Alfa dağılması
Alfa parçalanma — atom nüvələrinin α-zərrəciklərinin buraxılması ilə müşayiət olunan parçalanmasıdır. Bu zaman kütlə ədədi 4, atom nömrəsi isə 2-yə enir. Alfa-parçalanması yalnız ağır nüvələrdə (Atom nömrəsi 82, kütlə ədədi 200-dən çox) baş verir. Nüvənin əsas (həyəcanlanmamış) halından Alfa parçalanma həm də α-radioaktivlik adlanır. α-şüalı radioaktivliyin A.Bekkerel (A.Becquerel) tərəfindən kəşfindən sonra o, radioaktiv maddə tərəfindən buraxılan şüalanmanın ən zəif keçən növü adlandırıldı, 1909-cu ildə isə E.Rezerford (E.Rutherford) və T.Royds (T.Royds) isbat etdilər ki, α-zərrəciklər 4He-un 2 dəfə ionlaşmış atomlarıdır. A.-p. zamanı nüvənin yükü z (elementar yük vahidilə) 2 vahid, kütlə ədədi isə 4 vahid azalır.
A.-p. zamanı ayrılan enerji α-zərrəcik ilə nüvə arasında onların kütlələri ilə tərs mütənasib olaraq bölünür. Əgər sonuncu nüvə həyəcanlanmış halda yaranırsa, onda α -zərrəciyin enerjisi bu həyəcanlanmanın enerjisinə qədər azalır və əksinə, əgər həyəcanlanmış nüvə parçalanırsa, artır (uzun məsafə qət edən α-zərrəciklər).