Bu söz boynuz kimi də işlədilib. “Çıxıntı, şaxə” mənalarını əks etdirib. Tısbağa sözü münüz (buynuz) bağa kimi də qeydə alınıb. Burada buynuz “sümük” anlamındadır. Zənn edirəm ki, söz boyun və muz hissələrindən ibarət olub, “boyunun üstündəki sümük”, “çıxıntı” mənasını əks etdirib. Türkmən dilində buynuz yerinə, şax işlədilir, farscadır, şaxə sözü ilə kökdaşdır. Elə şaxə özü də çıxıntı anlamını verir. Başqa yozuma görə söz boyun” və uc (boyunun ucunda olan) kəlmələrinin birləşməsindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)