dövlətə xəyanət

Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə

dövlət zəmanəti
dövlətlərarası standartlar
OBASTAN VİKİ
Xəyanət
Xəyanət — Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır. Bu romanda müəmmalı qətllərin sirrinin açılmasından bəhs edilir. Əsər tanınmış həkim Əlisəttar Muradzadənin qızı Venaranın intihar səhnəsi ilə başlayır. İntihar etməsinin yeganə günahkarı kimi isə nazir Niyazi Məlikxanlını göstərir. Niyazi Məlikxanlı isə bunun tamamilə böhtan olduğunu bildirir. Cinayətin üstünün açılmasına məşhur istefada olmuş polkovnik Qanbay Qasımlını cəlb edir. Əsərdə Niyazi Məlikxanlının özünə qəsd etməsi də işi bir az çətinə salır. Lakin buna baxmayaraq sonda Qanbay Qasımlı həqiqi cinayətkarı Ruslan Dadaşovu tapır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Xəyanət boğazı
Xəyanət boğazı (yap. 野付水道) — Sakit okeanında yerləşən Kunaşir adasını Hokkoyda adasından ayırır. Şimaldan Kunaşir boğazı, cənubdan Cənubi Kuril boğazını birləşdirir. Uzunluğu 24 km, eni 20 km təşkil edir. Dərinliyi 20 m-dir. Sahilləri nisbətən alçaqdır. Orta dərinlik 7 m olması, üstəlik duman naviqasiya üçün təhlükəlidir. Bu səbəbdən gəmilər üçün məsləhət görülmür. Sahillərində Paltusov, Visla (Kumaşir) və Pyadzin-Saki (Hokkoyda) burunları vardır. Boğaza Rikardo, Qolovina, Sennaya çayları tökülür.
Vətənə xəyanət
Vətənə xəyanət — vətəndaşın öz ölkəsinin suverenliyinə qarşı qəsdən törətdiyi əməldən ibarət cinayət. Vətənə xəyanət edən şəxs xain kimi tanınır. Dövlətə xəyanətə xüsusilə aşağıdakılar aid edilir: müharibə zamanı düşmən tərəfinə keçmək (kollaborasionizm); dövlət sirrinin və hərbi sirrin verilməsi və açıqlanması; casusluq; hökumətin və başqalarının iradəsinə zidd olaraq düşmənlə ayrı aparılan danışıqlar.
Dövlətə məxsus müəssisə
Dövlətə məxsus müəssisə (DMM) anlayışı dövlətdən dövlətə dəyişir, bununla birgə ümumi olaraq xalqa məxsus olan mənbələrdən istifadə etmək yolu ilə, iqtisadi məkanda fəaliyyət göstərən Dövlət Qurumlarını bildirir. Beynəlxalq ədəbiyyatda dövlət şirkəti olaraq keçən bu anlayış, sahibi olan hökumət adına ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxsi bildirir. Şirkətlərin hüquqi vəziyyəti hökumətin bir hissəsi olma və ya dövlətin önəmli bir səhmdarı olduğu səhmdar cəmiyyətlər arasında dəyişir. Dövlətə məxsus şirkətlər, əsasəndə dəmir yolları və telekommunikasiya, strateji mal və xidmətlər (poçt, silahlar), təbii ehtiyatlar və enerji, siyasi cəhətdən həssas olan iş, mətbuat, alkoqol və tütün məhsulları, tibb ilə bağlı olan məhsullar kimi təbii inhisar və infrastruktur sahələrində yayılmışdır.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Xəyanət (Elxan Elatlı)