communauté
compagnon
OBASTAN VİKİ
Netscape Communications Corporation
Netscape, Netscape Communications Corporation tərəfindən inkişaf etdirilən, AOL tərəfindən inkişaf etdirilən skanerlərin ümumi adıdır. Pulsuz olaraq istifadəyə təqdim Netscape köhnədən şəbəkə skaner larının lideri idi. Bu an çox az istifadəçi tərəfindən istifadə edilir. Netscape firması, 28 dekabr 2007 tarixində saytında etdiyi duyuruyla, Netscape şəbəkə skanerinin zamanın qabaqda firmalarına görə geridə qaldığını və illər əvvəl tutduqları liderliyi digər firmalara kaptırdıklarını bildirərək 2008in Mart ayından etibarən hər hansı bir yeniləşdirmək bulunmayacaklarını açıqladı. Məlumatda birlikdə ayrıca, istifadəçilərin Mozilla Firefox istifadə təklif edən firma, beləcə təxminən 15 illik tarixini sonlandırmış oldu. === Netscape 6 (6.0–6.2.3 versiyalar) === Açık kaynağlı olaraq istifadəçiyə təqdim edilən Netscape, Mozilla təşkilatı tərəfindən inkişaf etdirilməyə başladığı üçün Mozilla şəbəkə brauzerinin bu anda istifadə edilməkdə olduğu HTML şərh etmə brauzeri olan "Gecko" ilə inkişaf etdirilmişdir.
Sony Mobile Communications
Sony Mobile Communications AB (keçmiş Sony Ericsson Mobile Communications AB) — transmilli mobil telefon istehsalçısı. Sony şirkətinin bölməsi. Mərkəz-qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir. Əsası Sony Ericsson adı altında və ortaq şirkət formasında 1 oktyabr 2001-ci ildə Sony şirkəti və İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan Ericsson şirkəti tərəfindən qoyulmuşdur. 2012-ci il 16 fevral tarixində Sony şirkəti Ericssonun şirkətdəki payını satın almışdır. Sony Mobile Communications şirkətinin Tokio (Yaponiya), Çennai (Hindistan), Lund (İsveç), Pekin (Çin) və Silisium vadisində (ABŞ) tədqiqat və istehsal mərkəzləri var. Dünya bazarındakı payı baxımından Sony Mobile 2012-ci ilin I rübünün nəticələrinə görə dünyanın 10-cu böyük mobil telefon istehsalçısı və 2012-ci ilin 3-cü rübündə dünyanın 3-cü böyük smartfon istehsalçısıdır.
Global System for Mobile Communications
Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir.Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir.2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi. Bu anlayışın əhatə dairəsi zaman keçdikcə genişlənmiş, məlumat kommunikasiyalarını, ilk növbədə "Circuit Switched Data", sonra "General Packet Radio Service" (GPRS) və "Enhanced Data rates for GSM Evolution" (EDGE) vasitəsilə paket məlumatların daşınmasına aid edilməyə başlamışdır. "3GPP" sonradan üçüncü nəsil (3G) "UMTS" standartlarını, ardınca dördüncü nəsil (4G) "LTE Advanced" və beşinci nəsil 5G standartlarını işləyib hazırlamışdı.

Digər lüğətlərdə

адмира́л букси́рный доха́ евро́пий под коне́ц пустозво́нка вита́ть между небом и землёй вта́птывание любозна́тельность мечта́тельно прока́ливание русифика́торство состоя́тельный стерилизацио́нный счетово́дство топо́рно четырёхсторо́нний протоколист blanket stitch moss rose radioactivity toney обуревать серёдка сюда