GÜL

I
(Qazax)
düymə
II
(Göyçay)
əncir ağacının ilk, birinci meyvəsi
III
(Gədəbəy)
ildırım
IV
gül qoymağ:
(İmişli)
məc. divan tutmaq, zülm etmək. – Bıy-bıy, bizə bi gül qoydılar
GÜJÜRRƏMƏX’
GÜLAB
OBASTAN VİKİ
Hayrunnisa Gül
Hayrunnisə Gül — Türkiyənin sabiq Birinci xanımı. Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrunnisa Gül 1965-ci ildə İstanbul – Beşiktaşda anadan olub. İstanbul Bəyazid Qoca Rəcib Paşa Məktəbində və Çəmbərlidaş Qız Litseyində təhsil alıb. 1980-ci ildə Abdulla Gül ilə ailə həyatı qurub. Onların Əhməd Münir (1983), Kübra (1985) və Mehmet Əmrə (1991) adlı 3 övladları var.
Hayrunnisə Gül
Hayrunnisə Gül — Türkiyənin sabiq Birinci xanımı. Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrunnisa Gül 1965-ci ildə İstanbul – Beşiktaşda anadan olub. İstanbul Bəyazid Qoca Rəcib Paşa Məktəbində və Çəmbərlidaş Qız Litseyində təhsil alıb. 1980-ci ildə Abdulla Gül ilə ailə həyatı qurub. Onların Əhməd Münir (1983), Kübra (1985) və Mehmet Əmrə (1991) adlı 3 övladları var.
Gül-gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Abdulla Gül
Abdulla Gül (türk. Abdullah Gül; 29 oktyabr 1950[…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti. Abdullah Gül 2007–2014-cü illərdə prezident vəzifəsində, 2002–2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb. 2003–2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb. Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub. Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra Fəzilət Partiyasına qoşulub. O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb. Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu və 58-ci Türkiyə hökumətini qurdu.
Abdullah Gül
Abdulla Gül (türk. Abdullah Gül; 29 oktyabr 1950[…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti. Abdullah Gül 2007–2014-cü illərdə prezident vəzifəsində, 2002–2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb. 2003–2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb. Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub. Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra Fəzilət Partiyasına qoşulub. O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb. Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu və 58-ci Türkiyə hökumətini qurdu.
Gül (Sulduz)
Gül (fars. گل‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 827 nəfər yaşayır (146 ailə).
Gül (Çaldıran)
Gül (fars. گل‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (15 ailə).
Gül Baba
Gül Baba (əsl adı Cəfər; v. 2 sentyabr 1541 və ya 1 sentyabr 1541, Buda, Macarıstan) — bir Bəktaşi Babası, dərviş və şair olub. Doğum yeri Amasyanın Merzifon ilçəsidir. Osmanlı Sultanı Qanuni Sultan Süleymana təsir edən və Avropa hücumlarına qatılan önəmli bir Bəktaşi Babasıdır. Həyat yolu Övliya Çələbi tərəfindən yazılı mənbələrə köçürüldü. Rəvayətə görə, başından gülü, əlindən isə taxta qılıncı əskik olmazmış. Döyüşlərdə başının üstündə bir gül daşıdığı üçün "Gül Baba" deyə adlandırırdılar. Bu rəvayət nəsildən-nəslə ötürülür. Miftah'ül Gayb (şeir və nəsrlər) Güldəstə (şeir və nəsrlər) Danimarkalı Andersen tərəfindan 1841-ci ildə Gül Babanın həyatı qələmə alınmışdır. Macar bəstəkar Jenö Huszka tərəfindən 1905-ci ildə Budapeştdə Gül Baba simfonik opera əsərini yaradılmışdır.
Gül Baharlı
Gül Baharlı (əvvəlki: II Baharlı) — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) rayon mərkəzindən 20 km şm.-ş.-də, Qarabağ düzündədir. Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. Kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəy Baharlının nəslinə mənsubdur. Kəndin ümumi orta məktəbi vardır. II Baharlı kənd məktəbi 30-cu illərdə dördillik ibtidai məktəb kimi yaranmışdır. Ağalar Əliyev II Baharlı kənd məktəbinin ilk müdiri olmuşdur. Vəli Əliyev (1936-1937), Xosrov Əliyev (1937-1941) II Baharlı kənd məktəbinin müdiri vəzifələrində işləmişlər. II Dünya Müharibəsi illərində II Baharlı kənd məktəbi fəaliyyətini dayandırmalı olmuşdur. II Baharlı kənd məktəbi 1946-cı ildə bərpa edilmiş, Ağdamın Qiyaslı kənd sakini Fərrux müəllim həmin məktəbin müdiri olaraq 1959-cu ilə kimi bu vəzifədə çalışmışdır.
Gül bayramı
Gül bayramı — Azərbaycanda müxtəlif dövrlərdə qeyd edilmiş bayram. Tarixən Şirvanda və Azərbaycanın şimal-qərb zonasında keçirilmişdir. 2000-ci ildən etibarən paytaxt Bakı şəhərində Heydər Əliyevin xatirəsi şərəfinə keçirilmişdir.. Keçmişdə Şirvanda həftəseyri adlandırılan gül-çiçək bayramı qeyd edilirdi. Bu bayram Novruzda başlayır və 30–40 gün ərzində bütün cümə günləri qeyd edilirdi. Azərbaycanın şimal-qərbində bu bayram "Gül bayramı" adı ilə qeyd edilirdi. Bayram Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündə, 10 may tarixində başlayır, bir neçə gün davam edir və təntənəli atəşfəşanlıqla başa çatır. Bu günlər ərzində, ənənəvi olaraq Heydər Əliyev adına parkda dibçək gülləri, kəsilmə güllər və müxtəlif formada bəzədilmiş kompozisiyalardan ibarət gül sərgisi keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilir. Hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur.
Gül kələm
Gül kələm (lat. Brassica oleracea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica alba Boiss. [Illegitimate] Brassica alboglabra L.H.Bailey Brassica arborea Steud. Brassica bullata Pasq. Brassica campestris subsp. sylvestris (L.) Janch. Brassica capitala DC. ex H.Lév. Brassica cauliflora Garsault [Invalid] Brassica caulorapa (DC.) Pasq. Brassica cephala DC. ex H.Lév.
Gül oyunu
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Gül təpə
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gül Əkərək
Gül Əkərək — Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. Gül Əkərək- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. XIX əsrin ortalarında Vartablur, Erməni Gərgəri, Orartin və Gül Əkərək məntəqələrini əhatə edən kənd icmasının adı idi. Əsli Qul Əkərək (Qulama məxsus malikanə).
Milli Gül
Milli gül — Bir ölkənin simvolu olan gül və ya bitki. Hal-hazırda 100-ə yaxın ölkənin milli gülü var. Kanada, Almaniya və Livan kimi bəzi ölkələrdə, milli bitki simvol bir ağacdır. Qızılgül, çoxlu ölkənin milli gülü olaraq birinci mövqedə yer tutur və 10 ölkədə ki ABŞ, İngiltərə, İtaliya, İran, Rumıniya, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Lüksemburq, Bolqarıstandan ibarətdir, milli gül kimi seçilmişdir. İkinci yer, orxideya gülünə məxsusdur .7 ölkə ki əsasən Cənubi Amerikada yerləşirlər, orxideyanı öz milli gülləri kimi seçiblər. Sonrakı rütbələrdə dağlaləsi və jasmin gülləri yerləşirlər. Azərbaycanın rəsmi milli gülü Xarıbülbüldür Milli gül, ölkənin simvolu olan gül və ya bitkiyə deyilir. Milli gül seçimi,dövlət himni və milli bayraqın seçimindən az rəsmi olaraq edilir və adətən milli gülün seçim qaydası belədir ki naməlum zaman hər bir ölkənin əhalisinin sevgi, maraq və adətlərinin təsiri altında bir gül milli gül kimi şöhrət qazanır. Qədim tarixə malik ölkələrdə və həmçinin müxtəlif millətlərdən ibarət olan ölkələlərdə azaraq bir milli gül olur və çox vaxt bir neçə gül əhalinin maraq və diqqət simvolu kimi olur. Bu ölkələrdə milli gül region və ya vilayət üzrə fərq edə bilər.
Qasım Gül
Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı – 30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim. 50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb. Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır. 1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır. 1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb. 1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır.
Xarıbülbül (gül)
Gül (dəqiqləşdirmə)
Gül və ya çiçək — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Gül (Sulduz) — Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. Gül (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti.
Gül məscidi
Gül məscidi və ya Müqəddəs Feodosi kilsəsi (yun: Μονή τής Άγιας Θεοδοσίας εν τοις Δεξιοκράτους, Ayia Theodosia) — İstanbulun Ayakapı ərazisindəki Bizans İmperiyası dövründən qalma bir dini binadır. Köhnə adı və tikilmə tarixi barədə dəqiq bir məlumat olmasa da, X və ya XI əsrlərdə inşa edildiyi təxmin edilir. İkonoklazma hərəkatı zamanı Böyük Sarayın əsas girişi olan Halki qapısının üstündəki Məsih ikonasının götürülməsinə qarşı çıxdığı üçün öldürülən Theodosia adlı qadının müqəddəs yadigarlarının bu kilsəyə qoyulduğuna və bu kilsənin Ayas Theodosia olduğuna inanılır. 1499-cu ildə məscidə çevrilmişdir. Bina kərpicdən tökülmüş zirzəmidə tikilib. Kilsənin planı bir yunan xaçı formasındadır. Günbəz divarlara bitişməyən dörd ayağın üzərində dayanır. Binanın şərq tərəfində ortadakı daha geniş olmaqla üç apsidası mövcuddur. Apsislərdəki nişlər və kərpic bəzəkləri onun XIII–XIV əsrlərdə təmir zamanı yenidən qurulduğunu göstərir. Orta apsis ilə sağ yan nef arasındakı sütunun içərisində bir qəbr olan hücrə yerləşir.
Gül Əsin
Gül Əsin Aydın (türk. Gül Esin Aydın) və ya əvvəlki adı ilə Gürkız Ürbül (1901 – 1990, Nazilli, Aydın ili) ― Türkiyə Cümhuriyyətinin ilk qadın muxtarı. Gül Əsinin erkən həyatı haqqında dəqiq məlumatlar mövcud deyil. Türkiyə İstiqlaliyyət müharibəsi başlamazdan təxminən altı ay əvvəl Muğlalı bir adamla evləndiyi, ərinin müharibəyə gedərək geri qayıtmadığı bilinir. O, bundan sonra çörəkçi olan qardaşının yanına, Aydın ilinin Çinə ilçəsinin Dəmircidərə mahalına gedib və sonralar burada evlənərək Çinədə yaşayıb. O, qardaşının 1933-cü il təvəllüdlü "Cümhuriyə Şərəf" adlı qızını övladlığa götürüb. Əsin 1970-ci ildə Nazili ilçəsinə köçmüş, buradakı Yıldıztəpə məhəlləsində 26 il yaşamışdır. Yaşadığı bəldədə büstü də olan Əsinin məzarı Nazilli ilçəsindəki Eğriboyun qəbiristanlığındadır. 1930-cu ilə qədər Türkiyədə qadınların siyasi hüquqları yox idi. Onlar əvvəlcə 3 aprel 1930-cu il tarixli qanunla bələdiyyə seçkilərində səsvermə hüququ qazanmış, üç il sonra, 26 oktyabr 1933-cü ildə isə muxtar vəzifəsinə seçmək və seçilmək hüququna əldə etmişdirlər.
Davut Gül
Davut Gül (1974, Xorasan[d], Ərzurum ili) — türk bürokrat və hazırkı İstanbul valisi. Yaxın Şərq Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Qaziantepdə mahal valiliyinə namizəd kimi başlayıb. Muğla-Kavaklıdere və İzmir-Kemalpaşa rayonlarında Vali müavini vəzifəsində çalışdıqdan, İngiltərədə xaricdə təcrübə keçdikdən və AÜ Siyasi Elmlər Fakültəsində magistr təhsilini tamamladıqdan sonra Kırklareli-Kofçaz mahalına vali təyin edildi. 2003–2005-ci illərdə Şirvan qubernatoru, 2005–2006-cı illərdə Karaman vali müavini, 2006–2009-cu illərdə Gürün mahalı qubernatoru vəzifələrində çalışıb. 2009-cu ildə Türkiyə İdarəçilər Dərnəyi tərəfindən "İlin Kaymakamı" seçilib və Şəhid İlçe Baş məmuru Ersin Ateş Mükafatını qazanıb. Gördes və Şarkışla rayon qubernatoru vəzifəsində çalışdıqdan sonra 2015-ci ildə Türkiyə Daxili İşlər Nazirliyinin Yerli İdarələr Baş İdarəsinə şöbə müdiri təyin edilib. O, 2016-cı il iyunun 1-də Sivas valisi təyin edilib. O, 27 oktyabr 2018-ci ildə Qaziantep valisi təyin edilib. Nəhayət, Əli Yerliqayanın Daxili İşlər Nazirliyinə təyin edilməsi ilə 5 iyun 2023-cü ildə İstanbul valisi vəzifəsinə təyin edildi.
Gül Dueti
Gül dueti (fr. Duo des fleurs) – Leo Delibin 1883-cü ildə yazdığı "Lakme" operasının ən məşhur hissələrindən biri. Bu duet operanın birinci pərdəsində Lakme və onun xidmətçisi Mallika tərəfindən ifa edilir və opera musiqisinin ən tanınmış duetlərindən biri kimi qəbul edilir. Duet sopranolar üçün yazılmış harmonik və lirik bir parça olaraq, Delibin melodik zövqünü və təbiət təsvirini nümayiş etdirir. Mahnının başlanğıcında Lakme və Mallika arasında dialoq, təbiətin gözəlliyini tərənnüm edən yumşaq və axıcı melodiyalarla səslənir. Mahnının mətni əsasən çiçəklərin gözəlliyini və göl kənarında keçirdikləri sakit anları təsvir edir.
Gül Mərzənik (Bükan)
Gül Mərzənik (fars. گل مرزنيك‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 434 nəfər yaşayır (79 ailə).
Daşqın Gülməmmədov
Dərman gülxətmi
Dərman gülümbaharı
Dərman gülümbaharı (lat. Calendula officinalis) — gülümbahar cinsinə aid bitki növü. *Calendula officinalis L. — Dərman gülümbaharı Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır. Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır.
Elcernon üçün güllər
Elcernon üçün gül (ing. Flowers for Algernon) — Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür. Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir). Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur. Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb.
Elçin Əliyev (güləşçi)
Elçin Əliyev (26 aprel 1990, Azərbaycan) — 2007-2013-cü illərdə Azərbaycanı, 2018-2021-ci illərdə isə Türkiyəni təmsil edən yunan-roma güləşçisi, 2010 və 2012-ci illərdə Avropa Çempionatının qalibi. Elçin Əliyev 2007-ci ildə Belqrad şəhərində (Serbiya) baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2008-ci ildə isə o, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Daha sonra Elçin Əliyev 2009-cu ildə Fransada Kristo Lutte Turnirini qızıl medalla, Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini isə 7-ci pillədə başa vurdu. 2010-cu ilin yanvarında İstanbul şəhərində Vəhbi Əmrə Turnirinin qalibi olan Elçin Əliyev, apreldə Avropa Çempionatında debüt elədi. Azərbaycanda baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Vüqar Rəhimova, 1/4 final mərhələsində Norveç nümayəndəsi Anders Renningena, 1/2 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Alexander Kostadinova qalib gələn Elçin Əliyev, final görüşündə Rusiya nümayəndəsi, olimpiya çempionu Nazir Manqiyev üzərində qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Daha sonra Elçin Əliyev iyulda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini və sentyabrda Rusiyada Dünya Çempionatını 8-ci pillələrdə başa vurdu. 2011-ci ildə isə Elçin Əliyev sadəcə İstanbul şəhərində Vəhbi Əmrə Turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu. Elçin Əliyev 2012-ci ilin yanvarında İstanbul Qran-Prisini bürünc medalla başa vurdu. Daha sonra o, martda Avropa Çempionatında mübarizə apardı Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ermənistan nümayəndəsi Roman Amoyana, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Dmitri Xaroya, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Fatih Üçüncüya qalib gələn Elçin Əliyev, final görüşündə Macarıstan nümayəndəsi Peter Modos üzərində qələbə qazandı və növbəti dəfə Avropa Çempionatının qalibi oldu.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Esen Güler
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türk repçi. İstanbulda anadan olub. Ata tərəfi Bolqarıstandan, anası tərəfi isə Bosniya və Herseqovinadandır. Turizm və Otelçilik fakültəsini bitirib. O, 2006-cı il avqustun 1-də həm də rep ifaçısı olan Saqopa Kajmerlə evlənib və 2017-ci il noyabrın 20-də boşanıblar.
Eşqin Gülməmmədov
Eşqin Rabil oğlu Gülməmmədov (11 avqust 2001; Qaracəmirli, Şəmkir, Azərbaycan — 20 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Eşqin Gülməmmədov 2001-ci ildə Şəmkir rayonu Qapanlı kəndində dünyaya gəlib. 2007- ci ildə Cəlil Bayramov adına Qaracəmirli kəndinnin 1- ci sinifinə daxil olub,2018- ci ildə həmin məktəbin 11- ci sinfin bitirmişdir. 2019 cür ildə hərbi xidmətə çagrılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eşqin Gülməmmədov Hadrutun azad edilməsində savaşıb. 2020-ci il noyabrın 20-də Xocavənddə mərmi qəlpəsindən şəhid olub. Şəmkirdə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Gülməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Gülməmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Eşqin Gülməmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Fatma Gaye Güler
Fatma Gaye Güler (türk. Fatma Gaye Güler; 1988, Tokat) — Türkiyə Böyük Millət Məclisinin XXV çağırış deputatı; Türkiyənin ən gənc qadın millət vəkili. Fatma Gaye Güler 1988-ci ilin oktyabr ayında Tokatın Niksar mahalında anadan olmuşdur. İbtidai və orta məktəb təhsillərini İstanbulda almışdır. Qazi Universitetinin Ünsiyyət fakültəsini bitirmişdir. Daha sonra İstanbul Universitetinin Tarix fakültəsində ikinci təhsilini davam etdirmişdir. Güler 2009-ci ildə siyasi karyerasına başlayıb. 2012–2014-cü illərdə Ədalət və İnkişaf Partiyası İstanbul Gənclik Qolları İctimaiyyətlə Əlaqələr və Seçki İşləri vahidlərində vəzifədə olmuşdur. Müxtəlif qeyri-hökumət təşkilatlarının üzvüdür. 2015-ci ildə Ədalət və İnkişaf Partiyası tərəfindən Tokatda 3-cü sırada millət vəkili namizədi olaraq göstərilən 26 yaşındakı Fatma Gaye Güler, Türkiyənin ən gənc qadın millət vəkili seçilmişdir.
Fikrimin incə gülü – sarı Mersedes (film, 1992)
Sarı Mercedes— Tunc Okanın rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1992-ci ildə çəkilən Türkiyə filmi. Orta Anadoluda yaşayan Bayram adlı gənc bir az pul-para qazanmaq üçün Almaniyaya gedir. Yetim Bayram orda süpürgəçilik edir, əl-ayaq işlərinə baxır, yemir-içmir, pul toplayır, axırda qızıl sarısı bir "Mersedes" markalı avtomobil alır və təşər-təşər öz şəxsi avtomobili ilə üz qoyur vətəninə tərəf. Türkiyənin sərhəd qapısına dirənənə qədər Bayramın və sarı maşının başına heç nə gəlmir, amma sərhəddən içəri keçəndən sonra Bayramın qara saatları başlayır. Əvvəlcə maşınının burnundakı ulduzu oğurlayırlar, sonra tıxacda arxa stopunun şüşəsini qırırlar, daha sonra öndə gedən yük maşınının təkərindən çıxan daş sarı "Mersedes"in ön şüşəsinə dəyib yumruq boyda ağ ləkə əmələ gətirir. Lap axırda Bayramın yoluna kombayn çıxır və o sürətlə kombayna girməmək üçün maşını yoldan sapdırır, maşın dərəyə aşır. Bayramın "Balqız" adı verdiyi təzə avtomobil əzik-əzik, cırıq-cırıq olur, qırx ilin istismardan çıxarılıb qaraja atılmış maşınlarına dönür. Filmdə bir detal qabarıq verilib.
Fəhlə Gülbala Əliyev (film, 1971)
Fərman Gülməmmədov
Fərman Gülməmmədov (Gülməmmədov Fərman İbrahim oğlu) — Azərbaycan əsilli həkim və Ukraynanın Əməkdar Elm Xadimi. Fərman Gülməmmədov 1939-cu il noyabrın 7-də Borçalı mahalında – Gürcüstanın o vaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub. 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 1984-cü ildə "Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Fərman Gülməmmədov 1991–1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq" kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Ərzurum) – filantrop, yazıçı, şair, keçmiş vaiz, din adamı. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır. Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Gökhan Güləç
Gökhan Güləç (25 sentyabr 1985) — Türkiyəli futbolçu, Xəzər-Lənkəran klubunun hücumçusu. Peşəkar futbol karyerasına 2003-cü ildə İnegölsporda başlayan 27 yaşlı hücumçu daha sonra Qaziantepspor (2004-05, 17 oyun, 4 qol), Beşiktaş (2005-07, 35 oyun, 8 qol), Dənizlispor (2007-08, 13 oyun, 1 qol), Bursaspor (2008-09, 28 oyun, 6 qol), Kasımpaşa (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu Beşiktaşla 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb. 2012-ci ilin sonunda Xəzər-Lənkəran klubuna transfer olunub.
Göy güldəfnə
Göy güldəfnə (lat. Trigonella caerulea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü.
Göy güləvər
Haller güləbətini
Haller güləbətini (lat. Pulsatilla halleri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü.
Hirkan gülxətmisi
Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür. 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir.
Hirkan güləvəri
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir. Toxumcuqlar 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa (0.5 mm uzunluğunda) kəkillidir.
Hizb-e-İslami Gülbəddin
Hizb-e-İslami Gülbəddin, Azərbaycan dilindəki adı ilə İslam Partiyası (Gülbəddin qrupu), 1975-ci ildə yaradılmış və hərbi qolu olan siyasi partiyadır. Sovet-Əfqan müharibəsi zamanı o, mücahid qrupları ilə birlikdə Sovet İttifaqı və Əfqanıstan Demokratik Respublikasına qarşı vuruşmuşdur. ABŞ-nin işğalı zamanı o, vaxtaşırı Talibanın tərəfində ABŞ-yə qarşı vuruşmuşdur. Hizb-i İslami iki yerə bölündükdən sonra Gülbəddin Hikmətyarın rəhbərliyi ilə yenidən yaradılmışdır. Sovet-Əfqan müharibəsində onlar ABŞ tərəfindən dəstəklənsələr də, sonradan ABŞ-la müharibəyə girişmişdirlər. O, islamist və ifrat sağçı siyasi xəttinin üzərində yaradılmışdır. Onun hərbi fəaliyyəti 2016-cı ildə başa çatmış və yalnız siyasi partiyaya çevrilmişdir.
Hizbulla Gülsizin-Həsrətov-Kusinov
Hizbulla Gülsizin-Həsrətov-Kusinov (tam adı: Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov, rus. Хисбулла Фахриевич Гульзизин-Хазратов-Кусинов; təxəllüsü: Həsən Tufan, tatar. Хәсән Туфан, rus. Хаса́н Туфа́н; 27 noyabr (10 dekabr) 1900, İske Karmət[d], Aksubay volostu[d], Çistay qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 10 iyun 1981, Kazan) — Tatarıstan şairi və yazıçısı, milli fiqur, Abdulla Tuqay adına Tatarıstan MSSR Dövlət Mükafatı laureatı (1966). Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 9 dekabr 1900-cu ildə Rusiya imperiyasının Kazan quberniyasının Çistay mahalının Aksubay nahiyəsinə daxil olan Müqəddəs Kiremet (indiki Tatarıstan Respublikasının İske Karmət kəndi) bir kəndli ailəsində anadan olmuşdur. O, oxumağı və yazmağı atasından öyrənmiş, ibtidai təhsilini isə kənd məktəbində almışdır. 1914-cü ildə onun qardaşları Həsən Tufanı Ural dağlarına aparmışdır ki, o, buradakı mis mədənlərində kəşfiyyatçı kimi işləmişdir. O, təhsilini regionun ən öncül tədris müəssisələrindən biri olan Ufa şəhərindəki «Qaliya» mədrəsəsində davam etdirmişdir. O, burada Şeyxzadə Babiçin musiqi və ədəbi sferasına daxil olmuşdur. 1915-ci ildən onun ədəbiyyat müəllimi Alimcan İbrahimov olmuşdur.
Həsən Əliyev (güləşçi)
Həsən Əliyev (14 noyabr 1989, Qazax) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi və məşqçisi, 2010-cu il Avropa Çempionatının və Dünya Çempionatının qalibi. Həsən Əliyev 2006-cı ilin iyulunda İstanbulda yeniyetmələr arasında Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2007-ci il ərzində gənclər arasında Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Həsən Əliyev 2008-2010-cu illərdə Azərbaycan idmanı tarixində bir sıra uğurlara imza atdı. Həsən Əliyev 2008-ci ilin iyulunda Kosiçe şəhərində gənclər arasında Avropa Çempionatının qalibi oldu. Həsən Əliyev 2009-cu ilin iyununda növbəti dəfə gənclər arasında Avropa Çempionatının qalibi olan Həsən Əliyev həmin ilin avqustunda gənclər arasında Dünya Çempionatının da qızıl medalına sahib oldu. Karyerasının zirvəsu isə 2010-cu ildə oldu. Həsən Əliyev ilin əvvəlində, yanvarda İstanbul şəhərində Vəhbi Əmri Turnirinin, martda isə Sombatxey şəhərində Macarıstan Qran-Prisinin qalibi oldu. Apreldə Azərbaycanda baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanan Həsən Əliyev Avropa çempionu adına sahib oldu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirində də qızıl medala sahib olan Həsən Əliyev sentyabrda Rusiyada baş tutan Dünya Çempionatında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bir il ərzində Dünya və Avropa Çempionatıda daxil olmaqla mübarizə apardığı bütün beynəlxalq turnirlərdə qələbə qazanan Həsən Əliyev Dünya və Avropa çempionu olan birinci azərbaycanlı yunan-roma güləşçisi oldu.
II Gülbahar Xatun
II Gülbahar Xatun (1450 – 1505, Trabzon, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. 1453-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və yeganə övladını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdüssəməd qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. Bir çox mənbədə onun Zülqədər bəyi Əlaüddövlə Bozqurd bəyin qızı olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, Bozqurd bəyin qızlarından Ayşə Xatun Sultan Bəyazidin xanımlarından biri olsa da, Yavuz Sultan Səlimin anası olma ehtimalı xronoloji olaraq qeyri-mümkündür. 1470-ci ildə Amasyada yeganə övladı Şahzadə Səlimi dünyaya gətirən Gülbahar Xatun, oğlunun 1481-ci ildə Trabzon sancaqbəyi təyin edilməsinin ardından onunla birlikdə Trabzona yollandı. Ölümünədək burada oğluyla birlikdə yaşayan Gülbahar Xatun bu müddət ərzində Trabzon və ətraf bölgələrdə müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1510-cu ildə Trabzonda vəfat edən və bu səbəblə oğlunun səltənətini görə bilməyən Gülbahar Xatun, Validə sultan ola bilmədi.

Digər lüğətlərdə