Azərbaycan dilinin dialektoloji lüğəti.

  • PARAĞ

    I (Şamaxı) itin iri cinsi. – Baba o qədər xəsisdi ki, parağdan yun qırxır II (Salyan) kərpicdən tikilmiş bir neçə otaqlı ev III (Salyan) məc

    Tam oxu »
  • PARAĞA

    (Ordubad) dağın ətəyi. – Bizdərdə dağın ətəyinə, dağın döşünə parağa deyəllər

    Tam oxu »
  • PARAX

    (Dərbənd) heyvan saxlanılan yer

    Tam oxu »
  • PARAXAN

    (Zaqatala) bax paraxay. – Abbas paraxanı çatdatdı

    Tam oxu »
  • PARAXAY

    (Qax) heyvanın sidikliyi

    Tam oxu »
  • PARAXLIX

    (Qarakilsə, Şahbuz) arı saxlanan yer

    Tam oxu »
  • PARAKAL

    (Zaqatala) üçüncü yuxudan durandan sonra baramaqurdunun qoyulduğu yer. – Parakal böyükdü

    Tam oxu »
  • PARAMAN

    (Şamaxı) palçıq divar. – Həyətin paramanı tökülüb

    Tam oxu »
  • PARAPIRTIĞ

    parapırtığ eləmək: (Gəncə, Yardımlı) hissə-hissə ödəmək. – Sən mənim pulumu parapırtığ eləmə, pütöy ver (Gəncə)

    Tam oxu »
  • PARÇ

    (Zəngilan, Zəncan) suqabı. – Parçnan su içirıx (Zəngilan)

    Tam oxu »
  • PARÇA

    (Zərdab) gəlinin cehizini nümayiş etdirmək üçün oğlan evində təşkil edilmiş şadlıq məclisi. – Dünən bizim kənddə parça vardi

    Tam oxu »
  • PARÇAÇI

    (İmişli) arşınmalçı. – Parçaçı gələndə çit aldıx, ağ aldıx

    Tam oxu »
  • PARÇADÖŞƏMƏ

    (Bakı) plov adı (qazanda düyünün altına yağlı ət qoyub bişirilir). – Parçadöşəmə çox daddi xoregdü

    Tam oxu »
  • PARÇİ

    (Şəki) balqabağın yeyilməyən növü (içərisi çıxarılıb suqabı kimi istifadə edilir). – Parçi sındı

    Tam oxu »
  • PARE

    (Şəki) siçan balası. – Bizim çardaxda pare var

    Tam oxu »
  • PARXAL

    I (Kürdəmir) çox böyük kisə. – Parxal meşoydan çox tutur II (Tabasaran) kəndirdən toxunmuş palaz. – Aybikə bazardan yəxşi parxal gətürdi

    Tam oxu »
  • PARXALAX

    (Qax) qovuq

    Tam oxu »
  • PARPI

    (Hamamlı) gözmuncuğunu əvəz edən əşya

    Tam oxu »
  • PARPILAMAX

    I (Qazax) çapalamaq. – Balığın başın kəsəndə parpılıyırdı II (Borçalı) ibtidai üsullarla müalicə etmək

    Tam oxu »
  • PARSALAX

    (Şəki) içalat. – Cıdıroğlu mal kesifdi, parsalağını mən almışam

    Tam oxu »
  • PART

    I (Oğuz) ciyər. – Qara part olur malda, ağ part olur II (Çənbərək, Hamamlı) 20-30 çəngədən ibarət taxıl

    Tam oxu »
  • PART-PART

    (Dərbənd) qovrulmuş qarğıdalı dənləri. – Atası Əhmədə part-part aldı

    Tam oxu »
  • PARTAXLAMAX

    (Çənbərək) doğramaq. – Novruz toğluyu partaxladı

    Tam oxu »
  • PARTAL

    (Şəki) yorğan-döşək. – Partalı sal yatax ◊ Partala düşmax – xəstələnmək, yorğan-döşəyə düşmək. – Əli partala düşütdü

    Tam oxu »
  • PARTAMA

    (Qazax) dırnaq yarası (qoyunda). – Partama qoyunu otdamağa getməyə qoymur

    Tam oxu »
  • PARTAN

    (Mingəçevir) acıq. – Bu sa:tdarım partanı tüteşdi

    Tam oxu »
  • PARTATAN

    (Salyan) oyuncaq adı. – Partatan qarğudan olar

    Tam oxu »
  • PARTDAĞAN

    (Oğuz) içi qamış kimi boş olan ağac. – Partdağan elə oduna yarıyır

    Tam oxu »
  • PARTDAMA

    partdamıya düşməx’: (Şuşa) qəfildən xəstələnib ölümcül vəziyyətə düşmək. – Uşax beyjə partdamıya düşdü

    Tam oxu »
  • PARTDANQUŞ

    (Dərbənd) yabanı bitki adı. – Əlimə alduğumnan partdanquşi partdamasi bir uldi

    Tam oxu »
  • PARTĞANQÖÇ

    (Dərbənd) şingilə. – Saqqızıma qatmağ üçün partğanqöç aldım

    Tam oxu »
  • PARTILLAX

    (Ağdaş) yabanı bitki adı (toxumuna əl vurduqda partlayır). – Partıllax qırmızı olur

    Tam oxu »
  • PARTO:UX

    (Qazax) səbirsiz. – Güllü qarı yaman parto:uğ arvaddı

    Tam oxu »
  • PAS

    pasın açmağ: (Salyan, Yardımlı) bax paxırın açmağ. – Day bir-birü:zün pasın açmoun (Salyan)

    Tam oxu »
  • PASAX

    (Barana, Borçalı, Cəbrayıl, Qazax, Qusar, Naxçıvan, Oğuz, Salyan, Yardımlı, Şuşa, Zəngəzur, Zəngilan) kir, çirk

    Tam oxu »
  • PASAXLAMMAX

    (Şuşa) çirklənmək, kirlənmək. – Üsd-başım pasaxlandı, təmizdədim

    Tam oxu »
  • PASAXLI

    (Başkeçid, Borçalı, Qazax) çirkli, kirli. – Bu oğlan çox pasaxlı oğlandı (Borçalı)

    Tam oxu »
  • PASALAX

    I (Basarkeçər, Oğuz) gödəkboylu. – Pasalağ Abbas bizim şoferdi (Basarkeçər) II (Qax) bacarıqsız

    Tam oxu »
  • PASAVAN

    (Salyan) arxa, kömək, himayəçi. – Kimin pasavanı var, ona zaval yoxdu

    Tam oxu »
  • PASKƏLLƏMEG

    (Bakı) qayığın dal tərəfində bir avar ilə avar çəkmək

    Tam oxu »
  • PASNA

    (Ağcabədi, Bərdə, Cəbrayıl, Göyçay, Kürdəmir, Ucar) paya. – Dünənnən mən bu pasnaları basdırmışam, arasın hörmə: qarğı çatmadı (Ağcabədi); – Tut pasna

    Tam oxu »
  • PASNALDALI

    (Cəbrayıl) kobud. – Sənnən yaman pasnaldalı sözdər çıxır

    Tam oxu »
  • PAŞABOYU

    (Qazax, Tovuz) yabanı bitki adı. – Paşaboyunnan çay qoyorux (Qazax)

    Tam oxu »
  • PAT

    (Qax, Zaqatala) ipə düzülmüş tütün yarpağı Pat getməx’ (Ağcabədi) – küt getmək. – Təndirdə əpbək pat getdi

    Tam oxu »
  • PATAX

    I (Ucar) tərəcə. – Pataxda meyvə, soğan saxlıyırıx II (Ağdam) barama sarımaq üçün qurdun üstünə qoyulan şax

    Tam oxu »
  • PATANƏY

    (Qax) qısaayaqlı (adam)

    Tam oxu »
  • PATATUR

    (Zaqatala) isti şeyləri tutub götürmək üçün xüsusi dəsmal

    Tam oxu »
  • PATAVA

    I (Zaqatala) gön yamaq II (Zaqatala) iş əlcəyi III (Salyan) uzunboğaz çəkmə

    Tam oxu »
  • PATDAX

    (Şamaxı) arabada dal ox ilə qabaq oxu birləşdirən ağac. – Bizim arabanın patdağı vələsdəndi

    Tam oxu »
  • PATILLAMAX

    (Füzuli, Gəncə) kiçik taya düzəltmək. – Həsən sərgidəki <laydakı> otu patılladı (Gəncə); – Mən otu patıllamışam, qalıf daşımax (Füzuli)

    Tam oxu »