Pryanik
== Tərkibi ==
100 qr xama
2 x.q. günəbaxan yağı
1,5 x.q. xəmir qabardıcı
125 qr kəsmik
125 qr kefir və ya qatıq
250 qr şəkər
1 x.q. vanil şəkəri
500 qr un
2 yumruta
250 qr pudra şəkəri
== Hazırlanması ==
Günəbaxan yağı, xəmirqabardıcı, xama, kefir, şəkər, kəsmik, vanil şəkəri və 2 yumurta sarısı dərin bir qabda qaşıqla qarışdırılır.10 dəqiqə dincəlməyə qoyulur. Sonra un əlavə edilib xəmir yoğrulur və 20 dəqiqə dincə qoyulur. Hazır xəmir təxminən 1,5 sm qalınlığında yayılır və ondan balaca dairələr kəsilir. Duxovka listi hazırlanır, kəsilmiş xəmir yumruları bir-birinə yaxın olmayacaq şəkildə düzülür. 180 dərəcə istilikdə 15 dəqiqə bişirilir. 2 yumurta ağı köpüklənənə qədər çırpılır, ona tədricən 250 qr pudra şəkəri əlavə olunur. Bu qarışıqdan isti pryaniklərə fırça ilə çəkilir.