ƏZBƏR


1. is. Bir mətni və ya sözü eyni ilə təkrar edilə biləcək şəkildə yadda, hafizədə saxlama.
□ Əzbər etmək (eləmək) – bax əzbərləmək.
[Ruqiyyə xanım] bütün elmləri əzbər eləyib, açarını qoymuşdu cibinə. Koroğlu”.
Ertə durarsan səhər; Dərsi edərsən əzbər. A.Səhhət.

2. bax əzbərdən. Əzbər bilmək. Əzbər oxumaq.
– Sona yenə taxta yığışıb Bahadırın kağızını əzbər oxuyurdu. N.Nərimanov.

◊ Dillərdə əzbər olmaq, dillər əzbəri olmaq – bax dil1.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏZBƏR əzbər bax əzbərdən
  • ƏZBƏR mexaniki

Etimologiya

  • ƏZBƏR Farscadır, əz (bizdəki çıxışlıq hal şəkilçisinə uyğun gəlir), bər (sinə) kompo­nent­lərindən əmələ gəlib, “sinədən” deməkdir
ƏZAZİLLİK
ƏZBƏRÇİ

Digər lüğətlərdə

активи́ст восто́чный кедр кито́вый молоди́ца не впервы́е обсечённый перебива́ние смоли́ться фло́кен живо́тик кадри́ль конце́пт корреля́ты поправи́мый потепле́ть прослужи́ть разгильдя́й allegorist asocial camel-corps chloric kerry toadflax хуторской