Başqırdıstan

coğ. Bachkirie f ; Bachkortostan m

başqırdca
başlama
OBASTAN VİKİ
Başqırdıstan Respublikası
Başqırdıstan (rus. Республика Башкортостан, başq. Башҡортоста́н Респу́бликаһы) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 143.9 min kvadrat kilometrdir. Ural dağlarının cənubu və bu civardakı düzənlikləri əhatə edir. sərhədləri: Perm diyarı (şimal) Sverdlovsk vilayəti (şimal-şərq) Çelyabinsk vilayəti (şimal-şərq/şərq/cənub-şərq) Orenburq vilayəti (cənub-şərq/cənub/cənub-qərb) Tatarıstan respublikası (qərb) Udmurtiya Respublikası (şimal-qərb) ən yüksək nöqtəsi: Yamantau dağı (1638) şimaldan-cənuba ən uzaq məsafə: 550 km şərqdən qərbə ən uzaq məsafə: 430 km-dən çox == Siyasət == Başqırdıstan - Rusiya Federasiyasının tərkibində olan dövlətdir. İdarəetmə forması respublikadır. Yəni ölkəni prezident idarə edir. 25 fevral 1992-ci ildə bayrağı, 12 oktyabr 1993-cü ildə gerbi və himni, 24 dekabr 1994-cü ildə isə konstitusiyası qəbul olunmuşdur. == Tarix == Bugünkü Başqırdıstan ərazisinə ilk yerləşim erkən Paleolit dövründən başlamışdır, amma xüsusiylə Tunc dövründə əhalinin sayı artmışdır.
Başqırdıstan əhalisi
Başqırdıstan əhalisi — Başqırdıstan Respublikası ərazisində yaşayan əhali. == Demoqrafiya == Ölkə əhalisinin 27 % Ufa və onun ətraf rayonlarında cəmlənmişdir (2002). Ən az məskunlaşmış bölgə Zilair rayonu (3 nəf./km²), Belores rayonu (3,7 nəf./km²) və Buryanski rayonudur (4 nəf./km²). Əhalinin ən gur məskunlaşması Ufa (37 nəf./km²), Karmaskalin rayonu (30 nəf./km²), Çişminski rayonu (29 nəf./km²) və Tuymazı rayonudur (27 nəf./km²). 2010-cu il Ümumrusiya siyahıya alınmasına görə: Şəhər əhalisi — 2 461,5 min. nəfər; Kənd əhalisi — 1 610, 6 min. nəfər; Ümumi şəhər əhalisi — 60,4 %; Ümumi kənd əhalisi — 39,6 %; Gənclərin sayı öz əvvəlki sayını qorusa da əhalinin qocalması tendesiyası baş verir. == Milli tərkib == 1926–2010-ci illər əhalinin artım dinamikası: Sayları 10 mindən çox olan etnosların bölgələr üzrə yerləşməsi. 1897-ci il siyahıya alınmasına görə. == Dilə sahib olma == Başqırdıstan əhalisinin 96,4 % (2002) rus, 25,75 % (2002) başqırd, 34 % (2002) tatar dilini bilir.
Başqırdıstan
Başqırdıstan (rus. Республика Башкортостан, başq. Башҡортоста́н Респу́бликаһы) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 143.9 min kvadrat kilometrdir. Ural dağlarının cənubu və bu civardakı düzənlikləri əhatə edir. sərhədləri: Perm diyarı (şimal) Sverdlovsk vilayəti (şimal-şərq) Çelyabinsk vilayəti (şimal-şərq/şərq/cənub-şərq) Orenburq vilayəti (cənub-şərq/cənub/cənub-qərb) Tatarıstan respublikası (qərb) Udmurtiya Respublikası (şimal-qərb) ən yüksək nöqtəsi: Yamantau dağı (1638) şimaldan-cənuba ən uzaq məsafə: 550 km şərqdən qərbə ən uzaq məsafə: 430 km-dən çox == Siyasət == Başqırdıstan - Rusiya Federasiyasının tərkibində olan dövlətdir. İdarəetmə forması respublikadır. Yəni ölkəni prezident idarə edir. 25 fevral 1992-ci ildə bayrağı, 12 oktyabr 1993-cü ildə gerbi və himni, 24 dekabr 1994-cü ildə isə konstitusiyası qəbul olunmuşdur. == Tarix == Bugünkü Başqırdıstan ərazisinə ilk yerləşim erkən Paleolit dövründən başlamışdır, amma xüsusiylə Tunc dövründə əhalinin sayı artmışdır.
Başqırdıstan (Askın)
Başqırdıstan (başq. Башкортостан, rus. Башҡортостан) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, kənd sovetliyindən (Köhnə Kazansı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 82 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (71 %), tatarlar (29 %) üstünlük təşkil edir.
Başqırdıstan bayramları
Başqırdıstan bayramları (başq. Башҡортостан байрамдары) — Başqırdıstanda rəsmi olaraq qeyri-iş günü olan bayramlar, milli bayramlar və yaddaqalan tarixlər vardır. Bütün rəsmi bayramlar Başqırdıstan Respublikasının qanunları ilə müəyyən edilir. "Başqırdıstan Respublikasında bayramlar, yaddaqalan günlər, peşə bayramları və digər əhəmiyyətli tarixlər haqqında" qanun 27 fevral 1992-ci ildə Respublika Ali Sovetinin qərarı ilə qəbul edilmişdir. == Qeyri-iş günləri olan bayramlar == == Yaddaqalan günlər == == Digər bayramlar == Başqırstanda xalq (milli) bayramı Sabantuy rəsmi statusa malikdir. Bayram respublikanın bütün bələdiyyələrində yazdakı səpin işlərinin sona çatması münasibətilə qeyd olunur. Sabantuyun tarixi Başqırstanın rəhbərinin fərmanı ilə hər il müəyyən edilir. Respublika folklor festivalı, Salavat bayramı (Salauat yıyını) Başqırdıstanın müxtəlif şəhər və rayonlarında hər il keçirilir. Həmçinin Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş Başqırdıstan Respublikasının digər əhəmiyyətli tarixləri də qeyd olunur. == Xarici keçidlər == Фатыхова Ф. Ф. Праздники Arxivləşdirilib 2017-07-04 at the Wayback Machine // Башкирская энциклопедия.
Başqırdıstan bayrağı
Başqırdıstan bayrağı — Rusiya Federasiyasının tərkibinə daxil olan Başqırdıstan Respublikasının dövlət simvoludur. 25 fevral, 2001-ci ildən — Başqırdıstan Respublikasının Dövlət bayrağı Günüdür. == Tarixi == === 1918—1992-ci illər === 4547 nömrəli fərmana əsasən, başqırd Hökuməti "milli bayraq Haqqında" qanun yaradılmışdır. Mavi rəng türk tayfalarının rəngi, yaşıl — İslamın rəngi, ağ müsəlman sülhpərvərliyini və Rusiyaya birləşmələrini simvollaşdırdı. Fərman 19 iyun, 1918-ci il "Başkort" qəzetində və 20 avqust, 1918-ci ildə "Başqırdıstan hökümətinin dili" qəzetində dərc edilmişdi. Bu bayraq həmçinin Başqırd qoşununun ümumqoşun bayrağı kimi istifadə olunurdu. 1920-ci ildən Başqırd SSR-nin simvolu kimi qırmızı rəngin parçasını təşkil edən bayraq istifadə olundu. 11 oktyabr, 1924-cü ildən MSK-ın Başqırdın Qətnaməsinə əsasən "quraşdırılmamış nümunənin dövlət bayraqlarının müraciətindən və dövlət bayraqlarının yayılmasına Başqırd respublika üzrə inhisar hüququnun verilməsi" haqqında Başqırd ASSR-i dövlət bayrağı təsdiq edilmişdir. Onun uzunluğu 1:2-i təşkil edirdi. 12 fevral, 2003-cü ildə, Dövlət Yığıncağının Qanunverici Palatası — Başqırdıstan Respublikasının Qurultayı, bayrağın yeni nisbətini təsdiq edilmişdir — 2:3.
Başqırdıstan coğrafiyası
Başqırdıstan iqtisadiyyatı (başq. Башҡортостан географияһы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının coğrafiyası. Başqırdıstan Respublikası Asiya ilə Avropanın birləşdiyi bir bölgədədir. Respublika Cənubi Uraldan qərbə doğru, Belaya və Kama çaylarına qədər uzanır. Cənubi Uralın ən yüksək zirvəsi olan Yamantau dağından qərbə və cənuba doğru getdikcə yüksəklik azalır. Meşələrlə örtülü dağlar yerini ümumiyyətlə, yarpaq tökən ağaclardan ibarət yaşıllıqlarla bəzədilmiş bir çöllərə və Belaya çayının keçdiyi düzənliklərə buraxır. == Qonşuları == Şimaldan Perm diyarı, şimal-şərq Sverdlovsk vilayəti, şimal-şərq, şərq və cənub-şərqdən Çelyabinsk vilayəti, ənub-şərq, cənub və cənub-qərbdən Orenburq vilayəti, qərbdən Tatarıstan Respublikası və şimal-qərbdən Udmurtiya Respublikası ilə həmsərhəddir.
Başqırdıstan geologiyası
Başqırdıstan geologiyası — Başqırdıstanın geoloji quruluşunda üç əsas sahə fərqlənir: Qərb, Cənub və Dağlıq Başqırdıstan. == Qərbi Başqırdıstan == Qərbi Başqırdıstan Şərqi Avropa platformasında və Ön Ural deprerssiyasında yerləşir. Başqırdıstan respublikanın qərb sərhəddindən Ural qırışıqlığına qədər olan ərazisi Şərqi Avropa platformasına aiddir. Qərbi Başqırdıstanda Şərqi Avropa platforması çöküntü süxurlarından ibarət örtükdən və metamorfik, maqmatik mənşəli süxurlardan ibarətdir. Rus platformasının təməli aşağıdakı qalxma zonlarından ibarətdir: Buqulminsko-Belebeyevskaya yüksəkliyinin yerləşdiyi Tatar qalxması, Ufa yaylasının yerləşdiyi Başqırd qalxması, Baş Sırt yüksəkliyini yerləşdiyi Orenburq qalxması. Bölgənin relyefi təməl səthinin formasına uyğundur. == Dağlıq Başqırdıstan == Cənubda yerləşən dağlıq Başqırdıstanın relyefi dağ silsilələrindən və dağlar arası çökəkliklərdən ibarətdir. Bu bölgədə Cənubi Uralın ən yüksək dağ zirvələri - Böyük İremel (1582 m) və Yamantau (1640 m), həmçinin Zilair yaylası (Cənubi Ural yaylası) var. Başqırdıstan dağ silsilələrinin zirvələrində və yamaclarında "daş dənizlər", "daş çaylar" - ölçüləri 0,2-0,3 m-dən çox olan daş bloklarının xaotik yığımları - kurumlar mövcuddur. Kurumlar aşınma, sərt iqlim və keçmiş buzlaşmanın təsiri ilə formalaşmışdır.
Başqırdıstan gerbi
Başqırdıstan gerbi - Rusiya Federasiyasının tərkibinə daxil olan Başqırdıstan Respublikasının dövlət simvolu. 1999-cu il 6 iyul tarixində Başqırdıstan Respublikasının Parlamenti tərəfindən qəbul edilib. Rusiya Federasiyasının Dövlət heraldika reyestrində №164 kimi qeydiyyatdadır. == Təsviri == Başqırdıstan Respublikasının gerbi milli ornamentlərlə çərçivəyə alınmış dairəyə içərisində Salavat Yulayevin abidəsinin doğan Günəşin və onun şüalarının fonunda təsirini təqdim edir. Aşağıda isə xalqın cəsarət rəmzi olan kurayın çiçəklənməsi təsvir edilib. Başqırdıstan Respublikasının dövlət bayrağı rənglərində bəzədilmiş lentin üzərində ağ sahədə belə yazılmışdır: «Başqırdıstan». Gerbin rəngli təsvirində Salavat Yulayevin abidəsi, ornamentlər qızılı, kuray gülü - yaşıl, doğan günəş parlaq-qızılı, günəşin şüaları-sarı, abidə və ornament arasında olan fon- ağ, daxili və xarici ətrafları - tünd-qızılı rənglərdədir. Salavat Yulayev - Başqırd bahadurlarının yürüşlərinə, doğma təbiətə təriflər deyən başqırd milli qəhrəmanı və xalq şairidir. Onun yaradıcılığı hər cür zülmə qarşı mübarizə ruhunda olub ağızdan ağıza ötürülmüşdür. Lakin gerbdə konkret bir şəxsiyyət təsvir olunmayıb.
Başqırdıstan iqlimi
Başqırdıstan iqlimi — Başqırdıstan Respublikasının iqlimi. == Ümumi xüsusiyyətlər == Başqlrdıstan iqliminə təsir göstərən əsas amillər bölgəyə daxil olan hava kütlələri və günəş radiasiyadır. Əsas küləklər cənub və qərb-şərq istiqamətlidir. Ölkə Avrasiyanın daxilində, subtropik və mülayim hava kütlələri ilə Arktika hava kütlələrinin yerdəyişməsi baş tutur. Burada tropik, arktik və mülayim hava kütlələri üstünlük təşkil edir. Atlantik okean üzərində formalaşan hava kütlələri Başqırdıstan ərazisinə catdıqda artıq quru və kontinental forma alır. Qışda Asiya antisiklonu hökm sürür. Bu zaman küləyin sürəti 3,4-5,2 m/s saniyəyə çatır. Güçlü küləklərin güçü 15 m/s və çox əsasən dekabr, yanvar və martda müşahidə edilir. Qış ayları güçlü küləklər həm də güçlü qarla müşahidə edilir.
Başqırdıstan iqtisadiyyatı
Başqırdıstan iqtisadiyyatı (başq. Башҡортостан иҡтисады) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının iqtisadiyyatı. == Quruluşu == Başqırdıstan Rusiya Federasiyasının istər ümumi gəlir, istər sənaye istehsalatının həcmi, istər kənd təsərrüfatı, istərsə də sabit sərmaye yatırımı baxımından ən inkişaf etmiş subyektlərindən biridir. Başqırdıstan Respublikasının iqtisadi quruluşu ilk növbədə əkinçilik, heyvandarlıq və sənayeyə söykənib. == Rusiya Federasiyasında yeri == Başqırdıstan Ural iqtisadi rayonuna daxildir. Respublikanın Rusiya ÜDM-indəki payı 2,3%-dir. Rusiya Federasiyası iqtisadiyyatında neft hasilatı 2003-cü ildə 2,7% və neftin ilkin emalı 13,3%, mis filizlərinin konsentratlarda 10–12%, daşduzun hasilatı 37% olmuşdur. Başqırdıstan iri sənaye (kaustik soda 20,9%, sintetik qatranlar və plastik kütlələr 14,4%, metalkəsən dəzgahlar 13%, sulfat turşusu 2,7%) və kənd təsərrüfatı məhsullarının (Rusiya Federasiyası üzrə 4,4%; süd 6,1%, ümumi taxıl yığımının 5,7%-i) istehsalçısıdır. ÜRM-in (ümumregional məhsulun) strukturunda sənayenin payı %-lə 32,1, kənd təsərrüfatının payı 11,4, ticarətin, əmtəə və xidmət satışı üzrə kommersiya fəaliyyətinin payı 10,3, qeyri-bazar xidmətlərinin payı 8,1, tikintinin payı 7,8, nəqliyyatının payı 6,1, digər sahələrin payı 10,5-dir. Mülkiyyətin formalarına görə müəssisələrin nisbəti təşkilatların sayına görə 2004-cü ildə %-lə özəl 65,1, bələdiyyə 13,5, dövlət 5,3, ictimai və dini təşkilatların (birliklərin) 9,9, digər mülkiyyət formaları 6,1 olmuşdur.
Başqırdıstan konstitusiyası
Başqırdıstan Respublikası Konstitusiyası — Başqırdıstan Respublikasının ali qanunudur. Konstitusiya hökumətin milli çərçivəsini müəyyənləşdirir. Konsitutsiyanı ilk üç məcəlləsi hakimiyyətin ayrılmasının doktrinasını təşkil edir. Beləki, Başqırdıstan Milli Məclisindən ibarət qanunvericilik, hökumət başçısından ibarət olan icraçı və Ali Məhkəmə də başda olmaqla digər məhkəmələrdən ibarət məhkəmə hakimiyyətləri təşkil edir. Başqırdıstan Rusiya tərkibində olduğu üçün dövlətin qəbul etdiyi konsitutsiyaya diqqət edilir və bəzən mərkəz tərəfindən də təzyiqə məruz qalır. Məsələn 2014-cü ildə konsitutsiyaya edilən sonuncu dəyişikliklərdə "prezident" sözü konsitutiyadan çıxarıldı və yerinə "baş" əlavə edildi. Həmçinin konsitutiyada başqırd dili ilə əlaqədar qanunlara yerli hakimiyyət oraqanları tərəfindən əməl edilmir.
Başqırdıstan memarlığı
Başqırdıstan memarlığı — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ərazisində mövcud olan müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi. Ölkədəki ən qədim təsviri sənət abidələri Paleolit dövrünə aiddir. Bunlar Kap mağarasının qayaüstü rəsmləridir. Urqaz çayının axını boyunca yerləşən şəhər-qalalar Tunc dövrü abidələrindəndir. Soğdilərin istehsal etdiyi gümüş qablardan ibarət Avrüztamak dəfinəsi IX əsrin ikinci yarısı – X əsrin əvvəllərinə aiddir. Daş memarlığının erkən formalarına məqbərələr (keşene) (Bəndəbikə, XV–XVI əsrlər, Kuçargin rayonunun Maksyutovo kəndi yaxınlığında; Turaxana, XIV–XV əsrlər, Ufa yaxınlığında; Hüseynbəy, XIV əsr, 1911-ci ildə yenidən tikilmişdir, Çişmı rayonu) və daş mengirlər (Sterlibaşevo rayonunun Tabuldı kəndi yaxınlığında) aiddir. XVI əsrdə ağacdan dini tikililər meydana gəlmişdir (Baltaçevo rayonunun Starotuşkırovo kəndində məscid; XVI əsrin sonu – XVII əsrin əvvəli, 1891-ci ildə yenidən qurulmuşdur, usta K. Rəhmətullin). Başqırdıstan Rusiyaya ilhaq edildikdən sonra XVI əsrin ortalarından etibarən yerli ənənələrə rus memarlığının da təsiri olmuşdur. XVIII əsrdən Başqırdıstan ərazisində məscidlərin intensiv tikintisinə başlanılmışdır. Məsələn, 1701-ci ildə Starokuskuldino kəndində, 1724-cü ildə İmay-Utarovoda, 1725-ci ildə Qulyukovoda məscidlər tikilmişdir.
Başqırdıstan musiqisi
Başqırdıstan musiqisi — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Başqırdıstan mədəniyyətinin bir qolu. == Tarixi == Başqırdıstan ənənəvi musiqi mədəniyyətinin əsasını başqırd və tatar xalq yaradıcılığı təşkil edir. Başqırd şifahi peşəkar sənətinin formaları şair-müğənnilərin (yırau, sesen) və kurayda çalanların (kuraysı) yaradıcılığında yaranmışdır. XVIII əsrdə Başqırdıstanda mülkədar kapellaları ilə əlaqədar musiqi ifaçılığı formaları yayılmışdır. XVIII əsrin sonu – XIX əsrdə diyarın musiqi-teatr həyatına sürgün edilmiş polyak məskunlar təsir göstərmişlər. Onlar orkestr təşkil edir, musiqili tamaşalar qoyur, rəqs gecələri keçirir, musiqi dərsləri verirdilər. XIX əsrin ikinci yarısından Ufada aktiv musiqi həyatı inkişaf etmişdir: 1870–1880-ci illərdə skripkaçı D.N. Sevastyanovun rəhbərliyi ilə kvartet gecələri keçirilirdi; 1885–1906-cı illərdə simfonik orkestrin iştirakı ilə konsertlər verilirdi. Milli maarifçilik mərkəzlərindən biri 1906–1919-cu illərdə fəaliyyət göstərmiş "Qaliyə" mədrəsəsi idi; burada musiqi də tədris olunurdu. A.A. Alyabyevin "Asiya nəğmələri" və "Başqırd uvertürası" başqırd folkloru əsasında yazılmış ilk musiqi əsərlərindəndir. 1901-ci ildə A.T. Qreçaninov tərəfindən 50-yə yaxın başqırd nəğməsi işlənilmişdir.
Başqırdıstan mətbəxi
Başqırdıstan mətbəxi (Başq: башҡорт аш-һыуы) — başqırdların ənənəvi mətbəxi. Xalqın həyat tərzi onun mədəniyyətinin, ənənələrinin və başqırd mətbəxinin formalaşmasına imkan yaradırdı: kəndlərdə qışlama və isti yerlərdə yaşama rasiona və qidanın hazırlanmasının imkanında yeməklər daxil edirdi. == Ənənəvi yeməklər və məhsullar == Başqırd yeməkləri klassik ədviyyatların az miqdarıyla fərqlənir: yalnız qara və qırmızı istiotu istifadə olunur. Bütün isti yeməklərdə və qəlyanaltılarda ətin bolluğu başqırd yeməklərinin xüsusiyyətidir. "kazının" və at piyinə at kolbasasına başqırdların sevgisi ayrı diqqətə layiqdir: başqırdlar piyin qalın tikələriylə at ətini çox sevirlər. Köçəri həyat tərzi geniş bir sıra uzun müddətli saxlamanın məhsullarının formalaşmasına gətirib çıxardı. Qaynadılmış, qurudulmuş at əti əksəriyyət başqırd milli yeməyini təşkil edirdi. Qoyun əti, süd məhsulları, qurudulmuş giləmeyvələr, qurudulmuş dənlər, bal. Kazı (at kolbasası) kimi belə yeməklər nümunədir. === Üçparmaq === Beşbarmağın ənənəvi başqırd yeməyi qaynadılmış ətdən və salmı-dan (böyük doğranmış əriştənin növlərindən) hazırlanır, soğanla göyərtiylə bol-bol tökülür və gözəl dad verilir.
Başqırdıstan parlamenti
Başqırdıstan Respubliksası Qurultayı — Başqırdıstan Respublikasında ali və yeganə qanunverici orqan. Rusiya Federasiyasının parlamentarilərinin sayı ən çox olan subyektlərindən biridir, halbuki əhalisinin sayına görə federasiyanın orta həcmli regionlarındandır. Parlamentdə 110 deputat vardır.
Başqırdıstan qatarı
«Başqırdıstan» — keçmiş sürətli sərnişin qatarı (№ 039/040). Rusiya dəmir yollarına məxsus olan qatar, gün aşırı olaraq fəaliyyət göstərirdi. Ufa-Moskva-Ufa xətti ilə hərəkət edirdi. Qatarın yolda olma müddəti 26 saat idi. Xəttin nömrəsi 9/40-dır. Məsafə isə 1567 km-dir. 40 il öncə təsis edilmişdir. 1965-ci ildə «Başkiriya» adı ilə fəaliyyət göstərirdi. 1993-cü ildə isə adı «Başqırdıstan» olaraq dəyişdirilmişdir. İlk əvvəllər maşrut Ulyanovskdan keçirdi.
Başqırdıstan qızı
Başqırdıstan qızı (başq. Башҡортостан ҡыҙы) — Başqırd dilində aylıq buraxılan sovet və rus ədəbi və bədii jurnal, hədəf auditoriyası qadın və ailələrdir. == Tarixi == Jurnal, Sov.İKP Mərkəzi Komitəsinin Katibliyinin 22 mart 1967-ci il tarixli və Başqırd Regional Partiya Komitəsinin 1967-ci il 18 aprel tarixli qərarları əsasında 1 yanvar 1968-ci ildən nəşr olunur. 5 Noyabr 1991-ci ildən jurnalın təsisçiləri bunlardır: Başqırdıstan qurultayı, BR Hökuməti və " "Başqırdıstan qızı" jurnalının redaksiyası" Unitar Dövlət Müəssisəsi. 28 iyul 1995-ci il Başqırdıstan Mətbuat və Media Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. == Jurnalın təsviri == "Başqırdıstan qızı" jurnalının əsas proqramma məqsədi və vəzifələri oxucuları Başqırdıstan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatı ilə tanış etməkdir; bundan əlavə qadınların ictimai-siyasi həyatda iştirakı, mənəviyyat və tərbiyə problemləri, ailənin möhkəmləndirilməsi, insanlara və diyara sevginin artırılması mövzularını əhatə edir. Tərbiyə, təhsil, səhiyyə, mədəniyyət və əxlaq problemlərinə aid materiallar daim çap olunur. Jurnal qadın yazıçı və şairlərin əsərlərinə xüsusi diqqət yetirir. Jurnal Başqırdıstan xaricində yaşayan başqırdların həyatını da əks etdirir. Başqırdıstan Qızı jurnalının redaksiyasında aşağıdakı şöbələr yaradılmışdır: ictimai həyat, siyasət və təhsil; ədəbiyyat, mədəniyyət və incəsənət; məktublar, gənclər işi, tətbiqlər.
Başqırdıstan sənayesi
Başqırdıstan sənayesi — Başqırdıstan Respublikasının iqtisadiyyat sahələrindən biri. Başqırdıstan Respublikasının sənayesi Başqırdıstan Respublikasının Sənaye və İnnovasiya Siyasəti Nazirliyinin səlahiyyətlərinə aiddir. == Ümumi məlumat == Sənaye məhsulunun həcmi 640,4 mlrd. rubldur. (2009). Sənaye istehsalının sahəvi strukturu (2003, %-lə): yanacaq 37,7, maşınqayırma və metal emalı 17,3, kimya və neft-kimya 13,3, elektroenergetika 10,5, yeyinti 7,4, qara metallurgiya 2,8, əlvan metallurgiya 2,2, meşə, ağac emalı və sellüloz-kağız 2,1, tikinti materialları sənayesi 2, və s. Tuymazı, Şkapovo, Arlan və sair yataqlardan neft çıxarılır (əsas neftçıxarma şirkəti “Baş neft”dir). Aparıcı neft emalı müəssisələri: “Başneftexim” (RF-də ümumi neft emalının 10–12%-i), Novoufimsk neft emalı zavodu. Başqırdıstan özünü hasil etdiyi elektrik enerjisi ilə tamamilə təmin edir (Karmanov DRES-i). === Maşınqayırma === Maşınqayırma sahəsi gübrə maşınları, metalkəsən və ağac emalı dəzgahları, neft aparaturası, özüboşaldan maşınlar, avtobuslar, kimyəvi avadanlıqlar və kabel istehsalında ixtisaslaşır.
Başqırdıstan tarixi
Başqırdıstan tarixi — Başqırdıstanın keçmişi. == Ən qədim dövr == == Orta əsr tarixi == Başqırdların orta əsrlər tarixi əslən bir Başqırd olan X. E. Taqoyev və R. Kuzeyev tərəfindən də araşdırılmışdır. Başqırdlar haqqında ilk tarixi məlumatlar IX–X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar "başkort" və ya "başqırd" kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamış xanla Əmir Teymur arasında döyüş (1391-ci ilə Gündüzcə döyüşü) meydanına çevrilmişdi.
Başqırdıstan teatrı
Başqırdıstan teatrı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında olan sənət növlərindən biri. == Tarixi == Başqırdıstan ərazisindəki ilk teatr binası 1861-ci ildə Ufada, şəhər əhalisinin ianəsi hesabına tikilmişdir. 1885-ci ildə "Artistlərin və teatr sənətini sevənlərin Ufa yoldaşlıq cəmiyyəti" təsis edilmişdir. === İlk peşəkar teatr === İlk peşəkar teatr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı kimi yaradılmışdır. Teatrın truppasına aktyor, rejissor, dramaturq və teatr xadimi V. Q. Murtazin-İmanski rəhbərlik edirdi. 1922-ci ildə həmin teatr Ufa şəhərinə köçürülmüş və Başqırdıstan Dram Teatrı adlandırılmış; 1971-ci ildən isə başqırd mütəfəkkiri Məjit Qafurinin adını daşıyır. Başqırdıstanda teatrın inkişafında ilk başqırd rejissor və aktyorları R. Sırtlanov, B. Yusupova, Q. Uşanov, Q. Minqajev, Q. Karamışev, M. Maqadeyev, A. Zubairov və başqalarının böyük rolu olmuşdur. === Digər teatrlar === 1919-cu ildə Ufada Başqırdıstan Rus Dram Teatrı, 1932-ci ildə Kukla Teatrı, 1989-cu ildə Milli Gənclər Teatrı, 1991-ci ildə "Nur" tatar teatrı, 1938-ci ildə F. Qaskarov adına Dövlət Xalq Rəqs Ansamblı, 1992-ci ildə "Miras" xalq rəqs ansamblı; 1931-ci ildə Sibayda A. Mübarəkov adına Başqırdıstan Dram Teatrı, 1993-cü ildə "Sulpan" uşaq dram teatrı; 1946-cı ildə Sterlitamakda Rus Dram Teatrı, 1990-cı ildə Başqırdıstan Dram Teatrı, 1991-ci ildə Rəqs teatrı; 1933-cü ildə Salavat şəhərində dram teatrı, 1990-cı ildə Tuymazıda tatar dram teatrı fəaliyyət göstərir. == Festivallar == Sterlitamakda, Salavatda "Teatr baharı" festivalı, Ufada türkdilli teatrların beynəlxalq "Tuqanlıq" festivalı, həmçinin 1991-ci ildən F. Qaskarovun xatirəsinə rəqs kollektivlərinin, 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənətinin respublika festivalları, baletmeysterlərin və xalq rəqs ansambllarının respublika baxış-müsabiqəsi keçirilir.
Başqırdıstan təbiəti
Başqırdıstan çayları
Başqırdıstan çayları — Başqırdıstan Respublikasının ərazisindən axan bütün çayların məcmusu. == Ümumi xüsusiyyətləri == Respublikanın çayları əsasən iki çay hövzəsinə — Volqa və Urala aiddir. Respublikanın şimal-şərqindəki kiçik çayların yalnız bir hissəsi — yuxarı hövzələri olan Uy, Miass və digərləri Ob hövzəsinə aiddir. Ümumilikdə respublikada ümumi uzunluğu 57,366 kilometr olan 12 min 725 çay var. Belaya çaylarının sistemləri, Ural (Xəndəkləri ilə — Yanqelka, Böyük Qızıl, Xudolaz, Bolshaya Urtazymka və Tanalık) və Urals'ın ən böyük qolu — Sakmara çayı (Kurgashlı, Urman Zilair, Yalan Zilair, Bolshoy Servis və Maly Ikk) yağış axını yolları üç istiqamətdə — qərb, şərq və cənub. Eyni zamanda, Ağidel çay sistemi Başqırd Uralının qərb yamacını dağətəyi zonalar, Ural çay sistemi — şərq yamacları, Sakmara çay sistemi — Cənubi Ural köpük bölgəsi ilə qurudur. Respublikanın qərb hissəsindəki çaylar (eninə dizdən aşağıda Belaya çayı da daxil olmaqla) geniş Ural düzənliyinin incə dərələrinin dibi ilə axır və buna görə də sahilləri aşağı və kurs yavaş. Pribelskaya dağlıq düzən düzənliyində çay şəbəkəsinin sıxlığı 0,25-0,35 km / km², Ufa yaylasında isə 0,2-0,3 km / km² təşkil edir. Ağidel çayında illik axın (çayın axını) həcmi 30 km³, çayda. Ufa — 12,3 km³, çayda Sime — 4.3 km³, çayda.
Başqırdıstan şəhərləri
Başqırdıstan şəhərləri — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının şəhərlərinin siyahısı. == Həmçinin bax == Başqırdıstan Respublikasının inzibati bölgüsü == İstinadlar == == Ədəbiyyat == Атлас туристических ресурсов Республики Башкортостан. Уфа, 2007. 276 с. Вахитов Р. Города башкир средневековья Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine // Ватандаш. — 2016. — № 1. — С. 84—105. — ISSN 1683-3554. Хамидуллин С. И. К вопросу о названии средневековой Уфы Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine // Ватандаш.
Başqırdıstan ədəbiyyatı
Başqırdıstan ədəbiyyatı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında başqırd şair və yazıçıların Başqırdıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. == Tarixi == 1917-ci ilə qədər başqırd ədəbiyyatı tatar, daha sonra başqırd dillərində yaradılmış, folklor əsasında və regionun ümumtürk yazılı ədəbiyyatının təsiri ilə formalaşmışdır. Başqırd xalq ədəbiyyatı qəhrəmanlıq dastanları (kobayır), məişət mahnıları, nağıl və əfsanələrlə zəngindir. XIV əsrdən XX əsrin əvvəllərinə qədər şifahi poeziyanı sesenlər adlanan xalq şair və müğənniləri təmsil edirdilər. XVIII əsr başqırd seseni Salavat Yulayev öz yaradıcılığında folklorla yazılı ədəbiyyatın ənənələrini birləşdirmişdir. XIX əsr başqırd ədəbiyyatına həm sufizmin, həm də Avropa maarifçilik ideyalarının təsiri olmuşdur ki, bunun əsas aparıcıları M. Akmulla, M. Ümetbayev, Ş. Zəki idi. XX əsrin birinci rübündə başqırd və tatar ədəbiyyatının görkəmli nümayəndəsi M. Qafuri vətənpərvərlik poeziyasının əsasını qoymuşdur. Bu illərdə başqırd nəsri inkişaf etmiş, roman janrı formalaşmış (Xayri Qaynan, “Dönüş”, 1928; İ. Nasıri, “Kudey”, 1936), povest və hekayələr (M. Qafurinin sosial-psixoloji "Ləkələnmişlər" povesti, 1926; S. Agişin satirik povestləri, A. Vali, Q. Qumər, X. Dövlətşina və b.-nın əsərləri) yazılmışdır. İkinci dünya müharibəsi illərində poeziya daha çox inkişaf etmişdir. B. Bikbay (1909–68), H. Kərim, R. Niqməti (1909–59), S. Kulibay (1910–76), Q. Əmiri (d.
Azərbaycan–Başqırdıstan münasibətləri
Azərbaycan–Başqırdıstan münasibətləri — Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Rusiya münasibətlərinin tərkib hissəsidir. == Tarixi == Hər iki respublikanın ərazisi bir müddət Rusiya imperiyasının tərkibində idi. Daha sonra isə Azərbaycan müttəfiq respublika kimi, Başqırdıstan isə Rusiyanın subyekti kimi SSRİ-nin tərkibində olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Xüsusilə həmin dövrdə əsasən əsasən neft sahəsində inkişaf etmişdir. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Azərbaycan müstəqil dövlət kimi Rusiyanın subyekti olan Başqırdıstanla bir sıra mədəni, təhsil və s. əlaqələrə malikdir. == Diaspora == === Başqırdıstan azərbaycanlıları === Başqırdıstan Respublikasında Azərbaycan diasporu vardır.
Başqırdıstan Opera və Balet Teatrı
Başqırdıstan Opera və Balet Teatrı – 1938-ci ildə Başqırdıstanın Ufa şəhərində keçmiş Aksakov xalq evinin binasında (bina 1909–35-ci illərdə tikilmişdir) Başqırdıstan Dövlət Opera Teatrı kimi yaradılmış, 1941-ci ildən Opera və Balet Teatrı olmuşdur. Fəaliyyətə C. Paiziellonun “Gözəl dəyirmançı arvadı” operası ilə (başqırd dilində) başlamışdır. == Ümumi məlumat == İlk başqırd milli operası “Xakmar” (M.M. Valeyev) 1940-ci ildə tamaşaya qoyulmuşdur. Sonralar milli repertuara N.K. Çembercinin “Karluqas” (1941), X.Ş. Zaimov və A.E. Spadavekkianın “Akbuzat” (1942), N.İ. Peykonun “Ayxılu” (1953), Z.Q. İsmagilovun “Salavat Yulayev” (1955), “Şaura” (1963), “Agidelin dalğaları” (1972), “Ural elçiləri” (1982), R.A. Murtazinin “Fırtına” (1969), X.F. Axmetovun “Müa sirlər” (1970), S.A. Nizamutdinovun “Qara sular” (1989), “Ay tutulan gecə” (1996) operaları daxil edilmişdir. 1944-cü ildə N.A. Anisimova ilk milli baleti – L.B. Stepanovun “Durna mahnısı”nı səhnəyə qoymuşdur (sonralar tamaşa dəfələrlə təkrar olunmuşdur). N.Q. Sabitovun “Gülnazira” (1963), M.X. Axmetovun “Ay tutulan gecə” (1982), L. İsmagilovanın “Arkaim” (2005) baletləri teatrın uğurlu tamaşalarındandır. Teatrda müxtəlif vaxtlarda dirijorlar P.M. Slavinski, Q.X. Mutalov; xormeyster A.Q. Tixomirov; müğənnilər M.X. Xismatullin (həmçinin rej.), B.N. Valeyeva, X.L. Qalimov, Q.S. Xabibullin, M.Q. Saliqaskarova, A. V. Sutyagin, N.X. Allayarova, S.K. Qalimova, S.D. Xusnuyarov, X.Z. Mazitov, K.A. Valeyev, Z. Q. Maxmutov, R.A. Qareyev, N.Z. Abdeyev, S.A. Askarov, A.A. Abdrazakov; balet artistləri R.X. Nureyev, F.M. Nafikova, M.A. Tagirova, İ.X. Xabirov, Ş.A. Terequlov, L.S. Kuvatova, Y.Q. Uşanov, R.Q. Zaripov; xoreoqraflar F.A. Qaskarov, V.X. Pyari, K.D. Karpinskaya, Q.İ. Yazvinski, X.F. Mustayev, S.V. Dreçin; rejisorlar B.Q. İmaşev, Ş.M. Murtazina, R.A. Valiullin; rəssamlar M.N. Arslanov, Q.Ş. İmaşeva, V.İ. Plekunov işləmişlər. 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənəti festivalları keçirilir. == Şəkillər == == Mənbə == Başqırdıstan Opera və Balet Teatrı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.).
Başqırdıstan Respublika Ali Məhkəməsi
Başqırdıstan Respublika Ali Məhkəməsi ya da Başqırdıstan Respublika Yüksək Məhkəməsi — Rusiya Federasiyası Mühakimə Sistemi içərisində, Başqırdıstanda bölgə məhkəməsidir. == Tarixi == 1937-ci ildə Başqırd Mərkəz İdarə Heyəti, 1990-cı ildə Başqırd Sovet Sosialist Respublikası Yüksək Məhkəməsi olan, Başqırd ASSR Yüksək Məhkəməsi olaraq yenidən adlandırıldı. 1992-ci ildən bəri Başqırdıstan Respublikası Yüksək Məhkəməsi olaraq adlandırılır. == Kompozisiya == Başqırdıstan Yüksək Məhkəməsində 147 hakim işləyir. Yüksək Məhkəməsi hakimləri Rusiya Federasiyası Prezidenti tərəfindən namizəd göstərilir. Hakim olmaq üçün şəxsin Rusiya vətəndaşı olmağı, ən az 35 yaşında olmalı, hüquq təhsili və ən az 10 illik iş təcrübəsi vacibdir. == Tənqid == Yüksək Məhkəmə, müxtəlif mövzularda tənqidlərin mövzusu olmuşdur. Bunlar arasında Məhkəmə icra etmə səlahiyyətinə pis dərəcədə nəzarət olunub, Məhkəmə görüşmələrini ictimai rəy önündə gizli tutduğu üçün tənqid edilmişdir. Məhkəmə qərarları, fərdi hüquqların qorunamamasına görə də tənqid edilmişdir. Başqırdıstan Yüksək Məhkəməsi Başqırd dilindəki şikayətin qəbul edilməyəcəyi 100-dən çox qərar vermişdi.
Başqırdıstan Respublikası Arbitraj Məhkəməsi
Başqırdıstan Respublikası Arbitraj Məhkəməsi (başq. Башҡортостан Республикаһының Арбитраж суды) — Başqırdıstan Respublikası ərazisində məhkəmə hakimiyyətini həyata keçirən arbitraj məhkəmələri sisteminin məhkəmə orqanıdır. == Tarixi == 1922-ci ildə iqtisadi mübahisələri həll etmək üçün Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin yanında arbitraj komissiyası yaradıldı. 1935-ci ildə (1931-ci ildə digər mənbələrə görə) komissiya Başqırd Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin yanında Dövlət Arbitrajına çevrildi. 16 iyun 1992-ci ildə Başqırdıstan Respublikası Ali Sovetinin 12-ci iclasında Başqırdıstan Respublikası Ali Məhkəməsi yaradıldı.. 2001-ci ildən — Başqırdıstan Respublikasının Arbitraj Məhkəməsi adlandırıldı. Məhkəmənin vəzifəsi Başqırdıstan Respublikasının müəssisələri arasında əmlak və ticarət mübahisələrini həll etməkdir. 2004-cü ilə qədər, Başqırdıstan Respublikasının Arbitraj Məhkəməsində bir hakim üçün ortalama aylıq iş yükü 96 məhkəmə işidir (Rusiya Federasiyasında — ayda 55 iş). == Sədrləri == Adıqamov, Məhəmməd Kəmaləddinov (1921—) N. A. Tolstoy (1931—) Feodor Staymov Vasilyeviç (1936–1943) Hizatullin Niqamədcan Xəlilov (1943–1969) Fayzrahman Zaqafuranov (1969–1971) Kərəm Rəhmətullin (1971–1975) Asqad Şəmsuddinov Əhmodoviç (1975–1986) Əmir Dövlətşin Niqmatoviç (1986–1987) Vil Şayhuddinoc Xərisoviç (1987–2000) Fanil Safin Maqsudov (2000–2008) İqor Arsyonov Qennadoviç (2008–2020) == Ünvanı == Başqırdıstan Respublikası Arbitraj Məhkəməsi, Ufa şəhərində iki ünvanda, aşağıdakı ünvanlarda yerləşir: Oktyabr inqilabı küç, 63 A Salavat Yulayev prospekti, ev.7 == Etimadnaməsi == Rusiya Federasiyası Ali Məhkəməsinin səlahiyyətinə aid edilən hallar istisna olmaqla, Rusiya Federasiyasındakı arbitraj məhkəmələrinin yurisdiksiyasına aid olan bütün işlərə birinci instansiyada baxır; Qanunla müəyyən edilmiş qaydada əldə edilmiş hüquqi şəxs olmayan təşkilatlar, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan və fərdi sahibkar statusuna sahib olan vətəndaşların iştirakı ilə iqtisadi mübahisələri həll edir və digər işlərə baxır; Rusiya Federasiyası, Rusiya Federasiyasının təsis qurumları, bələdiyyələr, dövlət orqanları, yerli hökumətlər, digər qurumlar, vəzifəli şəxslər, statusu olmayan qurumların iştirakı ilə Rusiya Federasiyasının Arbitraj Prosessual Məcəlləsində və digər federal qanunlarda nəzərdə tutulmuşdur. Yenidən aşkar edilmiş hallara görə, onun qəbul etdiyi və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılır.
Başqırdıstan Respublikası Hökuməti
Başqırdıstan Respublikası Hökuməti — Başqırdıstan Respublikasının hökumətidir. Hökumət üç ayrı qoldan ibarətdir: qanunvericilik, icra və məhkəmə.
Başqırdıstan Respublikası Konstitusiyası
Başqırdıstan Respublikası Konstitusiyası — Başqırdıstan Respublikasının ali qanunudur. Konstitusiya hökumətin milli çərçivəsini müəyyənləşdirir. Konsitutsiyanı ilk üç məcəlləsi hakimiyyətin ayrılmasının doktrinasını təşkil edir. Beləki, Başqırdıstan Milli Məclisindən ibarət qanunvericilik, hökumət başçısından ibarət olan icraçı və Ali Məhkəmə də başda olmaqla digər məhkəmələrdən ibarət məhkəmə hakimiyyətləri təşkil edir. Başqırdıstan Rusiya tərkibində olduğu üçün dövlətin qəbul etdiyi konsitutsiyaya diqqət edilir və bəzən mərkəz tərəfindən də təzyiqə məruz qalır. Məsələn 2014-cü ildə konsitutsiyaya edilən sonuncu dəyişikliklərdə "prezident" sözü konsitutiyadan çıxarıldı və yerinə "baş" əlavə edildi. Həmçinin konsitutiyada başqırd dili ilə əlaqədar qanunlara yerli hakimiyyət oraqanları tərəfindən əməl edilmir.
Başqırdıstan Respublikası Mədəniyyət Nazirliyi
Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi — Respublikanın ərazisində mədəni irs obyektlərinin (mədəniyyət, incəsənət, kinematoqrafiya) qorunması, istifadəsi, təbliğ edilməsi və dövlət nəzarəti sahəsində dövlət mədəniyyət siyasəti və idarəetməsini həyata keçirən Başqırdıstan Respublikasının icra orqanıdır. == Faəliyyəti == Mədəniyyət Nazirliyi dövlətin mədəniyyət siyasətini həyata keçirir. Başqırdıstan Respublikasının hökumətinə mədəniyyət sahəsində qanunvericilik aktları və digər normativ hüquqi aktların hazırlanması üçün təkliflər hazırlayır və təqdim edir və həmçinin Respublikanın fəaliyyət sahəsindəki federal proqramlara iştirakı haqqında təkliflər verir. Teatr, musiqi, xoreoqrafiya və vizual incəsənət, kitabxana və muzey biznesinin, kinematoqrafiyanın, xalq sənətinin inkişafını təmin edir və tənzimləyir. 2012-ci ildə Başqırdıstan Respublikasının büdcəsindən mədəniyyətə yönəldilmiş vəsaitin miqdarı 2.135,7 milyon rubl / (2011-ci ildə 1,853 milyon rubl) təşkil edir. Peşəkar incəsənət Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyinin əsas və mühüm işlərindən biridir. 2013-cü ildə peşə sənətinin inkişafı və mədəniyyət və incəsənət müəssisələrinə kadrların hazırlanması üçün 100 milyon rubl ayrılmışdır.
Başqırdıstan Respublikası Qurultayı
Başqırdıstan Respubliksası Qurultayı — Başqırdıstan Respublikasında ali və yeganə qanunverici orqan. Rusiya Federasiyasının parlamentarilərinin sayı ən çox olan subyektlərindən biridir, halbuki əhalisinin sayına görə federasiyanın orta həcmli regionlarındandır. Parlamentdə 110 deputat vardır.
Başqırdıstanda aclıq (1921-1922)
1921-1922 illərin arasında baş vermiş Başqırdıstanda aclıq, müasir Başqırdıstan ərazisində Rusiya vətəndaş müharibəsi vaxtı baş vermiş. == Səbəbləri == Uzun müddət ərzində, vətəndaş müharibəsinin cəbhəsi Başqırdıstan ərazisində keçirdi. Cəbhənin hər iki tərəfi ölüsoyanlıq, oğurlama və dinc əhalinə qarşı başqa cinayyətlər törədirdi. Misal üçün, hökumət komissiyasının hesabatına görə, ancaq üç kantonda (Tamyan-Qatay, Böryən-Tüngəüer və Qıpçaq-Ete ırıu) 100 həyət zərər çəkmiş, 5377 ev sahibliyi yox edilmiş, 2826 yaşayış yeri tamamilə dağıdılmış və 50 min adamın çöreyi yox idi. Müharibə ərzində mal qaranın böyük hissəsi ya müsadirə olunub ya quru 1920-ci ildə acından ölüb. 1918 ildə aparılmış meşələrin millətləşdirilməsi isə sənayənə zərər vurub. Kənd təsərrüfatının sənayə güvvətləri məhv edilib. 1918-1920 illərin arasında aparılan prodrazvörstkanın nəticəsində, Başqırdıstandan faktiki olaraq qida resursları alınırdı, özəlliklə əhalinin əksəriyyəti əksinqilabi elan olunan başqırdlar olduğu rayonlardan. 1920-ci ilin yayında Başqırd MSSR-də hökumətə gələnlər ölkənin başqa hissələrindən idilər. Onlar apardığı prodrazvörstka vaxtı bütün biçin və hətta toxumlar alınırdı.
Başqırdıstanda enerji
Başqırdıstanda enerji — Başqırdıstan Respubilkasının iqtisadiyyatının əsas sahələrindən biri. Respublika üzrə fəaliyyətdə olan bütün enerji stansiyaların gücü 4 295 MVt təşkil edir. Başqırdıstanın enerji sahəsi daha çox hərtərəfliyi ilə diqqəti cəlb edir. Demək olar ki, bütün enerji istehsal növləri mövcuddur: İES, SES, KES,GES və DRES == Tarixi == Başqırdıstanda ilk elektrik stansiyası XIX əsrdə qurulub. 1 fevral 1898 -ci ildə 560 kilovatt gücündə olan Başqırd elektrik stansiyası işə düşümüş. 29 avqust 1931-ci ildə Ufada mərkəzi elektrik stansiyası istifadəyə verilmiş (MES). SSRİ-də, eləcə də Başqırdıstanda QOELRO (ölkənin elektrikləşdirmə planı) həyata keçirilmiş. 1958-ci ildən Başqırdıstan SSRİ-nin vahid elektroenergetika sisteminə qoşulmuş. Respublikada Ufim İEM-3, Kumertaus İEM tikilmiş. 90-cı illərdən ölkədə külək elektrik stansiyaları tikilməyə başlanıldı — «Vetroen» (Ufa), kiçik SES. XXI əsrin əvvələrində Başqırdıstan Respublikasında səkkiz kiçik və mikro SES-lər (50-700 KVt) tikilib istifadəyə verildi.
Başqırdıstanda islam
Başqırdıstanda monoetik dünyəvi dinlər yayılıb. Onlardan biri və geniş yayılmışı İslamdır. Başqırdıstanda islamın Hənəfi əqidəsi yayılıb. == Tarixi == İslamın Başqırdıstanda gəlməsində VIII-IX əsrlərdə müsəlman ölkələri ilə yaradılmış ticarət və iqtisadi əlaqələr böyük rol oynamışdır. Uraldakı ilk müsəlman arxeloji abidəsi Başqırdıstanın İşimbay rayonundakı Levaşov məzarlığındakı tapıntılardır. == Ədəbiyyat == Аминев З. Г., Л. А. Ямаева. Региональные особенности ислама у башкир. — Уфа, 2009. В память столетия Оренбургского Магометанского Духовного Собрания, учрежденного в г. Уфе.
Başqırdıstanda kənd təsərrüfatı
Başqırdıstanda kənd təsərrüfatı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının iqtisadiyyatının bir hissəsini təşkil edən əsas təsərrüfat sahələrindən biri. 2011-ci ilin məlumatlarına görə Başqırdıstanda kənd təsərrüfatı ümumi məhsulunun dəyəri 130,9 mlrd. rubl olmuşdur. Həmin göstəricidə heyvandarlıq məhsulu üstünlük 55,3%-lə təşkil edirdi. Kənd təsərrüfatı yerlərinin ümumi sahəsu 71,6 min km2 idi ki, bu da bütün ölkə sahəsinin 50%-ə qədəri deməkdir. Bunun da 52,7%-i şum yeridir. Kənd təsərrüfatının inkişafına əlverişli aqroiqlim şəraiti, ilk növbədə münbit torpaqlar imkan verir. Münbit torpaqlar olan qara torpaqlar və boz meşə torpaqları Başqırdıstan ərazisinin 60%-ini tutur. Ölkədə yem bitkiləri, taxıl (buğda, çovdar, arpa, yulaf), texniki bitkilər (şəkər çuğunduru, günəbaxan), kartof və tərəvəz əkilir. Heyvandarlıq ətlik-südlük heyvandarlıq, donuzçuluq, quşçuluq, ətlik-yunluq qoyunçuluq ilə təmsil olunmuşdur.
Başqırdıstanda nəqliyyat
Başqırdıstanda nəqliyyat — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında nəqliyyat və nəqliyyat növləri. == Dəmir yolu nəqliyyatı == Dəmir yolu nəqliyyatı Başqırdıstanın nəqliyyat sistemində həlledici rol oynayır və respublikanın yük dövriyyəsinin təqribən 40%-ini (neft, kimya yükləri, mineral gübrələr, qara metallar üstünlük təşkil edir), sərnişin dövriyyəsinin isə 30%-ini təmin edir. 2003-cü ildə ölkədəki dəmir yollarının ümumi uzunluğu 1458 km idi. Əsas dəmir yolu magistralı Samara – Ufa – Çelyabinskdir. == Avtomobil yolları == Bərkörtüklü avtomobil yollarının uzunluğu 22,1 min km-dir. Ən əhəmiyyətli avtomobil magistralları Samara – Ufa – Çelyabinskdir. Respublikanın hüdudlarında isə Ufa – Sterlitamak, Ufa – Beloretsk, Ufa – Birsk hesab olunur. == Su nəqliyyatı == Gəmiçilik üçün yararlı olan su yollarının uzunluğu 1080 km-dir. Əsas çay nəqliyyatı magistralı Ufa qolu olan Belaya çayıdır. Əsas çay portları Ufa və Birskdir.
Başqırdıstanda səhiyyə
Başqırdıstanda səhiyyə — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında səhiyyə. 2002-ci ildə Başqırdıstanda 481 ambulatoriya-poiklinika müəssisəsi, 41496 çarpayılıq 297 xəstəxana var idi. Əəhalinin hər 10 min nəfərinə 107 çarpayı düşürdü; 2003-cü ildə bütün ölkədə 16,7 min həkim işləyirdi ki, əhalinin hər 10 min nəfərinə 41 həkim düşürdü. Ümumi xəstələnmə hallarında tənəffüs orqanları xəstəlikləri 15,5%, həzm sistemi – 13,8%, qan dövranı – 12% təşkil etmişdir. Ölkənin əsas tibbi kurortları Aksakovo, Krasnousolsk, Şafranovo, Yanqantau və digərləridir. Ölkədə insan ölümlərinin əsas səbəbləri qan dövranı sistemi xəstəlikləri (63%); bədbəxt hadisələr, zəhərlənmə və travmalar (16%); bədxassəli şişlər (12%); tənəffüs orqanları xəstəlikləri (6%) təşkil etmişdir.
Başqırdıstanda turizm
Başqırdıstanda turizm — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.. Ölkənin Beloretsk rayonunda Belaya çayının sahilində olan “Agidel”, “Arski Kamen”, Ufa rayonunda olan “Vosxod”, Meleuz rayonundakı Nuquş su anbarının sahilində olan “Nuquş” turist bazaları ümumrusiya əhəmiyyətlidir. Cənubi Uralın və Uralönünün speleoloji təbiət abidələri Başqırdıstanda turizm üçün xüsusi əhəmiyyət kəsb edir. Başqırdıstan Milli Parkı ildə 30 min turist qəbul edir. Burada piyada, at və su turizmi növləri inkişaf etmişdir. Ölkə ərazisində karst mağaraları, o cümlədən Uralda ən böyük olan Kutuk-Sumqan mağarası var.
Başqırdıstanda təhsil
Başqırdıstanda təhsil — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının təhsil sistemi. Başqırdıstanda 3,3 min ümumtəhsil məktəbi, 76 orta ixtisas təhsili müəssisəsi, o cümlədən Ufada 1922-ci ildən fəaliyyət göstərən İncəsənət məktəbi və 1986-cı ildən fəaliyyət göstərən Xoreoqrafiya məktəbləri vardır. Ölkənin ən iri ali məktəbləri 1957-ci ildən fəaliyyət göstərən Başqırdıstan Dövlət Universiteti, 1930-cu ildən fəaliyyət göstərən Aqrar Universitet, 1932-ci ildən fəaliyyət göstərən Tibb Universiteti, 1948-ci ildən fəaliyyət göstərən Neft Texniki Universiteti, 1932-ci ildən fəaliyyət göstərən Aviasiya Texniki Universiteti; 1968-ci ildən Ufada fəaliyyət göstərən İncəsənət İnstitutu, 1970-ci ildən Ufada fəaliyyət göstərən Hüquq İnstitutu; 1952-ci ildən Birskdə, 1954-cü ildən isə Sterlitamakda fəaliyyət göstərən pedaqoji institutlar, 1983-cü ildən fəaliyyət göstərən Təyyarəçilərin Ali Hərbi Aviasiya Məktəbi və digərləri var. 1951–1987-ci illərdə Ufa Elmi Mərkəzi olmuş qurum sonradan Rusiya EA Ural Şöbəsinin Elmi Mərkəzi adlandırılmışdır. Bundan başqa ölkədə Rusiya EA-nın elmi tədqiqat institutları da var. Başqırdıstan Respublikası Hökumətinin İcra şöbəsinə daxil olan Təhsil Nazirliyi başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır.
Başqırdıstanda əkinçilik
Başqırdıstanda əkinçilik — Başqqırdıstan respublikasında başqırdlar və respublika əhalisinin məşqul olduğu kənd təsərrüfatı sahələrindən biri. == Əkinçiliyin şərtləri və mənşəyi == İqlim (Kontinental iqlim), təbii-ekoloji mühit (əsasən çöl, dağlıq lanşaft, bir qədər tayqa) şərtləri Başqırdıstan ərazisində tarixən köçəri təsərrüfatı şərtləndirirdi. способствовали тому, что на этой территории издавна велось кочевое хозяйство. Bununla belə Ural önü ərazilərdə baş verən uzun müddətli geoloji proseslər nəticəsində torpaq əmələgəlmə prosesi baş vermiş və nəticədə kənd təsərrüfatının inkişafına zəmin yaranmışdır. Cənubi Uralda əkinçilik hələ bürünc dönəmindən məlumdur. Bu zaman Uralönü bölgənin əhalisi kətmən əkinçiliyi ilə məşqul olurdular. Bunu təstiqləyən dəlillər Balanbaş, Tyubyak və Yelenov ərazilərində aşkarlanmışdır. Burada bürüncdən hazırlanmış kətmən, oraq və daş kir-kirələr aşkar edilmişdir. Başqırlar arasında əkinçilik ənənəvi təsrrüfat sahələrindən biridir. Onlar əsasən ekstensif tərərrüfata üstünlük verir.
Başqırdıstanın coğrafi mərkəzi
Başqırdıstan Respublikasının coğrafi mərkəzi — ölkənin ucqar nöqtələrindən eyni məsafədə yerləşən, mərkəzi nöqtə. Başqırdıstanın coğrafi mərkəzi Qafuri rayonunun şimalında, Ağidel və Zilim çayları arasında, Erek kəndindən şərqdə, Arxangel və Karmaskalı rayonları sərhəddinə yaxın ərazidə yerləşir. Ufa şəhərindən 67,5 km məsafədə yerlkəşir Bu nöqtə 2002-ci ildə Başqırdıstan Dövlət Universiteti Fiziki coğrafiya və Torpaq hidrologiyası kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Aufar Qareyev və kafedra asistenti Əzəmət Niqmatullin tərfindən müəyyən edilmişdir. 4 iyul 2009-cu ildə Şəjərə bayram günündə, yerli əhali tərəfindən xatirə oxu qoyulmuşdur. Abidədən bir qədər aralıda inanac xüsiusiyyəti daşıyan, yay daşı vardır. == Mənbə == "Volqaİnform" informasiya agentliyi В самом центре Башкирии установят стелу. Комсомольская правда. 8 июля 2009 г. Krasnousolsk kəndinin saytı Памятник станет местом паломничества туристов со всех городов.
Başqırdıstanın dövlət müstəqilliyi haqqında bəyannamə
Başqırdıstan dövlət müstəqilliyi haqqında bəyannamə (başq. Башҡортостандың дәүләт суверенитеты тураһында декларация) — ictimai-siyasi əsas prinsipləri və Başqırd SSR-nin dövlət quruluşlarını elan etmiş sənəd. Bəyannamə 11 oktyabr, 1990-cı il Başqırd ASSR Ali sovetinin III sessiyasında qəbul edilmişdir. == Bəyannamənin qəbul edilmə tarixi == 12 iyun, 1990-cı ildə RSFSR-ın xalq deputatlarının qurultayı Rusiya Sovet Federativ Sosializm Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannaməni qəbul etdi. Bu Bəyannamə, həmçinin SSRİ-in Qanunları "SSR ittifaqının və Federasiyanın subyektlərinin arasında səlahiyyətlərin ayrılması haqqında", "SSR ittifaqının iqtisadi münasibətlərinin əsasları haqqında, ittifaqlar və muxtar respublikalar" qanunda, Başqırd respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbulu üçün hüquq əsası oldu. 11 oktyabr, 1990-cı ildə Başqırd ASSR Ali sovetinin III sessiyasında respublikanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul olundu. Müharibədən sonrakı dövrdə Tatarıstanda və Başqırdıstanda neft çıxarılması sürətlə inkişaf etməyə başladı. Azərbaycan geoloqlarının və neftçilərinin səyi ilə bu regionlarda yeni neft yataqları kəşf edildi və istismara verildi. 70-80-ci illərdə nəhəng maşınqayırma və digər sənaye müəssisələri işə salındı. SSRİ dağıldıqdan sonra Tatarıstanda və Başqırdıstanda yerli xalqların idarəçilikdə daha fəal iştirak etməsi tələbləri gücləndi.
Başqırdıstanın dövlət quruluşu
Başqırdıstanın dövlət quruluşu — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Dövlət quruluşunun əsasları. Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının Dövlət hakimiyyəti orqanları sistemi 1993-cü ildə qəbul edilmiş Başqırdıstan Respublikasının Konstitusiyası ilə müəyyənləşir. Dövlət hakimiyyətini respublikanın prezidenti, Dövlət məclisi – Qurultay, Başqırdıstanın Nazirlər kabineti və respublika konstitusiyasına uyğun yaradılan digər hakimiyyət orqanları həyata keçirir. Başqırdıstan Respublikasının başçısı Rusiya Federasiyası Prezidentinin təqdimatına əsasən Dövlət məclisi tərəfindən səlahiyyətlər alan ali vəzifəli şəxs – Başqırdıstan Prezidentidir. Dövlət məclisi Qurultay adlanır və dövlət hakimiyyətinin ali qanunverici – təmsiledici orqanıdır. Birmandatlı seçki dairələri üzrə 5 il müddətinə seçilən 120 deputatdan ibarətdir. Deputatlar həm peşəkar daimi əsasda, həm də qeyri-daimi əsasda işləmək hüququna malikdirlər. Nazirlər kabineti (hökumət) dövlət hakimiyyətinin ali icraedici orqanıdır; prezident tərəfindən formalaşdırılır. Baş nazir Dövlət məclisinin razılığı ilə prezident tərəfindən təyin edilir.
Başqırdıstanın torpaq örtüyü
Başqırdıstanın torpaq örtüyü — yetərincə müxtəlifdir. Uralönünün şimalında çimli-podzollaşmış torpaqlarda cökə, bəzən də palıd və ağcaqayın qarışığı olan küknar-ağ şam qarışıq meşələri yayılmışdır. Cənuba getdikcə bunlar tünd-boz meşə və çimli-karbonatlı torpaqlarda zəngin meşəaltına malik və cökə, ağcaqayın, palıd, bəzən qarağacdan ibarət enliyarpaqlı meşələrlə, yerli meşələr isə çox vaxt ikincili çökəliklər, tozağacı meşələri və ağcaqovaqlıqlarla əvəz olunur. Başqırdıstanın düzənlik ərazisinin təqribən 50%-ini meşə-çöllər tutur. Uralönündə tünd-boz meşə torpaqlarında adalar şəklində yerləşən qarağac qarışıq palıd-tozağacı və cökə meşələri tipik və karbonatlı qaratorpaqlardakı taxıllı-müxtəlifotlu çəmən və müxtəlifotlu-şiyavlı bozqırlarla növbələşir. Uralarxasının meşə-çöllərində tozağacı və tozağacı-şamağacı meşələri, adi və cənub qaratorpaqlarında, bəzən şorakətvarı qaratorpaqlarda və şorakətlərdə şırımlı-topallı-şiyavlı çöllər, həmçinin çəmən və bataqlıqlar üstünlük təşkil edir. Başqırdıstanın cənubunda adi və cənub qaratorpaqlarında kolluqlu (qızılıakasiya, topulqa) və daşlı çöllər yayılmışdır. Bozqır sahələr, əsasən, şumlanmışdır. Çay dərələrində qızılağac meşələri, bataqlıqlar və subasar çəmənlər inkişaf etmişdir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur.
Başqırdıstanın ucqar nöqtələri
Başqırdıstanın Respublikasının ucqar nöqtələri. == Ucqar nöqtələr == Respublikanın ən ucar nöqtəsində abidə ucaldılmışdır. Abidə 12 oktyabr 2017-ci ildə Rusiya Coğrafiya cəmiyyətinin Başqırdıstan Respublikasındakı bölməsi tərəfindən açılmışdır. Eynilə respublikanın qərb nöqtəsində də bu cür abidə ucaldılmışdır. Abidə 27 oktyabr 2017-ci ildə ucaldılmışdır. sahəsi 143 000 km² . Uzunluğu şimaldan cənuba — 550 km, şərqdən qərbə — 430 km. == Ucar zirvələr == Respublikanın ən ucqar nöqtəsi Yamantau dağı (1640 m). Cənubi Uralda yerləşən yüksək nöqtə. İnzibati cəhətdən Rusiya Federasiyasının Başqırdıstan Respublikası Beloteski rayonu ərazisində yerləşir.
Başqırdıstan–Tatarıstan münasibətləri
Başqırdıstan–Tatarıstan münasibətləri — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ilə Tatarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Etnik quruluş etibarilə başqırdlar tatarlara yaxındırlar. Tarixi mənbələrə görə, başqırd-tatar əlaqələri hələ təxminən on min il əvvəl başlamışdır. 1552-ci ildə Kazan xanlığının süqutundan sonra hər iki türk boyu – tatar və başqırdlar ruslara qarşı birlikdə qiyam qaldırmış, lakin XVIII əsrin sonlarında rus hakimiyyətinə daxil olmaq məcburiyyətində qalmışlar. Bundan sonra hər iki respublikanın ərazisi Rusiya imperiyasının tərkibində olmuşdur. Dörd əsrlik bir dövrdə bir yerdə yaşayan başqırdlar və tatarlar bir-biriləriylə tamamilə qaynaşmışlar. Kazan şəhərindəki mədrəsələrlə Başqırdıstan şəhərləri olan Ufa, Orenburq, Kargah, Troyskiy, İsterlibaş və digər şəhər və qəsəbələrdəki mədrəsələr arasında təhsil və tədris üsulları baxımından demək olar ki, heç bir fərq yox idi. Təhsil işçiləri arasında tatarlar olduğu kimi, çoxlu başqırdlar da var idi. Onlar heç bir zaman ayrılıq və həsrət yaşamamışlar. Son dövrlərin tanınmış yazıçı, tarixçi və şairlərindən Həbibünnəccar, Zəki Vəlidi Toğan, Şeyxadə Babiç və digərləri əsərlərini başqırd dilində deyil, məhz tatar dilində qələmə almışlar.

Digər lüğətlərdə