DƏSTƏGÜL

dəstə tutulmuş gül, gül dəməti.
DƏSTƏBƏYİM
DƏSTƏXANIM
OBASTAN VİKİ
Dəstəgül
Dəstəgül, Dostahir — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş kənd. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Ağdərə rayonunun tərkibində bu adda kənd qeyd olunmur, 26 mart 1982-ci il tarixli Fərman ilə əslində mövcud olmayan kəndlər kimi yaşayış məntəqələri siyahısından çıxarılmasının təsdiq olunması qərara alınmışdı. == Tarixi == Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə bu kənd o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə Dostahir kəndinin əslində mövcud olmayan kəndlər kimi yaşayış məntəqələri siyahısından çıxarılmasının, bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun bir neçə yaşayış məntəqələri, o cümlədən Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Keçmiş kəndin ərazisi 1994-cü ilin mart-aprel aylarından 10 noyabr 2020-ci ilə kimi erməni silahlı birləşmələrinin işğalı altında olmuşdur. İşğal vaxtı keçmiş kəndin ərazisini tanınmamış qondarma, özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran separatçı rejim nəzarətində saxlayırdı. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq keçmiş kəndin ərazisi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Dəstəgül Zamanlı
Dəstəgül Zamanlı — azərbaycanlı şairə, jurnalist, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Dəstəgül Şəmiyeva Əzməmməd qızı Zamanlı 1960-cı iyun ayının 15-də Şamaxı rayonunun Zarat kəndində anadan olmuşdur. Şamaxı şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Bakı Tibb Texnikumuna qəbul olmuşdu. Texnikumu bitirəndən sonra 1992-2001-ci illərə kimi Azərbaycan Milli Ordusunda gizir rütbəsində xidmət etmişdi. 2007-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Baş Klinik Hospitalında tibb bacısı vəzifəsində işləmişdir. Çalışdığı dövrlərdə o, özünü vətənpərvər şəxs kimi sübut etmiş və həkim kimi fədakarlıqla hərbçilərimizin keşiyində durmuşdur. Eyni zamanda uşaq yaşlarında onda ədəbiyyata, şeirə həvəs formalaşmışdır. O, daima insanların ürəyindən keçən duyğuları, hissləri qələmə almağa, təsvir eləməyə, oxuculara çatdırmağa çalışmışdır. Eyni zamanda Dəstəgül Zamanlı “Vətən uğrunda” qəzetinin müxbiri idi. Hər zaman o, Qarabağ əlillərinin sosial vəziyyəti ilə çox maraqlanır və kimin bir problemi vardısa rayon rəhbərliyi ilə onu həll edirdi.