Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sevil
Sevil (ad) — qadın adı. Əsərlər Sevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera. Filmlər Sevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film. Digər Sevil (ansambl) — musiqi qrupu.
Sevil (ansambl)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Sevil (dəqiqləşdirmə)

Sevil (kvartet)

Sevil (opera)
Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962-ci ilin nəşrində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli, 1982-ci ilin nəşrində 3 pərdəli, 1987-ci ilin nəşrində 3 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır. Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır. Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.
Sevil (pyes)
Sevil — 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyes. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir. Bir çox qadın şəhərdəki teatrda tamaşanı izlədikdən sonra hicab geyinməkdən imtina etmişdir. Pyesin sonrakı uyğunlaşdırmaları orijinal əsər ilə müqayisədə insanlara daha az təsir göstərmişdir. 1929-cu ildə bu əsərin eyniadlı filmi çəkilmişdir. Film bütövlükdə Mərkəzi Asiya və Qafqaz regionlarında insanlara nümayiş etdirilmişdir. Əsərdə hadisələr 1918-1919-cu illərdə Bakıda cərəyan edir. Əsərin əsas obrazları olan cütlük - Sevil və Balaş kəndli icmasına məxsus ailələrdə böyüyüb boya-başa çatmışdır. Sevil özünü evinə və ailəsinə həsr etmiş bir qadın ikən, Balaş cəmiyyətdə müəyyən mövqe tutmuşdur və həyat yoldaşı Sevili, hətta onun ən sadə davranışlarına görə belə alçaldaraq təhqir edir. Onların Gündüz adında bir oğlu da vardır.
Sevil Bünyatova
Sevil Bünyatova (5 oktyabr 1989) — Azərbaycanı təmsil edən qılıncoynadan. Sevil Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevinc Bünyatova da qılıncoynadandır. Sevil Bünyatova 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün dördündə qalib gələn Sevil Bünyatova "F" qrupunu 2-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevil Bünyatova əvvəlcə təsnifat mərhələsində Polşa nümayəndəsi Maqdalena Pasternaya 15:4, sonra isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Mariya Ridela 15:10 və 1/4 final mərhələsində Yunanıstan nümayəndəsi Vassili Vuqiuya 15:12 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Fransa nümayəndəsi Marqu Rifissa 15:10 hesabı ilə qalib gələn Sevil Bünyatova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Polşa nümayəndəsi Angelina Vator oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə 14:15 hesabı ilə məğlub olan Sevil Bünyatova I Avropa Oyunlarının gümüş medalına sahib oldu.
Sevil Gültən
Nuriyeva Sevil Məmməd qızı (Sevil Gültən) — azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. Atası Məmməd Nuriyev traktorçu, anası Gülasta Nuriyeva kolxozçu olub. 1978-ci ildə Ş.Qurbanov adına Zərdab şəhər orta məktəbini bitirib, Xarici Dillər İnstitutunun (hazırkı Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun "Bilik" qəzetində çap edilib. 1987-ci ildə ailə qurub. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişib. Təyinatla Zərdab rayonunun Bıçaqçı kəndinə göndərilib. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib.
Sevil Hacıyeva
Sevil Hacıyeva (3 oktyabr 1968, Bakı – 12 sentyabr 2000, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, Karvan və "Qaya" vokal kvartetinin solisti. Sevil Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil almışdır. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilmiş və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlamışdır. 1980-ci illərin sonunda Azərbaycanın ən məşhur səslərindən biri hesab edilirdi. "Bakı Payızı-88", "Yurmala-89" laureatlarının qalibi olmuşdu. Yurmalada gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxmışdı. Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan Karvan ilə bağlıdır. 1993-cü ildə Karvan qrupunu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. Karvan qrupu dağıldıqdan sonra Sevil Hacıyeva da dövrün ağır şərtlərindən təsirlənərək səhnələrdən uzaq düşür.
Sevil Mehdiyeva
Mehdiyeva Sevil Hacı qızı (9 sentyabr 1942, Bakı) — filologiya elmləri doktoru (1992), professor (2005), Əməkdar müəllim (2000), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Sevil Mehdiyeva 9 sentyabr 1942-ci ildə Lənkəran şəhərində anadan olmuşdur, 1959-cu ildə Bakının Nərimanov rayonundakı 57 saylı orta məktəbi bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1967-ci ilin oktyabrından bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi (indiki Dil tarixi və dialektologiya) şöbəsində baş lobarant, baş elmi işçi, şöbənin müdiri vəzifələrində işləmiş, 2013-cü ildə Akademiyada, eləcə də Dilçilik İnstitutunda aparılan islahatlarla əlaqədar baş elmi işçi vəzifəsində çalışır. 1974-cü ildən filologiya elmləri namizədidir, 1992-ci ildən filologiya elmləri doktorudur. 2005-ci ildən professordur. 2000-ci ildən Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prof. S.H.Mehdiyeva 170-dən artıq elmi, elmi-metodik, elmi-kütləvi məqalənin, 4 monoqrafik tədqiqatın (Yazılı dastanların dili. “Şəhriyar” dastanının materialları əsasında. B., Elm, 1991; Folklor abidələrinin linqvo-poetik tədqiqi.
Sevil Mikayılova
Sevil Mikayılova (Sevil Əlirazı qızı Mikayılova 27 iyun 1974, Bakı) — "Trend" informasiya agentliyi baş direktorunun müavini, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. Azərbaycan Respublikasının Milli Məclisinə 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş VI çağırış millət vəkili, Əməkdar jurnalist. Sevil Mikayılova 1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. Rus və ingilis dillərini bilir. 1992–1996-cı illərdə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olmuş, 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999–2001-ci illərdə "Midiya Press" İnformasiya Agentliyində, 2001–2004-cü illərdə "525-ci qəzet"də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə "Trend" informasiya agentliyində tərcüməçi, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə "AzerNews" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən "Trend" informasiya agentliyi baş direktorunun müavinidir. 2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib.
Sevil Nuriyeva
Nuriyeva Sevil Aydın qızı — jurnalist, televiziya aparıcısı. Sevil Nuriyeva 1973-cü il avqustun 24-də Gəncədə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Türkiyədə beynəlxalq münasibətlər üzrə dissertasiya müdafiə edib və müvafiq sahə üzrə doktor elmi dərəcəsi alıb. Azərbaycan Dövlət Televiziyasında, 215 KL studiyasında, Azərbaycanın ilk müstəqil televiziya kanalı olan ANS-də müxtəlif sosial, siyasi və strateji xarakterli proqramlar hazırlayıb və təqdim edib. "Güzgü", "Nəzər Nöqtəsi", "Divan", "Xəbərdar", "Bu bizik", "Əks-səda", "Ötən Həftə" , "Zərif çərşənbə" , "Şənbə gecəsi Sevil Nuriyeva ilə" kimi bir sıra proqramların müəllifi və aparıcısı olub. 1997-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin "Natəvan", 1998-ci ildə isə "Zərdabi" mükafatlarına, 1998-ci ildə Çingiz Mustafayev adına "İlin ən cəsarətli TV proqram müəllifi və aparıcısı" mükafatına, 1998-1999-cu illərdə Yeni Nəsil Jurnalistlər Birliyinin "İlin TV proqramçısı", 1999-cu ildə Jurnalistlərin Dostu Dərnəyinin "İlin ən cəsur TV proqramçısı və aparıcısı" mükafatlarına, 2000-ci ildə Gürcüstanda "Qafqazın ən obyektiv proqramçısı və aparıcısı" müfakatına layiq görülüb. 1998-ci ildə CNN-də, 1999-cu ildə BBC-də proqram müəllifi stajı keçib. Hal-hazırda Türkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır. Həmçinin Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri, Qafqaz mediya mərkəzinin rəhbəridir.
Sevil Qazıyeva
Sevil Həmzət qızı Qazıyeva (1 iyun 1940, Aşağı Tala, Zaqatala rayonu – 23 sentyabr 1963, Jdanov) — Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı. Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini Azərbaycan Tibb İnstitutuna versə də, müsabiqədən keçə bilmir. Elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada poliqrafiya sənətini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərir. Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evinin üzvü olan Sevil əvvəlcə Süleyman Sani Axundovun "Laçın yuvası" pyesində Pərican, sonra isə Cəfər Cabbarlının "Sevil" pyesində Sevil obrazlarını canlandırır. Həmin illərdə mətbuatda şeirləri də dərc olunur. 1959-cu ilin dekabrında Sevil qəzetdə bir məqalə oxuyur. Məqalə ilə tanış olan tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə sürücü-mexanik olmağa qərar verir. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi Sevil Qazıyeva və rəfiqələri Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibinə məktub yazıb Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər.
Sevil Xıdırlı
Sevil Xəlilova
Sevil Xəlilova — Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın Əməkdar Artisti. Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970), 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. S.Dağlı "Kölgələr pıçıldaşır" Çeşmə, Anar "Şəhərin yay günləri" Qumru, C.Məmmədquluzadə "Dəli yığıncağı" Zəvvar, S.Rəhman "Əliqulu evlənir" Humay, B.Vahabzadə "Kimdir haqlı?" Məlahət, İ.Əfəndiyev "Büllur sarayda" Səadət, Anar "Təhminə və Zaur" Mədinə, B.Brext "Üç quruşluq opera" Kitti, S Rəhman "Nişanlı qız" Zərifə, S.Vurğun "Vaqif" Gülnar, J.Rasin "Fedra" Enona, Elçin "Poçt şöbəsində xəyal" Züleyxa, Ə. Əmirli "Köhnə ev" Mələk, X. Qoca "Hərənin öz payı" Xədicə xala, H.Cavid "Afət" İlçay, Mir Cəlal "Dirilən adam" Telli, C.Məmmədquluzadə "Ölülər" Məşədi Orucun anası, İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın" Güləndam, A.Şaiq "Eloğlu" Cəvahir xanım və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İ.Əfəndiyevin "Atayevlər ailəsində" Mehrican, M.F.Axundov "Hacı Qara" Sona, Ə.Məmmədxanlının "Şərqin səhəri" Nataşa, A.Məmmədovun "Kişilər" Səlimə, R.Kaşkauasın "Yağışlı gecə" Auşra, Anarın "Ötən ilin son gecəsi" Gülarə, R.Qasımovanın "Yollar görüşəndə" Rahidə, A.Qəhrəmanovun "Müsabiqə" Sevinc və s. Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Sevil ansamblı
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Sevil (film, 1929)
Sevil — 1929-cu ildə çəkilmiş Azərbaycan filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. 1919-cu il. Sevil (İzzət Oruczadə) savadsız bir qadındır. Ər evində min cür əzab əziyyətə dözür. Əri Balaşın (Ağasadıq Gəraybəyli) buyruğuna qul kimi müntəzirdir. Bununla belə, Balaş Sevilin bu fədakarlığını qiymətləndirmir. Sevil küçəyə atılır. Tək, kimsəsiz qadın məşəqqətlərə məruz qalır. Lakin yeni həyat Sevilin qurtuluş yolu olur.
Sevil (film, 1970)
Kino əsərinin mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan Azərbaycan qadınının taleyi durur. Sevilin (Valentina Aslanova) taleyi Azərbaycan qadınlarının taleyi kimi verilir. Film dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmışdır. Film Azərbaycan kino tarixində ilk film-operadır. Film sabiq sovet kinematoqrafiyası tarixində müasir mövzuda yaradılmış ilk kinooperadır. Əsərin müəllifi: Cəfər Cabbarlı (pyes), Fikrət Əmirov (opera) Ssenari müəllifi: Vladimir Qorikker, Andrey Donatov, Tələt Əyyubov Quruluşçu rejissor: Vladimir Qorikker Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Qriqori Korenblyum Geyim rəssamı: Bədurə Əfqanlı Montaj edən: Tahirə Babayeva Qrim rəssam: V. Bereznyakov Rejissor assistenti: Elmira Əliyeva, A. Əliyev, Akif Rüstəmov Operator assistenti: Rafiq Kərimov, Ziya Babayev (Z. Babayev kimi), Həmzə Əhmədoğlu Rəssam assistenti: Mayis Ağabəyov Quraşdırılmış səhnələrin operatoru: Rasim İsmayılov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Filmin direktoru: A. Dudiyev Mahnıları ifa edən: Firəngiz Əhmədova (Sevil), Lütfiyar İmanov (Balaş), Rəhilə Cabbarova (Gülüş), Qalina Oleyniçenko (Dilbər), V. Sultanov, Firudin Mehdiyev, Adil Məlikov, X. Qurbanova, Mürsəl Bədirov, L. Abayşvili, V. Qurbanov, L. Qnida, İslam Rzayev Valentina Aslanova — Sevil Həsən Məmmədov — Balaş Zemfira İsmayılova — Gülüş Səfurə İbrahimova — Dilbər Hamlet Qurbanov — Əbdüləli bəy Məmmədsadıq Nuriyev — Məmmədəli bəy Həsənağa Turabov — Rüstəmov Rza Əfqanlı — Atakişi Ağarza Quliyev — Babakişi Leyla Bədirbəyli — Tafta İnsaf Məmmədova — Sevilin qızı Firuzə Əlixanova P. Hacıyeva Azad Dadaşov L. Nəbiyeva S. Süleymanov Tələt Rəhmanov — xidmətçi İ. Morozova Əliheydər Həsənzadə Muxtar Avşarov — bəy Rafiq Əzimov — zabit ""Sevil" çəkilir" ["Sevil" film-operasının çəkilişi haqqında] //Azərbaycan gəncləri.- 1969.- 23 oktyabr. N. Babayev. ""Sevil" yenə sevilir". "Kommunist" qəzeti. 30 sentyabr 1970-ci il.
Sevil Hacıyeva (dirijor)
Sevil İnşalla qızı Hacıyeva (16 iyul 1975, Bakı) — Azərbaycanin ilk qadın dirijoru, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, BMA-nın dosenti, Azərbaycan Dövlət Akademik Opera və balet teatrının baş xormeysteri və dirijoru. Sevil İnsalla qızı Hacıyeva 1975-ci il iyulun 16-da Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini G.G.Şaroyev adına musiqi məktəbində fortepiano üzrə almışdır. 1999-cu ildə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakultəsini – Xalq artisti Yalçın Adıgözəlovun sinifini bitirmişdir. Hal-hazırda BMA-nın dirijorluq kafedrasının dosentidir. 2003-cü ildən 2009-cu ilə qədər Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına “ Mahnı və rəqs “ ansamblında xormeyster vəzifəsində çalışmışdır. 2003-cü ildə Sevil Hacıyeva Opera və balet teatrına - baş xormeyster vəzifəsinə təyin edilmişdir. Teatrda fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlığını nəzərə alaraq 2006-cı ildə dahi Üz.Hacıbəylinin “ Leyli və Məcnun ”operası Sevil Hacıyevaya həvalə olundu. Bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələrək Sevil Hacıyeva ilk qadın dirijoru adını qazandı. Bundan əlavə Sevil Hacıyeva Üz.
Sevil İbrahim
İbrahimova Sevil Həsənağa qızı — rejissor. Sevil İbrahimova 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin ali təhsil ocağını bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi başlamış, sonralar ikinci rejissor və quruluşçu rejissor olmuşdur. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Ağ işığın möcüzəsi (film, 2006) Atayevlər ailəsi (film, 1978) Atillanın atlıları (film, 2002) Bizim Natəvan (film, 2006) Böyük alim (film, 2001) Böyük elm adamı (film, 2007) Danışır və göstərir Bakı (film, 2006) Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV) Göz həkimi (film) Kişilər (film, 1979) Qonşu qonşu olsa... (film, 1989) Mehmanxana sahibəsi (film, 1978) Mətbuat fədaisi (film, 2007) Olacağa çarə yoxdur (film, 2003) Ömrün yolları (film, 1982) Pəncərədə işıq (film, 1987) Sarıköynəklə Valehin nağılı (film, 1980) Səni axtarıram (film, 1981) Yollar görüşəndə...
Sevil İbrahimova

Sevil Şaide
Sevil Şaide (4 dekabr 1964-cü il) — Rumıniya iqtisadçısı, dövlət və siyasi xadimi. tatar mənşəlidir, müsəlmandır. 1987-ci ildə Buxarest İqtisadi Elmlər Akademiyasının iqtisadi planlaşdırma və kibernetika fakültəsini bitirib. Konstand vilayətinin dövlət administrasiyasında işləyib, layihələr üzrə baş direktorlarının rəhbəri olub.. 2012-ci ildən Rumıniya regional inkişaf nazirliyinin dövlət katibi vəzifəsini tutub. . 2015-ci ilin may-noyabr aylarında sosial-demokrat Viktor Pontanın hğkumətində reginal inkişaf və dövlət idarəetmə naziri olub.. 21 dekabr 2016-cı ildə Rumıniyanın sosial-demokrat və liberallar və demokratlar alyansı partiyalarının birgə təklifi ilə Sevil Şaide baş nazir vəzifəsinə namizəd irəli sürülüb. .
Sevil Əliyeva
Sevil Heydər qızı Əliyeva (12 oktyabr 1955, Bakı) — "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri — Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar, Space Televiziyasının qurucusudur. Londonda yaşayır. Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.Ailəlidir, bir qızı, iki oğlu var. Heydər Əliyev və Zərifə Əliyevanın qızı, Əziz Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısıdır. Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S. Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. O, həm də "Space" Televiziyasının qurucusudur. 1961–1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil almışdır. 1971–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirmişdir. 1977–1980-ci illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuşdur.
Sevil Əmirova
Sevil Fikrət qızı Əmirova (4 noyabr 1953, Bakı) — Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının (Belçika) həmtəsisçisi, İctimai xadim, musiqiçi. 1953-cü il noyabrın 4-də Bakı şəhərində görkəmli bəstəkar Fikrət Əmirovun ailəsində anadan olub. Adı atası Fikrət Əmirovun 1953-cü ildə yaratdığı "Sevil" operasının qəhrəmanı ilə bağlıdır. 1961–1972-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alib. 1978-ci-ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1978–1995-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 1995-ci ildən həyat yoldaşının fəaliyyəti ilə bağlı bir sıra Avropa ölkələrində yaşayıb. 1995–2004-cü illərdə Brüsseldə fəaliyyət göstərən Avropa Qadınlar Assosiasiyasının (Association FEMMES D’EUROPE a.i.s.b.l.) üzvü, "Belçika-Azərbaycan Alyansı" mədəniyyət mərkəzinin təsisçisi və prezidenti olub. 2004–2009-cu illərdə Yunanıstanın Afina şəhərində "Beynəlxalq Qadınlar Klubu"nun (Women’s International Club) üzvü olaraq fəaliyyət göstərib. 2012–2016-cı illərdə Hollandiyanın Haaqa şəhərində "Ambassadors Spouses Association" qadınlar cəmiyyətinin üzvü seçilib.
Sevil (ad)
Sevil — qadın adı. Sevil Əliyeva — bəstəkar, Space Televiziyasının qurucusu. Sevil Nuriyeva — jurnalist, televiziya aparıcısı. Sevil Gültən — tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Nervon (Sevilya)
Nervon (isp. Nervión) — Sevilya şəhər bələdiyyəsinin inzibati on bir rayonundan biri.
Pentacalia sevillana
Pentacalia sevillana (lat. Pentacalia sevillana) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Sevil (vokal-instrumental qrup)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Sevil Qazıyeva (1970)
Sevil Qazıyeva (film, 1970)
Sevil Qazıyevanın heykəli
Sevil Qazıyevanın heykəli — Azərbaycan SSR-də ilk qadın mexanizator, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Sevil Qazıyevanın şərəfinə ucaldılmış abidə. Ölümündən sonra Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Abidə 1970-ci illərin əvvəllərində ucaldılmışdır. Abidə Rusiya səfirliyinin binasının yanındakı bağda qoyulmuşdur. Heykəltəraş M. Rzayeva, arxitektor Ş. Zeynalovdur. 2002-ci ilin yayında, bağda abadlıq işləri görülən zaman, monumentin özü də rekonstruksiya olunmuşdur. Abidənin hər iki tərəfində orijinal dizaynlı fontanlar quraşdırılmışdır.
Təvil
Təvil (Vərziqan)
Şəkil
Bir fotoşəkil (Cənubi azərbaycanda əks, ing.Photograph), işığa həssas bir səthə, ümumiyyətlə fotoşəkil filminə və ya bir CCD və ya CMOS çipi kimi elektron görüntü sensoru üzərinə düşən bir görüntüdür. Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.
Meril Devis
Meril Devis (ing. Meryl Davis; 1 yanvar 1987, Royal-Ou[d], Miçiqan) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Meril Devis, Çarli Vayt ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, həm də 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub. Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb. Meril Devis 1987-ci il yanvarın 1-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub. Meril Devis beş yaşından idmanla məşğul olmağa başladı.