Yusif və Züleyxa (Cami)
"Yusif və Züleyxa" — Əbdürrəhman Caminin "Həft övrəng" toplusuna daxil olan ikinci əsəridir.
== Məzmunu ==
Əsər Bibliya və Quran mövzularından olan "Yusif və Züleyxa" hekayəsi əsasında yazılmışdır. . Onlar bir-birlərini sevirlər. Çoxlu macəralardan sonra nəhayət, bir-birinin vüsalına yetişir, həyat qurur, ər-arvad kimi yaşayırlar. Caminin əsərində bir sıra əfsanəvi hadisələrə də rast gəlinir. Beqdelinin fikrincə, Caminin “Yusif və Züleyxa”sı, Nizaminin “Xosrov və Şirin”i səviyyəsinə qalxma bilməyib.Züleyxanın hələ uşaq olarkən, Yusifi Misir əzizi kimi yuxusunda görməsi, yuxuların Yusif tərəfindən yozulması, qıfıllı qapıların Yusif qarşısında öz-özünə açılması, Yaqubun kor gözlərinin möcüzəvi şəkildə şəfa tapması, qarıyıb kor olmuş Züleyxanın sonradan cavanlaşıb gözəl qıza çevrilməsi və sair bu kimi hadisələr, əsəri orta əsrlərin sxolastik dini ehkamlarından ilham almış bir əfsanəyə oxşatmışdır.
Əsərdə Yusifi Misirin əzizi olduqdan sonra, təntənəli surətdə şəhərin kənarından keçərkən, qarımış, hər iki gözdən kor olmuş Züleyxa ilə rastlaşır və onlar görüşürlər. Züleyxa yalvarır və keçmiş günləri üçün üzr istəyir. Yusif onu bağışlayır. Mərhəmətli Allah Züleyxanın hər iki gözünə şəfa verir, yenidən gəncliyini qaytarır, əvvəlkindən də gözəl edir.