KƏHRƏBA

is. [ fars. ] Müxtəlif xırda bəzək şeyləri qayrılan qatranlı şəffaf, sarı və ya sarı-qonur rəngli bərk maddə. Kəhrəbadan qayrılan muncuq. Kəhrəbadan bilərzik.
// Həmin maddədən qayrılmış bəzək (şeyi).
Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur. M.P.Vaqif.
[Bülənd] bir hərəkətlə Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopardı… Ə.Əbülhəsən.

2. Kəhrəbadan qayrılmış. Kəhrəba qolbaq. Kəhrəba müştük.
[Molla Sadıq] sarı kəhrəba təsbehinin qoz boyda dənələrini şaqqıldatdı. İ.Şıxlı.

3. məc. Təşbehlərdə. Kəhrəba kimi qaymaq. Kəhrəba kimi un.
– Dönmüş kəhrəbaya sular xəzəldən; Əlində cam tutmuş ruzgar xəzəldən… M.Müşfiq.
Sevil açdığı süfrəni daha da zənginləşdirir, yağlı süd, qalın qaymaq, sarı kəhrəbanı andıran şit kərə və pendirlə doldururdu. S.Rəhimov.

Etimologiya

  • KƏHRƏBA Fars mənşəlidir, kah (saman) və ruba (çəkən) sözlərindən əmələ gəlib. Ahən (dəmir) ruba (çəkən) qəlibi üzrə yaranıb (“maqnit” deməkdir)
KƏHKƏŞAN
KƏHRƏBALI
OBASTAN VİKİ
Kəhrəba
Kəhrəba — qiymətli daş.
Kəhrəba turşusu
Kəhrəba turşusu (butandion turşusu, etan-1,2-dikarbon turşusu) – ikiəsaslı doymuş karbon turşusudur. Ağ rəngli kristallar olub, suda və spirtdə həll olur, butun bitkilərin tərkibində, kəhrəbada az miqdarda vardır. Bitkilərin boy artımını ctimullaşdırır və məhsuldarlığı artırır, qarğıdalının inkişaf etməsini sürətləndirir. Ilk dəfə kəhrəba turşusunu XII əsrdə kəhrəbanın birbaşa qovulmasından almışlar. Sənayedə isə kəhrəba turşusu, əsas etibarı ilə, malein anhidridinin hidrogenləşdirilməsindən alınır. Kəhrəba turşusunun duzu və efirləri suksinatlar (lat. Succinum – kəhrəba) aşlandırılır. == Xassələri == === Orqanoleptik xassələri === Kəhrəba turşusu ağ kristalar olub, zəif və yüngul duzlu-acıtəhər dada malikdir [2]. === Fiziki xassələri === Ərimə temperaturu 183oC, qaynama temperaturu 235 oC-dir. 235oC-dən yuxarı temperaturda özündən Н2О ayırır və kəhrəba anhidridinə çevrilir.

Digər lüğətlərdə

выпя́чивать моро́женщица наго́рье накра́шивать небре́жничать волопа́с геше́фт перевола́кивать полузабы́тый поса́сывать фальста́рт бритва пополнок blenny chore boy convincible hellion integrant maven perky rock-fish sea-grass догола застыдиться серьёзный