CAZİBƏLİ

CAZİBƏLİ (hamını özünə cəlb edən) O, yalnız indi yəqin etdi ki, Gülcamal, füsunkar bir mələk qədər cazibəli görkəmi ilə qapıya gəlməyəcək (M.Hüseyn); CAZİBƏDAR Gözlərinə qədər cazibədar idi (Ə.Qasımov); CƏLBEDİCİ [Ruzbeh:] Tutaq ki, mən sabahkı xoş güzəran naminə, sizin təsəvvür etdiyiniz kimi gələcək cəlbedici mənzərə naminə bütün varlığımla nifrət etdiyim və nifrətlərini duyduğum adamlarla sazişə gəldim... (M.İbrahimov); CƏZBEDİCİ O, yetişmiş gözəl bir qız kimi cəzbedici idi (S.Vəliyev); DİLFİRİB (kl.əd.) Şeyx Sənan: O bulutlar nə, öylə rəngarəng?! Bu nə qüdrət! Nə dilfirib ahəng! (H.Cavid); MƏLAHƏTLİ Bu məlahətli baxışlar quzu, ceyranda olur (Ə.Vahid); SEVİMLİ Onun ən gözəl və sevimli xüsusiyyətlərdən birisi zahiri görünüşündə olan məhcubluğu, həyalılığı .. idi (M.S.Ordubadi).

CAZİBƏDİR
CEHİZ
OBASTAN VİKİ
Cazibəli strofant
Cazibəli strofant (lat. Strophanthus gratus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin strofant cinsinə aid bitki növü.

Digər lüğətlərdə