BEZDİRMƏK

BEZDİRMƏK Şehli kəndinin dedi-qoduları, dağlarda gedən yersiz səngəri atışmaları Şamonu son dərəcə bezdirmişdi (S.Rəhimov); BAŞAĞRISI VERMƏK (dan.) [Sənəm:] Sağ ol, ay oğlum, daha bizi bağışla, hər şey oldu, qaçırıq üstünə, başağrısı veririk (M.İbrahimov); BEZAR ETMƏK Şəfqət bacısı yaxınlaşıb, hamını qışqırıq ilə bezar eyləyən bu əsgəri qaldırmaq istədi (Ə.Əbülhəsən); BIQDIRMAQ Tamara: Siz romanlarla danışırsınız. Məni də roman bıqdırıb (S.Rəhimov); CANA GƏTİRMƏK, BEZİKDİRMƏK Onun ruhunu əzmək, bezikdirmək, cana gətirmək və istənilən kağızlara qol çəkdirmək fikri ilə müstəntiq çox vasitələrə əl atdı... (M.İbrahimov); ÇƏRLƏTMƏK Bərbərzadə: Məni qocaltdınız, daha bəsdir, məni çərlətdiniz, daha bəsdir (S.Rəhman); QIR-SAQQIZ OLUB YAPIŞMAQ (fr.v.) Bir ağızucu söz demək, bir də qır-saqqız olub yapışmaq var (A.Şaiq); TƏNGƏ GƏTİRMƏK Bəstəkar: Vallah, Yusif müəllim, bizim qız məni təngə gətirib (X.Hasilova); USANDIRMAQ Məni candan usandırdı, cəfadən yar usanmazmı; Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? (Füzuli); ZARA GƏTİRMƏK Külək məni zara gətirdi (S.Rəhimov); ZƏHLƏSİNİ TÖKMƏK Qəndab: Dedim yəqin zəhləsini tökmüşəm (B.Bayramov); ZİNHARA GƏTİRMƏK Bu uzun gecə Mədətovu lap zinhara gətirmişdi (Ə.Əbülhəsən).

BEZDİRİCİ
BEZİKDİRİCİ

Digər lüğətlərdə