Mənbələrdə bürgə şəklində əks etdirilib. Burmaq feili ilə bağlıdır. Birəni məhv etmək üçün hökmən barmaqların arasında burublar. Ad da buradandır. Paxlalalı bitkilərin (noxud və s.) ümumi adı burcaq olub. Bu da bürümək sözü ilə bağlıdır. Onların üstü xüsusi pərdə (qabıq) ilə örtülü (bükülü) olduğu üçün belə adlandırılıb. Böyrək sözü də üstüörtülü anlamı ilə bağlıdır. Bu tip sözlər çoxdur. Mənbələrdə bu sözlə yanaşı, eyni mənada səgirtkiş (səgirtmək “sıçramaq” demək olub) kəlməsi də işlədilib. Özbəklər buna “burqa” (burma), türkmənlər isə “bürə” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)