Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alov qüllələri
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Amasya Saat Qülləsi
Amasya saat qülləsi – Amasyanın mərkəz rayonunda yerləşən saat qülləsi. == Məlumat == 1865-ci ildə Amasya mütəssərrifi Ziya Paşa tərəfindən inşa edilən qüllə həmin il baş verən yanğında zərər görmüşdü. 1938-ci ildə də baş verən zəlzələ nəticəsində daha da qəzalı vəziyyətə düşən qüllə, 1940-cı ilin fevral ayında Amasya mütəssərrifi Talat Öncəl tərəfindən söküldü. 2002-ci ildə orijinal quruluşla yenidən inşa edildi.
Avala qülləsi
Avala qülləsi (serb. Авалски торањ) ― Serbiyanın paytaxtı Belqrad şəhərində, Avala dağında yerləşən 204.68 metr (672 ft) hündürlüyündəki teleqüllə. Orijinal qüllənin tikintisi 1965-ci ildə bitrilsə də, 29 aprel 1999-cu ildə NATO-nun Yuqoslaviya bombalaması əsnasında məhv olmuşdur. Qüllənin yenidən qurulmasına 21 dekabr 2006-cı ildə başlanmış və rəsmi olaraq 21 aprel 2010-cu ildə açılmışdır. == Tarix == === Mənşə === Qüllənin inşasına 14 oktyabr 1961-ci ildə başlanıldı və dörd il sonra, 1965-ci ildə tamamlandı. Tikilinin ümumi çəkisi 4 000 tondur. Qüllənin 102–135 metr hendürlükləri arasında qapalı müşahidə göyərtəsi var idi və buraya iki sürətli lift vasitəsilə çıxılırdı. Qüllə bütün dünyada en kəsiyi bərabərtərəfli üçbucaq olan tək qüllə idi. Qülləyə əvvəlcə ağ-qara televiziya yayımı üçün istifadə olunan antena taxılmışdı. 1971-ci ildə antena rəngli televiziya yayımı üçün nəzərdə tutulmuş yenisi ilə əvəz olundu və 31 dekabr 1971-ci ildə Belqrad TV-nin İkinci proqramı rəngli versiyada yayımlanmağa başladı.Yüksək riski olan layihə heç bir işçi xəsarəti və ya ölüm hala olmadan başa çatdı və bu, bu böyüklüyündəki bir layihə üçün qeyri-adi idi.
Aydınbulaq qülləsi
Aydınbulaq qülləsi; Ağcaqala; Meydanqala; Qız qalası — Şəki rayonunun Aydınbulaq kəndinin şimalında qüllə. Qüllə IX – XIII əsrlərə aiddir. Çay daşından dördkünc formada tikilib. və üç mərtəbəlidir. Hündürlüyü 10.5 metrdir. == Memarlıq xüsusiyyətləri == Quruluşca Abşeron qəsrlərinin düzbucaq planlı qüllə tipinə – Dördbucaqlı Mərdəkan və Ramana qəsrlərinin qüllələrinə bənzəyən tək bir abidə Şəkinin Aydınbulaq kəndi yaxınlığındadır. Küncləri dairəvi bürclərlə qapanan bu qüllənin içəridə (iç ölçüləri 4,50 x 4,50 m) taxta döşəmələrlə üç qata bölünməsinin izləri aşkarlanmışdır. Qüllənin həm divarları, həm də bürcləri yuxarıya doğru daralıb ensizləşir. El arasında bir neçə adı olan Aydınbulaq qülləsi ətrafında əvvəllər qapalı quruluşlu qala divarlarının olması ehtimalı var.Geniş düzənliyin ortasında yarıuçuq vəziyyətdə yüksələn qüllə bu yerlərdən keçən karvan yolu üstündəki keşikçi qalasının son nişanəsidir. Çay daşından Şəkinin tikinti üslubunda ucaldılan Aydınbulaq qülləsinin Abşeron qüllələrindən seçilən özümlü və daha saya görünüşü var.
Azərbaycan Qülləsi
Azərbaycan Qülləsi (ing. Azerbaijan Tower) — "Khazar Islands" layihəsi çərçivəsində tikintisi planlaşdırılan göydələn. Bina Bakıdan 25 km cənubda yerləşəcək. == Layihə haqqında == Layihənin təşəbbüskarı "Avesta" şirkətidir.
Babil qülləsi
Babil qülləsi — E.ə. II minilliyin əvvələrində Babilistan dövlətində yerləşən bir qüllədir. Onun varlığı haqqında yəhudi, xristian, islam və başqa mənbələrdə rast gəlinir. Əfsanəyə görə bu qüllə tanrıya çatmaq üçün tikilmişdir. == Tarixi == Dünyanın yeddi möcüzəsindən biri hesab edilən və Babilin asma bağlarında yerləşən Babil qülləsi Tanrı Mardukun adına tikilib Şumerlər göylərə sitayiş edir, göylə yeri birləşdirən müqəddəs ağacın varlığına inanırdılar. Şumerlər yeri göylə birləşdirən bu ağacı təmsil edən və Tanrı dağı adlandırdıqları qülləni bizim dövrümüzdən təxminən 5000 il əvvəl tikiblər. Qüllə əsasən eni 90 metr, hündürlüyü 90 metr olan 7 mərtəbəli bina idi. Qüllənin ətrafında kahinlərin sarayları, taxıl anbarları, qonaq otaqları və tanrı Mardukun başqa bir məbədi olan Esagilaya gedən liturgik yol var idi. Babili işğal edən Tikulti-Ninurta, Sarqon, Sanherip və Aşurbanipal qülləni dağıdıb. Babil padşahları Nebupolassar və Navuxodonosor isə qülləni yenidən bərpa edirlər.
Babil qülləsi (dəqiqləşdirmə)
Babil qülləsi
Babil qülləsi (rəsm)
Babil qülləsi — Flamand rəssam Piter Breygelin eyni mövzu üzərindən çəkdiyi bir neçə tabloya verilən addır. Tablonun 1563-cü il tarixli iki fərqli versiyası günümüzə çatmışdır. Taxta üzərində yağlıboya ilə çəkilmiş olan bu tablolarda, Əhdi-Ətiq də bəhs edilən Babil Qülləsinin (Varlığın kitabı 11: 1-9) tikilişi təsvirlənmişdir. Tabloların biri Vyana Sənət Tarixi Muzeyində, digəri isə Rotterdamdakı Museum Boijmans Van Beuningen-də yerləşir. == Vyana versiyası == Tablonun bu günə qalan iki versiyasından daha məlum olanı, Vyana Sənət Tarixi Muzeyindəki tablodur. Bu versiya, digərinə görə daha böyük ölçülərə malik olduğundan, «Böyük Qala» olaraq da adlandırılır. ==== Məzmunu ==== Breygel bu tabloda, Babil Qülləsi hekayəsini Avropa sənət tarixindəki tipik ələ alınmış surətilə təsvir etdi. Rəsmdə quruluşun böyüklüyünü, sərf olunan əməyin çoxluğunu və tikinti texnikalarını göstərməyə çalışdı. 1553-cü ildə Romaya səfər etmiş Breygelin bu rəsm əsərində Kolizeydən təsirləndiyi görünür. Qüllənin yuxarıya doğru uzanan sütunları, binanın üfüqi yerləşməsi, iki sıra olan kəmər serialları və iç-içə iki divarlı quruluş, rəssamın qüllə təsvirində Romadakı bu binanın xüsusiyyətlərini istifadə etdiyini göstərir.
Bakı Televiziya Qülləsi
Bakı Televiziya Qülləsi — 1996-cı ildə Bakı şəhərində inşası yekunlaşmış televiziya qülləsi. Qüllənin hündürlüyü 310 metrdir (Xəzər dənizi səviyyəsindən 480 metr). Bu Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir. == Tarixi == Kompleks SSRİ Nazirlər Sovetinin qərarına və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilmişdir. Tikinti işləri 1979-cu ildə başlamışdır. Layihə hesablamalarına görə tikinti işləri 1985-ci ildə tamamlanmalı idi, lakin müəyyən səbəblər üzündən tikinti işləri dayandırılmışdı. Qüllənin tikintisi yenidən 1993-cü, yəni artıq müstəqillik dövründə başlanmışdır və 1996-cı ildə kompleksin rəsmi açılışı mərasimi keçirilmişdir. Ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə 2008-ci il iyul ayının 10-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq, qısa vaxt ərzində kompleksdə əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanmışdır. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunmuşdur.
Bakı saat qülləsi
Paraşüt qülləsi — Azərbaycanın Bakı şəhərində yerləşən, hazırda saat qülləsi olan tikili. Qüllə Bakı bulvarında yerləşir. == Tarixi == Dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi hesab edilir. 75 metr hündürlüyündə olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü hesab edilirdi. Bu qüllə Bakı Şəhər Sovetinin təşəbbüsü ilə "Bakinskiy Raboçiy" maşınqayırma zavodunda hazırlanmışdır. Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi. Paraşüt qülləsinə 20, 25, 60 metrlik yüksəkliklərdən tullanmaq imkanı var idi. 1960-cı illərdə burada bədbəxt hadisə baş verdikdən sonra qüllə fəaliyyət göstərmədi. Lakin qüllə sökülmədi, keçmişin bir xatirəsi olaraq saxlanıldı.
Balıkesir Saat Qülləsi
Balıkesir Saat Qülləsi — Balıkesirdə Bələdiyyə parkı içində inşa edilmiş qüllə. == Tarixi == Qalanın giriş qapısındakı yazıya görə, qüllə 1827-ci ildə Silistra mütəssərrifi Mehmed Paşa tərəfindən 5 mərtəbəli olaraq inşa edilmişdir. Balıkesir saat qülləsi quruluş etibarilə Qalata qülləsinə bənzədilir. Saat qülləsi 1897-ci ildə baş verən zəlzələ nəticəsində dağılıb. Qüllə 1901-ci ildə mütəssərrif Ömər Əli bəy tərəfindən yenidən inşa edildi. 1962-ci ildə isə üzərindəki yazı bərpa edildi. == Memarlıq xüsusiyyətləri == Beş mərtəbədən ibarət inşa edilən qüllənin hündürlüyü 20 metrdir. Xudavəndigar salnaməsi və Ircıcanın arxivindən əldə olunan şəkillərlə bugünkü inşa edilən qüllə arasında heç bir fərqin olmaması, qüllənin orijinalına uyğun şəkildə inşa edildiyini göstərir. == Hal-hazırda == 27 noyabr 2013-cü ildə Zərbxana və Möhür mətbəəsi baş direktorluğu tərəfindən hazırlanan və 27 noyabr 2015-ci ildə satışı dayandırılan Balıkesir saat qülləsi xatirə sikkəsi çap edildi.
Barıt qülləsi
Barıt qülləsi (çex. Prašná brána) — XV əsrə aid memarlıq abidəsi. Qotik qüllə Praqanın Respublika meydanında yerləşir və İctimai bina ilə üstüörtülü körpü vasitəsilə birləşdirilib. Barıt qülləsi Praqanın ayrılmaz rəmzlərindən hesab olunur. Ayrıca olaraq bu diqqətəlayiq abidə "Barıt darvazası" kimi də adlanır. Bələdçilər turistlərə həmişə qülləni göstərirlər, lakin bir qayda olaraq, onlar tikilinin yalnız xarici gözəlliyinin təsviri ilə məhdudlaşırlar, onun tarixi haqqda isə çox az izah edirlər. Darvazalardan Praqa qəsrinə aparan Kral yolunun birinci hissəsi, yəni Tseletna küçəsi başlayır. == Tarix == Nove Mesto rayonunun formalaşmasından öncə hələ XIII əsrdə hazırkı yerdə darvazalı digər qüllə yerləşirdi. Mövcud plana əsasən, qüllə Köhnə şəhərin istehkam sisteminə daxil 13 mövcud qüllədən biri olmalı idi, lakin o zamanlar Nove Mestonun inşasından sonra, bu natamam istehkam qüllə öz əhəmiyyətini itirərək tədricən dağılmağa başladı. Dağılmaqda olan tikili elə görkəmsiz görünüşə malik idi ki, yerli sakinlər ona isteza ilə "soyulmuş qüllə" (çex.
Barışıq qülləsi
Barışıq qülləsi və ya Maqas qülləsi (inquş Барта гӏа́ла, Магас гӏа́ла) — 2013-cü ildə İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərində klassik orta əsr İnquş qülləsi formasında ucaldılmış çoxmərtəbəli bina. Barışıq qülləsinin hündürlüyü təxminən 100 metrdir. Müşahidə göyərtəsinə (hündürlüyü 85 m) çatmaq üçün spiral rampa ilə bir kilometrdən çox gəzmək lazımdır (lift yoxdur). İnquşetiyanın ən hündür binası və Şimali Qafqazın ən yüksək müşahidə qülləsidir. Maqas qülləsi, respublikanın düzən hissəsindəki əsas turistik yerdir. Qüllənin geniş sahəsi və mərtəbələrinin rahatlığı müxtəlif mədəni tədbirlərin, elmi konfransların, xüsusən də, İnquşetiya Respublikası Teyp Şurasının iclaslarının və gənclər forumlarının keçirilməsinə imkan verir. Ayrı mərtəbələrdə milli üslubda kafelər və etnoqrafiya muzeyi var. Çoxfunksiyalı "Barışıq qülləsi" obyekti, əsrlər əvvəl qurulduğu kimi çayxanaya deyildir, respublikanın bütün sakinlərinə aid olduğu üçün İnquş cəmiyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Qüllədə 85 metr yüksəklikdə, Maqas şəhərinin və ətrafının panoramik mənzərəsinə açılan super davamlı şüşədən hazırlanmış müşahidə göyərtəsi var. == Tarixi arayışı == Qədim dövrlərdən bəri İnquş teypləri ata-baba qalalarını tikirlər.
Botevqrad Saat Qülləsi
Botevqrad Saat Qülləsi (bolq. Часовниковата кула в Ботевград) — Bolqarıstanın Botevqrad şəhərində yer alan bir saat qülləsidir. 1866-cı ildə inşa edilmişdir. Botevqrad şəhərinin simvollarından biridir və Bolqarıstanın ən məşhur 100 turistik məkanlarından biridir. Bu qüllədə hər saatbaşı qısa musiqi çalınır. == Tarixçəsi == Saat qülləsi, Mithat Paşanın təklifi ilə Samundyievo kəndinin qəsəbə və rayon mərkəzi olacağının açıqlanması ilə başlayan inşaat işləri çərçivəsində 1866-cı ildə Vuno Markov tərəfindən inşa edilib. Qüllənin saat mexanizmi yerli xırdavatçı olan Genço Nakov tərəfindən, zəngi isə Banskolu Lazar Dimitrov tərəfindən hazırlanıb. Başlanğıcda qüllənin üzərində taxtadan kiçik bir ev vardı və içindən hər zəng çalanda başında fəs olan bir Türk heykəlciyi çıxırdı və əyilirdi. Bolqarıstanın dövlət müstəqilliyini əldə edəndən sonra yerli xalq, Türk rəmzini yerə salaraq yandırdı.1924-cü ildə qüllənin yanına bir xalq mərkəzi tikildi. Əlli il sonra, bu mərkəz ləğv edildi və yerinə bir şam ağacı əkilib.
Brodvey Qülləsi
Brodvey Qülləsi (ing. Broadway Tower) - İngiltərənin Vorkesterşer bölgəsində yerləşən tarixi qüllə. Dumansız havada Brodvey qülləsindən ətrafda yerləşən on üç inzibati bölgə aydın şəkildə müşahidə edilir. Qalaya bənzəyən qüllə 1797-ci ildə Ceyms Vatt tərəfindən Ledi Kentrinin şərəfinə inşa edilmişdir. Ledi qüllənin yerləşdiyi təpədə qalanan məşəlin Vorkesterşerdə yerləşən evindən görünüb-görünməməsi ilə maraqlanırdı. Qüllə inşa olduqdan sonra, qüllənin üzərində atəş yandırılır və bu atəş Vorkesterşerin ən ucqar nöqtəsindən belə rahat şəkildə müşahidə edilir. Qüllə uzun müddət Ser Tomas Fillipsin mətbəə binası kimi istifadə edilmişdir. Tanınmış ictiami xadim Uilyam Morris bir müddət qüllədə fəaliyyət göstərmişdir. Brodvey Qülləsi Kostvold yolunun üzərində yerləşir və dəniz səviyyəsindən 312 metr hündürlükdədir. == Xarici keçidlər == Broadway Tower on Odd-stuff!
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir.Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi. Xan bu hadisəni ölkədəki bütün falçılara və müdriklərə dəvət edərək qızının gələcəyini söylədi.
Bursa saat qülləsi
Bursa saat qülləsi (türk. Bursa Saat Kulesi) və ya Topxana saat qülləsi (türk. Tophane Saat Kulesi) — Bursa şəhərindəki Osmanqazi və Orhanqazi türbələrinin yaxınlığındakı Topxana parkı içərisində yerləşən saat qülləsi. == Tarixi == İlk olaraq Sultan Əbdüləziz dövründə tikilmiş ancaq 1900-cü illərə qədər, məlum olmayan bir tarixdə dağıdılmışdır. Bu qüllə kvadrat planlı və dörd mərtəbəlidi. Kəsmə daşdan düzəldilən qüllənin ikinci və üçüncü mərtəbələrində bir eyvan var. 2 avqust 1904-cü ildə tikintisinə yenidən başlanmış, 31 avqust 1905-ci ildə tamamlanaraq II Əbdülhəmidin taxta çıxması şərəfinə, 31 avqust 1906-cı ildə Vali Rəşid Mümtaz Paşa tərəfindən mərasimlə istifadəyə verilmişdir. == Quruluşu == Qüllə 6 mərtəbəli olub 65 metr uzunluğunda və 4,65 metr enindədir. Təpəsində dörd bir tərəfə baxacaq şəkildə 4 ədəd saat olacaq şəkildə planlanmıştır. Qülləyə dörd pilləli yuvarlaq kəmərli qapıdan girilir.
Bəyazid qülləsi
Bəyazid qülləsi (türk. Beyazıt Kulesi) və ya Serəskər qülləsi — Osmanlı Hərbi Nazirliyi tərəfindən tikilmiş, hazırda İstanbul Universitetinin əsas kampusunun (əvvəlki Osmanlı Hərbi Nazirliyi) həyətində yerləşən 85 metr hündürlüyündə (279 ft) yanğınsöndürmə qülləsidir. Türkiyənin İstanbul şəhərində, Beyazid meydanı (Roma dövründə Forum Tauri olaraq bilinir), I Konstantinin inşa etdirdyi "yeddi təpədən" birinin üstündədir. Bəyazid qülləsinin tikilməsi Osmanlı sultanı II Mahmud (1808–1839) tərəfindən sifriş edilmişdir. 1828-ci ildə yanğında dağılmış və əvvəllər memarın qardaşı Krikor Balyan tərəfindən inşa edilən orijinal taxta Bəyazid qülləsi yerində onu daşdan tikən Sənəkərim Balyan tərəfindən dizayn edilmişdir. Hazırda hava şəraitini fərqli rənglərdə göstərmək üçün işıqlandırma sistemi ilə təchiz edilmişdir. Qırmızı rəng havanın qarlı, mavi rəng- gözəl və aydın , yaşıl rəng - yağışlı və sarı rəng isə - dumanlı olacağını bildirir. == Tarixi == Beyaziddəki ilk yanğınsöndürmə qülləsi 1749-cu ildə ağacdan tikilmiş, lakin 1756-cı ildə Cibalidə böyük yanğın əsnasında yandırılmışdır. Eyni yerdə başqa bir taxtadan qüllə tikildi ki, sultan II Mahmudun 1826-cı ildə Yeniçəri Korpusunu ləğv etmək qərarı ilə bağlı baş üsyanlardan sonra dağıdıldı. Elə həmin il saray memarı Krikor Balyan tərəfindən dizayn edilmiş və tikilən və yeniçərilərin tərəfdarları tərəfindən yenidən yandırılan ərazidə başqa bir taxta qüllə tikildi.
Daşkənd Televiziya Qülləsi
Daşkənd Televiziya Qülləsi (özb. Toshkent Teleminorasi) — Özbəkistanın paytaxtı Daşkənddə yerləşən 375 metr hündürlüyü ilə dünyanın 11-ci ən hündür televiziya qülləsidir. Tikintisinə 1978-ci ildə başlanmış və 6 il davam edərək 15 yanvar 1985-ci ildə tamamlanmışdır. Qüllə 1985-ci ildən 1991-ci ilədək dünyanın üçüncü ən hündür qülləsi idi. Bundan başqa televiziya qülləsinin tikintisi qərarı 1971-ci sentyabrın 1-də qərara alınmışdır. Qüllə poladdan tikilmişdir. Qüllənin dizaynı Terxiev, Çaruçov & Semaşko firması tərəfindən verilmişdir. == İstifadəsi == Qüllə, əsasən, televiziya və radio yayımı məqsədiylə istifadə edilir. Siqnallar hətta Daşkəndin ən uzaq vilayətlərindən Qazaxıstanın bəzi regionlarına da çata bilir. Qüllə həmçinin dövlət təşkilatları və departamentləri ilə əlaqə məqsədiylə də istifadə olunur.
Dolmabağça saat qülləsi
Dolmabağça saat qülləsi — Bəzmi Aləm Validə Sultan Məscidi ilə Dolmabağça sarayının Səltənət qapısı arasında yerləşən saat qülləsi. 1890-1895-ci illər arasında Sultan II Əbdülhəmid tərəfindən tikdirilmişdir. == Memarlıq == Saray memarı Sarkis Balyan tərəfindən Neobarok və Ampir üslubunda tikilib. 27 metr hündürlüyündə və 4 mərtəbəli olan qüllənin 94 pilləsi var. Pilləkən dəhlizlərinin fonu rəngli daşlarla, həndəsi şəkillər verilərək düzəldilmişdir. 12 x 12 m ölçülərdə mərmər platformaya, qüllə sütunları ilə 8,50 x 8,50 mt abadan quruluşdadı. Qüllənin hər kənarında altı pilləli pilləkən və tinlərdə iki mərtəbəli bir fəvvarə yerləşir. Birinci mərtəbənin 3 hissəsində pəncərə, digərində isə qapı var və hər səmtdə tağ qövs daxilində barometr var. Qapı və pəncərələrin iki yanında cüt sütunlar bu mərtəbəni bəzəyir. 7,40 x 7,40 m ölçülü birinci mərtəbənin səmtləri çox bəzəklidir.
Doqquz qüllə
Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə. == Haqqında == Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir. == Abidədə keçirilən anım günləri == 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.
Dubay Qülləsi
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Dudelanj radio qülləsi
Dudelanj radio qülləsi (lüksemb. Sender vun Diddeleng) – Lüksemburqun Dudelanj şəhəri yaxınlığında yerləşən radio və televiziya qülləsi. Hündürlüyü 285 metrdir. 1957-ci ildə tikilib tamamlanmışdır. 31 iyul 1981-ci ildə Belçikaya məxsus hərbi təyyarə qülləni vurmuşdur. Nəticədə qüllənin yaxınlığındakı bir evdə yaşayan cütlük dağıntılar altında qalaraq həlak olmuşdur.
Dveyra qülləsi
Dveyra qülləsi (malta Torri tad-Dwejra) ― Maltanın Qozo adasındakı Dveyra körfəzində yerləşən kiçik gözətçi qülləsi. İnşası 1652-ci ildə tamamlanmışd tikili bu gün yaxşı vəziyyətdədir və xalqa açıqdır. == Tarix == Dvejr qülləsi 1652-ci ildə Malta cəngavərlərinə rəhbərlik edən Jan de Laskaris-Katellaranın hakimiyyəti dövründə inşa edilmiş və Qozo Universiteti tərəfindən maliyyələşdirilmişdir. Tikili Laskaris qüllələrindən biridir və tikilməsinin səbəbləri arasında gözətçi qülləsi rolunu oynamaq və ətrafı yaxınlaşan düşmənlərdən, xüsusən də piratlardan qorumaq var idi. Bu qüllə də digər qüllələr kimi müvafiq olaraq gecə və gündüz alov və tüstü ilə yaxınlıqdakı müdafiə istehkamları ilə əlaqə qura bilirdi. Qüllənin işlədilməsi üçün gərək olan xərclər yaxınlıqdakı duz mədənlərindən çıxarılan duz hesabına ödənilirdi. Qüllə on səkkizinci əsrdə üç silahla təchiz olunmuşdu.Qüllə 1839-1873-cü illər arasında Malta Krallığı Müdafiə Artilleriyası tərəfindən idarə edildi. Qüllə II Dünya Müharibəsində yenidən müşahidə məntəqəsi olaraq istifadə edildi və 1942-ci ildə orada olan kapitan Frank Debono və Karmelo Zahra körfəzdə qəzaya uğrayan RAF pilotunu xilas etdi.Qüllə 1956-cı ildə Cerald de Trafforda icarəyə, daha sonra isə tamamilə çürümüş vəziyyətdə borc olaraq "Din l-Art Helva" qurumuna verilmişdir. == Hazırkı gün == Qüllə 1997-1999-cu illər arasında "Din l-Art Helva" qurumun tərəfindən bərpa edilmişdir. İndi yaxşı vəziyyətdədir və pulsuz olaraq xalqa açıqdır.
Eyfel qülləsi
Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. "Eyfel" adı qülləyə onu inşa edən memarın - Qüstav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir. == Tarixi == Eyfel qülləsi 1887-1889-cu illər arasında Qüstav Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir.
Gül-gül
Gül-gül - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül
Gül-gül - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Abdulla Gül
Abdulla Gül (türk. Abdullah Gül; 29 oktyabr 1950[…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti. Abdullah Gül 2007-2014-cü illərdə prezident vəzifəsində, 2002-2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb. 2003-2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb.Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub. Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra Fəzilət Partiyasına qoşulub. O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb.Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu və 58-ci Türkiyə hökumətini qurdu. Gül hökuməti tərəfindən Rəcəb Tayyib Ərdoğana qoyulan siyasi qadağa aradan qaldırıldıqda, Ərdoğan 2003-cü ildə Türkiyə parlament seçkiləri ilə parlamentə daxil oldu və baş nazir olaraq 59-cu Türkiyə hökumətini qurdu. Ərdoğan hökuməti kabinetində Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışan Gül 2007-ci ildə Türkiyədə keçirilən prezident seçkilərində prezident seçilərək, 2014-cü ilə qədər bu vəzifəni davam etdirib.
Abdullah Gül
Abdulla Gül (türk. Abdullah Gül; 29 oktyabr 1950[…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti. Abdullah Gül 2007-2014-cü illərdə prezident vəzifəsində, 2002-2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb. 2003-2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb.Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub. Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra Fəzilət Partiyasına qoşulub. O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb.Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu və 58-ci Türkiyə hökumətini qurdu. Gül hökuməti tərəfindən Rəcəb Tayyib Ərdoğana qoyulan siyasi qadağa aradan qaldırıldıqda, Ərdoğan 2003-cü ildə Türkiyə parlament seçkiləri ilə parlamentə daxil oldu və baş nazir olaraq 59-cu Türkiyə hökumətini qurdu. Ərdoğan hökuməti kabinetində Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışan Gül 2007-ci ildə Türkiyədə keçirilən prezident seçkilərində prezident seçilərək, 2014-cü ilə qədər bu vəzifəni davam etdirib.
Gül (Sulduz)
Gül (fars. گل‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 827 nəfər yaşayır (146 ailə).
Gül (Çaldıran)
Gül (fars. گل‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (15 ailə).
Gül Baba
Gül Baba (əsl adı Cəfər; v. 2 sentyabr 1541 və ya 1 sentyabr 1541, Buda, Macarıstan) — bir Bəktaşi Babası, dərviş və şair olub. Doğum yeri Amasyanın Merzifon ilçəsidir. == Şəxsiyyəti == Osmanlı Sultanı Qanuni Sultan Süleymana təsir edən və Avropa hücumlarına qatılan önəmli bir Bəktaşi Babasıdır. Həyat yolu Övliya Çələbi tərəfindən yazılı mənbələrə köçürüldü. Gül Babanın Budapeştdə türbəsi ve heykəli yerləşir. Rəvayətə görə, başından gülü, əlindən isə taxta qılıncı əskik olmazmış. Döyüşlərdə başının üstündə bir gül daşıdığı üçün "Gül Baba" deyə adlandırırdılar. Bu rəvayət nəsildən-nəslə ötürülür. == Əsərləri == Miftah'ül Gayb (şeir və nəsrlər) Güldəstə (şeir və nəsrlər)Danimarkalı Andersen tarafından 1841-ci il Gül Babanın əfsanəvi həyatı qələmə alınmışdır.
Gül Baharlı
Gül Baharlı (əvvəlki: II Baharlı) — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) rayon mərkəzindən 20 km şm.-ş.-də, Qarabağ düzündədir.Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. Kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəy Baharlının nəslinə mənsubdur. == Mədəniyyət == Kəndin ümumi orta məktəbi vardır. II Baharlı kənd məktəbi 30-cu illərdə dördillik ibtidai məktəb kimi yaranmışdır. Ağalar Əliyev II Baharlı kənd məktəbinin ilk müdiri olmuşdur. Vəli Əliyev (1936-1937), Xosrov Əliyev (1937-1941) II Baharlı kənd məktəbinin müdiri vəzifələrində işləmişlər.II Dünya Müharibəsi illərində II Baharlı kənd məktəbi fəaliyyətini dayandırmalı olmuşdur. II Baharlı kənd məktəbi 1946-cı ildə bərpa edilmiş, Ağdamın Qiyaslı kənd sakini Fərrux müəllim həmin məktəbin müdiri olaraq 1959-cu ilə kimi bu vəzifədə çalışmışdır. 1959-1989 illərdə Zibəndə Bəbir qızı Həsənova II Baharlı kənd məktəbinin müdiri işləmişdir.II Baharlı kəndində məktəb binası olmadığından kənd sakini Bəbiş Valeh bəy oğlu Vəliyevin razılığı ilə şagirdlərə dərslər onun evində keçirilmişdir. Məktəbin müdirliyi Zibəndə Həsənovaya həvalə olunduqdan sonra kənd məktəbi 1959-1989 illərdə Zibəndə xanımın evində fəaliyyətini davam etdirmişdir.
Gül bayramı
Gül bayramı — Azərbaycanda müxtəlif dövrlərdə qeyd edilmiş bayram. Tarixən Şirvanda və Azərbaycanın şimal-qərb zonasında keçirilmişdir. 2000-ci ildən etibarən paytaxt Bakı şəhərində Heydər Əliyevin xatirəsi şərəfinə keçirilmişdir.. == Haqqında == === Tarixi === Keçmişdə Şirvanda həftəseyri adlandırılan gül-çiçək bayramı qeyd edilirdi. Bu bayram Novruzda başlayır və 30–40 gün ərzində bütün cümə günləri qeyd edilirdi. Azərbaycanın şimal-qərbində bu bayram "Gül bayramı" adı ilə qeyd edilirdi. === Müasir dövr === Bayram Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündə, 10 may tarixində başlayır, bir neçə gün davam edir və təntənəli atəşfəşanlıqla başa çatır. Bu günlər ərzində, ənənəvi olaraq Heydər Əliyev adına parkda dibçək gülləri, kəsilmə güllər və müxtəlif formada bəzədilmiş kompozisiyalardan ibarət gül sərgisi keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilir.Hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni şəkildə keçirilməsi barədə yeni qərarlar qəbul edir.
Gül kələm
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Gül oyunu
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Gül təpə
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gül Əkərək
Gül Əkərək — Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. == Toponimkası == Gül Əkərək- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. XIX əsrin ortalarında Vartablur, Erməni Gərgəri, Orartin və Gül Əkərək məntəqələrini əhatə edən kənd icmasının adı idi. Əsli Qul Əkərək (Qulama məxsus malikanə).
Hayrunnisa Gül
Hayrunnisə Gül — Türkiyənin sabiq Birinci xanımı. Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrunnisa Gül 1965-ci ildə İstanbul – Beşiktaşda anadan olub. İstanbul Bəyazid Qoca Rəcib Paşa Məktəbində və Çəmbərlidaş Qız Litseyində təhsil alıb. 1980-ci ildə Abdulla Gül ilə ailə həyatı qurub. Onların Əhməd Münir (1983), Kübra (1985) və Mehmet Əmrə (1991) adlı 3 övladları var.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Qol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Qüsl
Qüsl - şəriətdə xüsusi qayda ilə yerinə yetirilən vacib əməl. Qüsl 2 növdür: İrtimasi qüsl və tərtibi qüsl. Tərtibi qüsl aşağıdakı ardıcıllıqla yerinə yetirilir (bədən üzvləri mütləq su ilə yuyulur): Baş və boyun yuyulur Bədənin sağ tərəfi bütünlüklə yuyulur Bədənin sol tərəfi bütünlüklə yuyulurQeyd: Bədən üzvlərinin yuyulması zamanı yumanının üstdən-aşağı, yaxud aşağıdan yuxarı yuyulmasının əhəmiyyəti yoxdur. İrtimasi qüsl çayda, göldə, su vannasında və s. də niyyətdən sonra bədənin bütün hissələrinin bir anda suyun altına salmaqla edilən qüsldür. Qüsl özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün, Məscidül-Həram və bəzi yerlərə daxil olmaq üçün vacibdir. Boynunda cənabət qüslü olan qüsl verdikdən sonra namaz üçün dəstəmaz almasına gərək qalmır, yəni həmin qüsllə namaz qıla bilər. Oruc tutan adam irtimasi qüsl verə bilməz. Əks halda onun başı bütünlüklə suya girməlidir və bu halda onun orucu batil olar. Qüsl vermək üçün su tapılmadıqda, yaxud suyun bədənə zərəri yetişəcəyi halda qüsl əvəzinə təyəmmüm edilir.
Tül
Tül (şəhər)
Jül
Jül (fr. Jules) — ad.
Bül-bülə
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Acı Qal
Acı Qal (ukraynca , rus. Чистенькое, Аджи-Кал) — Krımın Sevastopol rayonunda bir kənddir. Əhalisinin sayı 4115 nəfərdir (2001-ci il).
Göy-Qal
Göy-Qal - türk və altay mifologiyasında bir təbiət layı. Eyni zamanda köhnə türk inancında bir ruh kateqoriyası. Kök-Qal (Gök-Kal), Gök-Kalığ və ya Kovak-Kalığ olaraq da deyilər. Əleyhdarı Yer-Sudur. Atmosferi və kosmosu, həmçinin buralarda olan qoruyucu ruhları ehtiva edər. Yakutcada və Dolqancada Qalan göy deməkdir. == Göy == Göy - yer üzünün xaricində qalan və hava kürə ilə kosmosu əhatə edən bölgə. Gök, (Kök, Kük, Göy) olaraq da deyilər. Monqollar "Tenger" deyərlər. Bəzən kosmos mənasında da istifadə edilər.
Gümüş qol
Gümüş qol — futbolda pley-off mərhələsinin oyunlarında əsas vaxt (90 dəqiqə) başa çatdıqdan sonra bərabər nəticə olan halda qalibi müəyyənləşdirmək üçün 2003–2004-cü illərdə istifadə olunan üsul. Eyni anda əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət 2 hissə) təyin edilir. Qaydaya görə, əgər hər hansı əlavə hissə ərzində komanda qol vurarsa, onda əvvələr tətbiq olunan "qızıl qol" qaydasından fərqli olaraq oyun bitmir və həmin hissənin sonuna qədər davam edir, daha dəqiq isə əgər ilk əlavə hissə qalibi müəyyənləşdirsə, onda ikinci əlavə hissə oynanılmır və oyun bitmiş sayılır. Əgər ilk əlavə hissə başa çatdıqdan sonra hesab heç-heçə olarsa, onda əlavə vaxt tam oynanılır. Əgər əlavə vaxt keçdikdən sonra heç bir komanda qol vura bilmədisə və ya eyni sayda qol vurdusa, onda qalib əvvəlki kimi penalti seriyası vasitəsilə müəyyən olunur. 2004-cü ildə keçirilən UEFA Avropa çempionatı "Gümüş qol"un tətbiq edildiyi yeganə böyük turnir olmuşdur, özü də bu üsulun taleyi hələ turnirin başlamasından əvvəl həll olunmuşdu, çünki 2004-cü ilin fevral ayında "iki overtaym və penalti" klassik formatının qaytarılması qəbul olundu. Matçın nəticəsinə təsir edən yeganə "gümüş qol"u helə məhz bu turnirdə vuruldu, qol Yunanıstan — Çexiya arasında oynanılan yarımfinalın birinci əlavə hissəsində vurulmuşdur. Qolun müəllifi Yunıstan millisinin oyunçusu Trayanos Dellas olmuşdur. Maraqlıdır ki, ilk "qızıl qol"u da məhz Çexiya yığması 1996 Avropa çempionatının finalında buraxmışdır. "Gümüş qol" qaydasının qüvvədə olduğu zamanı əlavə vaxtda vurulan qalan bütün qollar əlavə olunan ikinci hissədə qeydə alınmışdır, beləliklə bir qayda olaraq oyunların nəticələrinə təsir göstərməmişdir.
Qul dul qadın (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qul dul qadın — Internet Movie Database saytında.
Qul dul qadını (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qul dul qadın — Internet Movie Database saytında.
Hayrunnisə Gül
Hayrunnisə Gül — Türkiyənin sabiq Birinci xanımı. Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrunnisa Gül 1965-ci ildə İstanbul – Beşiktaşda anadan olub. İstanbul Bəyazid Qoca Rəcib Paşa Məktəbində və Çəmbərlidaş Qız Litseyində təhsil alıb. 1980-ci ildə Abdulla Gül ilə ailə həyatı qurub. Onların Əhməd Münir (1983), Kübra (1985) və Mehmet Əmrə (1991) adlı 3 övladları var.
Milli Gül
Milli gül — Bir ölkənin simvolu olan gül və ya bitki. Hal-hazırda 100-ə yaxın ölkənin milli gülü var. Kanada, Almaniya və Livan kimi bəzi ölkələrdə, milli bitki simvol bir ağacdır. Qızılgül, çoxlu ölkənin milli gülü olaraq birinci mövqedə yer tutur və 10 ölkədə ki ABŞ, İngiltərə, İtaliya, İran, Rumıniya, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Lüksemburq, Bolqarıstandan ibarətdir, milli gül kimi seçilmişdir. İkinci yer, orxideya gülünə məxsusdur .7 ölkə ki əsasən Cənubi Amerikada yerləşirlər, orxideyanı öz milli gülləri kimi seçiblər. Sonrakı rütbələrdə dağlaləsi və jasmin gülləri yerləşirlər. Azərbaycanın rəsmi milli gülü Xarıbülbüldür == Tərif == Milli gül, ölkənin simvolu olan gül və ya bitkiyə deyilir. Milli gül seçimi,dövlət himni və milli bayraqın seçimindən az rəsmi olaraq edilir və adətən milli gülün seçim qaydası belədir ki naməlum zaman hər bir ölkənin əhalisinin sevgi, maraq və adətlərinin təsiri altında bir gül milli gül kimi şöhrət qazanır.Qədim tarixə malik ölkələrdə və həmçinin müxtəlif millətlərdən ibarət olan ölkələlərdə azaraq bir milli gül olur və çox vaxt bir neçə gül əhalinin maraq və diqqət simvolu kimi olur.Bu ölkələrdə milli gül region və ya vilayət üzrə fərq edə bilər.Məsələn, Amerikada hər bir əyalətin özünə məxsus yerli gülü var.Yaponiyada isə 1954-cü ildən bəri 47 vilayətin hər biri üçün xüsusi yerli gül təyin edilib. == Tarixçə == Nəzəriyyələrə görə, milli gül seçiminin başlanğıcı 4000 il bundan əvvəl ətrafına və Qədim Misirə qayıdır.Misir ilk ölkə idi ki Suzanbağı gülünü ölkəsinin milli gülü etdi.Misir erkən padşahlıq dövründə (2700-3000 eramızdan əvvəl), kral Yuxarı Misir simvolun bir növ cil və Aşağı Misir simvolun arıçılardan biri etdi. == Milli gül seçilməsinin əsası == Bir bitkinin milli gül kimi seçilməsi bir ölkənin xüsusiyyətləri ilə dərin bağlantısı var və çoxlu yayınmasından başqa, bitki artımının konkret olması,nadirlik və gözəllik,din, tarix, miflər,yerli məhsul olmaq və ölkə əhalisinin mədəni xüsusiyyətləridə bu seçimin növü ilə bağlıdır .Normal olaraq bir ölkənin ərazisindən başqa yerdə nəşr olmayan milli güllərdən Gümüş qıjın Yeni Zelandiyada, Acacia pycnanthanı Avstraliyada və Rhododendron arboreumu Nepalda ad aparmaq olar.Dini səbəblərə görə seçilən güllərdən biri Hindistanın milli gülü olan Lotus gülüdür.
Qasım Gül
Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı – 30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim. 50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb. == Həyat və yaradıcılığı == Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır. 1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır. 1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb. 1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır.
Qul Himmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Qul Hümmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. == Həyatı == Təkcə Nizaminin müasiri olduğu bilinən bu böyük şairin həyatı, hansı bölgədə doğulması barədə tarixdə heç bir məlumat yoxdur. Təxəllüsünün Qul olmasını isə belə izah etmək olar: "O, özünü xalqın qulu hesab edib. Əslində bütün orta əsr şairləri şeirlərində özlərinə təvazökarlıqla "qul"- deyə müraciət ediblər". == Yaradıcılığı == Qul Əli "Qisseyi-Yusif" dastanını (Yusif dastanı) 1212-ci ildə tamamlamışdır. Şərqdə "Yusif və Züleyxa" dastanı kimi məşhur olan bu mövzunu türk aləmində ilk dəfə o, qələmə almışdır. == Əsərləri == Qul Əli. Qisseyi-Yusif. Bakı, "Şərq-Qərb", 2005.
Qul əməyi
Qul əməyi (ing. Slave Labour) — Britaniyalı rəssamı Benksi yaratdığı London şəhərinin Vud Qrin rayonudaki Poundland şirkətinin dükkanının bayır divarında çəkilən qraffiti. Əsərin boyu 1 metr 22 santimetr, eni isə 1 metr 52 santimetrdır. O, Böyük Britaniya bayrağlarını tikən uşağı təsvir edir. == Satışları == 2013-cü ilin fevralında əsər divardan yox olub və İnternetdə satışa çıxarıldı. Sonra isə o, Mayami İncəsənət Müzayidəsində yarım million dollar qiyməti ilə üzə çıxıb. Müzayidə evi qanuni sövdələşmə nəticəsində "yaxşı tanınan" toplayıcına satılıb. Əsərin müzyidədə çıxarılması Vud Qrin sakinləri hirsləndi. Onlar inanırdılar ki, Qul əməyi onlara verilən hədiyyə idi və onun müzaidədə çıxarılması onun kapitalist adına istismara qarşı ismarıcına qarşı idi. Əsərin çıxarılması qanuni olduğunun iddiasına baxmıyaraq, Mayami İncəsənət Müzayidəsinin direktoru Frederik Sut, üç təklif veriləndən sonra onu qeri aldı.Vud Qrin sakinlərinin etirazlardan sonra, qraffiti Birləşmiş Krallığa qaytarılıb.
Xarıbülbül (gül)