BAYILMAQ

BAYILMAQ Beyrək zarıdı, Banıçiçək səsə gəldi, Beyrəyi qanına qəltan görüb bayıldı (Anar); BİHUŞ OLMAQ Huşa getmiş uşaq xəyal içrə; Kəsrəti-qüssədən olub bihuş (C.Cabbarlı); HUŞDAN GETMƏK Katibin də huşdan getmiş bədənini meşin xalçanın üstündən götürüb dışarı çıxartdılar (M.S.Ordubadi); HUŞUNU İTİRMƏK [Gülnisə:] Oğlan əvvəlcə sanki huşunu itirdi (İ.Əfəndiyev); QƏŞŞ ETMƏK (ELƏMƏK) Cənnətəli ağa: ...getsin xəbər aparsın, gülməkdən qəşş eləyərsən (N.Vəzirov); ÖZÜNDƏN GETMƏK Onun başı yastığın üstünə düşdü. Elə bildim ki, özündən getdi (M.İbrahimov); ÜRƏYİ GETMƏK Özü də cürətsizlik elədi, iradəsini toplaya bilmədi, ürəyi getdi (Anar).

BAYĞIRMAQ
BAYIR

Digər lüğətlərdə