Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bend Over and Pray the Lord
Bend Over and Pray the Lord — Lordi studiya albomu.
Praya
Praya (port. Praia — «çimərlik») — Kabo-Verde ada dövlətinin paytaxtı və ən iri şəhəri. Santyaqu adasında yerləşir. Əhalisi — 113 min nəfər (2005). XV əsrin sonunda salınıb. 1770-ci ildə Praya əvvəlki məskəndə su ehtiyatı bitdikdən sonra arxipelaqın mərkəzinə köçürülür. Paytaxt seçimi yerin uğurlu olması ilə bağlı idi. Müstəqillik dovründə şəhər xeyli genişlənmişdir. Apeisin, şəkər və kofe ixrac edilir. Dəniz marşrutlarının kəsişdiyi nöqtədə yerləşir.
Gey prayd
Gey prayd (ing. Gay pride; həmçinin gey parad) — cəmiyyətdə LGBT (lezbiyan, gey, biseksual və transgender) mövcudluğunun nümayişi, LGBT-dən olan şəxslərə qarşı tolerant münasibətlərin dəstəklənməsi, insan hüquqlarının qorunması, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün bərabər olduğunu bildirmək üçün keçirilən aksiyadır. Onun məqsədi həmçinin şəxsi ləyaqət hissinin qeyd olunması, şəxsiyyət azadlığının təntənəsi, eləcə də LGBT-ictimaiyyətinin birlik və müxtəlifliyinin təzahürüdür. Aksiya ənənəvi olaraq yayda (daha çox iyunda), Stounvoll iğtişaşlarının xatirəsi kimi keçirilir - məhz o zaman minlərlə gey polis repressiyalarına qarşı müqavimət göstərmiş və bu seksual azlıqların vətəndaş hüquqları uğrunda apardıqları mübarizənin (daha çox LGBT-hərəkatı adı ilə tanınır) rəmzinə çevrilmişdir. Amma bəzən o, başqa günlərə də həsr olunur, məsələn, Moskva şəhərində keçirilən gey-prayd zamanı, Rusiyada homoseksuallara tətbiq olunan cinayətin ləğvi ildönümünü qeyd olunur. Gey-praydlar müxtəlif formalarda həyata keçirilir, məsələn - parad, mitinq, yürüş, festival, yarmarka, piknik və sairə. Konkret vəziyyətdən asılı olaraq gey-prayd bayram-karnavalı və ya hüquq müdafiəsi nümayişi xarakteri daşıya bilər. Əslində gey parad (ing. Gay parade) və prayd parad (ing. Pride parade), gey praydın bir hissəsi və ya formalarından biri hesab olunur və tez-tez onun mərkəzi elementinə çevrilir.
Optimus Praym
Optimus Praym (ing. Optimus Prime) — Transformers dünyasında insanyönümlü olan avtobotların lideri. Transformers dünyasında pis tərəf olan deseptikonlarla olan müharibədə məhv olan Sibertrondan sonra mübarizə dünyaya daşınmışdır. Optimus Praym burada da lider olaraq qalmaqdadır.
Prays qanunu
Derek de Solla Prays — bibliometrik istinadların strukturu elmi-tədqiqat cəbhəsini xarakterizə edir. 1965-ci ildə elmin tarixçisinə çevrilən fizik Derek de Solla Praysməqalələr arasındakı istinadların strukturunu təqdim edən "Elmi məqalələrin şəbəkəsi" adlı nüfuzlu məqaləsini nəşr etdirmişdir. Bu məqalədə, məqalələr istinadlar vasitəsilə bir-biri ilə əlaqələndirilən şəbəkənin düyünləri kimi təsvir olunur. D. J. Prays bu şəbəkənin heyranedici xüsusiyyətlərini meydana çıxarmışdır. O, çoxlu sayda məqalələrin istinadlar siyahısını aşkarladıqdan sonra göstərmişdir ki, k dəfə istinad alan məqalələrin sayı pk, k artdiqca Pareto paylanması və ya qüvvət qanunauyğunluğuna əsasən azalır. Bibliometriya Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Kapitan Prays
Kapitan Prays (ing. Captain Price)— Call of Duty video oyun seriyasının personajıdır. Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays köməkçi personaj kimi cıxış edir. Onun 45 yaşı var və ingilisdir. Özünü ifadə edən ən fərqləndirici xüsusiyyət onun peçenye toz bığları və siqarlara olan düşkünlüyüdür. Onun güclü intiqam hissi var. Düşmənlərinə qarşı çox qəddardır. O, əsgərləri Gaz, Soap və Yuriyə çox bağlıdır. == Görünmələr == Call of Duty və Call of Duty 2 oyunlarında Kapitan Prays 1941-ci ildə yaradılan Xüsusi Hava Xidmətinin üzvü kimi daha sonra Qərbi Avropada Şimali Afrika kampaniyası da daxil olmaqla II Dünya Müharibəsi cəbhələrində İngilis əsgəri kimi çıxış edib. Call of Duty-nin son missiyalarından birində, tirpitz döyüş gəmisinə sızarkən ölür.
Maykl Prays
Maykl Prays (XX əsr, İngiltərə Price studied music at school,) — ingilis bəstəkar və pianoçu . Özünü bəstəkar kimi tanıtmazdan əvvəl o, televiziya və film musiqisi sahəsində prodüser, aranjimançı və musiqi redaktoru kimi bir sıra rolları yerinə yetirib, onların çoxunda məşhur film musiqisi bəstəkarı Maykl Keymenl' birlikdə işləmişdir.
Prayd təmizləməsi
Prayd təmizləməsi (ing. Pride's Purge) — İngilis inqilabı zamanı bir hadisədir, bu müddət ərzində polkovnik Tomas Prayd komandanlığı altında parlament ordusunun bir dəstəsi ölkədə kral hakimiyyətinin qorunmasını müdafiə edən presviterian deputatlarını İcmalar palatasından qovdu. Prayd təmizləməsi, mahiyyət etibarı ilə, dövlət çevrilişi idi, nəticədə İngiltərədə hakimiyyət respublikapərəst independentlərə keçdi. 1648-ci ildə kral I Karl əsir düşdü və hərbi əməliyyatlar demək olar ki, dayandırıldı. Uzunmüddətli parlament bərpa edilmiş kralın idarə edə biləcəyi bir sıra şərtlər hazırladı. Levellerlər və ordu, kompromis tapmaq səylərinə və Karlın məhkəməsi tələblərinə etiraz edən ərizələr təqdim etdi, Parlament bunu rədd etdi. Kralın parlamentin tələblərinə verdiyi cavablar Presviterianların ümid etdiyindən çox uzaq oldu. Lakin 5 dekabr 1648-ci ildə onlar məqbul elan edildi (lehinə 129, əleyhinə 83 səs). Английская буржуазная революция XVII века. Т. 1.
Aleksandr Praynfalk
Aleksandr Praynfalk (26 iyul 1920 və ya 6 fevral 1920, Bakı – 12 dekabr 1944) — İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin hərbi hava qüvvələri olan Lüftvaffedə xidmət etmiş as-pilot və Cəngavər Dəmir Xaçı mükafatı laureatı. == Həyatı == 1920-ci ilin 6 fevralında Bakıda Azərbaycan almanları ailəsində anadan olmuşdur. Sovet hakimiyyətinin qurulmasından sonra ailəsi ilə Almaniyaya köçən Fraynfalk 1941-ci ildə təhsilini başa vuraraq Üçüncü reyx hərbi hava qüvvələrinə daxil olmuşdur. Fəaliyyətinə JG-51 eskadronu ilə başlayan Aleksandr daha sonra yaralanmış və 1942-ci ildə JG-77 eskadronuna keçmişdir. Məhz bundan sonra Aleksandrının şöhrəti artmış, 13 sentyabr 1942-ci ildə Lüftvaffe şərəf kubokunu qazanmışdır. 3 oktyabr 1942-ci ildə Alman xaçı ordenini, 14 oktyabr 1942-ci ildə 50-dən artıq təyyarə vurduğu üçün II dərəcəli Dəmir xaç ordenini, 19 oktyabr 1942-ci ildə isə I dərəcəli Dəmir xaç ordenini qazanmışdır. Bundan sonra o Afrika kampaniyasına transfer edilmiş, 71-ci və son təyyarəsini 1943-cü il 26 apreldə vurmuşdur. 1943-cü ilin iyunundan pilotluq peşəsinə bir müddət ara vermiş və tədrislə məşğul olmuşdur. 1944-cü ilin avqustunda yenidən pilotluğa qayıtmış, 12 dekabr 1944-cü ildə Baden səmalarında amerikan pilotu tərəfindən təyyarəsi vurulmuşdur. == Mənbə == Die Träger des Ritterkreuzes des Eisernen Kreuzes 1939–1945 – Die Inhaber der höchsten Auszeichnung des Zweiten Weltkrieges aller Wehrmachtsteile [Cəngavər Dəmir xaçı laureatları 1939–1945 — İkinci dünya müharibəsində Vermaxtın ən üstün mükafatına sahib olan şəxslər] (Almanca).
Alfred Praysler
Alfred "Adi" Praysler (alm. Alfred Preißler‎; 9 aprel 1921, Duysburq, Prussiya[d] – 15 iyul 2003, Duysburq, Şimali Reyn-Vestfaliya) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. O, daha çox "Borussiya Dortmund FK" klubunda çıxışı ilə tanınır. Bu klubla o, 1956 və 1957 mövsümlərində ard-arda iki dəfə Almaniya çempionatının qalibi olmuşdur. Qərbi Almaniya millisinin heyətində o, İralndiya və Avstriya komandalarına qarşı cəmi 2 görüş keçirtmişdir.
Ando-Praym
Ando-Praym (ing. Ando Prime) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet buzdan ibarətdir və pod yarışlarına ev sahibliyi edir. İlk dəfə "Klon müharibələri" nümayiş olunmuşdur. Endor döyüşündən sonra qaçaqmalçılar Han Solo və Çubakka Qalaktik imperiyanın əvvəllər saxladığı cinayət təşkilatları ilə əlaqələrini gücləndirmək cəhdləri haqqında məlumat əldə etmək üçün Ando-Praym və bir neçə başqa planetə səfər etmişdir. Burada olarkən Solo başqa qiyafət geyərək imperiyanın fəaliyyətləri ilə maraqlanmış, lakin heç nə öyrənə bilməmişdir. == İstinadlar == == Xarici keçidlər == Ando Prime — Vukipediya saytında.
Con Prayn
Con Prayn (ing. John Prine; 10 oktyabr 1946 – 7 aprel 2020) — folk ifaçı. == Həyatı == Con Prayn 10 oktyabr 1946-cı ildə ABŞ-də doğulub. Con Prayn ikiqat “Qremmi” mükafatçısıdır. Onun yaradıcılığı Bob Dilan və Brüs Sprinqstin kimi əfsanələrin tərifinə layiq görülüb. Müğənni martın sonunda koronavirusa yoluxduğundan xəstəxanaya yerləşdirilmişdi. Koronavirus diaqnozu onun həyat yoldaşı, həmçinin menecerində də aşkarlanmışdır. Con Prayn 7 aprel 2020-ci ildə Neşvilldə koronavirus xəstəliyindən vəfat etmişdir.
Like a Prayer (Madonna albom)
Like a Prayer Madonnanın dördüncü studiya albomu.21 mart 1989 ildə Sire Records tərəfindən nəşr olundu.1980 ların sonunda,Like a Prayer albomun çıxışından sonra Madonna Bilbord, MTV, Musiqiçi dərgisi kimi medialar tərəfindən "On ilin Sənətçisi"adlandırıldı..
Praya-du-Abriko
Praya-du-Abriko (port. Praia do Abricó) — Rio-de-Janeyro şəhərinin qərb hissəsində yerləşən çimərlik. Çimərlik naturizm tərəfdarlarını özünə cəlb edir. Rəsmən Braziliya Naturizm Federasiyası ilə bağlıdır (FBrN). Çimərlik yerli əhali tərəfindən artıq 1940-cı ildən naturizm çimərliyi kimi istifadə edilir. 1950-ci ildə çimərliyi braziliyalı rəqqas, feminist və naturist Luz del Fueqo ziyarət etmişdir. 1972-ci ildə burada Avenida Estado-da-Quanabara yolu çimərliyə girişi asanlaşdırmışdır. 1992-ci ildən rayonun ətraf mühitin qoruma rəyisi icra başçısına naturizm çimərliyinin ləğv edilməsi məqsədilə qanun qəbul edilməsini təklif edir. Qanun 1994-cü ildə qəbul edilir. Bununla belə naturizm praktikası tam ləğv edilə bilinməmişdur.
Praya-du-Diabu
Praya-du-Diabu (port. Praia do Diabo) — Rio-de-Janeyroda yerləşən elə də böyük olmayan çimərlik. Praya-du-Diabu Arpoador (port. Arpoador) və Kopakabana çimərlikləri arasında yerləşir. Ətrafları palma ağacları ilə örtülmüşdür.
Prayagraj
Allahabad (hind. इलाहाबाद, urdu الٰہ آباد) — Hindistanın Uttar-Pradeş ştanının şimalında yerləşən şəhər. Allahabad şəhəri 1583-cü ildə Böyük Əkbərin (1542-1605, Böyük Moğol İmperiyasının 3 - cü padşahı) . Prayagraj hərəkatının beşiyi adlanır. Cəvahirləl Nehrunun (1889-1964, Hindistanın ilk baş naziri və İndira Qandinin (1917-1984) atası) doğulduğu bu şəhərdəki evi hal-hazırda muzey kimi fəaliyyət göstərir. Prayagraja müxtəlif mərkəzi hökumət idarələri və təşkilatları yerləşir, məsələn: Azlıqların İşləri Nazirliyi Dil azlıqları üzrə xüsusi məmur (Region Qərargah). Daxili İşlər Nazirliyi Hind-Tibet Sərhəd Polisi ​​(Təlim İnstitutu). Sürətli Fəaliyyət Qüvvəsi (101 Batalyon). Mərkəzi Zona Şurasının Qərargahı Müdafiə Nazirliyi (Hindistan) Mərkəzi Hava Komandanlığının qərargahı. Xidmətlərin Seçilməsi Şurası (Şərq Mərkəzi).
Prayaqray
Allahabad (hind. इलाहाबाद, urdu الٰہ آباد) — Hindistanın Uttar-Pradeş ştanının şimalında yerləşən şəhər. Allahabad şəhəri 1583-cü ildə Böyük Əkbərin (1542-1605, Böyük Moğol İmperiyasının 3 - cü padşahı) . Prayagraj hərəkatının beşiyi adlanır. Cəvahirləl Nehrunun (1889-1964, Hindistanın ilk baş naziri və İndira Qandinin (1917-1984) atası) doğulduğu bu şəhərdəki evi hal-hazırda muzey kimi fəaliyyət göstərir. Prayagraja müxtəlif mərkəzi hökumət idarələri və təşkilatları yerləşir, məsələn: Azlıqların İşləri Nazirliyi Dil azlıqları üzrə xüsusi məmur (Region Qərargah). Daxili İşlər Nazirliyi Hind-Tibet Sərhəd Polisi ​​(Təlim İnstitutu). Sürətli Fəaliyyət Qüvvəsi (101 Batalyon). Mərkəzi Zona Şurasının Qərargahı Müdafiə Nazirliyi (Hindistan) Mərkəzi Hava Komandanlığının qərargahı. Xidmətlərin Seçilməsi Şurası (Şərq Mərkəzi).
Prayers of the Last Prophet
Prayers of the Last Prophet — Yusuf İslamın 1999-cu ildə çıxartdığı albom.
Prayneş Qunnesvaran
Prayneş Qunnesvaran (12 noyabr 1989-cu ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən Hindistan peşəkar tennisçisi. 17 oktyabr 2016-cı ildə o, Dünya ATP reytinqində 329-cu sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzi (2016)
İzmir prayd-paradı
İzmir prayd-paradı (türk. İzmir Onur Yürüyüşü) – hər il Türkiyənin İzmir şəhərində 2013-cü ildən keçirilən prayd-parad və festival. İzmir prayd-paradı ilk dəfə 2013-cü ildə keçirilmişdir. 30 iyun 2013-cü ildə LGBT tərəfdarları Alsancak limanında toplaşaraq Kipr şəhidləri küçəsi boyunca yürüş etmiş və "Biz Zeki Mürenin əsgərləriyik", "Biz Freddi Merkyurinin əsgərliriyik" kimi şüarlar səsləndiriblər. Lakin 2019-cu ildə İzmir prayd-paradı İzmir hökuməti tərəfindən qadağan olunmuşdur. İzmir Advokatlığı məhkəməyə müaraciət edərək bu qadağanın qanunsuz olduğunu və ləğv olunmalı olduğunu bildirmişdir. Məhkəmə qadağanı qaldırmaq qərarına gəlmişdir. Bu qərardan sonra İzmir prayd-paradı 22 iyun tarixində yeddinci dəfə təşkil olunmuşdur. Buna baxmayaraq, polislərə parada müdaxilə etmiş və 20-dən çox şəxsi saxlamışdırlar.
Prayut Çan-o-ça
Prayut Çan-o-ça (tay ประยุทธ์ จันทร์โอชา ; 21 mart 1954[…]) — Taylandın keçmiş siyasətçisi və hərbi zabitidir. O, 2014-cü ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirdikdən sonra Taylandın 29-cu baş naziri olmuş və 2023-cü ilə qədər vəzifədə qalmışdır. O, eyni zamanda 2019-2023-cü illərdə öz hökumətində müdafiə naziri olmuşdur. Prayut Tayland krallığının baş komandanı vəzifəsində işləmişdir. 2010-cu ildən 2014-cü ilə qədər ordu və 22 may 2014-cü il və 10 iyul 2019-cu il tarixləri arasında Taylandı idarə edən hərbi xunta olan Sülh və Nizam üçün Milli Şuranın (NCPO) qurulduğu 2014-cü ildə Tayland çevrilişinə rəhbərlik etmişdir.
Ceyms Prays (kimyaçı)
Ceyms Prays (ing. James Price) və ya əsl adı ilə Ceyms Higinbottom (ing. James Higginbottom; 1752[…], London – 3 avqust 1783, Qilford[d]) — İngiltərə kimyaçısı və əlkimyaçısı. O, civəni gümüşə və ya qızıla çevirə bildiyini iddia etmişdir. Prays etibarlı şahidlərin önündə ikinci dəfə bunu icra etməli idi, lakin bunun əvəzinə pruss turşusu (hidrogen sianid) içərək özünü öldürmüşdür. == Erkən həyatı == Ceyms Higinbottom 1752-ci ildə Londonda anadan olmuşdur. O, vəfat edən və ona miras qoyan bir qohumunun istəyinə uyğun olaraq soyadını Prays qoymuşdur. O, Oksford Universitetində oxumuşdur. Praysın erkən təhsili və ya Oksfordda apardığı tədqiqatlar haqqında heç bir qeyd yoxdur, lakin onun orada uğurlu karyerası olduğu məlumdur. O, 25 yaşında incəsənət magistri olmuş və 1778-ci ildə, xüsusən də kimya sahəsindəki işinə görə tibb elmləri doktoru olmuşdur.
Gray
Con Eduard Qrey (ing. John Edward Gray; 12 fevral 1800, Uolsoll, Uest-Midlends[d] – 7 mart 1875, London12 fevral 1800, Uolsoll — 7 mart 1875, London) — Britaniya zooloqu. == Zoologiyaya aid əsərləri == Gray J. E. A list and description of some species of shells not taken notice of by Lamarck (continued) // Annals of Philosophy. — 1825. — Vol. 9. — No. 2. — P. 407—415. Gray J. E., Hardwicke T. Illustrations of Indian Zoology.
Pran
Pran (tam adı: Pran Krişan Sikand; 12 fevral 1920, Yeni Dehli – 12 iyul 2013) — hind aktyoru. Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb. 1960–1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün iri həcmli filmlərində baş rol alıb. Karyerası boyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb. Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib.
Uray
Uray — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
A.Gray
Eysa Qrey (eləcə də Asa, və ya Eyza; ing. Asa Gray; 1810—1888) — XIX əsrin tanınmış ABŞ botaniklərindəın biri. 1862-ci ildən Peterburq EA-nın müxbir üzvü. == Əsas işləri == Gray A., Torrey J. A flora of North America, 1838—1843 Gray A., Engelmann G. Plantae Lindheimerianae: An enumeration of F. Lindheimer’s collection of Texan plants, with remarks and descriptions of new species, etc. // Boston Journal of Natural History, Band 5 + 6, Boston. 1845, 1850 Gray A. Genera florae Americae boreali-orientalis illustrate, 1848—1849 (lat.) Gray A., Sullivant W.S. A Manual of the Botany of the Northern United States, from New England to Wisconsin and South to Ohio and Pennsylvania Inclusive. — Boston: J. Monroe, 1848 Gray A. Plantae Wrightianae texano-neo-mexicanae, 1852—1853 (lat.) Gray A. Botany of the United States exploring expedition during the years 1838—1842 under the command of Charles Wilkes, Phanerogamia,1854 Gray A. Statistics of the flora of the Northern United States // American academy of arts and sciences. 2nd ser. 1856—1857. Vol.
Eray Canbərk
Eray Canbərk (1940, İstanbul) — şair, tərcüməçi. == Həyatı == 1940-cı ildə İstanbulda doğulub. 1958-ci ildə Heydərpaşa Liseyini bitirib. Bir müddət İstanbul Universitetinin ədəbiyyat fakültəsində, daha sonra Müəllimlər Institutunun fransız dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Təhsilini başa vurmadan hərbi xidmətə gedib və daha sonra müxtəlif dərgilərdə, qəzetlərdə çalışıb. İlk şeirləri 1960-cı illərin əvvəllərində "Yelkən" dərgisində dərc olunub. Esselər, hekayələr də yazıb, lakin şairlik onun üçün əsas təşkil edib. Şeir kitabları: "Lal sular"(1969), "Lal sular"(genişlədilmiş variantı — 1979), "Ürəyim sınan zaman"(1983), "Köhnəlmiş tənhalığa"(Seçmə şeirlər)(1992), "Əbrular"(1997) Sosialist dünya görüşünə bağlı şeirlər yazsa da, insanın daxili dünyasını müəyyən edən incə duyğuları qoruyaraq səsini heç yüksəltmədən şeir yazmağa davam eləyib.
Google Play
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Kozo Aray
Kozo Aray (d. 24 oktyabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 47 oyun keçirib, 4 qol vurub.
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Piay burnu
Piay burnu (malay Tanjung Piai) — Malay yarımadasının cənub qurtaracağında yerləşir. Üstəlik burun Avrasiya materikinin ucqar cənub nöqtəsini təşkil edir. Burun Malayziya ərazisində yerləşir. Onun qurtaracağında abidə ucaldılmışdır. Piay burnu Sinqapurdan 30 km qərbdə yerləşir.
Play-Asia
"Play-Asia" — əyləncə məhsullarının onlayn pərakəndə satışı ilə məşğul olan Honkonq şirkəti. Veb sayt idxal oyunları, DVD-lər, musiqi, CD-lər, qadcetlər, ərzaq məhsulları, kitablar, oyun konsolu aksesuarları, kabellər və oyuncaqlar satır. "Play-Asia" 2002-ci ildə Honqkonqda təsis edilmişdir. Şirkət bütün əsas cari oyun konsolları və kompüter əməliyyat sistemləri üçün oyun və aksessuarlarının satıldığı veb-saytını işə salmışdır. Sayt videooyunlardan əlavə, "Tamagotchi" seriyasından olan məhsullar kimi elektron mallar da təklif edir. "Play-Asia" şirkəti "Söldner-X: Himmelsstürmer" sayd-skrollinq atıcısının istehsalını maliyyələşdirmişdir.
Play (jurnal)
Play — "Imagine Publishing" müəssisəsi tərəfindən nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniyanın ən böyük jurnallarından biridir.
Play Store
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Prad-Salar
Prad-Salar (fr. Prades-Salars, oks. Pradas de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12188. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 283 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 168 nəfər arasında (15-64 yaş) 120 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə bu 69.6%).
Prad (rayon)
Prad (fr. Prades) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aryej. Suprefektura — Şərqi Pireney. Rayon əhalisi 2006-cı ildə 42 286 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon sahəsi — 1845 km².
Prey Kodeks
Kodeks Prey, Prey Kodeks və ya Macar Dua Əlyazması — XII əsrin sonu XIII əsrin əvvəllərinə aid orta əsr əlyazmalar toplusu. 1813-cü ildə 1770-ci ildə onu aşkar etmiş Dyörd Prainin şərəfinə adlandırılmışdır. Əlyazma macar dilində silsilə nəsr mətninin ilk məlum nümunəsidir. Kodeks Budapeştin Seçeni adına Milli Kitabxanasında saxlanılır. Kodeksdəki (f. 154a) ən mühüm sənədlərdən biri Cənazə vəzi və duasıdır (mac. Halotti beszéd és könyörgés). Bu, 1192–1195-ci illərə aid macar dilində qədim əlyazma mətnidir. Cənazə vəzinin əhəmiyyəti onunla izah olunur ki, macar və ural dillərində bu günədək gəlib çıxmış ən qədim mətndir. Kodeksdə həmçinin missal, Pasxa sirr oyunu, musiqi notları ilə mahnılar, Macarıstan kralı Kalmanın dövründə qəbul edilmiş qanunlar və Macar krallarının siyahıya alındığı salnamələr də var.
Satomi Aray
Satomi Aray (新井 里美, Arai Satomi, d. 4 iyul 1980) — Yaponiya səs aktrisası. Saytama prefekturasında anadan olmuşdur. 2008-ci ildə bir başqa seyyu Yoşimitsu Şimoyama ilə evlənmiş və 2010-cu ildə bir oğlu olmuşdur.
Kiniçi Aray
Kiniçi Aray (荒井欣一, Aray Kiniçi, 6 iyul 1923, Tokio – 18 aprel 2002) – Yaponiya ufoloqu. O, Yaponiyada UNO araşdırmalarının qabaqcılı olmuşdur. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyasının qurucusudur. == Həyatı və karyerası == Aray 1923-cü ildə Tokioda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Yaponiya Hava Qüvvələrində radarla işləmişdir. Havanın vəziyyəti, astronomiya müşahidələri və hava qurğularına böyük marağı olmuşdur. Müharibədən sonra Maliyyə Nazirliyində işləmiş, daha sonra Tokionun Şinaqava bölgəsində kitab evi açaraq maraq dairəsinə aid kitablar oxumağa başlamışdır. Bu zaman 1954-cü ildə Corc Adamski tərəfindən nəşr olunmuş "Uçan boşqablar endi" kitabının yaponca tərcüməsi ilə tanış olmuşdur. Adamski kitabında uçan boşqabın göyərtəsinə qalxdığını və Veneradan olan yadplanetlilərlə söhbət etdiyini iddia edirdi. Aray dərhal UNO-larla maraqlanmağa başlamışdır.