CAHANGİR

устар.
I
сущ. покоритель мира, завоеватель
II
прил.
1. покоривший, завоевавший мир (о государстве)
2. всемирно известный, с мировым именем. Cahangir şair всемирно известный поэт (поэт с мировым именем); cahangir ordu армия-завоевательница
◊ cahangirlər dünyası мир насилия
CAHANDİDƏ
CAHANGİRLİK
OBASTAN VİKİ
Sultan Cahangir
Sultan Cahangir (30 avqust 1569, Fatehpur-Sikri – 28 oktyabr 1627) — Böyük Moğol imperiyasının dördüncü imperatoru (1605—1627). Əkbər Şahin oğlu idi, onun əsl adı Səlim idi. Gənc yaşda atası Ekber tərəfindən taxta elan edildi. Amma 1599-cu ildə prezident sarayında olduğu zaman taxtına getmək istədikdən sonra o torpaqdan qovulmuşdu. Onu doğru yola gətirmək istəyən Ebulfazlı öldürdü. Atası ölüm yatağında onu təqib edəcəyini təsdiqlədi. 1605-ci ildə atasının ölümü ilə Selim "Cihangir" (Fars: dünyanın hökmranlığı) adı altında taxtına gəldi. 1569-cu ildə anadan olan Selim, atasının ölümündən sonra 1605-ci ildə "Nüreddîn Cihangir" adı ilə taxta gəldi. Lakin oğlu Hüsrev Sinclərin ətrafında toplaşaraq Punjabda üsyan etdi. Cihangir Şah Cullandar çayının kənarında qırıldı.
Səadət Cahangir
Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin köşə yazarı, şairə. Səadət Cahangir 8 yanvar 1968-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə və Hal kənd orta məktəblərində alıb. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1990-cı ildə BDU-nu bitirərək doğulduğu kəndə qayıdıb. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Bakıya köçüb. 1996-cı ildən etibarən "Azadlıq" qəzetində çalışır. 2001–2007-ci illər arasında BP neft şirkətində informasiya və redaktə işləri üzrə məsul işçi vəzifəsində çalışıb. 2007–2010-cu illərdə "Universe" tərcümə şirkətində redaktor kimi fəaliyyətini davam etdirib. Səadət Cahangirin atası Qabil Cahangirli, anası isə Ulduz xanımdır.
Şəhzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, Konstantinopol – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Cahangir Qaffari
Cahangir Qaffari (9 sentyabr 1940, Bakı) — Les Demons (1973), Dick Turpin (1974) və Qanlı idman (1988) filmləri ilə tanınan aktyor və kino prodüseridir. == Həyatı == 9 sentyabr 1940-cı ildə Bakıda Cənubi Azərbaycan kökənli ailədə dünyaya gəlmişdir. Türkiyəli aktrisa Gülsüm Kamu ilə evli olmuşdur. == Yaradıcılığı == Ailə bir müddətdən sonra İrana köçməyə məcbur olmuşdur və Cahangir Qaffari burada aktyorluq fəaliyyətinə başlamışdır. Tanınmış aktyor olan Cahangir 1960-cı illərdə İstanbula bacısını ziyarət etməyə gedərkən Yeşilçamdan iş təklifi almış və əsasən 1970-ci illərdə olmaqla, orada bir çox tanınmış filmə çəkilmişdir. O, Türkiyəyə Nasir Mələk, Beyk İmanverdi və İrəc Qədiri ilə birlikdə keçmişdir. O, Türkiyədə 1980-ci illərin sonuna qədər fəaliyyət göstərmişdir. Türkiyədən ayrıldıqdan sonra ABŞ-da Con Foster və Con Qaffari adları ilə filmlərə çəkilmişdir. 1988-ci ildə Jan-Klod Van Dammın Qanlı idman filmində kiçik ölçülü bir rol oynamışdır. 1983-cü ildə Hundra, 1984-cü ildə Sarı saç və qızıl qalası, 1990-cı ildə La kruz de İberiya filmlərinin prodüserliyini etmişdir.
Cahangir Müslümzadə
Cahangir Mövsüm oğlu Müslümzadə (21 noyabr 1945, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1985–1988), Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi (1978–1985). == Həyatı == Cahangir Mövsüm oğlu Müslümzadə 1945-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1971–1974-cü illərdə Azərbaycan SSR Rabitə Nazirliyinin Mətbuatı Yayan İdarəsində təlimatçı, Azərbaycan LKGİ 26 Bakı Komissarı Rayon Komitəsinin Komsomol təşkilatları şöbəsinin müdiri, komitənin katibi olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan LKGİ MK Komsomol təşkilatları şöbəsinin müdiri, Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin təlimatçısı vəzifələrində işləmişdir. Cahangir Müslümzadə 4 may 1978-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmiş və 16 dekabr 1985-ci ilədək bu vəzifədə çalışmışdır. Həmin dövrdə o, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş, Sumqayıt hadisələri ilə əlaqədar olaraq 16 mart 1988-ci ildə vəzifəsindən azad olunmuşdur. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Cahangir Müslümzadə IX, X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd olmuşdur. Cahangir Müslümzadə sonralar Azərbaycan Birgə Müəssisələr və Beynəlxalq Birliklər Assosiasiyasının vitse-prezidenti olmuş, 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı seçilmişdir. Ali Sovetin Dövlət suverenliyi, xarici siyasət və xaricdə yaşayan soydaşlarla əlaqələr daimi komissiyasının və Əfqanıstanda əsir düşmüş hərbi qulluqçuların — Azərbaycan Respublikası vətəndaşlarının işləri üzrə komissiyanın üzvü olmuşdur.
Cahangir Ağarəhimov
Cahangir Ağarəhimov (15 dekabr 1986, Sumqayıt) — Azərbaycanın şahmat qrosmeysteri. == Təhsili == Cahangir Ağarəhimov Bakı şəhəri 258 nömrəli orta məktəbi bitirmiş, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. == Karyerası == Cahangir Ağarəhimov Eltac Səfərli ilə birlikdə şahmatla məşğul olur. O, 2010-cu ilin avqustunda Baku Open turnirində qrosmeyster normalarını doldurmuşdur. Bu turnirdə qrosmeyster Nataliya Jukova və Davit Jojuaya qalib gəlmişdir. Bundan sonra isə 2013-cü ilin iyun ayında Aluştada keçirilən iki turdan ibarət reytinq turnirində qələbə qazanıb. O, əvvəllər Beynəlxalq Usta titulunu almadan qrossmeyster olmuş nadir şahmatçılardan biridir. 2014-сü ilin fevralından qrosmeyster titulunu qoruyub saxlamışdır. Şahmatçı kimi hazırda qeyri-aktivdir. Onun sonuncu yarışı 2014-cü ilin yanvarında Rustavidə keçirilən turnir olub.
Cahangir
Cahangir — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cahangir Əsgərov — AZAL-ın sədri və AAAF-ın prezidenti.
Cahangir Abdullayev
Cahangir Məmməd oğlu Abdullayev (1 may 1901, Yelizavetpol – 4 yanvar 1973, Bakı) — Azərbaycan sovet terapevti, kardioloq, Azərbaycan SSR EA akademiki (1968), Azərbaycan SSR əməkdar elm xadimi (1940) == Həyatı == Cahangir Məmməd oğlu Abdullayev 1901-ci il may ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. Gəncədə klassik gimnaziyada təhsil almış, 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. 1926–1932-ci illərdə Leninqradda (Sankt-Peterburq) diplomdansonrakı təhsilini davam etdirmişdir. C. Abdullayev 1936-cı ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmiş, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüşdür. C. Abdullayev 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. C. Abdullayev Azərbaycan Dövlət Tibb İnstitutunun Hospital terapiyası kafedrasının assistenti kimi (1932) əmək fəaliyyətinə başlamış, həmin kafedranın müdiri (1943–1973) vəzifəsində çalışmışdır. C. Abdullayevin rəhbərliyi ilə Elmi-Tədqiqat Kliniki Eksperimental Təbabət İnstitutunda kardioloji şöbə yaradılmışdır (1961). == Elmi naliyyətləri == C. M. Abdullayev kardiologiya sahəsi üzrə beynəlxalq aləmdə tanınmış görkəmli elm xadimlərindən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini diyar patologiyası, hematologiya, ateroskleroz xəstəliklərinin, ürək-damar sistemi patologiyasının etiologiyası, patogenezi, klinikası, profilaktika və müalicəsi, eləcə də neft sənayesi işçilərində peşə xəstəlikləri probleminin, neft karbohidrogenlərinin ürək-damar sisteminə və qanın laxtalanmasına göstərdiyi təsirlərin öyrənilməsi, ürəyin işemik xəstəliyinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası, müasir müalicə və profilaktika üsullarının araşdırılmasını təşkil etmişdir. Alim həmçinin strofantinin damargenişləndirmə təsirini müəyyənləşdirmiş, miokard infarktı xəstəliyinin müalicəsində ondan geniş istifadə etmişdir.
Cahangir Allahverdiyev
Allahverdiyev Cahangir İbrahim oğlu (6 sentyabr 1938, Poladlı, Gədəbəy rayonu) — azərbaycanlı kimyaçı. == Həyatı == Allahverdiyev Cahangir İbrahim oğlu 6 sentyabr 1938-ci ildə Gədəbəy rayonunun Poladlı kəndində anadan olmuşdur. 1946-cı ildə öz kəndlərində məktəb olmadığından qonşu Böyük Qaramurad kəndində Füzuli adına orta məktəbə getmiş, 1956-cı ildə isə həmin məktəbi bitirib ali təhsil almaq üçün Bakı şəhərinə gəlmişdir. Sənədlərini M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna vermişdir. О, həmin institutun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində öz istedad və bacarığı ilə fərqlənmişdir. 1961-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra perspektivli məzun kimi təyinatla Azərbaycan Neft Layihə İnstitutuna mühəndis-texnoloq vəzifəsinə işləməyə göndərilmişdir. Pedaqoji fəaliyyətə olan həvəsi onu 1962-ci ildə məzunu olduğu M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna qaytarmışdır. О, müsabiqə yolu ilə həmin instituta müəllim qəbul olunmuşdur. Daha səmərəli elmi-tədqiqat işi ilə məşğul olmaq üçün 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri institutunun analitik kimya laboratoriyasına elmi işçi düzəlmişdir.
Cahangir Aslanoğlu
Cahangir Aslanoğlu (27 noyabr 1919, Bakı – 16 yanvar 1998, Bakı) — Aktyor. Ssenari müəllifi. == Həyatı == Cahangir Aslan oğlu Məmmədov 27 noyabr 1919-cu ildə Bakı şəhərində anadan olub. "Sönməyən ulduzlar" Assosiasiyasının ilk sədri olub. Əməkdar mədəniyyət işçisidir. 1997-ci ildə Azərbaycan Satira və Yumor Cəmiyyətini yaradıb. Cəmiyyətin ilk sədri olub. Cahangir Aslan oğlu Məmmədov 1998-ci ildə Bakı şəhərində vəfat edib. == Filmoqrafiya == Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: poçtdakı adam Bağçada Rahat Yer (1978) Asif, Vasif, Ağasif (film, 1983) Gənc qadının kişisi (film,1988) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Çalışan adam (film, 1996) Dantenin yubileyi (film, 1978) Əgər bir yerdəyiksə (film, 1975) Gənc qadının kişisi (film, 1988) Günlərin bir günü...
Cahangir Babayev
Cahangir Elman oğlu Babayev — Azərbaycan Milli Karate Federasiyası Hakimlər komitəsinin sədri, Avropa Hakimlər Komissiyasına üzvü, Beynəlxalq hakim, Əməkdar məşqçi, Tokio Olimpiadasında karate yarışlarının baş hakimi, "Qaraqaplan" klubunun aparıcı məşqçilərindən olan, 5-ci dan qara kəmər sahibi. == Həyatı == Cahangir Elman oğlu Babayev 10 avqust 1974-cü ildə Bakı şəhərində anadan olub. == Beynəlxalq Fəalliyət == Beynəlxalq hakim, Azərbaycan Milli Karate Federasiyasının Hakimlər komitəsinin sədri Cahangir Babayev 2019-cu ildə Belarusun paytaxtı Minskdə 2-ci Avropa oyunlarının karate yarışlarını idarə edən hakimlərdən biri olacaq. Avropa Karate Federasiyası hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib. Azərbaycan karateçiləri 30 aprel — 2 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirində mübarizə aparacaqlar. Lissabonda Premyer liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq. Karate üzrə azərbaycanlı beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Hakimlər Komissiyasına üzv seçilib. Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Beynəlxalq Bankının kuboku uğrunda karate üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirə baş hakimliyi beynəlxalq dərəcəli hakim Cahangir Babayev etmişdir.
Cahangir Baxışov
Cahangir Bağırov
Cahangir Bağırov və ya Vladimir Bağırov (6 oktyabr 1919 – 5 iyun 1943) — Təyyarəçi, "Lenin" ordeni laureatı == Həyatı == Mircəfər Bağırovun böyük oğlu olan Cahangir atası ilə Həştərxanda işləyərkən ailə quran zadəgan qız Mariyanın nikahından 6 oktyabr 1919-cu ildə dünyaya gəlmişdir. 1926-cı ildə anası vəfat etmişdir. Cahangir 1938-ci ildə Bakı aeroklubundan məzun olub. Eysk hərbi-dəniz məktəbində və Taşkənt hərbi məktəbində oxuyub. İkinci dünya müharibəsində Hərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi olaraq iştirak edib. Moskva ətrafı döyüşlərdə iştirak edib. 1942-ci ildə Serpuxov ətrafındakı döyüşdə yaralanıb. 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 40-cı qırıcı hava qüvvələri qvardiyasında (2-ci Hava Qüvvələri Ordusu, 8-ci qırıcı hava diviziyası, Voronej cəbhəsi) döyüşüb.
Cahangir Cahangirov
Cahangir Cahangirov (20 iyun 1921, Balaxanı, Bakı qəzası – 25 mart 1992, Bakı) – bəstəkar, pedaqoq, xormeyster, Azərbaycan SSR xalq artisti (1963). Solist, xor və simfonik orkestr üçün "Arazın o tayında" vokal-simfonik poemasının (1949), "Dostluq haqqında mahnı" (1956), "Füzuli" (1959), "Nəsimi" (1973) kantatalarının, "Sabir" (1962), "Hüseyn Cavid-59" (1984), "Böyük qələbə" (1985) oratoriyalarının, "Azad" (1957), "Xanəndənin taleyi" (1978) operalarının , "Yenilməz batalyon" (film 1965) , "Dəli kür"(film 1969) və s. bədii filmlərinə yazılmış musiqi nümunələrinin müəllifidir . Yaradıcılığında xor musiqisi janrı əsas yer tutur. == Həyatı == Balaqədeş Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Cahangir Gözəlov
Cahangir Rəcəb oğlu Gözəlov (16 dekabr 1909, Ağdam rayonu, Şıxbabalı kəndi – 7 sentyabr 1999, Bakı) – yazıçı, publisist, felyetonçu. 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkldar mədəniyyət işçisi (1969), Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatı lauriyatı (1977). Rəcəb Gözəlovun oğludur. == Həyatı == 1909-cu il, dekabrın 16-da Yelizavetpol quberniyasının Şuşa uyezdinin (indiki Ağdam rayonu) Şıxbabalı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə aldıqdan sonra Bakıda Müəllimlər Seminariyasını bitirmişdir. Azərbaycan Tibb Universitetini III kursadək oxumuş, ancaq səhhətinə görə təhsilini davam etdirə bilməmişdir. Baş mətbuat idarəsində bir müddət müvəkkil işləmiş, yeni pedoqoji sahədə fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsində redaktor (1935), Culfa beynəlmiləl dəmiryol orta məktəbində direktor (1936–1937), Ağcabədi rayon maarif şöbə müdiri (1938–1939), İsmayıllıda Diyallı kənd orta məktəbində direktor (1939–40), "Pioner" jurnalında məsul katib (1941), Ağdam 5 saylı beynəlmiləl orta məktəbində dərs hissə müdiri (1941–42) işləmişdir. 1942-ci ildən təqaüdə çıxanadək (1972) fasiləsiz olaraq "Kommunist" qəzetində çalışmışdır. 1999-cu il sentyabrın 7-də Bakıda vəfat etmişdir.
Cahangir Hacıyev
Cahangir Fevzi oğlu Hacıyev (26 oktyabr 1961) — Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri (27 mart 2001–2 aprel 2015).; Bakı Futbol Federasiyasının prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü == Həyatı və fəaliyyəti == Cahangir Hacıyev Azərbaycan Dövlət Universitetində təsil almış və təhsilini 1986-cı ildə başa vurmuşdur. 1993-cü ildə Austində Texas Universitetində MBA dərəcəsinə və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir. Cahangir Hacıyev 1993–1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləmişdir. 1995-ci ildə o, Azərbaycan Beynəlxalq Bankında işə başlamışdır. Cahangir Hacıyev səhhətində olan problemləri əsas gətirərək vəzifəsindən istefa verib. 18 mart 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. === Həbsi === 5 dekabr 2015-ci ildə C. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Cahangir Hacıyev və digər 7 nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurdu. 14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevə hökm oxudu. Cahangir Hacıyev 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olundu və əlavə olaraq, Azərbaycan Beynəlxalq Bankının xeyrinə ondan 63 milyon manat, "AqrarKredit" ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verildi.
Cahangir Hüseynov
Cahangir Hüseynov (10 aprel 1953, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı (2000–2005). == Həyatı == Hüseynov Cahangir Hüseyn oğlu 1953-cü il aprel ayının 10 da Bakı şəhərində hüquqşünas ailəsində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi tərifnamə ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və VVAQ idarəsində kargüzarlıqdan başlamış sonra isə Bakı şəhər 8-ci Notariat kontorunda hüquq məsləhətçisi işləmişdir. Bakı Dövlət Unversitetinin hüquq fakültəsinə daxil olmuş, buranı 1978-ci ildə əla qiymətlərlə bitirib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işləməyə göndərilmişdir. 1978–1983-cü illərdə Bakı şəhər 26 Bakı komissarı adına rayon (indiki Səbail) Daxili İşlər şöbəsinə müstəntiq, 1983–1985-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayonunda istintaq şöbəsinin rəisi vəzifəsində işləmişdir. İşdə göstərdiyi nailiyyətlərə görə mükafatlandırılmış və Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Ali Akademiyasının 1-ci fakültəsinə göndərilmişdir. 1987-ci ildə Hüquq Mühafizə orqanlarında rəhbər kadrların hazırlanması fakültəsini fəqrlənmə diplomu ilə bitirmişdir. O, respublikada bu ixtisasda olan yeganə mütəxəsisdir. İşlədiyi dövrdə Sankt-Peterburqda SSRİ Baş Prakrorluğunun Prakrorluq və istintaq işçilərinin təkmilləşdirmə instutunu SSRİ Daxili İşlər Nazirliyinin Moskva şəhərində iki akademik ali kurslarını bitirmişdir. O, SSRİ Daxili İçlər Nazirliyinin fəxri fərmanı vı akademiyanın fəxri medalı ilə təltif olunmuşdur.
Cahangir Həsənağa
Cahangir Həsənağa oğlu Zeynallı — Azərbaycan kinorejissoru və ssenaristi, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakıda anadan olub. ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb Hal-hazırda Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində dərs deyir. == Filmoqrafiya == 20 yanvar (film, 1990) Arzuya doğru (film, 1983) Azərbaycan SSR (film, 1978) Azərelektromaş (film, 1992) Dostlar görüşəndə (film, 1980) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Əbədi iz (film, 1985) Əbədiyyət yolu (film, 1987) Əlaqə (film, 1989) Əsrin kontraktı (film, 1996) Fikrət Əmirov (film, 1985) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Gələcəyin qurucuları (film, 1982) Həyat mübarizədir (film, 1987) İlişdim (film, 1983) İlk zirvələr (film, 1988) İntizar (film, 1986) İstirahət gecəsi (film, 1982) Jonqlyor (film, 1986) Qaçqınlar (film, 1994) Qəhrəmanların izi ilə (film, 1975) Qobustan (film, 1991) Nə haqla? (film, 1983) Neft çağırır (film, 1980) Özünü ifşa (film, 1986) Pərdə arxasında (film, 1987) Səfillər (film, 1985) Sirk mənim həyatımdır (film, 1978) Solmaz bir bahar kimi (film, 1979) Son söz (film, 1981) Söz gəncliyindir (film, 1987) Spartakiadanın startları (film, 1983) Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) Şeir mənim üçün bir kainatdır (film, 1984) Şəfa nöqtələri (film, 1977) == İstinadlar == == Mənbə == Rzayeva, M. “Yalnız özümüzə arxalanmalı” //Ədəbiyyat.- 1991.- 19 iyul.- səh. 2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Cahangir Həsənzadə
Cahangir Həsənzadə (4 avqust 1979, Bakı) — Azərbaycanlı futbolçu. == Həyatı == Cahangir Həsənzadə 4 avqust 1979-cu ildə Bakıda anadan olub. == Karyera == Əvvəlki klubları: MOİK Bakı, Fərid Bakı, Şəfa Bakı, Volın Lutsk FK, Tavriya Simferopol İK, Neftçi, Qarabağ, İnter Bakı. 2008-ci ildən Qəbələdə çıxış edir. 2015-ci ildə karyerasını bitirdi Azərbaycanın olimpiya və əsas yığma komandalarının daimi üzvlərindən biri olub. == Uğurları == İkiqat Azərbaycan çempionu (Neftçi — 2005, İnter Bakı — 2008) Azərbaycan çempionatının gümüş mükafatçısı (Neftçi — 2001) Azərbaycan kubokunun üçqat qalibi (Neftçi — 1999, 2001, Qarabağ — 2006).
Cahangir Kərimov
Kərimov Cahangir Abbas oğlu (18 iyul 1923, Bakı, Azərbaycan SSR, SSRİ – 22 fevral 2015, Moskva) — görkəmli Rusiya hüquqşünası, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının (REA) (1966-cı ildən) müxbir-üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) (1967-ci ildən), Sirbiya Elmlər və İncəsənət Akademiyasının, Finlandiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elmlər və İncəsənət Akademiyasının, Rusiya İctimai Elmlər Akademiyasının, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının, Rusiya Federasiyasının Siyasi Elmlər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Qonkonq Beynəlxalq Hüquq və İqtisadiyyat İnstitutunun Fəxri prorektoru, SSRİ Dövlət Mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatları İnstitutunun, Moskva Dövlər Hüquq Akademiyasının Baş Elmi işçisi, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər şöbəsinin üzvü. == Həyatı == Cahangir Kərimov 1942-ci ildə Bakı Zenit artilleriyası hərbi məktəbini bitirdikdən sonra Zaqafqaziya cəbhəsinə göndərilir və Böyük Vətən müharibəsinin iştirakçısı olur. 29 may 1946-cı ildə Ordu sıralarında tərxis olunur. 1946-cı ildə Ümumittifaq Hüquq Qiyabi İnstitutunu bitirir, 1950-ci ildə namizədlik, 1961-ci ildə doktorluq dissertasiyalarını müdafiə edir. 1965–1969-cu illərdə — Leninqrad Dövlət Universitetinin prorektoru vəzifəsində çalışır. 1989–1991-ci illərdə — SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü. Hüquq elminin, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsinin fəlsəfi problemləri üzrə mütəxəssisdir. Elmi işləri Ümumi hüquq nəzəriyyəsi(hüquq sosiologiyası və hüquq fəlsəfəsi), qanunverici texnika, hüquq psixologiyası, hüquqi kibernetika, hüquq pozuntularının kompleksi profilaktikasına həsr edilib. SSRİ-nin, xarici ölkələrin orden və medalları ilə təltif olunub. Cahangir Kərimov 700-də artıq elmi broşür, məqalə, 40 monoqrafiyanın müəllifidir.
Cahangir Mehdi
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . == Həyatı == Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Cahangir Mehdiyev
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . == Həyatı == Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Cahangir Mirzə
Müizəddin Cahangir bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı, bəy. == Həyatı == Cəlaləddin Əli bəyin və Sara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lakin vəziyyət bir müddət sonra dəyişdi. Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi. Bu mübarizə iki ilə qədər davam etdi. 1452-ci ildə Baburun hücumundan qorxan Cahanşah sülhə can atmağa başladı. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olurdu. Lakin Ağqoyunluların əzəli rəqibi olan qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar.
İlqar Cahangir
İlqar Cümşüd oğlu Cahangir — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti. İlqar Cümşüd oğlu Cahangir 30 noyabr 1967-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Teatr fəaliyyətinə ilk dəfə 1991-ci ildə Kamera Teatrında başlamış və 2009-cu ilə qədər orada fəaliyyət göstərmişdir. Sonra bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş və oradan ayrıldıqdan sonra müstəqil "Oda" teatrının aktyoru olmuşdur. Dram və kino aktyoru kimi film, serial və reklamlarda çəkilir. Evlidir.
Şahzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, Konstantinopol – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Eldar Cahangirbəyov
Cahangirbəyov Eldar Xanlaroviç — Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyat == Cahangirbəyov Eldar Xanlaroviç Bakı şəhərində doğulmuşdur. 5 mart 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" adına layiq görülmüşdür.
Elçin Cahangirli
Elçin Məmiyev (28 yanvar 1966, Masallı rayonu) — Azərbaycan televiziya rejissoru və aktyoru. == Həyatı == Azərbaycanın ilk teleserial rejissoru Elçin Təvəkkül oğlu Məmiyev 28 yanvar 1966-cı ildə Masallı rayonu, Qasımlı kəndində Müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra, incəsənət universitetinin aktyorluq fakültəsinə daxil olub. Tələbəlik illərində gənc aktyor kimi Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində müxtəlif rollar oynayıb. 1988-ci ildə ali təhsilini başa vurub. Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkdiyi "Leyli və Məcnun" bədii televiziya filmi ilk rejissorluq işidir. 1990-cı illərdə "iynə-sap", "səs", "qorxma atəş aç!" və sair televiziya filmləri ilə tamaşaçıların və sənətşünasların böyük rəğbətini qazanıb. 1992-ci ildə Salam Qədirzadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkdiyi və xalq artisti Arif Quliyevin baş rolda oynadığı "Bığ əhvalatı" televiziya filmidir. 1994-cü ildə "Sənət" mükafatına layiq görülüb. Elçin Məmiyevin "Yanmış körpülər", "Oyunçu", "Susmuş vicdan", "Sevginin Göz Yaşları", "Boyunbağı" teleserialları onun özünün də aktyor kimi oynadığı rejissorluq işlərindəndir.
Fikrət Cahangirov
Fikrət Cahangirov Fətiş oğlu (1 aprel 1971, İsmətli, Puşkin rayonu) — filologiya elmləri doktoru, professor. Azərbaycan Dillər Universiteti Təhsil fakültəsinin dekanı, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru. == Həyatı == 1971-ci il aprelin 1-də Biləsuvar rayonu İsmətli kəndində anadan olub. 1978–1988-ci illərdə İsmətli kənd orta məktəbində təhsil alıb. 1989–1991-ci illərdə orduda hərbi xidmət edib. 1992–1997-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini "İngilis və fransız dilləri müəllimliyi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında müəllim işləyib. 1998–2000-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olub. 2001–2007-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında baş müəllim, dosent və eyni zamanda Roman-german filologiyası fakültəsinin dekan müavini vəzifələrində işləyib. 2001–2006-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı olub.
Hüseyn Cahangirov
Hüseyn Yolçu oğlu Cahangirov (24 avqust 1949, Kiçik Məzrə, Basarkeçər rayonu – 4 aprel 2004, Özbəkistan) – polkovnik-leytenant, Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini. == Həyatı == Cahangirov Hüseyn 24 avqust 1949-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin ildə də Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə ADU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüseyn Cahangirov universiteti bitirdikdən sonra bir müddət hərbi xidmətdə zabit kimi qulluq etmişdir. 1974-cü ildə Kiçik Məzrə kənd orta məktəbində fizika müəlimi kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Özbəkistana getmiş Daşkənd şəhərində Daxili İşlər orqanlarında işə qəbul edilmişdir. Hüseyn Cahangirov Özbəkistanda aşağı vəzifədən başlayaraq polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş və sonralar Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini işləmişdir. 4 aprel 2004-cü ildə Özbəkistan Respublikasında vəfat etmiş və Daşkənd şəhərində dəfn edilmişdir. == Ailəsi == Hüseyn Cahangirovun üç oğlu, bir qızı var.
Mirzə Cahangir xan
Mirzə Cahangir xan (12 oktyabr 1870, Şiraz – 4 iyun 1908, Tehran) – İranın görkəmli ictimai xadimi və yazıçısı, "Suri-İsrafil" jurnalının redaktoru. Ahmad Seyf, Journalism at the time of the Constitutional Revolution (روزنامه نگاری در عصر مشروطیت), Sur-e Esrāfil: A Spark in Darkness (صوراسرافیل: جرقه ای در تاریکی), in Persian, Niaak — Notes of Ahmad Seyf, Monday, July 3, 2006 on Blogspot.com Moghdad Rouhani, Commissioner of The Secret Society in Najaf (مامور "انجمن سري" در نجف), in Persian, Zamāneh Monthly, No. 35, 1384/2005. Re-published in Bāshgāh-e Andi'sheh (The Contemplation Club). Bashgah.net Arxivləşdirilib 2009-01-07 at the Wayback Machine Naser od-Din Parvin, Mirza Jahangir Khan Shirazi (Sur-e Esrāfil), Thursday, July 27, 2006 on BBC Mirza Jahangir Khan Sur-e Esrafil, July 19, 2008 on YouTube (7 min 11 sec).
Mirzə Cahangir xan Qaşqay
Mirzə Cahangir xan Qaşqay (1822-1906) — İslam alimi, müctəhid. Böyük fəqih, tanınmış filosof Ayətullah Cahangir xan Qaşqayi hicri-qəməri təqvimi ilə 1243 (1822)-cü ildə İsfahanın yaylaq şəhəri Səmirəmdə dünyaya göz açıb. Cahangir xan cavanlıq çağlarında Səmirəmdə bir neçə il təhsil alıb. Daha sonralar isə köçəri tayfalara qoşulub. O, adətən tar çalıb, şahnamə oxuyurmuş. Lakin elmə sonsuz marağı onu təhsil almağa sövq edib. Köçərilərlə birgə təhsil almaq mümkün olamdığından onlardan ayrılıb və həmişəlik İsfahanda qalaraq təhsilini davam etdirib. Ayətullah Qaşqayinin dini təhsilə başlamasının ibrətamiz hekayəti var: Yay fəslində Qaşqay köçəriləri yaylağa köçmüşdülər. Cahangir xan digər köçərilərlə birgə özünə lazım olan əşyaları almaq üçün İsfahan şəhərinə gedir. Bu zaman o, sınmış tarını da tarsaza göstərmək qərarına gəlir.
Mirzə Cahangir xan Ziyai
Mirzə Cahangir xan Ziyai (1858, Mərənd – 1933) — XIX əsr Azərbaycan şairi, xəttat, diplomat. Əllamə Mirzə Məhəmməd Əli Müdərris Təbrizi Reyhatənül Ədəb kitabı Nizamül Mülk başlığı altında ona görə belə yazır: Onun soyu Nəzərəli xan Mərəndi, Mir Qılınc ki Seyid Həsən Babanın soyundadndır və Mərəndin Yekan Kəhriz kəndində dəfn olunmuşdur yetişir. Mir Qılınc o, kəndin seyidlər və əşraflarındanidi və orada məşhur türbəsi vardır. Mirzə Cahangir xan ibn Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1858-ci ildə Mərənddə doğulmuşdur. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra İranın Xarici İşlər nazirliyində çalışmağa başlamışdı. Təbriz, Məşhəd şəhərlərində konsulxanalarda kargüzar kimi işləmişdi. 1906-cı ildə İranın Bağdad şəhərində konsulu olmuşdu. təhsilini bitirdikdən sonra iİranın qacarlar dönəmindəki xarici işlər nazirliyində atası yerində işə başladı. Ziyai fransız dilini mükəmməl şəkildə öyrənib xarici işlər nazirliyində yüksək məqamlara çatdı. O, məqamlardan xarici işlər naizirliyinin baş müdiri və bir dönəm xarici işlər nazirliyinin sepəhdar Əzəm Tünikabüni zamanında kəfilliyindən ad aparmaq olar.
Məzrayə-i Cahangir (Hurand)
Məzrayə-i Cahangir (fars. مزرعه جهانگير‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
Niyaz Cahangirov
Qiyasəddin Cahangir mirzə
Qiyasəddin Cahangir mirzə (1356 və ya 1355 – 1376, Səmərqənd) — Əmir Teymurun böyük oğlu. Cahangir mirzə Əmir Teymur oğlu 1356-cı ildə Cığatay ulusunun Keş (Şəhrisəbz) şəhərində anadan olmuşdu. Özbək xanın soyundan olan və Xanzadə ləqəbi ilə tanınan Süyün Bek xanımla Əmir Teymurun böyük oğlu Cahangir mirzənin evləndirilməsi qərarlaşdırıldı. Əmir Teymur 1373-cü ildə yenidən Xarəzmə hücum etdi. Bu yürüşün səbəbi Yusif Sufinin sözünü yerinə yetirməməsi və Qat vilayətinə əsgər göndərərək oranı dağıdıb əhalisini pis vəziyyətdə qoyması idi. Əmir Teymurun Xarəzm istiqamətində irəlilədiyini öyrənən Yusif Sufi narahat olmuş və sülh üçün Xanzadənin tezliklə göndərilməsini qəbul edərək toy hazırlıqlarına başlamışdı. Bu evlilik nəticəsində Əmir Teymurun böyük oğlu Cahangir mirzə də xan nəslinə kürəkən olmuşdu. Cahangir mirzə və Xanzadədən daha sonra Əmir Teymur tərəfindən Teymurlu taxtına varis təyin olunacaq Pir Məhəmməd anadan olmuşdur.
Rauf Cahangirov
Rəhim bəy Cahangirbəyov
Rəhim bəy Şükür bəy oğlu Cahangirbəyov - Azərbaycan milli burjuaziyasının ilk nümayəndələrindən biridir, əməkdar mühəndis Rəhim bəy xeyriyyəçi olmuşdur. O, Bakıda çıxan bir sıra maarifpərvər, tərəqqipərvər qəzetlərin təsisçisi olmuş, fəhlə kurslarının, tibb məntəqələrinin, mədəni-maarif ocaqlarının açılmasına xeyli vəsait sərf etmişdir. Rəhim bəy Sovet hakimiyyəti illərində də işləmiş, bilik və təcrübəsini artıq yenidən formalaşmış neft sənayesinin inkişafına yönəltmişdir. 20-30-cu illərdə Leninneft Neft Mədənlər idarəsində, sonralar uzun illər SSRİ Dövlət Plan Komitəsinin sədri işləmiş Nikolay Baybakov Rəhim bəyin tabeliyində işləmiş və o, neft sənayesinin iqtisadiyyatı, texnologiyasının məhz Rəhim bəy-dən öyrənmişdir. N.P.Baybakov yüksək dövlət vəzifəsində işləyərkən onun təkidi ilə Rəhim bəyə əməkdar mühəndis adı verilmiş, onu 37-ci il repressiyasından qorumuşdur. Rəhim bəy Şükür bəy oğlu Cahangirbəyov ömrünün axırına kimi istehsalatdan ayrılmamış, 1950 -ci ildə iş başında vəfat etmişdir.
Sultan Cahangir bəy
Müizəddin Sultan Cahangir bəy Bayandur (?-1468) – Ağqoyunlu sultanı, hökmranlıq illəri (1444–1468). Cəlaləddin Əli bəyin oğludur. Qara Yuluq Osman bəyin ölümündən sonra düyərlilər Misir məmluk sultanın əmri ilə Amid yörəsinə hücum etdilər. Bu hücumundan xəbər tutan Əli bəyin oğlu Cahangir bəy Amiddən çıxaraq düyərlilərin üstünə yürüdü. Gənc şahzadə təcrübəli adamlardan düşmən üstünə "Hazırlıqsız getmək olmaz" şəklində tövsiyələrinə qulaq asmadı. Buna görə də ağır bir vuruşmada ağqoyunlulardan çox adam qırıldı. Cahangir bəy isə bəzi yaxınları ilə birgə əsir düşdü. Göycə Musa bəy Düyərli Cahangir bəyi qandalladıb, Qahirəyə göndərdi. Cahangir bəy 840-cı ilin 17 məhərrəmində (1 avqust, 1436-cı il) Qahirəyə gətirildi. Ancaq sultan Bars bəy ağqoyunlu şahzadəsinə şəfqət göstərdi və atası tərəfindən sədaqətinin təminatı olaraq daha əvvəl göndərilmiş qardaşı Hüseyn bəylə birlikdə oturmalarına icazə verdi.
Sultan Cahangir şah
Sultan Cahangir (30 avqust 1569, Fatehpur-Sikri – 28 oktyabr 1627) — Böyük Moğol imperiyasının dördüncü imperatoru (1605—1627). Əkbər Şahin oğlu idi, onun əsl adı Səlim idi. Gənc yaşda atası Ekber tərəfindən taxta elan edildi. Amma 1599-cu ildə prezident sarayında olduğu zaman taxtına getmək istədikdən sonra o torpaqdan qovulmuşdu. Onu doğru yola gətirmək istəyən Ebulfazlı öldürdü. Atası ölüm yatağında onu təqib edəcəyini təsdiqlədi. 1605-ci ildə atasının ölümü ilə Selim "Cihangir" (Fars: dünyanın hökmranlığı) adı altında taxtına gəldi. 1569-cu ildə anadan olan Selim, atasının ölümündən sonra 1605-ci ildə "Nüreddîn Cihangir" adı ilə taxta gəldi. Lakin oğlu Hüsrev Sinclərin ətrafında toplaşaraq Punjabda üsyan etdi. Cihangir Şah Cullandar çayının kənarında qırıldı.
Zakir Cahangirli
Zakir Ağasoltan oğlu Cahangirli (10 noyabr 1960, Bakı) — AMEA Fizika İnstitutunun alimi.[mənbə göstərin] Zakir Cahangirli 10 noyabr 1960-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. 1978 –ci ildə 5 № -li kimya-biologiya təmayüllü internat məktəbi qızıl medalla bitirmişdir.1985 –ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1985 –ci ildən 1997 –ci ilə qədər Kosmik Tədqiqatlar İnstitutunda elmi işçi kimi fəailiyyət göstərmişdir. 1987 –ci ildən 1989 –cu ilədək Rusiya Elmlər Akademiyasının Fizika İnstitunun “Nəzəri fizika” şöbəsində elmi tədqiqatlar aparmışdır. Hazırda AMEA Fizika İnstitutunun “Spektroskopik ellipsometriya” laboratoriyasının müdiri vəzifəsini icra edir. Eyni zamanda 0.5 ştatla Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının professorudur. AMEA Fizika İnstitutunun Elmi şurasının üzvüdür. Bakı Dövlət Universitetinin nəzdindəki D.02.012 doktorluq dissertasiya şurasının üzvüdür.Əsas elmi fəaliyyəti ən müasir metodlardan istifadə etməklə kondensə olunmuş maddələrin enerji spektrlərinin, optik xassələrinin, elektrik və maqnit xassələrinin tədqiqinə yönəlmişdir. Chibo Texnoloji İnstitutu (Yaponiya) və Institute for Advanced Simulation (Almaniya) ilə birgə elmi tədqiqatlar aparır. 110 elmi əsərin müəllifidir.
Zülqədər Cahangirov
Zülqədər Həsən oğlu Cahangirov (1 may 1907, Tuğ, Şuşa qəzası – 14 sentyabr 1974, Tuğ, Hadrut rayonu) — iqtisad elmləri doktoru, professor. Zülqədər Cahangirov 1 may 1907-ci il Tuğ kəndində anadan olmuşdur. 20-ci illərin əvvəllərində Tuğ orta məktəbini bitirdikdən sonra təhsilini Bakı və Daşkənd şəhərlərində davam etdirərək ali təhsil almışdır.1932-ci ildə Daşkənd şəhərində Orta Asiya Kənd Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsini bitirmişdir. 1944-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Müxtəlif illərdə Ali Kənd Təsərrüfat məktəbində iqtisad kafedrasının müdiri, keçmiş Lenin adına APİ-un İqtisadiyyat kafedrasının müdiri, Azərbaycan Elmlər Akademiyasının iqtisad bölməsinin rəhbəri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində iqtisadiyyat bölməsinin rəhbəri vəzifələrində calışmışdir. Görkəmli alim, respublikanın əməkdar iqtisadçısı Z.H Cahangirov 14 sentyabr 1974-cü ildə Tuğda vəfat etmiş və öz vəsiyyəti ilə Tuğ kəndinfə dəfn edilmişdir. Azərbaycan ilk iqtisadçı alimlərindən biri olmuş, 1969-cu ildə respublikanın əməkdar elm xadimi adına layiq görülmüşdür. Zülqədər Cahangirov xidmətlərinə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Elmi-pedaqoji fealiyyəti dövründə siyasi iqtisad və kənd təsərrüfatı iqtisadiyyatına dair 60-dan çox elmi işi dərc olunmuşdur. Onun rəhbərliyi altında 15 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Ələkbər Cahangirov
Ələkbər Məhəmməd oğlu Cahangirov (Aşağı Noxudlu, Salyan rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Komandanı, xüsusi təyinatlı hərbi hissə komandiri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Ələkbər Cahangirov Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. Azərbaycan Ordusunun polkovniki olan Ələkbər Cahangirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi hissə komandiri olaraq iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Ələkbər Cahangirov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Cahangir bəy Nəsirbəyov
Cahangir bəy Nəsirbəyov (1892, Şuşa – 1944, Berlin) — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun zabiti, tarixçi. == Həyatı == Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır. Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C. Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur. O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C. Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrildi.
Atabəy Cahangirov
Atabəy Şahmur oğlu Cahangirov (7 iyul 1951, Novruzlu, Saatlı rayonu – 5 fevral 2022) — Azərbaycan ictimai-siyasi xadimi, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Saatlı Rayon Sovetinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin birinci katibi (1987–1991). == Həyatı == Atabəy Şahmur oğlu Cahangirov 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1970-ci ildə Nəriman Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmiş, eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. Azərbaycan LKGİ Saatlı Rayon Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrinə seçilmişdir. Atabəy Cahangirov 1975–1981-ci illərdə Azərbaycan LKGİ Saatlı Rayon Komitəsində işləmişdir. 1981–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin katibi olmuş, 1987-ci ildə həmin komitənin birinci katibi seçilmişdir. Saatlı Rayon Sovetinin sədri olmuş, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 28 iyul 1992-ci ildə vəzifəsindən azad edilmişdir. Atabəy Cahangirov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Ekologiya və təbii ehtiyatlardan istifadə olunmasına nəzarət komissiyasının, sonra isə Milli siyasət və millətlərarası münasibət məsələləri komissiyasının üzvü olmuşdur.

Digər lüğətlərdə