CIĞALI

cığası (cığa saçın alına və ya üzə düşmüş hissəsi) olan, artırması olan; kəkilli.
CIĞAXANIM
CİLVƏKAR
OBASTAN VİKİ
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Cığalızadə Yusif Sənan Paşa
Cığalızadə Yusif Sənan Paşa (1544, Messina, Siciliya – fevral 1606, Diyarbəkir) — 1591–1595 və 1599–1604 tarixlərində ümumilikdə 10 il kaptan-ı dərya, III Mehmed dönəmində 27 oktyabr 1596–5 dekabr 1596 tarixlərində ümumilikdə bir ay 9 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Cığalızadə Yusif Sənan Paşa 1545-ci ildə Siciliyanın Messina şəhərində əslən Genuyalı olan məşhur Cicala ailəsində dünyaya gəlmiş, əsl adı Scipione Cicala olmuşdur. 1560-cı ildə baş verən Cərbə dəniz döyüşü əsnasında atası ilə birlikdə Osmanlılara əsir düşərək İstanbula gətirilmiş, burada dəvşirilərək Əndəruna daxil olmuşdur. Burada Yusif Sənan adını götürmüş, ailəsi ilə bağlı olaraq isə tarixi qeydlərdə Cığalızadə olaraq qeyd edilməkdədir. Yusif Sənan Paşa əvvəlcə sarayda silahdar və qapıçıbaşı vəzifələrinə gətirildi. Daha sonra yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. 1583-cü ildə vəzirliyə yüksəldi və İrəvan bəylərbəyi təyin olundu. 1585-ci ildə Təbriz və Tiflisi mühasirəyə alan Səfəvilərə qarşı güclü müqavimət göstərmiş, 1591-ci ildə kaptan-ı dərya təyin edilmişdir. Sultan III Mehmedin Əyri Səfərinə komandan olaraq qatılmış, 26 oktyabr 1596 tarixində baş tutan Xaçoba döyüşündə göstərdiyi məharətə görə sədrəzəmliyə yüksəlmişdir. Ancaq döyüş meydanından qaçan sipahi dəstələrinə verdiyi sərt cəza tədbirləri və Krım xanı II Qazi Gəray xanı vəzifəsindən azad etməsi dövlət adamları arasında narazılıqlara yol açdı.

Digər lüğətlərdə