Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Buassiye tovlu qulağı
Melandrium boissieri Schischk. = M. latifolium (Poir.) Maire Hündürlüyü (15) 35-60 (70) sm, gövdəsi düz, çəngəlvari budaqlanmış, əsasən aşağı hissədə qismən tüklü, çox vaxt çox xovlu-tüklü olan ikiillik və yaxud çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları hər iki tərəfdən adətən sıx tüklüdür, kökətrafı və aşağı gövdə yarpaqları elliptik və ya uzunsov-əksinə neştərvaridir, qısa saplağa daralmışdır, qalanları isə oturaqdır, uzunsov və yaxud yumurtaşəkilli-neştərvari, bəzən yumurtaşəkillidir, sivri və ya az sivriləşmiş, nadir halda kütdür, yuxarıdakılar çox vaxt neştərvaridir. == Çiçək == Çiçək qrupu boşdur, çəngəlvari budaqlanmışdır, erkəkcikli çiçəkləri daha budaqlanmış və çoxçiçəklidir. == Meyvə == Qutucuğun uzunluğu (15) 17-18 (20) mm-dir, uzunsov-yumurtaşəkilli və ya əksinə armudşəkillidir, 10 ədəd dişlərlə açılandır, xariçə doğru qatlanmışdır. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, böyrəkşəkillidir, qonur və az qabarıqdır. == Çiçəkləməsi == Aprel-İyul (Avqust) == Meyvə verməsi == May-Avqust == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər. == Yaşayış mühiti == Kolluqlarda, bağlarda, talalarda, otlu yamaclarda, qaya və daşların kölgəsində, çayın quru yataqlarında, alaqlı yerlərdə, bağ və bostanlarda, əkinlərdə alaq kimi rast gəlinir.
CAR-da turizm
Cənubi Afrikada turizm — Cənubi Afrika, Afrikanın qitəsində ən məşhur tətil istiqamətlərindən biridir.Cənubi Afrikada turizm və sənaye ölkə gəlirinin əsasını təşkil edir. Dünya səyahət və turizm şurasının World Travel & Tourism Council məlumatına görə, 2012-ci ildə turizm sənayesi birbaşa Cənubi Afrika ÜDM-ə 102 milyard ZAR gətirib və ölkədə iş yerlərinin 10,3% -ni təşkil edir. Cənubi Afrika yerli və beynəlxalq turistlərə müxtəlif variantları təklif edir, bura mənzərəli təbii landşaft, təbiət qoruğu, tarixi mədəni irs, yüksək qiymətləndirilmiş şərablar və s. daxildir. Xüsusilə də su idmanı üçün həyəcan verən gözəl çimərliklər də tapa bilərsiniz. Ən məşhur turistik istiqamətlərə ölkənin şimalında geniş Kruger National park , sahil xəttləri və çimərliklərlə Qərbi Burun vilayəti və Kvazulu-Natal vilayəti, Keyptaun, Yohannesburq və Durban kimi iri şəhərləri daxildir.Turizm xüsusilə 20-ci əsrdən sonra Cənubi Afrika Respublikası üçün vacib yer tutur. Aparteid dövrünün sona çatmasından sonra ölkədə qalxan embarqolarının təsiri ilə xaricdən gələn turistlər ölkə üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilmişdir.2002-ci ilin məlumatlarına əsasən, sözügedən ildə ölkədə 6 milyon turist cəlb olunduğu bildirilir. Cənubi Afrikanın son Turizm və Miqrasiya Araşdırması statistikasına görə, 2017-ci ilin avqustunda ölkəyə daxil olan limanlardan təxminən 3,5 milyon turist keçmişdir. Ölkədə çalışan əhalinin 3% -i turizm sektorunda işləyir. Ölkənin sahil xətti təxminən 2,500 kilometr; Cənub Afrika Atlantik Okeanı və Hind Okeanı ilə həmsərhəddir.
Sonuncu divarın daşları (roman)
Çingiz Abdullayevin biblioqrafiyası — azərbaycanlı yazıçı Çingiz Abdullayevin biblioqrafiyası. Mavi mələklər. Bakı: Yazıçı, 1988 Əclafların qanunu. Bakı: Zaman, 1997 Qanın üç rəngi. Bakı: Azərbaycan, 2001 Allahın tərəfində. Bakı: Çıraq, 2003 Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj Alçağın üslubu. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. I cild.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi". Müasir baxımdan Leonardonun soyadı olmamışdır, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir.
Diverqent: Divarın arxasında (film, 2016)
Diverqent 3: Divar arxasında (ing. The Divergent Series: Allegiant) — 2016-cı ildə istehsal olunmuş ABŞ filmi.
ABŞ-da QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) — Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir. 320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır. Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib.
ABŞ-da din
ABŞ-də din — ABŞ konstitusiyasına edilən birinci dəyişiklik dinin azad həyata keçirilməsinə zəmanət verir və qurulmasına uyğun olaraq Konqresi qanunların qəbul edilməsinə qadağa qoyur. 2013-cü ildəki sorğuda amerikalılar 56%-i dinin "onların həyatında çox önəmli rol" oynadığını demişdilər, bu rəqəm də digər inkişaf etmiş ölkələrdən çok daha yüksəkdir. 2009-cu il Qellap sorğusunda amerikalıların 42%-i həftəlik və ya demək olar ki, həftəlik kilsədə iştirak etdiyini söylədilər, bu rəqəm ən az Vermontda olmaqla 23% və ən çox Missisipidə olmaqla 63% dəyişir.
ABŞ-da fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. == Tarixi == 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi. Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880-ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 iyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874-cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi. 1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu.
ABŞ-da idman
ABŞ-də idman (ing. Sports in the United States) — ABŞ mədəniyyətinin mühüm tərkib hissələrindən biri. Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır, Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-nin milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır. Basketbol və buzüstü hokkey ölkənin növbəti iki aparıcı peşəkar komanda idmandır, Milli Basketbol Assosiasiyası (NBA) və Milli Hokkey Liqası (NHL) üst liqalardır. Bu dörd böyük idman peşəkarlıqla oynanıldıqda hər biri ilin fəqli, lakin üst-üstə düşən vaxtlarında bir mövsüm keçirirlər. Kollec futbolu və basketbolu böyük auditoriyanı cəlb edir. Futbolda ölkə 1994 FİFA Dünya Kubokuna ev sahibliyi etdi, kişi milli futbol komandası on dəfə Dünya Kubokuna vəsiqə qazanıb və qadın milli futbol komandası üç dəfə FİFA Qadınlararası dünya çempionatı qalibi olub, MLS ABŞ-də bu idmanın ən yüksək liqasıdır (21 Amerika və 3 Kanada komandası çıxış edir). ABŞ-də professional idman bazarı təxminən 69 milyard $ təşkil edir, bu bütün Avropa, Yaxın Şərq və Afrika ölkələrinin cəmindən təxminən 50% böyükdür. ABŞ-də səkkiz Olimpiya oyunları təşkil edilib (2028 Yay Olimpiya Oyunları doqquzuncu olacaq).
ABŞ-da immiqrasiya
ABŞ-də immiqrasiya — ABŞ-ni immiqrasiya ölkəsi adlandırırlar. == Tarixi == ABŞ ərazisinin sürətlə genişlənməsi, eləcə də ərazinin məskunlaşması və mənimsənilməsi külli miqdarda əhali tələb edirdi. Həmçinin dünyanın digər ərazilərində (əsasən də Avropada) sosial-iqtisadi şərait (aqrar, dini, milli vəziyyət, aclıq, siyasi təqib) əhali və əmək ehtiyatlarını ABŞ-yə cəlb etdi. Okean boyunca qitələrarası miqrasiyanın artması feodal məhdudiyyətlərinin ləğvinə səbəb oldu və əhali hüquqi cəhətdən müstəqillik qazandı. İmmiqrasiya dəniz və sonra hava nəqliyyatında olan proqreslə bağlı daha geniş vüsət aldı. İmmiqrantların sayının qeydiyyatı 1820-ci ildən aparılır və 1820-ci ildən indiyə qədər ABŞ-yə 60 mln. nəfər əhali (Avropa 67 %, Asiya 10 %, Amerika 21 %, digər regionlar 2 %) immiqrasiya etmışdir. Aşağıdakı immiqrasiya dövrləri ayrılır: === Birinci dövr === I dövr – XVII əsrin əvvəllərindən 1820-ci ilə qədər davam etmişdir. İmmiqrantlar əsasən Böyük Britaniya adalarındandır (ingilislər, şotlandlar, irlandlar). Cənuba gələnlər varlı torpaq sahibləri olduğundan onlar özləri ilə plantasiyalarda işləmək üçün kasıb əhali gətirmişlər.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-da seçkilər
== Maliyyələşmə == ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.
ABŞ-da təhsil
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
Flaviya da Fariya
Flaviya da Fariya (29 yanvar 1982) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Flaviya da Fariya Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Irmandades da Fala
Irmandades da Fala (azərb. Dil Qardaşlığı‎)— 1916–1936-cı illərdə fəaliyyətdə olan Qalisiya milliyətçi təşkilatı. Bu təşkilat Qalisiyanın ilk siyasi təşkilatı idi və ancaq Qalisiya dilindən istifadə edirdi. == Tarixi == Madriddə yaşayan qalisiyalı yazıçı Aurelio Ribalta 1915-ci ildə Qalisiya dilinin yox olmasının qarşısını almaq üçün xalqına müraciət etmişdi. 5 yanvar 1916-cı ildə Anton Vilar Ponte "La Voz de Galicia" qəzetində Qalisiya Dilinin Dostları Liqasının qurulması üçün kampaniya başlatmışdır. O, 1916-cı ilin martında "Qalisiya Millətçiliyi: Bizim Regional Təsdiqimiz" adlı məqalə nəşr etmiş və məqalədə Qalisiya dilinin istifadəsini və qorunmasını dəstəkləmişdir. Bu təklif müxtəlif ideologiyalardan və liderlər tərəfindən də dəstəklənmişdir. Bunlardan əhəmiyyətliləri Karlizm, Anton Losada Diuqez və liberal demokratlardır. == Siyasi proqramı == 1918-ci ilin noyabrında Luqo şəhərində siyasi proqram tərtib olunmuşdur: Əsas hədəflər Qalisiyanın muxtariyyət qazanması. Bələdiyyə muxtariyyəti.
Leonardo Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi". Müasir baxımdan Leonardonun soyadı olmamışdır, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir.
Li Da-in
Lee Da-in (5 noyabr 1992, Seul) — Cənubi Koreyalı aktrisadır. Aktrisa Kyon Mi-rin qızıdır.
Neydson da Silva
Meydson da Silva (28 oktyabr 1996, Maseyo[d]) — Neydson kimi də tanınan, Molde klubundan icarə əsasında Eliteserien təmsilçilərindən olan Elverum klubunda qapıçı kimi çıxış edən peşəkar Norveçli futbolçudur. Neydson Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Neydson öz peşəkar karyerasında debütünü 8 noyabr 2015-ci ildə İK Start klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Etan Horvatı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 19 iyul 2017-ci ildə Neydson 2017-ci ilin sonuna qədər Elverum klubuna icarəyə verilmişdir. 29 dekabr 2017-ci ildə Neydson Molde klubundan ayrıldıqdan sonra Brattvaq klubu ilə müqavilə imzalamışdır.
Nise da Silveira
Nise da Silveyra (15 fevral 1905, Maseyio, Braziliya — 30 oktyabr 1999, Rio de Janeyro) — psixiatriya üzrə ixtisaslaşan braziliyalı həkim, Karl Qustav Yunqun tələbəsi. O, xəstələri elektroşok, insulin terapiyası və psixologiya üzrə müalicə etmişdir. Nise da Silveyra ilk dəfə heyvanlar üçün zeoterapiya fəlsəfəsini irəli sürmüşdür. O, əri Mariyo Maqalhaes da Silveyra ilə birlikdə Şüursuz Şəkillər Muzeyini yaratmışdır və Casa das Palmeiras (Palma Evi)— psixiatriya müəssisələrinin keçmiş xəstələri üçün klinikanı yaratmışdı. Jung: vida e obra, Rio de Janeiro: José Álvaro Ed., 1968 Imagens do inconsciente Rio de Janeiro: Alhambra, 1981 Casa das Palmeiras. A emoção de lidar. Uma experiência em psiquiatria Rio de Janeiro: Alhambra, 1986 O mundo das imagens São Paulo: Ática, 1992 Nise da Silveira Brasil, COGEAE/PUC-SP 1992 Cartas a Spinoza Rio de Janeiro: Francisco Alves, 1995 Gatos, A Emoção de Lidar Rio de Janeiro: Léo Christiano Editorial, 1998 Fernando Portela Câmara. "Vida e obra de Nise da Silveira" Psychiatry On-line Brazil, 2002 Id. "A contribuição de Nise da Silveira para a psicologia junguiana" - Psychiatry On-line Brazil, 2004 Gullar Ferreira. Nise da Silveira: uma psiquiatra rebelde, 1996 João A. Frayze-Pereira.
Nise da Silveyra
Nise da Silveyra (15 fevral 1905, Maseyio, Braziliya — 30 oktyabr 1999, Rio de Janeyro) — psixiatriya üzrə ixtisaslaşan braziliyalı həkim, Karl Qustav Yunqun tələbəsi. O, xəstələri elektroşok, insulin terapiyası və psixologiya üzrə müalicə etmişdir. Nise da Silveyra ilk dəfə heyvanlar üçün zeoterapiya fəlsəfəsini irəli sürmüşdür. O, əri Mariyo Maqalhaes da Silveyra ilə birlikdə Şüursuz Şəkillər Muzeyini yaratmışdır və Casa das Palmeiras (Palma Evi)— psixiatriya müəssisələrinin keçmiş xəstələri üçün klinikanı yaratmışdı. Jung: vida e obra, Rio de Janeiro: José Álvaro Ed., 1968 Imagens do inconsciente Rio de Janeiro: Alhambra, 1981 Casa das Palmeiras. A emoção de lidar. Uma experiência em psiquiatria Rio de Janeiro: Alhambra, 1986 O mundo das imagens São Paulo: Ática, 1992 Nise da Silveira Brasil, COGEAE/PUC-SP 1992 Cartas a Spinoza Rio de Janeiro: Francisco Alves, 1995 Gatos, A Emoção de Lidar Rio de Janeiro: Léo Christiano Editorial, 1998 Fernando Portela Câmara. "Vida e obra de Nise da Silveira" Psychiatry On-line Brazil, 2002 Id. "A contribuição de Nise da Silveira para a psicologia junguiana" - Psychiatry On-line Brazil, 2004 Gullar Ferreira. Nise da Silveira: uma psiquiatra rebelde, 1996 João A. Frayze-Pereira.
Qabrielle da Silva
Qabrielle da Silva (4 mart 1997) — Braziliyanı təmsil edən bədii gimnast. Qabrielle da Silva 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qabrielle da Silva 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Emanuelle Lima, Cessika Mayer və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Miquel da Paz
Migel de Paş (port. Miguel da Paz de Trastâmara e Avis; 23 avqust 1498 – 19 iyul 1500, Qranada, Kastiliya krallığı) — Portuqaliya kralı I Manuelin ilk övladı, Portuqaliya, Kastiliya və Araqon taxt-tacının varisi. Şahzadə Migel 1498-ci ildə Saraqosada dünyaya gəldi. Atası Aviz sülaləsinə mənsub Portuqaliya kralı I Manuel, anası isə Kastiliya-Araqon taxt-tacının sahibləri Kastiliyalı İzabella və Araqonlu Ferdinandın böyük qızı İzabella idi. Anası o doğulduğu saatlarda vəfat etdi. Atasının yeganə rəsmi varisi idi və bu səbəblə, doğulduğu gündən etibarən Portuqaliya şahzadəsi ünvanı aldı. Bir müddət sonra isə nənəsi Kastiliyalı İzabella və babası Araqonlu Ferdinand tərəfindən varis elan edildi və beləcə, bütün İberiya yarımadasını tək səltənətdə birləşdirən bir vərasətə sahib oldu. Ancaq 19 iyul 1500-cü ildə hələ 2 yaşı tamam olmamış, nənəsi Kastiliyalı İzabellanın qollarında vəfat etdi. Cənazəsi Qranada krallıq kilsəsinə dəfn olundu. Ölümündən bir neçə ay sonra iki ölkə arasındakı sülhün davam etməsi məqsədilə, atası I Manuel xalası Araqonlu Mariya ilə evləndi və bu nikahdan bir neçə övladı dünyaya gəldi.
Tyaqu da Silva
Enrike Tyaqu (23 may 1985, Braziliya) — Braziliya futboçusu. 23 may 1985-ci ildə Fernandopolisdə anadan olub. Çıxış etdiyi klublar: Fernandopolis (Braziliya) San Kaetano (Braziliya) Santista (Braziliya) Roma Apukarana (Braziliya) 2008-ci ildən Qəbələdə çıxış edir.
Qulalı
Qulalı (Şəmşəddin)
Adrian divarı
Adrian divarı (ing. Hadrian's Wall, lat. Vallum Hadriani) — 117 kilometr (73 mil) uzunluğunda və bir vaxtlar İngiltərənin şimalından keçmiş nəhəng Roma müdafiə quruluşu. 121-ci ildə tikilmişdir. Divarın cənub tərəfindəki qala boyunca hərbi yol keçirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Birley, A.R. Hadrians Wall Illustrated Guide. London: Her Majesty's Stationery Office (HMSO). 1963. Burton, Anthony. Hadrian's Wall Path.
Atanarix divarı
Atanarix divarı — tervinq qot tayfasının başçısı Atanarix tərəfindən tikdirilmiş möhkəmləndirilmiş xətt. Prut və Dunay çaylarının sahilləri arasında ostqot taifal qəbiləsinin ərazisində yerləşirdi. Tikintisində "Limes Transalutanus" adlı köhnə Roma istehkamlarından istifadə edildiyi təxmin edilir.
Ağlama divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Berlin divarı
Berlin divarı (alm. Berliner Mauer‎) — Almaniya Demokratik Respublikası ilə Qərbi Berlin arasında 13 avqust 1961-ci ildə uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km) olan möhkəmləndirilmiş və 1989-cu ilə qədər mövcud olmuş dövlət sərhədi. == Erkən hadisələr == İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Berlin dörd divarla ABŞ, Böyük Britaniya, Fransa və SSSR mühasirə olunmuşdu. Ümumi düşmən üzərində qələbədən sonra Sovet İttifaqı və NATO arasında qarşıdurma bütün gücü ilə güclənməyə başlayır. Tezliklə Almaniya və Berlin ümumilikdə iki düşərgəyə – ADR (Almaniya Demokratik Respublikası) və AFR (Almaniya Federativ Respublikası) bölünür. Qərbi Berlinlə dövlət sərhədi rejiminin tətbiqinə və sərhəd istehkamlarının qurulmasına Varşava müqaviləsi üzv-ölkələrin tövsiyəsi ilə 1961-ci il avqustun 13-də başlanılmışdır. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmiş və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilmişdir. İki hissə arasında əsl sərhədin olmaması tez-tez münaqişələrə, məhsul qaçaqmalçılığına və mütəxəssislərin AFR tərəfə keçməsinə səbəb olurdu. Tək 1961-ci ilin 1 yanvarından avqustun 13-nə qədər ADR-dən 207 min mütəxəssis qarşı tərəfə keçmişdi. Bu zaman hökumətin bildirdiyinə görə, dövlət bundan illik 2,5 milyard mark zərər əldə edir.
Kangşung divarı
Kangşung divarı — Comolunqma dağının şərq hissəsində yerləşən böyük divar, bu ərazi həm də dağın tibet ərazisində yerləşən hissələrindən biridir. Divarın ətəyindən (ətəkdə Kangşung buzlağı yerləşir) zirvəyə qədər olan hündürlük 3350 metrdir . Kangşung enli dağ divarıdır, sağda Şimal-şərq qrabeni, solda isə Cənub-şərq qrabeni və Cənub yəhəri yerləşir. Divarın yuxarı hissəsində asılı buzlaqlar üstünlük təşkil edir. Aşağı hissəsində isə dik qaya çıxıntıları və kuluarlar var. Comolunqmaya Kangşung divarı ilə qalxmaq standart marşruta nisbətən daha çətindir. Standart marşrut Şimal yəhərindən və ya Cənub yəhərindən keçir. Ümumən dağın bu hissəsi daha kənarda yerləşir və Kungşung divarının ətəyinə çatmaq üçün daha çox yol qət etmək lazımdır. == Fəth olunma tarixi == 1981-ci ildə Riçard Blyumun (ing. Richard Blum) və Luis Reyhardtın (ing.
Kanqşunq divarı
Kangşung divarı — Comolunqma dağının şərq hissəsində yerləşən böyük divar, bu ərazi həm də dağın tibet ərazisində yerləşən hissələrindən biridir. Divarın ətəyindən (ətəkdə Kangşung buzlağı yerləşir) zirvəyə qədər olan hündürlük 3350 metrdir . Kangşung enli dağ divarıdır, sağda Şimal-şərq qrabeni, solda isə Cənub-şərq qrabeni və Cənub yəhəri yerləşir. Divarın yuxarı hissəsində asılı buzlaqlar üstünlük təşkil edir. Aşağı hissəsində isə dik qaya çıxıntıları və kuluarlar var. Comolunqmaya Kangşung divarı ilə qalxmaq standart marşruta nisbətən daha çətindir. Standart marşrut Şimal yəhərindən və ya Cənub yəhərindən keçir. Ümumən dağın bu hissəsi daha kənarda yerləşir və Kungşung divarının ətəyinə çatmaq üçün daha çox yol qət etmək lazımdır. == Fəth olunma tarixi == 1981-ci ildə Riçard Blyumun (ing. Richard Blum) və Luis Reyhardtın (ing.
Müdafiə divarı
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Qərb divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Sevgi divarı
"Sevgi divarı" — Parisin ən hündür nöqtəsi sayılan Monmartr təpəsində üzərinə 311 dildə "Mən səni sevirəm!" yazılmış lövhə. 40 m² sahəsi olan divarda, hətta Brayl şriftlərinin köməyilə korlar üçün də eyni məzmunlu sözlər yazılmışdır. İdeyanın təşəbbüsü Frederik Barondur. O, həmin sözləri əvvəlcə kiçik qardaşına yazdırmış, sonra həmin yazını ərəb, rus, portuqal və ilaxır qonşularından öz dillərinə çevirməyi rica etmişdi. Frederik başqa dillər üçün bir neçə səfirliyə də müraciət etmişdi. Bu işi yerinə yetirərkən 3 böyük qeyd kitabçası 300-dən çox dildə 1000-ə qədər "Səni sevirəm" mətnli yazılarla dolmuşdu artıq. Sonda o, bu yazıları ahəngdar şəkildə bir araya gətirmək üçün Kler Kito adlı gözəl yazı xəttinə malik incəsənət xadiminə (kalliqraf) müraciət edir. Kalliqraf işi layiqincə yerinə yetirir və hal-hazırda divarda sərgilənən yazılı abidə ərsəyə gəlir. Hər biri 21x29.7 sm ölçüdə olan 612 ədəd şirli lavadan hazırlanmış kirəmit üzərində həkk olunan yazılar Frederik Baronun qeyd dəftərindəki vərəqləri xatırladır. Yazılar arasında rast gəlinən böyük bir ürəyin qırıntıları şəklində qırmızı rəngli çıxıntıların həkk olunması isə bu "sevgi divarı"nın dünyadakı sınıq qəlbləri yenidən bir araya gətirmək niyyətini canlandırır.
Tsoy divarı
Tsoy divarı (rus. Стена Цоя, ing. Tsoi's Wall) — musiqiçi Viktor Tsoya və onun yaratdığı "Kino" qrupuna həsr olunmuş, Moskvada yazılar ilə bəzənmiş divar. Divar Arbat küçəsi ilə Krivoarbatski döngəsinin kəsişməsindəki 37 №-li evdə yerləşir və Moskvanın görməli yerlərindən biri hesab edilir. Tsoy fanları üçün divarın yanındakı xüsusi külqabına qırıq siqareti yandıraraq qoymaq adət halını almışdır. Tsoy fanları tərəfindən tez-tez ziyarət edilən divar dostlar üçün bir-birlərinə göndərdikləri qeydləri gizlətmək və ya görüş təşkil etmək məkanına çevrilmişdir. Moskvadan əlavə bir neçə şəhərdə, o cümlədən Sankt-Peterburq, Xabarovsk, Dnepr, Sevastopol şəhərlərində də Tsoyun xatirəsini əbədiləşdirmək üçün belə divarlardan istifadə olunmuşdur. Divara yazılan ilk yazı 15 avqust 1990-cı ilə təsadüf edir və divarda qara rəng ilə "Viktor Tsoy bu gün öldü" (rus. Сегодня погиб Виктор Цой) yazılmışdır. Ardınca isə başqa bir nəfər bu yazıya cavab olaraq yazmışdır: "Tsoy yaşayır!" (rus.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Hindistan qulanı
Hindistan qulanı (lat. Equus hemionus khur) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulan növünə aid olan bir yarımnöv. == Populyasiya == 1958–1960-cı illərdə Hindistan qulanı müxtəlif infeksion xəstəliklərin qubanı olmuşdur. 1961-ci ildə populyasiyanın ümumi sayı 870 başa qədər azalmışdı. Bundan sonra Hindistan qulanının sayında artım müşahidə edilmişdir. 2009-cu ildə bu yarımnövə daxil olan heyvanların sayı 4038 baş, 2015-ci ildə isə 4800 başa qədər artmışdı. Təbiəti qoruyan beynəlxalq ittifaqın məlumatına görə yarımnöv hələ də təhlükədə olan kimi nqeyd edilir. Ancaq populyasiya ancaq kiçik bir ərazidə yayılmışdır.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi.
Karvansara bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30–40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Kərəm bulağı
Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub.
Mamay bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Mamayı bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Meydan bulağı
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Nisəbəyim Bulağı
Nisəbəyim Bulağı — Culfa rayonunun Şurud kəndində ərazisində ziyarətgah. İlandağın zirvəsinə qalxan cığırdan azca aralıdır. Yerli camaat arasında möhkəm kök salmış adətə görə, meyvə ağaclarına tırtıl daraşanda, xəstəlik düşəndə ziyarətgaha qurban deyər, yaxud "Nisəbəyim bulağı"ndan su gətirib ağaclara çiləyər xeyir-bərəkət, bol məhsul diləyərdilər. Bundan sonra sanki canlanar, azar-bezardan qurtarardı, arzu və niyyətlər hasil olardı. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 450. ISBN 5-8066-1468-9.
Nohur bulağı
Nohur bulağı — Azərbaycanın Qazax rayonunun Ağköynək kəndində bulaq. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur.
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Van qalası
Van qalası — Urartu dövləti tərəfindən kütlə halında daşdan tikilən və Urartunun paytaxtı Tuşpa şəhərini yaxşı görə bilən istehkam tikilisidir. Van gölü sahilində olub, Van şəhərinə 5 km uzaqlıqda yerləşən bu qala sıldırım bir qaya üzərində inşa edilmişdir. Qala 1800 metr uzunluğunda, 120 metr genişliyində və 80 metr yüksəkliyindədir. Qala e.ə əvvəl IX əsrdə Lutiprinin oğlu Sarduri tərəfindən 840–825-ci illər arasında tikilmişdir. Çox sayda bu cür istehkamlara indiki Ermənistan, Türkiyə və İranda rast gəlmək olur. Adətən bu cür tikililər yer səthindən yuxarı çıxmış qayalarda və yamaclarda tikilirdi. Bu cür qalalar əsasən xarici ordulara qarşı durmaq üçün deyil, region nəzarəti üçün istifadə edilirdi. Van şəhəri ətəklərindəki bu binanın xarabaları onun divarlarının Orta əsrlərdə tikildiyini təsdiqləyir. Qalada Urartu dövründən qalan Madır (Sardur) bürcü, Analı-qız açıq hava məbədi, I Argişti, Menua və II Sardurinin qaya məzarları, Min pilləkənlər, Baş qayada hörülmüş qala divarlarının bünövrələri və onların üzərində yüksələn qala divarları dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatıb. Urartu dövründən sonra Osmanlı dövrünə qədər uzanan zaman içərisində Fars yazıları xaricində hər hansı bir dövrə aid tarixi bir bir yazı tapılmamışdır.
Karlovı Varı diyarı
Karlovı Varı diyarı (çex. Karlovarský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Karlovı Varı şəhəridir. == Coğrafiya == Bölgə Çexiyanın qərbində yerləşir, şimal-şərqdə Ustetsk bölgəsi ilə, cənub-şərqdə Pilsen bölgəsi ilə, cənub və şimal-qərbdə isə Almaniya ilə həmsərhəddir. Bölgədəki ən yüksək nöqtə Ore dağlarında Klinovets (dəniz səviyyəsindən 1244 metr yüksəkdir), ən aşağı yer (dəniz səviyyəsindən 320 metr) Karlovı Varı bölgəsinin sərhədi yaxınlığında yerləşir. Bölgənin iqlimi və torpağı kənd təsərrüfatı üçün o qədər də əlverişli deyil. Bölgədə faydalı qazıntılar var: qəhvəyi kömür və dəmir filizinin kiçik bölmələri. Meşə ərazisi rayon ərazisinin 43% -ni tutur, kənd təsərrüfatına yararlı torpaqlar ərazinin cəmi 17% -ni təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən azdır. == Əhali == 2011-ci il siyahıyaalınmasına əsasən, rayon əhalisi 295.595 nəfər idi, onlardan 150.112 nəfər (50.78%) qadınlardır. 190 285 nəfər (əhalinin 64,37%) özlərini çex, 7217 (2.44%) Slovaks elan etdilər; 4431 nəfər (1.50%) Almanlardır (Çexiya bölgələri arasında Almanların ən böyük nisbəti), Vyetnamlılar - 3597 (1.22%), Ukraynalılar - 1376 (0.47%).
Gülalı Qəhrəmanov
Gülağa Aslanlı
Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyası başqanının müavini, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sabiq sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir. == Siyasi fəaliyyəti == Gülağa Aslanlı 20 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Gülağa Aslanlı 8 oktyabr 2010-cu ildə Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.
Gülağa Aslanov
Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyası başqanının müavini, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sabiq sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir. == Siyasi fəaliyyəti == Gülağa Aslanlı 20 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Gülağa Aslanlı 8 oktyabr 2010-cu ildə Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.
Gülağa Cabbarov
Gülağa Cabbarov (tam adı: Gülağa Dadaş oğlu Cabarov, 25 mart 1955) — Azərbaycanlı futbol hakimi və idman xadimidir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədridir. == Həyatı == Gülağa Cabarov 1955-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. Gənclik illərindən futbol ilə məşğul olmuş, daha sonra futbol hakimi və idman işçisi kimi fəaliyyət göstərmişdir. O, Bədən Tərbiyəsi və İdman Akademiyasını futbol ixtisası üzrə və Azərbaycan Beynəlxalq Universitetini dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. İki övladı var. Oğlu Rauf Cabarov FİFA dərəcəli beynəlxlaq futbol hakimidir. == İdman və əmək fəaliyyəti == Futbol üzrə Azərbaycan SSR kubokunun 1979-cu ildə Suraxanılı komandası ilə qalibi olmuşdur. Futbol karyerasını erkən başa vurmuş, hakimliklə məşğul olmuşdur. 1982-ci ildən SSRİ-nin müxtəlif futbol liqalarında hakimlik etmiş və SSRİ Yüksək Liqasında hakim köməkçisi olmuşdur.
Gülağa Məmmədov
Gülağa Allahverdi oğlu Məmmədov (28 iyun 1925, Lənkəran, Lənkəran qəzası – 7 iyun 1994, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb. Uşaqlıqdan musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur.
Gülağa Tənha
Gülaga Məmi oğlu Qəmbərov (d. 20 may, 1959, Ərkivan) — Gülağa Tənha adı ilə tanınan azərbaycanlı şair və iş adamı. == Həyatı == Gülağa Tənha 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. == Təhsil == Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. == Fond == "Gülaga Qəmbərov Fondu"nun prezidentidir. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Gülağa Zeynalov
Gülağa Tapdıq oğlu Zeynalov (28 aprel 1956, Şuşa, DQMV – 2 yanvar 2015, Bakı) — milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, ustad tarzən, dosent. == Həyat və fəaliyyəti == Gülağa Zeynalov 1956-cı il aprel ayının 28-də Şuşa şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Şuşa Musiqi Məktəbini, 1974-cü ildə Xankəndi Orta İxtisas Musiqi Məktəbini və 1980-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Tarzən 1980–1982-ci illərdə M. M. Nəvvab adına Şuşa Orta İxtisas Musiqi Məktəbində müəllim, 1984–1986-cı illərdə Şuşa rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışmış, 1993–1995-ci illərdə Şuşa Dövlət Musiqili Dram Teatrının drijoru olmuşdur. Hər il Gürcüstan Respublikasının Dmanisi rayonunda (Başkeçid) keçirilən Borçalı Türklərinin Elat Mədəniyyəti Günlərində Qarabağ Üçlük Muğam Qrupunun rəhbəri kimi Qarabağın tanınmış ziyalıları ilə birgə Qarabağ həqiqətlərinin təbliğində böyük rolu olmuşdur. Gülağa Zeynalov Rusiyanın, Ukraynanın, Qazağıstanın, Türkiyənin, Almaniyanın iri konsert salonlarında çıxış etmişdir. Gənc yaşlarından Odessa, Berlin, İstanbul, Hollandiya, Qazaxıstan, Özbəkistan, Kiyev və başqa şəhərlərdə keçirilən festival və müsabiqələrdə iştirak etmişdir. == Dirijorluq etdiyi komediyalar == "Arşın mal alan" Ü. Hacıbəyov; "Durna" S. Rüstəmov; "Özümüz bilərik" S. Ələsgərov; "Nənəmin şahlıq quşu" V. Adıgözəlov. == Mükafatları == Gülağa Zeynalov respublika və Ümumittifaq festivallarının, o cümlədən 1986-cı ildə keçirilən Ü. Hacıbəyov adına xalq çalğı alətləri I respublikalararası müsabiqənin laureatı olmuşdur. == Vəfatı == Gülağa Zeynalov 2015-ci ilin 2 yanvar tarixində vəfat etmişdir.
Gülağa İslamov
Gülağa İslamov — Xəzər Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhər 156 saylı orta məktəbi, 1990-cı ildə isə Poltava Koorperasiya İnstitutunu Əmtəəşünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan SSR Kurortlar İdarəsi Avtomobil Nəqliyyatı Birliyində böyük mexanik kimi başlamışdır. 1967–1977-ci illərdə böyük mexanik, çilingər, mexanik işləmişdir. 1977–1995-ci illərdə Bakı Şəhər Kooperativ Ticarəti İdarəsində çeşidləyici, Qəbul Məntəqəsinin müdiri, anbardar, Estoniya Respublikasındakı "Flores" Kooperativində baş əmtəəşünas, Şüvəlan Gülçülük Sovxozunda şöbə müdiri, "Şüvəlan" İstehsal-Ticarət Assosiasiyasında 1 saylı sahənin rəisi, "Qərənfil" Fermer Təsərrüfatının müdiri, 1995–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Dağ qurşağı
Navarin Qalası
Navarin Qalası — Yunanistandakı Mora yarımadasının qərb sahilində Pylosda yerləşən bir qaladır.Navarin dəniz döyüşü bu qalanın ətrafında gerçəkləşmişdir. 15-ci yüz ilə qədər Venesiya əhalisi burada böyük bir qala inşa etmişlərdir. Osmanlılar 1499-cu ildə Navarin qalasını işğal etdilər və 1572-ci ildə qalanı təkrardan inşa edərək Anavarin-i atik adını verdiler.1686-1715-ci illər arası Venesiyalılar, qalanı əllərində tutmağı bacardı. Amma sonra Osmanlı İmperiyası təkrardan qalanı ələ keçirtdi (Mora döyüşü). Osmanlılar 18-ci əsrdə qalanı Anavarin-i Cedid adı altında təkrar inşa etdilər. Lakin qısa bir müddətdən sonra yenidən qalaya ziyan dəydi.1827-ci ildə Osmanlı donanması İngilis,Fransız və Rus donanmaları tərəfindən Navarin limanında məğlubiyyətə uğradıldı. Bu məğlubiyyətdən 7 il sonra Osmanlı Dövləti Yunanıstan'ın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldı və Navarin yeni qurulan Yunan Krallığı‘nın bir parçası oldu. Bées, N.; Savvides, A., Navarino, 7, 1037–1039 Bon, Antoine, La Morée franque.
Qulam (ad)
Qulam (ərəb. غلام‎) — ərəbcə qulluqçu, köməkçi, oğlan və ya gənc mənalarını daşıyan söz. Cənnətdəki gənc qulluqçuları təsvir etmək üçün istifadə olunur. Sözün cəm forması olan "qılman" məqaləsində təsvir olunduğu kimi Abbasilər, Osmanlılar, Səfəvilər və daha az dərəcədə Moğol imperiyalarında qul əsgərlərinə istinad etmək üçün də istifadə olunur. Qulam Yəhya — General-mayor. Qulam Qədirov — Qarabağ müharibəsi döyüşçüsü, şəhid. Qulam İsgəndərov — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Qulam Babai – xalça ustası, bərpaçı-rəssam.
Divan
Divan — oturmaq və ya uzanmaq üçün uzun, yumşaq taxt. "Divan" sözü ən azı XVI əsrdən fars dilində deyilib. Türk və ərəb dilində əvvəlcə "yazılı vərəq kağızı" və "siyahi" mənalarında işlənmişdir. Daha sonra bu sözləri hesabat kitablarında, dəftərxanalarda daha sonralar oturmaq üçün yumşaq mebelləri adlandırdılar.
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Dinaran (Sərdəşt)
Dinaran (fars. ديناران‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (31 ailə).
Divalan (Sərdəşt)
Divalan (fars. ديوالان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2021-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (72 ailə).
Kreml divarı nekropolu
Kreml divarı nekropolu — vəfat edənlərin külü üçün kolumbarium kimi xidmət edən Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında xatirə qəbiristanlığı. Sovet dövlətinin dövlət, partiya xadimlərinin və hərbi rəhbərlərinin 1917-ci il Oktyabr İnqilabının iştirakçılarının dəfn yeri . 1920-1930-cu illərdə burada xarici ölkələrin kommunist inqilabçıları: məsələn yazıçı və jurnalist Con Rid, Yaponiya Kommunist Partiyasının qurucusu Sen Katayama, inqilabçı Klara Setkin, alman siyasətçisi Frits Hekkert və başqaları da dəfn edilmişdir. 1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur . == Nekropolun təsviri == Qırmızı Meydanın şimal hissəsinə baxan Nikolskaya və Spasskaya qüllələri arasındakı divara yaxın ərazilər dəfn üçün istifadə olunur və yandırılanların külləri üçün kolumbariem kimi istifadə edilir. Xalq arasında ona "Kommunarların Divarı" ləqəbi verilmişdir. Qranit lövhələrin arxasındakı boşluqlarda inqilabçıların, ilk komissarların, Kominternin üzvlərinin, hərbi komandirlərin, astronavtların və görkəmli elm adamlarının külü olan 114 küp var. İlk qranit lövhə 1925-ci il aprelin 5-də qoyulmuşdur: inqilabın qocalarından olan Ali İqtisadi Şura sədrinin müavini Miron Vladimirovun nəşinin külü divarın içinə hörülmüşdür. Bu lövhədəki yazı: "Fəhlə sinfinin azad edilməsi uğrunda mübarizə aparan, sosialist quruculuğunun fədakeşi Miron Konstantinoviç Vladimirov (yoldaş Leva)". == Məzarlığın tarixi == === Çar dövrü === Çar dövründə Kremlin divarı boyunca yalnız Spasski və Nikolskii darvazaları arasında on beş kiçik qəbiristanlıq var idi - bu zaman adi insanlar divarın yanında dəfn olunurdular.
Diyadin
Diyadin — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.
Dar dərələr
Dar dərələr- Belə dərələrə Təngi tipli dərələr də deyilir.Bu tip dərələrin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar dar olmaqla yanaşı nisbətən böyük yamaclara malikdirlər.Yamacların meyl bucağı bəzi hallarda 700-800,hətta 900 də çata bilər.Belə dərələrdə əsasən dərinlik və ya dib eroziyası hökm sürdüyündən onlar dərin olur.Digər tərəfdən suyun maksimal sürəti ilə əlaqədar olaraq bu dərələrdə müşahidə edilən süxur qırıntıları əsasən ölçüsünə görə iri olur.Belə dərələrin əmələ gəlməsində çöküntülərin fiziki xassələrinin böyük əhəmiyyəti vardır.Əgər həmin ərazidə nisbətən suda tez həll olan (məsələn:əhəngdaşı) süxurlar vardırsa,həmin dərənin əmələgəlməsi üçün əlverişli şərait yaranır.Digər tərəfdən böyük su keçiriciliyə malik olan çöküntülər(qum və qumdaşı) şaquli istiqamətdə daha tez yuyularaq,belə dərə tipinin əmələ gəlməsinə səbəb olur.Bu dərələr əsasən dağ silsilələrində müşahidə olunur.Məsələn:Qafqaz,Alp,Pamir,Himalay və s.
Əd-Dar
Əd-Dar (ər. الضار) — Allahın adlarından biri.
Salix lutea var. nivaria
Salix lasiolepis (lat. Salix lasiolepis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Divali
Divalisanskr. दीपावली DīpāvalīIAST, tam. தீபாவளி TīpāvaḷiIAST, nep. दीपावली, तिहार Dīpāvalī, TihāraIAST, hind. दिवाली DivālīIAST, qüc. દિવાળી DivāḷīIAST, marathi दिवाळी DivāḷīIAST, kann. ದೀಪಾವಳಿ DīpāvaḷiIAST, konkani धाकली दिवाळी Dhākalī DivāḷīIAST, malaya. ദീപാവലി DīpāvaliIAST, oriya ଦୀପାବଳୀ DīpābaḷīIAST, pənc. ਦਿਵਾਲੀ DivālīIAST, tel. దీపావళి, urdu دیوالی, benq.
Divani
Divani — coşğun, təntənəli, döyüşkən ruhlu aşıq şeiri. Divani aşıq məclisinin girişində xüsusi saz havası ilə oxunan fəlsəfi-didaktik və dini-ürfani ruhlu klassik şeir şəkli. Daha çox əruz vəzninin rəməl bəhrində olub, aşıq poeziyasına divan ədəbiyyatından adlamışdır. Üç-beş bənddən ibarət olan divaninin hər bəndi dörd misradır. Divanini təşkil edən misralar 15–16 hecalı olur. Birinci bəndin üçüncü misrası sərbəst, I, II və IV misraları həmqafiyə, sonrakı bəndlərdən ilk üç misra bir-birilə, son misra isə birinci bəndin axırıncı misrası ilə həmqafiyə olur: aaba, ccca, ççça və s. Məsələn; Ələstidən bəli dedim. Nə xoş kamaldı yüküm, Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm. Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin, Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm. Nütfəsindən əyri olan tez göstərir isbatın, Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Vivari
Vivari — təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, əsasən laboratoriya heyvanları saxlanan bina. Vivaridən eyni zamanda heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur.
Dikain
Tetrakain və ya dikain ― yerli anestetiklər qrupuna aid farmakoloji preparat. == Quruluşu == Tetrakain kimyəvi quruluşuna görə parabutilaminobenzoy turşusu törəməsidir. Molekulunda efir rabitəsi olan yerli anestetiklərdəndir. == İstifadəsi == Tetrakain güclü anesteziyaedici aktivliyə malik preparat olub, təsir gücünə görə kokaindən təxminən 10 dəfə qüvvətlidir. Lakin kokaindən 2–5, prokaindən 10 dəfə artıq toksiki təsirə malikdir. Səthi anesteziyada istifadə olunur. Təyin yolundan asılı olmayaraq selikli qişalardan yaxşı sorulur, bu səbəbdən preparatdan istifadə zamanı intoksikasiya halının baş vermə ehtimalının qarşısını almaq məqsədilə preparatdan istifadə zamanı dozalanmaya ciddi fikir verilməlidir. Kokaindən fərqli olaraq göz bəbəyini genişləndirmir, akkomodasiya və gözdaxili təzyiqə praktik olaraq təsir göstərmir. Preparatın damargenişləndirici təsiri olduğuna görə adrenomimetiklərlə birlikdə istifadəsi tövsiyə olunur.