DƏSMALLI
DƏST
OBASTAN VİKİ
Azərbaycan Diasporuna Dəstək Fondu
Azərbaycan Diasporuna Dəstək Fondu — Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu fond. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirilməsinə və tanıtmasına, onların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyi göstərməkdir. Fond öz fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edir. Müşahidə Şurası və İcraçı direktor Fondun idarəetmə orqanlarıdır. Fonda ümumi rəhbərliyi və nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir. Şura onun sədri də daxil olmaqla üç üzvdən ibarətdir. Şuranın üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. Fondun cari fəaliyyətinə İcraçı direktor rəhbərlik edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahənin inkişafını təmin etmək; Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Azərbaycan Xalq Cümhuriyyətinin Gömrük Xidməti Dəstələri
Azərbaycan Xalq Cümhuriyyətinin Gömrük Xidməti Dəstələri — Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə yaradılmış sərhəd mühafizə və yoxlanış qurumları. Azərbaycan Xalq Cümhuriyyəti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənəd. 1918-ci ilin avqustun 10-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edilmişdi. Qərara əsasən, ilk vaxtlar ən çox ehtiyac duyulan yerlərdə və zəruri sayda işçilər götürülməklə, gömrükxanalar yaradılırdı. Gömrükxanalar yaradılarkən müvafiq təşkilatı strukturlar da formalaşdırılırdı. Parlamentin 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 post yaradılmışdı və bu postlarda 992 muzdlu keşikçi vardı. Zabit komanda heyəti olan postlar quberniyalar üzrə sərhəd mühafizəsi rəislərinin tabeliyində birləşirdilər. Sərhəd mühafizəsinin təşkilinə rəhbərlik etmək və onun işini gömrük idarəsi ilə uzlaşdırmaq üçün maliyyə nazirliyinin dəftərxanasında xüsusi sərhəd mühafizəsi şöbəsi yaradılmışdı. 1919-cu ilin mayında Zaqatala mahalının Qabaqçöl və Mazımçay kəndlərində, Gəncə quberniyası Qazax qəzasının Şıxlı və Salahlı kəndlərində gömrük postları var idi. 1919-cu il iyulun 10-da Azərbaycan parlamenti Ağstafa gömrükxanasından keçən nəqliyyat vasitələrini və sərnişinlərini yoxlamaq məqsədilə Qazax qəzasının Poylu dəmiryol stansiyasında və Çaxmaqlı kəndində də ön gömrük postlarının yaradılması haqqında qanunlar qəbul edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin mühafizə dəstəsi
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az-əbcəd. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır. 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! (film, 1942)
Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! filmi rejissor Mirzə Mustafayev tərəfindən 1942-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-süjet "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır. Film kolxozçular arasında tankların istehsalı üzrə fonda vəsait toplanması prosesinə həsr olunmuşdur. Film-süjet "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır. Film kolxozçular arasında tankların istehsalı üzrə fonda vəsait toplanması prosesinə həsr olunmuşdur. Müəllif: Mirzə Mustafayev Operator: Mirzə Mustafayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır. 2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi. Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir. ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi. 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir. ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.
Beşinci dəstə
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Bitki dəstələrinin siyahısı
Viridiplantae yarımaləminə aid dəstələrın siyahısı. Viridiplantae yarımaləminin Chlorophyta şöbəsinə aid dəstələr. Viridiplantae yarımaləminin Pedinophyceae sinfinə aid dəstələr. Dəstə: Pedinomonadales Dəstə: Scourfieldiales Viridiplantae yarımaləminin Prasinophyceae sinfinə aid dəstələr. Dəstə: Chlorodendrales Dəstə: Mamiellales Dəstə: Pseudoscourfieldiales Dəstə: Pyramimonadales Viridiplantae yarımaləminin Chlorophyceae sinfinə aid dəstələr. Dəstə: Chaetopeltidales Dəstə: Chaetophorales Dəstə: Chlamydomonadales Dəstə: Chlorococcales Dəstə: Chlorosarcinales Dəstə: Oedogoniales Dəstə: Sphaeropleales Dəstə: Tetrasporales Viridiplantae yarımaləminin Trebouxiophyceae sinfinə aid dəstələr. Dəstə: Chlorellales Dəstə: Microthamniales Dəstə: Prasiolales Viridiplantae yarımaləminin Ulvophyceae sinfinə aid dəstələr. Dəstə: Bryopsidales Dəstə: Cladophorales Dəstə: Dasycladales Dəstə: Ignatiales Dəstə: Oltmannsiellopsidales Dəstə: Trentepohliales Dəstə: Ulotrichales Dəstə: Ulvales Viridiplantae yarımaləminin Streptophyta infraaləminə aid dəstələr. Viridiplantae yarımaləminin Klebsormidiophyceae sinfinə aid dəstələr. Dəstə: Klebsormidiales Viridiplantae yarımaləminin Charophyceae sinfinə aid dəstələr.
Bitlər dəstəsi
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Bədheybətlər dəstəsi (film, 1987)
Bədheybətlər dəstəsi (ing. The Monster Squad) — 1987-ci ildə istehsal olunmuş ABŞ filmidir. The Monster Squad — Internet Movie Database saytında.
Bərabərkirpiklilər dəstəsi
Bərabərkirpiklilər dəstəsi (lat. Holotricha ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Bərabərkirpiklilər infuzorların ən böyük və geniş yayılmış dəstəsi olub, kirpik aparatının pirimitiv quruluşu ilə xarakterizə olunur. Bu infuzorlar membranell əmələ gətirmədən , çoxlu kirpiklərlə örtülmüşdür. Peristom hissədə kirpikləri bir qədər uzun olur. Udlaqda bu kirpiklər birləşərək , dalğavari pərdə əmələ gətirir. Bərabərkirpiklilərin tipik nümayəndələri Paramecium cinsindən birləşmişdir. Bəzi növlərdə (Didinium cinsi) kirpiklər bərabər paylanmayıb, qurşaqlarda yerləşir. Bərabərkirpiklilərin əksəriyyəti bakteriyalarla qidalanır. Lakin bu infuzorlar içərisində yırtıcı və parazit növləri də vardır.
Cütdırnaqlılar dəstəsi
Cütdırnaqlılar (lat. Artiodactyla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Suidae (Donuzkimilər) fəsiləsinə ən geniş yayılmış və sayı nisbətən yaxşı qalmış Sus scrofa (çöl donuzu) aiddir. Onun ən yüksək sıxlığı Böyük Qafqazın Zaqatala-İsmayıllı bölgəsində, Talışda və ara-sıra Kür və Arazın tuqaylarında müşahidə olunur. Qabanın respublikada ümumi sayı 5500–6000 fərd kimi qiymətləndirilir. Cervidae (Maralkimilər) fəsiləsindən Capreolus capreolus (cüyür) orta dağ qurşağı meşələrində rast gəlinir. Talış və Kiçik Qafqazda azsaylı olub, Böyük Qafqazda cütdırnaqlılar arasında sayı nisbətən çox olanı sayılır. Zaqatala, İlisu və İsmayıllı qoruqlarında sayları daha çoxdur. Azərbaycanda ümumi sayı 900–1000 başa yaxındır. Bu fəsilənin ikinci növü Cervus elaphus (nəcib maral) vaxtı ilə bütün meşələrdə rast gəlsə də, hazırda yalnız Böyük Qafqazın cənub ətəklərində qalmış, Qarayazı meşələrində demək olar ki yox olmuş, Göygöl qoruğunda isə yox olmaq üzrədir.
Cəlilabad Sərhəd Dəstəsi
Cəlilabad Sərhəd Dəstəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda dövlət sərhədinin mühafizə dəstəsi. 1992-ci ildə Azərbaycan Respublikasının yurisdiksiyasına keçmiş ilk milli sərhəd dəstəsidir. Respublikanın İmişli, Biləsuvar, Yardımlı və Cəlilabad rayonları ərazisində 232 kilometr dövlət sərhədini mühafizə edən Göytəpə Sərhəd Dəstəsinin qarnizonu Dövlət Sərhəd Xidmətinin ən böyük qarnizonlarından biridir. Ümumi sahəsi 40 hektar olan qarnizonda yenidənqurma işlərindən sonra gənc əsgərlərin təlim-tədris mərkəzi yaradılmışdır. Bundan əlavə, 2 kazarma binası, ikimərtəbəli qərargah binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana, 202 mənzilli 5 yaşayış binası, 540 nəfərlik klub, 2 idman şəhərciyi, futbol meydançası, uşaq bağçası, digər xüsusi təyinatlı yardımçı binalar inşa olunmuşdur. Xidmət dövründə bu sərhəd dəstəsinin hərbi qulluqçuları 8736 halda dövlət sərhədinin pozulması cəhdinin, 12,7 milyon manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını almış, 7448 nəfər sərhəd pozucusunu saxlamışlar. Silahlı sərhəd pozucuları ilə döyüşdə sərhəd dəstəsinin 38 sərhədçisi həlak olaraq adlarını Azərbaycan sərhəd mühafizəsi tarixinə əbədi yazmışlar. XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı əsgər Eltun İsgəndərov da məhz bu sərhəd dəstəsində xidmət etmiş, dövlət sərhədində terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı komandirlərinin və əsgər yoldaşlarının həyatını xilas edərək qəhrəmancasına həlak olmuşdur. "Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Cəlilabad rayonunun Göytəpə qəsəbəsində Dövlət Sərhəd Xidmətinin qarnizonunda". 29 aprel 2010.
Delta dəstəsi (film, 1986)
"Delta" dəstəsi — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Polkovnik Nik Aleksandr və "Böyük" Skott MakKoyun əmri altında dünya səviyyəli döyüşçü bir şöbə "Delta əməliiyatı" adı altında amerikan turistlərini ələ keçirən terroristlərin yaşadığı Beyrut şəhərinə göndərdi. Onlara Yaxın Şərq gəldikdən sonra xəbər çatdı ki, terroristlər qadınlar və uşaqlarə azad etmişdir. Lakin hələ də fanatik cinayətkarlar kişiləri məktəb binasında saxlayırlar. "Delta" dəstəsi qarşısındakı hər şeyə tab gətirə bilir və terroristlərindən bütün girovları azad edirlər. Lakin bu missiya yenə də bitmir. Həmin quldurlar Tehrana bir neçə girov göndərir. Hələlik döyüş Aleksandr və MakKoya qarşı işləyir... "Delta" dəstəsi — Internet Movie Database saytında.
Dəcəl dəstə (film, 1937)
Uşaq filmi Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik qayğılarından danışır. Quruluşçu rejissor: Aleksandr Popov, Qəmər Salamzadə Ssenari müəllifi: Yuri Fidler Bəstəkar: M.Baxçisaraytsev Quruluşçu rəssam: Viktor Aden Rəssam: Qasım Səlimxanov Səs operatoru: M.Belausov Rejissor köməkçisi: Zeynəb Kazımova Mahnıların mətni: Rəsul Rza, Yuri Fidler A.Varqanova — əlaçı Olya Murtuza Əhmədov — Heydər (Olyanın dostu) A.Bağırova — əlaçı Nina A.Mirzəyev — Yusif Leyla Bədirbəyli — Anna Pavlovna N.Antonov — Mişa Q.Molodtsov — Qrişa Ağasadıq Gəraybəyli — Yusifin atası Əzizə Məmmədova — Yusifin anası Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Dəniz kirpiləri (dəstə)
Dəniz kirpiləri (lat. Echinoida) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz kirpiləri sinfinə aid heyvan dəstəsi.
Dəstcan
Dəstcan (fars. دستجان‎; azərb. Dəsgan‎) — İranda, Mərkəzi ostanında, Fərahan şəhristanının Mərkəz bəxşinin Fərməhin dehestanında kənd. Ərak şəhərindən 70 km, Fərməhin şəhərindən isə 25 km şimal–qərbdə, dəniz səviyyəsindən təqribən 1860–1870 metr hündürlükdə yerləşir. Adı tarixi məxəzlərdə ilk dəfə X əsrdə, "Dəsgan" kimi qeyd edilmişdir. Sakinləri indi də kəndi bu adla adlandırırlar. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing.
Dəstcerd
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Xələcistan bəxşində şəhər və baxşın paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,121 nəfər və 351 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti xələclərdən ibarətdir və xələc dilində danışırlar.
Dəstcerd (Azərşəhr)
Dəstcerd (fars. دستجرد‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,595 nəfər yaşayır (427 ailə).
Dəstcerd (Vərziqan)
Dəstcerd (fars. دستجر‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 409 nəfər yaşayır (103 ailə).
Dəstcerd (dəqiqləşdirmə)
Dəstgird, Dəstcird, Dəstcerd:
Dəstcird
Dəstgird, Dəstcird, Dəstcerd:
Dəyirmikirpiklilər dəstəsi
Dəyirmikirpiklilər dəstəsi (lat. PERITRICHA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə. Dəyirmikirpiklilərin böyük əksəriyyəti oturaq həyat tərzi keçirir . Kirpik aparatı peristomu əhatə edən spiral membranella dəstindən ibarətdir. Ağızətrafı spiral membranellalar spiralkirpiklilərdən fərqli olaraq, sola doğru burulmuşdur. Bədənin qalan hissələri kirpiklərdən məhrumdur. Yalnız üzmə mərhələsində bədənin dal ucunda kirpiklər olur. Su hövzələrində dəyirmikirpiklilərin Vorticella cinsindən olan, oturaq həyat tərzi keçirən növləri geniş yayılmışdır. Bu cinsin nümayəndələri su bitkilərinə , molyuskaların çanağına spiral kimi yığıla bilən uzun saplaqlarla yapışaraq , tək halda yaşayırlar . Onların bədənləri də yığıla bilir.

Digər lüğətlərdə