is. [
ər. ]
1. Nöqsan, çatışmazlıq, çatışmayan cəhət, şey; naqislik, əgər-əskik. İşdə kəsir çoxdur. Tərbiyə işindəki kəsir.
– [Gülzar:] … Hər şeyim var, şükür Allaha, heç bir zaddan kəsirim yoxdur. S.S.Axundov.
Bir nəğmə qoşmadım hələ mən sənə; Dağlar bunu mənə kəsir sanmasın. B.Vahabzadə.
// Planın və s.-nin yerinə yetirilməsində natamamlıq, gerilik, naqislik, çatışmazlıq.
Tresti kəsirdən qurtarmaq üçün birinci növbədə müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn.
Pambıq planını kəsirdə qoymayacağıq. Mir Cəlal.
2. Zərər, ziyan: çatışmayan hissə, əskik. [Cavahir:] Bikə dedi ki, … Ağcanın ürəyi sınıqdı.
Onun taylarının dörd-beş uşağı var… Sandığım doludu, qızın heç nədən kəsiri yoxdu. İ.Məlikzadə.
3. Kəsirlə şəklində
zərf – natamam şəkildə, tam olmayaraq, tələb olunandan az. Tapşırığı kəsirlə yerinə yetirmək.