Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haşım Kələntərli
Haşım Səmədbəy oğlu Kələntərli (1899, Lənkəran, Lənkəran qəzası – 1987, Bakı) — xanəndə-müğənni, Azərbaycanın əməkdar artisti, məşhur muğam və xalq mahnılarının mahir ifaçısı. Haşım Səməd oğlu 1899-cu ildə Lənkəran şəhərində dünyaya gəlib. 24 may 1984-cü il 85 yaşında Bakıda vəfat edib. Əksər muğamları və xalq mahnlarını təkrarsız ifası və məlahətli səsi ilə sınaqdan çıxarıb. Lakin oxuduğu muğamlar içində bir muğam da var ki, onu Haşım Kələntərlisiz təsəvvür etmək olduqca çətindir. Bu "Segah" muğamıdır. O "Segahı" sol tonnalığında oxuduğu üçün musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilib.. Orta məktəbi Lənkəranda bitirən H. Kələntərli sonralar bacıları ilə birgə Bakıya köçür. Çox ağrılı-acılı həyat yolları keçib bu qardaş və bacılar çox gənc yaşlarından valideynlərini itirblər. Haşım Kələntərli 1924-1933-cü illərdə Azərbaycan Opera və Balet Teatrının.
Haşım Qadoyev
Aktyor. Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Küləb şəhərində anadan olub. GİTİS-də aktyorluq fakültəsində (1960) və ali rejissorluq kurslarında (1965) təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir. Dədə Qorqud (film, 1975) Əzablı yollar (film, 1982) Qara gölün cəngavərləri (film, 1984) Ənvər Həsənov.
Haşım Tərlan
Haşım Tərlan — şair. Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Əhməd Haşım
Əhməd Haşım (1887, Bağdad – 4 iyun 1933, İstanbul) — XX əsr Türkiyə şerinin görkəmli nümayəndələrindən biri. Bağdadda doğulub, İstanbulda ölmüşdür. Anası və atası Bağdadlıdır. Nəsrdən fərqli olaraq şer dilinin anlaşılmaqdan artıq duyulmaq özəlliyini əsas sayan Əhməd Haşım poeziyasında sözün musiqi abəngi, musiqi gözəlliyi daha önəmlidir.
Haşım Əliyev
Haşım (Həşim) Bədəl oğlu Əliyev (1892, Bakı – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi. Haşım Bədəl oğlu Əliyev 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Bakı real məktəbində almışdır. Gənc yaşlarından inqilabi fəaliyyə başlamış, 1915-ci ildə bolşeviklər partiyasına daxil olmuşdur. 1917-ci ilin sentyabr ayında keçirilmiş ümumi siyasi tətilin hazırlanmasında və təşkilində yaxından iştirak etmişdir. 1917-ci ildə bolşevik "Hümmət" təşkilatının tapşırığı ilə Tağıyev fabrikinin (sonralar V. İ. Lenin adına kombinatın) fəhlələri arasında inqilabi iş aparmışdır. Haşım Əliyev "Hümmət" təşkilatının 1918-ci ilin yanvar ayında keçirilən ümumi yığıncağında təbliğatçılar qrupunun üzvü təsdiq olunmuş, "Hümmət" qəzetinin nəşr edilməsi və yayılmasında fəal iştirak etmişdir. Həmin ilin yazında Bakı Xalq Komissarları Sovetinin tapşılığı ilə Bakı və Gəncə qəzalarında bolşeviklərin kəndli deputatları sovetlərini yaratmasına kömək etmiş, onların Bakı proletarları ilə ittifaqının möhkəmləndirməsi istiqamətində təbliğat işləri aparmışdır. Haşım Əliyev 1918-ci ilin axırlarında "Hümmət" təşkilatının gizli fəaliyyətində yaxından iştirak etmiş, Bakıda Mərkəzi Fəhlə Konfransı sədrinin müavini seçilmişdir. O, 1918-ci ilin dekabrdakı siyasi və 1919-cu ilin mayındakı ümumi tətillərinin fəal iştirakçısı olmuşdur.
Aşıq Haşım Qubalı
Aşıq Haşım Qubalı (Tam adı:Haşım Səftər oğlu Balasıyev; d.7 oktyabr 1946; Quba, Rəngdar kəndi) — yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. Aşıq Haşım 1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyl etməyə başlayır. 1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.
Haşım bəy Heybətbəyov
Haşımbəy Saqib (5 dekabr 1870, Buzovna, Bakı qəzası – 1931, Bakı) — Azərbaycanlı şair, publisist, xeyriyyəçi. Dövrünün ziyalı, zəkalı şairi, həmçinin sözü mərdanə, üzə kişi kimi deməyə bacaran klassik şairimiz Haşım bəy Saqibin adı heç birdərslikdə, müntəxabatda, ədəbiyyət tarixi ilə bağlı kitablarda yoxdur. Bolşevizmin, "sosializm quruluşu"-nun siyasətini ifşa edən əsərlərin müəllifini heç bir naşir, vəzifəsi xatirinə nəşr edə bilməzdi! 1920-ci ilə qədər Bakıda, o cümlədən Azərbaycanda məşhurlaşan Haşım bəy Saqibin bir çox şeiri, xüsusilə "Kim-kimədir", "Hər kəs öz keyfindədir", Necə ah eyləməyim" şeirləri, növhələri geniş yayılmışdır. Həmin şeir və növhələri yaşlı bakılılar, həmçinin din xadimləri, ruhanilər yaxşı xatırlayır, hətta əzbər bilirlər. Şairin qızı Nuriyyə xanım deyirdi ki, bu şeirlərə görə Haşım bəy Saqibə çoxlu təzyiqlər olmuş, lakin şair öz əqidəsinə sabiq qalmış, zəmanəsinin və xalqın dərdlərinə əsərlərində yer verməkdə davam etmişdir. Haşım bəy Saqib haqda ətraflı məlumatı Azərbaycan teatrı və kinosunun parlaq ulduzlarından biri, Xalq artisti Nəcibə Məlikovada verib. O demişdir ki özümə söz vermişəm ki haçansa gün gələr, mən atamın şeirlərini bir yerə yığar, nəşr və təbliğ edər, bəlkə bununla da böyük, müqtədir söz ustadının ruhunu şad etmiş olaram. Birdə ona inanıram ki, vaxt gələr, dərsliklərin, ədəbiyyat müntəxəbatlarınin, salnaməların nəşri ilə məşğul olacaq müəlliflər haşirlər öz əsərləridə həmişəyaşar, cavidan şairimiz haqda məlumatlar verəcəklər. Haşım bəy Hacı bəy oğlu Heybətbəyov (Saqib) 1870-ci ildə Bakının Buzovna kəndində nufuzlu ruhani, ziyalı və tacir ailəsində doğulmuşdur.
Şeyx Haşım Qəzvini
Şeyx Haşım Qəzvini (1891-10 oktyabr 1960) — İslam alimi. Molla Haşim Qəzvini, Qəzvinin Haşimxan qəsəbəsindən olub, Məşhəddə yaşayırdı və orada elmi hövzənin birinci dərəcəli ustadlarından sayılırdı. Rza şah Pəhləvinin islam əleyhinə çıxardığı qanunlara etiraz etdiyi üçün, şah onu Məşhəddən Qəzvinə sürgün etdirmişdi. Qəzvinə gələndən sonra Haşimxan qəsəbəsinin əhalisi öz həmvətənlərini camaata yol göstərib, moizə etmək üçün öz doğma yurduna dəvət edir. Şeyx Haşım Qəzvini 10 oktyabr 1960-cı ildə Məşhəd şəhərində vəfat edib. Qəzvinin tanınmış şəxsiyyətlərindən biri... Seyyid Haşim adlı şəxsin dilindən nəql edirdi ki, deyir: Atam vəfat edəndən sonra, ailənin məsuliyyəti mənim üzərimə düşdü. Mən həm cavan, həm də olduqca kasıb idim. Bir gün "Təzrək" əhlindən və atamın müridlərindən olan bir nəfər mənə bir odun şələsi verdi ki, qəsəbəyə aparım. Yolda gördüm alicənab bir seyyid mənə tərəf gəlir.
Haşım bəy Sağib
Haşım bəy Sağib - XX əsr əvvəli Azərbaycan jurnalisti. XX əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olub. Haşım bəy Sağib həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. O, jurnalist və publisist kimi Azərbaycan dövri mətbuatında - "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet və jurnallarda çap edilmişdir. Haşım bəy Sağib Səməd Mənsur, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərlə yaxından dostluq edirmiş. Əliağa Vahidin kamilləşməsində Sağibin də böyük rolu olub. O, həm də dövrünün varlı adamlarından biri idi. Din xadimləri ilə yaxından rəfiqlik etməsinə baxmayaraq həmişə fanatizmdən uzaq olub. Həyat yoldaşı Xoşsima xanım da maarifpərvər qadın imiş. Haşım bəyin dörd qız övladı olub.
Haşım bəy Vəzirov
Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir. Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi. İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi. İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır.
Mirzə Haşım bəy Baharlı
Abdulla Əmir Haşımi
Abdulla Əmir Haşimi (Cavanşir) Əmirbahadır oğlu (1950) – publisist, tərcüməçi, jurnalist 1950-ci ildə Güney Azərbaycanda, Təbrizin ətrafında yerləşən Həştəri mahalında zəhmətkeş ailədə dünyaya göz açıbdır. Bir yaşında Təbrizə köçən A. Əmir Haşimi, ibtidai məktəb təhsili ilə həmzaman hələ uşaqlıq illərindən ailəsinin iqtisadi vəziyyətindən asılı olaraq işləməyə başlayıb. İbtidai məktəb dövründən oxumağa marağı olan A. Əmir Haşimi, cəmiyyətin ona yaratdığı dar şəraitdən irəli gələn minlərcə sualın cavablarını oxuduğu kitablarda axtarırdı. Orta təhsilini riyaziyyat ixtisasında Təbrizin məşhur Firdovsi gimnaziyasında alıb. Təbriz Universitetinin fizika fakültəsində oxuyarkən, həmzaman axşamlar oxuduğu texniki institutu bitiribdir. Təbriz Universitetində təhsilini davam edərkən, Təbrizin gimnaziyalarında fizika elmini tədris edib. 1974-cü ildə atası vəfat etdikdən sonra, ailəsinin məişətini idarə etmək üçün, günortadan sonra Sofiyanın sement zavodunda teknisyən kimi işə başlayıb. 1973-cü ildən dostları ilə milli və siyasi qrupları təşkil etdiklərinə və Şah rejiminin əleyhinə apardıqları fəaliyyətə görə 1976-cı ildə bir neçə dostu həbsə alınır və A. Əmir Haşimi gizli yaşamağa və yeraltı fəaliyyətə məcbur olur. Ancaq bir il sonra o da həbs olunur. Lakin inqilab başlamışdı və Azərbaycan xalqı meydana gəlmişdi.
Aybəniz Haşımova
Aybəniz Həsən qızı Haşımova (22 avqust 1968, Kirovabad) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti. (2008) "Bülbüllər" qrupunun yaradıcısı. 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Aybəniz Haşımovanın həyat yoldaşı "Vətən uğrunda" medalı laureatı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində şəhid olub. Müğənni Aynişan Quliyeva onların qızıdır.
Ağakişi Haşımov
Ağakişi Məmmədqasım oğlu Haşımov - (d.1 may 1890, Bakı - ö. aprel 1920) - Praporşik, 1920-ci il Aprel işğalının qurbanı. 1890- cı il mayın 1-də Bakının Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub. Gəncədəki praporşiklər məktəbini 1919-cu ildə bitirib. 1920-ci il Aprel işğalının qurbanı olmuşdur.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı (8 mart 1934, Bakı) — tarzən, Azərbaycanın xalq artisti. Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Elmira Haşımzadə
Elmira Həşimzadə — azərbaycanlı aktrisa. Elmira Haşımzadə 23 sentyabr 1945-ci ildə Xaçmazda anadan olub. Sumqayıt Kimya və Texnologiya Texnikumunda (1971), M.A.Əliyev adına ADİİ-da təhsil alıb (1971-1976).
Elçin Haşımov
Elçin Həşimov (Elçin Ləzgi oğlu Həşimov; 5 sentyabr 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2007), Azərbaycan Respublikasının xalq artisti (2020). Elçin Həşimov 5 sentyabr 1973-cü ildə Bakıda anadan olub. Əslən Füzuli rayonunun Əhmədbəyli kəndindən olan Elçin Həşimov, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində ilk musiqi təhsilini alıb. 1988–1992-ci illərdə Asəf Zeynallı adına musiqi texnikomunu fərqlənmə diplomu ilə bitirmişdir. 1992–1997-ci illərdə Bakı Musiqi Akademiyasında “tar” ixtisası üzrə məzun olub, hazırda Azərbaycan Milli Konservatoriyasının dosentidir, eyni zamanda Musiqi Kollecində Tar ixtisası üzrə muğam fənnindən tədris edir. 1999-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli tamaşasında muğam solo partiyasını ifa edərək İstanbulda, Parisdə UNESCO-nun səhnəsində Qətər Respublikası, İsveçrədə, Tacikistanda və dünyanın digər ölkələrində bu tamaşa ilə çıxış etmişdir. Eyni zamanda Vasif Adıgözəlovun Natavan operasında, Şəfiqə Axundovanın Gəlin Qayası operasında,Tomris baletində, Üzeyr Hacıbəyovun O olmasın bu olsun operettasında ifa etmişdir. Strasburqda Azərbaycanın Avropa Şurasına qəbulu zamanı təmsil etmişdir. 2001-ci ildə Vaşinqtonda "Silkway" festivalında, 2002-cü ildə bütün dünya musiqiçiləri ilə birlikdə “Atlas Ensemble” orkestrində çıxış etmişdir.
Firudin Haşımzadə
Firudin Məmməd Əli oğlu Haşımzadə (7 dekabr 1935, Bakı – 28 sentyabr 2018) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2001). Firudin Məmməd Əli oğlu Haşımzadə 1935-ci il dekabrın 7-də Bakı şəhərində, Azərbaycanın ilk fiziklərindən biri olan Məmməd Əli Uğur oğlu Haşımzadənin ailəsində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. F. M. Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. F. M. Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957–1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957–1960) bitirdikdən sonra kiçik elmi işçi (1961–1963), böyük elmi işçi (1963–1968), "Yarımkeçiricilərin nəzəriyyəsi" laboratoriyasının müdiri (1968–1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993–2000), "Aşağı ölçülü və nizamsız sistemlər fizikası" probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır. Baş elmi işçidir. F. M. Haşımzadə "Fizika elmi" jurnalının yaradıcısıdır və bu periodik məcmuənin təşəkkül tapması, yayılması və təkmilləşməsi üçün daim fəaliyyət göstərir. Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
Fuad Haşımov
Fuad Ceyhun oğlu Haşımov (1 sentyabr 1996, Digah, Abşeron rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Fuad Haşımov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Abşeron rayonu S.Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2006-cı ildə "Zəngəzur" PFK klubuna daxil olmuş, 2007-ci ildə "Sabahın ulduzları" Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 10–16 yaşlı uşaqlar arasında keçirilən Bakı birinciliyində iştirak etmişdir. 2008-ci ilin noyabr ayında futbol üzrə klub-komanda birinciliyində II dəstədə II yerə layiq görülmüşdür. 2014-cü ildən 2018-ci ilə qədər isə "Neftçi" PFK futbol klubu ilə müqavilə imzalamışdır. 2018-ci ilin oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb, "N" saylı hərbi hissənin istehkam bölüyündə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı,təşəbbüskar, hərbi nizamnamələrin və qanunların tələblərini layiqincə dərk edən, komandirlərin və rəislərin əmr və göstərişlərini vaxtında düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaşlıq borcu kimi münasibət göstərən, hərbi qulluqçu kimi tanıtdırmışdır. 2019-cu ilin may ayının 27-də "N" saylı hərbi hissənin komandiri tərəfindən ailəsinə təşəkkür məktubu göndərilmişdir. 2019-cu ilin dekabr ayında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olub.
Fərhad Haşımov
Hacı Baba Haşımov
Hacı Baba Haşımov — Azərbaycanlı milyonçu 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. Milyonçu Hacıbaba Haşımovun oğlu Yaponiyada xoşuna gələn kazino binasını Bakıda, indiki Rus Dram Teatrı binasının yerində (Xaqani küçəsi) daş və taxta materialdan tikdirib. Burda kazino ilə yanaşı konsertlər verilib, musiqili-əyləncəli proqramlar göstərilib, tamaşalar oynanılıb. “Pelmel” teatrı binasında, əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər. Bina “Mikado” teatrı adı ilə də tanınıb. Memar Rüfət Acalov bu şəxsin də tarixin yaddaşında qaldığını söyləyir: «Bakı qubernatorunun xüsusi əmri oldu. Milyonçu Hacıbaba Haşımova tapşırdılar ki, 800 qızıl pula bu darvazanı götürüb qoysun o birinin yanına.
Tamilla Haşımova
Tamilla Haşımova (d. 7 noyabr 1939 - 17 oktyabr, 2021, Moskva, RF) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı. T.Haşımova Bakı şəhərində, görkəmli teatr rejissoru, Xalq artisti Məhərrəm Haşımovla Xalq artisti Rahilə Ginzburqun ailəsində anadan olub. Tamilla Haşımova uzun illər Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. Televiziyanın “Dostluq” baş redaksiyasına rəhbərlik edib, onlarla maraqlı verilişin, proqramların və sənədli filmlərin ərsəyə gəlməsində iştirak edib. O, həmçinin gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib. Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla fəaliyyət göstərirlər. Azərbaycan televiziyasının inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Tamilla Haşımova Prezidentin fərdi təqaüdçüsü idi. T.Haşımova musiqi və musiqiçilər haqqında sənədli filmlər çəkmiş, televiziya verilişləri hazırlamışdır. Bakıda anadan olmuş görkəmli violançelist və dirijor Mstislav Rastropoviçə həsr edilmiş "Slavanın beş günü", "Ustad sinfi” filmləri, ABŞ-da yaşayan digər həmyerlimiz, pianoçu Bella Davidoviç və onun oğlu skripkaçı, dirijor Dmitri Sitkovetski haqqında çəkilmiş "Darıxdığım şəhər" filmi, dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovdan "Estradanın əlifbası", Qara Qarayev musiqisinin İrlandiya orkestrinin ifasından bəhs edən "Qara Qarayev ilə Balfast görüşü", həmçinin görkəmli xoreoqraf İqor Moiseyevə həsr edilmiş qısametrajlı "Ömrə bərabər qostrol” filmləri onun yaradıcılıq uğurlarıdır.
Tural Haşımlı
Təranə Haşımova
Təranə Həşimova (tam adıː Həşimova Təranə Əzim qızı; 26 oktyabr 1977, Bakı) — Fəlsəfə doktoru, dosent, şairə. Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Tərzan Haşımov
Tərzan Qəhrəman oğlu Həşimov (13 aprel 1989; Lerik rayonu, Azərbaycan - 20 oktyabr 2020; Füzuli, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Tərzan Həşimov 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi almış və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı taqım komandirinin müavini vəzifəsində xidmət etməyə başlamışdır. Şəhid Tərzan Həşimov Rabitəçi Gizir Rütbəsində Xidmət Göstərir.O Düşmən dilini Səlis şəkildə Bilirdi.Döyüş YoldaşLarının Sözlərinə Görə Bir neçə dəfə Düşmənlə Rabitəyə Girərək Düşmən texnikasını Məhv etmişdir. O, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir və döyüş zamanı yaralanmışdır.O Döyüş Müddətində Xüsusi İradə Göstərmiş Və Neytral Zonadan Döyüş Zamanı Həlak Olan Şəhidimizi Çıxarmışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Tərzan Həşimov Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahnaz Haşımova
Şahnaz Həsən qızı Haşımova (d. 2 iyun 1957, Kirovabad) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016). Gəncə Dövlət Filarmoniyasının direktoru (1997–2016), Gəncə Dövlət Filarmoniyası nəzdində Göy-Göl Dövlət Mahnı və Rəqs ansamblının solisti (1975-hal hazıradək), Gəncə Musiqi Kollecinin xanəndə müəllimi (2000-hal hazıradək), Yeni Azərbaycan Partiyasının üzvü (1995-hal hazıradək), Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü. Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. 1975–1979-cu ildə Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsində təhsil alıb. 1998–2004-cü ildə Dağıstan Dövlət İdarə Etmə və Biznes İnstitutunun Hüquq fakültəsində Ali təhsil alıb. 1971–1975-ci ildə bədii özfəaliyyət kollektivlərinin solisti "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975–1977-ci ildə "Göy-Göl" xalq çalğı alətləri ansamblının solisti.
Əliyar bəy Haşımbəyov
Əliyar bəy Haşımbəyov (8 mart 1856, Bakı – 29 may 1920, Nargin adası, Abşeron rayonu) — Rusiya imperator ordusunda general-mayor (6.12.1908), Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu illərdə daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918–1919). Qars vilayəti qubernatorunun köməkçisi. Ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçmüşdür. 1856-cı il, 8 mart tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olmuşdur. 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi xidmətinin otuzuncu ilində — 1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Həmin il Qars vilayətinin hərbi rəisi təyin olunmuşdur. Əliyar bəy Birinci dünya müharibəsində üçüncü Qafqaz araba-kravan briqadasının komandiri olmuşdur. 1917-ci ildə istefaya çıxmışdır.
Bakir Haşımov
Bakir Musa oğlu Haşımov — XX əsr Azərbaycan xanəndəsi. Qarabağ xanəndəlik ənənələrinin davamçısı olan Bakir Haşımov Uşaq vaxtlarından musiqiyə böyük həvəs göstərmiş, ustad xanəndələrdən eşitdiyi muğamları və təsnifləri böyük şövqlə el şənliklərində ifa etmişdi. 1950-ci illərdə Bakıda ADMM-də professional musiqi təhsili almışdır. Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını öyrənmişdir. Bakir Haşımov yumşaq tembrli səsə malik idi, onun ifasında lirik xarakterli muğamlar xüsusi bir məlahətlə səslənir və sevilirdi. Həmin illərdə B. Haşımovun ifaçılığı bəstəkarlardan Fikrət Əmirovun və Niyazinin diqqətini cəlb etmiş və onu Azərbaycan Dövlət Opera və Balet Teatrına solist dəvət etmişlər. B. Haşımovun yaradıcılığının əsas hissəsi bu teatrla bağlı olmuşdur. O, səhnədə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun, İbn Səlam, "Əsli və Kərəm" operasında Kərəm surətlərini böyük məharətlə ifa etmiş və xalqın yaddaşına həkk olunmuşdur.
Bəni-Haşim
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır. Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi. Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur.
Bəni Haşim
Bəni Haşim (az:Haşim oğulları) və ya Haşimi(Ərəbcə:هاشمى،بنی‌هاشم) o kəslərə deyilir ki, atadan sarı Haşim bin Əbdimənafa(Ərəbcə:هاشم بن عبد مناف) yetişirlər. bunlar Qureyş elindən olan Haşim, islam peyğəmbərinin ikinci babasına soyları yetişən qəbilədirlər. Qosəyyebni Kelab(قُصَیّ‌بن کِلاب) İbrahim peyğəmbərin oğlu ismayılın nəvələrindəndir və 100-il islam peyğəmbərinin anadan olmasından öncə Qureyşin başçısı olmuşdur. ondan sonra oğlanları Əbdüddar və Əbdi Mənaf onlardan sonra isə Haşim Qureyş başçısı olmuşlar. Haşim atasından səqqaiyyət və Refadəti irs apardı. yoxsulluq və yağmursuzluq zamanlarında Haşimin igidliyi və Məkkkəni ticarət yerinə çevirmə habelə məkkəlilərə bu dönəmdə yardım etməsi üçün qureyşlilər arasında uca və önəmli yerə sahib olmuşdur. Bəni Haşimin hamısının islamı ilklərdə qəbul etməmələrinə baxmayaraq hamısı Əbuləhəbdən başqa peyğəmbəri qureyş başçılarının əziyyət və azarları qarşısında himayə etmişlər eləki Əbu Talib peyğəmbərin əmisi bu yolda çoxlu işlər görmüşdür. Müsəlmanların Həbəşəyə köçməsi və Nəcaşinin hicrət etmiş müsəlmanlardan qureyşlilər qarşısında himayə etməsi və başqa ellərin islama keçmələri nəticəsində qureyşlilər bəni haşimi peyğəmbəri himayə etməkdən üzaqlaşdırmaq üçün onları iqtisadi sanksiyaya saldılar.Bani Haşim Əbuləhəbdən başqa hamısı Şebi Əbutalibə köçdülər və qureyşlilər arasında buna görə ayrılıq düşənədək üç il çətinliklərlə yaşadılar.
Haşim Taçi
[mənbə göstərin] Haşim Taçi (24 aprel 1968) — Kosovo Respublikasının baş naziri. Kosovo Demokratik Partiyasının prezidenti. Priştina Universitetində tarix üzrə oxuyub.
Haşim arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Haşim mirzə Səfəvi
Haşim Mirzə (1752 - 1813) — Səfəvi şahzadəsi, Səfəvi xanı, Qəzvin hakimi. Haşim mirzə 1752-ci ildə Məşhəddə doğulmuşdur. Uşaqlıq dövrü gərgin müharibələrə şahidlik etmişdir. Raziya Sultan 1776-cı ildə vəfat etdikdən sonra Səfəvi xənədanı başsız qaldı. Bundan sonra o, qardaşı Qasım mirzə ilə Kərim xan Zəndin himayəsində Qəzvinə getmişdir. Kərim xan onu Səfəvi şahı edəcəyinə söz versə də, 1779-cu ildə qəfil ölümü buna mane olmuşdur. Buna baxmayaraq Haşim mirzə Səfəvi başcısı və xanı kimi nüfuz və hörmət qazanmışdır. Siyasətdə müharibə yox, sülhü üstün tutan Haşim mirzə ölənə kimi də hakimi olduğu Qəzvini idarə etmişdir. Ömründə 1 ailə həyatı qurmuş və 2 qız övladı olmuşdur. Onları isə cavan yaşda itirmişdir.
Haşim Əsəd Allah
Haşim Əsəd Allah (ərəb. هاشم أسد الله‎) (d. 15 noyabr 1985, Küveyt şəhəri, Küveyt) — Küveytli aktyor və aparıcıdır. Əl-Rai TV-də 13 ildən artıq müddətdə bir aparıcı kimi çalışır.
Haşim əl-Ətasi
Haşim əl-Ətasi (ərəb. هاشم الأتاسي‎ Hāšim al-ʾAtāsī; 6 dekabr 1875, Homs – 5 dekabr 1960, Homs) — 1936–1939, 1949–1951 və 1954–1955-ci illərdə Suriya Respublikasının Prezidenti.
Ömər ibn Haşim
I Haşim - Dərbənd Haşimiləri sülaləsindən olan ikinci müstəqil Dərbənd əmiridir. Atasının ölümündən sonra əmir olmuşdu. Tarix əl-Babda atası kimi ədalətli hökmdar olduğundan bəhs olunur. Xəstələndi və cəmi bir il hakimiyyətdən sonra 885-ci ildə vəfat etdi, yerinə qardaş Məhəmməd keçdi.
Əbdülmalik ibn Haşim
I Əbdülmalik (v. 939, Dərbənd) — Dərbənd Haşimiləri sülaləsindən olan dördüncü müstəqil Dərbənd əmiridir. Qardaşının ölümündən sonra əmir olmuşdu. 4 yanvar 915-ci ildə əmir elan olunmuşdu. Lakin qardaşı oğlu Əbül-Nəcm ibn Məhəmmədin üsyanından sonra məcbur olub Şəndana qaçmışdı. Oradan da Yusif ibn Əbu Sac Divdadin yanına qaçan əmir 6000lik Saci ordusu ilə Dərbəndə qayıtdı və yenidən əmir oldu. Qaçan Əbül-Nəcm Şabranda möhkəmləndi. Bu dəfə xəzərlərdən kömək alan Əbdülmalik xəzər sərkərdəsi Salifanla birgə Əbül Nəcmi ələ keçirdi və edam etdirdi. 930-cu ilin oktyabrında Şabran yaxınlıqlarında Şirvanşah şahzadəsi, Layzan valisi Məhəmmədin (sonrakı II Məhəmməd ibn Yezid) orduları ilə çarpışdı lakin heç bir tərəf qalib gələ bilmədi. 938-ci ildə kafirlərə qarşı yürüşündə qalib gələrək Mərəfsa ölkəsini fəth etdi.
Əbdülmütəllib ibn Haşim
Əbdülmüttəlib ibn Haşim (ərəbcə: عبد المطّلب) — Qureyş (Quranda adı çəkilən surələrdən biridir)qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi. Məhəmmədin babası. Vəfatına qədər nəvəsinə ən yaxşı şəkildə baxdıqdan sonra, peyğəmbəri oğlu Əbu Talibə əmanət vermişdir. Əbdülmüttəlibin 10 oğlu və 6 qızı vardır: Haris ibn Əbdülmüttəlib — Zübeyr ibn Əbdülmütəllib — Əbu Talib — şiələrin birinci imamı xəlifə Əlinin atası Abdullah ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin atası Həmzə ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin əmisidir, Məkkəninn fəthi uğrunda döyüşlərin iştirakçısı Əbu Ləhəb — Məhəmməd peyğəmbərin əmisi. Onun fəal rəqiblərindən biri Hakim ibn Əbdülmütəllib — Makvam ibn Əbdülmütəllib — Səfər ibn Əbdülmütəllib — Abbas ibn Əbdülmüttəlib (566–653) — Məhəmməd peyğəmbərin əmisi Səfiyə binti Əbdülmütəllib — peyğəmbər Məhəmmədin bibisi, Zübeyrin anası "Peyğəmbərin (s) babasının adı niyə Əbdülmüttəlib olub?". Milli.Az (az.). 2016-01-21. İstifadə tarixi: 2023-12-19.
Haşim Nahid Ərbil
Haşim Nahid Ərbil — İraq-türkman ədəbiyyatının şairi və yazarı, müəyyən dövrlərdə jurnalist, vəkil olaraq çalışmış şəxs Haşim Nahid 1880-ci ildə İraq vilayətinə bağlı Ərbil qəzasında dünyaya gəlmişdir. Haşim Nahidin həyatı haqqında məlumat çox deyildir. Atası dövlət məmuru Mustafa Əbubəkr Əfəndi , anası Xədicə xanım olmuşdur,. Həyatı və ailəsi haqqında məlumatlarına ilk dəfə bir məktubunda rast gəlinir. Evin son beşiyi olan Haşim Nahidin 4 illik təhsil həyatı Ərbildə başlayır. Həmin dövrdə türk, kürd və ərəb qəbilələri arasındakı münasibətlər ucbatından Ərbildə olan qarışıqlığa görə anasının təkidi ilə təhsilinə Ammara da davam etməli olur. Təhsil aldığı vaxtda ərəb və fars dillərini mükəmməl öyrənmiş, buna görə də məktəbi bitirdikdən sonra dövlət müəssələrində işləmişdir. 1897–1906-cı illərdə İraqda müxtəlif vəzifələrdə işləmişdir. Gördüyü haqsızlıqlardan sonra doğma yurdundan ayrılır, anası nə qədər bu istəyi ilə razı olmasa da, Bağdad-Hələb karvanıyla İstanbula gəlir. İstanbulda insanlar tərəfindən xoş münasibətlə qarşılanması onu çox məmnun edir.
Qaşım dağı
Qaşım dağı – Babək rayonu ərazisində dağ (hünd. 1125 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 0,5 km-dək cənub-qərbdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Kotandağ qrupuna aid Alt Miosen yaşlı andezit-dasit tərkibli kiçik ölçülü ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.
Hakim
Hakim bu mənaları ifadə edə bilər: Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran şəxs. Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Dövlət başçısı və ya hakim — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Mihri Müşfik Hanım
Mihri Müşfik Xanım (26 fevral 1886, Konstantinopol – 1954, Nyu-York, Nyu-York ştatı) – Türkiyə rəssamı. Türkiyədə müasir şəkil işlərini ilk başladan qadın rəssamdır. Xüsusilə portretləri ilə tanınır. O, bir çox tanınmış şəxslərin portretlərini çəkib; portretini çəkdiyi insanlar arasında Mustafa Kemal Atatürk və Papa XV Benedictus da var. Qızlar üçün Gözəl Sənətlər Akademiyası olan İnas (Qızlar) Sənayesi Nesiş Məktəbi'nin ilk qadın meneceri oldu və bir çox qadın rəssamların üzə çıxmasında əməyi keçdi. Rəsmə olan sevgisinə görə aristokrat həyat tərzini tərk etdi, bohem və kasıb bir həyat yaşadı. O, rəssam Hale Asafın xalasıdır. Bohem rəssamı Mihri Müşfik Xanım Ançabadze, 26 fevral 1886-cı ildə İstanbul, Kadıköydə olan Rasim Paşa Konağında, Baklatarlası Məhəlləsində doğulmuşdur. Onun atası Dr. Əhməd Rasim Paşa anatomiya mütəxəssisi idi və Hərbi Tibb Məktəbində hörmətli təlimatçı idi.
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim Nəbiyev Rasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001) Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rasim Başak — Azərbaycan-Türk peşəkar basketbolçusu Rasim Mövsümov — "Golden Foot" mükafatının jüri üzvü Rasim Quliyev Rasim Quliyev (mühəndis) Rasim Quliyev (jurnalist) — jurnalist.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov Qasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı) Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Hapıt
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Haxıs
Haxıs — İrəvan quberniyasının Eçmiadzin qəzasında, Vedibasar mahalının Vedi rayonunda kənd. 1590-cı ilə aid türkcə mənbədə kəndin adı "Heks" kimidir. 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində Haxs kimdir. Ehtimal ki, türk dillərində haxıs, haxış "dəstə", "alay", "yığın" (Azərbaycan dilində yallının bir növü olan "haxışda" oyunun adında olduğu kimi") sözündəndir. 1593-cü ilə aid mənbədə Gəncə vilayətində Ahiştabad (əsli Ahiştaabad) sancağının adı qeyd olunur 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1945-ci ildə kənd ermənicə Tsorap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə kəndin adı "Hekis" kimidir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası.
Hazem
“Hazem” İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən istifadə edilən pilotsuz uçuş aparatının bir növüdür. “Hazem” hədəfləri bombalamaq üçün də istifadə edilə bilən uzaqmənzilli PUA-dır. İran Hava Hücumundan Müdafiə Qoşunlarının komandanının sözlərinə görə “Hazem” üç modeldə - qısa, orta və uzun mənzilli versiyalarda hazırlanıb. Bu PUA-ların Hava Hücumundan Müdafiə mütəxəssisləri tərəfindən Anbiya HHM bazasının gizli obyektlərinin mühafizəsi üçün yaradıldığı ehtimal edilir. Ondan kəşfiyyat missiyalarında istifadə də mümkündür. “Hazem” PUA-ları partlayıcı maddələrlə silahlandırıla bilir. Bir tədqiqatçı, dronun stels çatışmazlığına görə Hazemin ciddi hərbi əməliyyatlar meydanında İran üçün ciddi bir taktiki effektə sahib ola bilməyəcəyini bildirmişdir. “Hazem 1” - uzaqmənzilli “Hazem 2” - ortamənzilli “Hazem 3” - yaxınmənzilli Uzunluğu: 11.9 m; Eni: 3.8 m; Qanad uzunluğu: 23 m; Qanad sahəsi 45 kv.m; Maksimum qalxma çəkisi: 5 t; Boş çəkisi: 1800 kq/2100 kq; Faydalı yükün çəkisi: 480 kq; Qanadlarda çənlərlə birlikdə yanacaq tutumu: 3200 kq/2900 kq; Maksimum sürəti: 130 düyün/100 düyün; Kreyser sürəti: 70 düyün; Döyüş radiusu: 260 km/240 km; Havada qalma müddəti: 15-32 saat/50-100 saat (faydalı yükdən asılı olaraq); Maksimum uçuş hündürlüyü: 30000 fut; Qalxma üçün zolağın uzunluğu: 750 m/1050 m; Enmə üçün zolağın uzunluğu: 500 m/550 m.
Kazım
Kazım — Kişi adı.
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.) Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.