonra özünün arzusu olan Moskva Beynəlxalq Münasibətlər İnstitutuna qəbul aldı, lakin ailəsinin istəyi əsasında bundan imtina edərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir. Elə həmin ildən Sov.İKP üzvlüyünə qəbul edilən Əbdürrəhman Vəzirov 1953-cü ildən təhsil aldığı institutun elektrik stansiyaları, şəbəkələri və yüksək gərginlik texnikası kafedrasının aspirantı olmuşdur.
Əli Əbdülrəhman
Əli Əbdülrəhman (rus. Eliyê Ebdilrehman; 1920, Van ili – 1994) — kürd əsilli SSRİ yazıçısı. Əli Əbdülrəhman 1920-ci ildə Türkiyənin Van ilində anadan olmuşdur. Dövrün Türkiyə hökumətinin təzyiqi ilə ailəsi ilə birlikdə Qafqaza köçmək məcburiyyətində qalmışdır. O, 1933-cü ildə Ermənistana köçmüş və Üçkilsə rayonunun Həsənli kəndində məskunlaşmışdır. Əbdülrəhman Kürd Dili Müəllimləri İnstitutuna daxil olmuş, 1937-ci ildə oranı bitirmişdir. O, İrəvan Universitetində təhsil almışdır. Əbdülrəhman Bakı Pedoqoji İnstitutunda müəllim kimi çalımışdır. O, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə cəbhəyə getmişdir. Əbdülrəhman Rumıniya, Polşa, Çexoslovakiya, Ukrayna və Belarus ərazisində nasistlərə qarşı döyüşmüşdür.
Əbdülrəhman Bərrak
Əbdülrəhman ibn Nəsir Bərrak (ərəb. عبد الرحمن بن ناصر البراك‎; 1933) — Səudiyyə sələfi din xadimi. 1994-cü ildə Üsamə bin Laden tərəfindən Bərrak və digər Səudiyyə ruhaniləri adları çəkilmiş, onlar dövrün baş müftisi Əbdüləziz ibn Bəzə qarşı çıxdığına görə təriflənmişdir. Onun veb-saytı Səudiyyə Ərəbistanında "cəsarətli ideya və tezisləri təbliğ etdiyi üçün" qadağan edilmişdir.
Aymən ibn Əbdülrəhman
Aymən ibn Əbdülrəhman (‎ərəb. أيمن بن عبد الرحمان‎; 30 avqust 1966, Əlcəzair) — 30 iyun 2021-ci ildən Əlcəzayir Baş naziri və 23 iyun 2020-ci ildən isə Maliyyə Naziri vəzifələrini icra edən əlcəzairli siyasətçi. == Həyatı == İbn Əbdülrəhman 30 avqust 1966-cı ildə Əlcəzair şəhərində anadan olub. Milli İdarəetmə Məktəbini bitirib. == Fəaliyyəti == İbn Əbdülrəhman 2010-cu ilin martından 2020-ci ilin iyun ayına qədər Əlcəzair Bankında senzur vəzifəsində çalışıb. 2019-cu ilin iyun ayına qədər orada çalışdıqdan sonra 2019-cu ilin noyabrında Əlcəzair Bankına müdir təyin olundu. 23 iyun 2020-ci ildə ibn Əbdülrəhman Maliyyə Naziri təyin edildi. 30 iyun 2021-ci ildə Baş nazir seçildi. 10 iyul 2021-ci ildə ibn Əbdülrəhman COVID-19-a müsbət test etdi. Əlcəzair dövlət televiziyası onun yeddi gün karantində qalacağını, lakin vəzifələrini onlayn yerinə yetirməyə davam edəcəyini bildirib.
Əbdüləziz bin Əbdülrəhman əs-Səud
Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud ərəb. عبد العزيز آل سعود‎ həmçinin qısaca olaraq İbn Səud və yaxud II Əbdüləziz və Əbdüləziz bin Əbdürrəhman (15 yanvar 1875 — 9 noyabr 1953) — hökmdar, hərbi və dövlət xadimi, Səudiyyə Ərəbistanının qurucusu və ilk kralı (1932-1953). Ərəbistanın birləşdirilməsi üçün çoxsaylı müharibələr aparmışdır. 1902-1926-cı illərdə Nəcd dövlətinin əmiri, daha sonra - 1932-ci ilə qədər Hicaz, Nəcd dövlətinin və ilhaq edilən bölgələrin kralı. Əbdüləziz Nəcd əmiri Əbdürrəhman bin Faysalın oğlu idi. Ailə 1890-cı ildə Riyad şəhərindəki iqamətgahlarından qovulmuşdu. Əbdüləziz, 1902-ci ildə yenidən Riyadı fəth etmiş, 30 illik mübarizə apararaq mərkəzi və şimali Ərəbistanın hökmdarı olmuşdur. 1922-ci ildə Nəcd üzərində nəzarətini möhkəmləndirdi, sonra 1925-ci ildə Hicazı fəth etdi. 1932-ci ildə daha sonra Səudiyyə Ərəbistanı Krallığına çevriləcək ərazini genişləndirdi. Kral olaraq, 1938-ci ildə Səudiyyə Ərəbistanında neftin kəşf edilməsinə və II Dünya müharibəsindən sonra genişmiqyaslı neft çıxarılmasının başlanmasına nəzarət etmişdi.
Nəriman Əbdülrəhmanlı
Əbdülrəhmanlı Nəriman Hacı oğlu (3 iyun 1958, Düzəyrəm, Kaxetiya) — Azərbaycan nasiri, publisist, tərcüməçi, ssenariçi. Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzində çalışır, 2023-cü ildən dünya ədəbiyyatı şöbəsinin müdiridir. N.Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə "Lider" televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991-1993-cü illərdə "Gümüş Aypara" Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru кimi fəaliyyət göstərib.