DİREKT

düz
DİREKSİYON
DİRENİŞ
OBASTAN VİKİ
Akif Musayev (film direktoru)
Akif Hacıbaba oğlu Musayev (26 iyun 1942) — film direktoru, icraçı prodüser, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Akif Musayev 26 iyun 1942-ci ildə anadan olub. Əməkdar incəsənət xadimidir.
Baş icraçı direktor
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri: CEO) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
Direktiv bant (film, 1932)
Direktiv bant — 1932-ci ildə çəkilmiş səssiz Azərbaycan filmi. == Məzmun == Filmdə keçmişin qalıqları, yeni həyat quruculuğuna mane olan mənfi hallar kəskin satira atəşinə tutulur. == Film haqqında == Film İlf və Petrovun əsəri əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin Müəllifi: İlya İlf, Yevgeni Petrov Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Əsgər İsmayılov, Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
Direktoriya
Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) tərəfindən irəli sürülür və Ansionlar Şurası (fr. Le Conseil des Anciens Ağsaqqallar Şurası) tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171).
Direktoriya (fayl sistemləri)
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Fransa Direktoriyası
Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) tərəfindən irəli sürülür və Ansionlar Şurası (fr. Le Conseil des Anciens Ağsaqqallar Şurası) tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171).
INCLUDE direktivi
Mehdi Abbasov (direktor)
Mehdi Abbasov (tam adı:Mehdi Əli oğlu Abbasov, d.1898, İrəvan-v.1979, Bakı) — dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (II) direktoru. == Həyatı == Mehdi Əli oğlu Abbasov 1898-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində pinəçi ailəsində anadan olmuşdur. 1909-1911-ci illərdə İrəvan şəhərindəki Rus-Tatar məktəbində, 1911-1913-cü illərdə isə şəhər ibtidai məktəbində təhsil almışdır. 1912-ci ildə anası, 1913-cü ildə isə atası vəfat edən Mehdi Abbasov təhsilini yarımçıq qoyaraq, çörək pulu qazanmaq üçün işləmək məcburiyyətində qalmışdır. Əmək fəaliyyətinə 1913-cü ildə İrəvandakı quberniya nəşriyyatında cildçi-fəhləlikdən başlamışdır. 1916-1917-ci illərdə nəşriyyatda usta köməkçisi işləmiş, 1917-1918-ci illərdə isə şəhər məhkəməsində katiblik etmişdir. Erməni daşnaklarının 1918-ci ildə şəhərdə törətdiyi vəhşiliklər nəticəsində yerli əhalinin yaşayış səviyyəsi ağırlaşdığına görə doğma şəhərini tərk edərək, əvvəlcə Tiflis şəhərinə, oradan da Gəncə şəhərinə gəlmişdir. Bir müddət yeməkxanada çayçı, 1919-cu ildən isə Xankəndində yerləşən Atıcı diviziyasında katiblik etmişdir. Diviziyanın mollası Mirzə Cəlal və xəstəxananın baş həkimi Marqulisin köməkliyi ilə 1920-ci ildə Xankəndinə gələn, dövrünün tanınmış inqilabçıları Çingiz İldırım və Serqo Orconikidze ilə tanış olmuşdur. Bu görüşdən az sonra ona Şuşa şəhərində yerləşmiş hərbi komissarlıqda katiblik işini aparmaq tapşırılmışdır.
Qüsurlu məhsul məsuliyyəti direktivi (1985)
Qüsurlu məhsul məsuliyyəti direktivi — 1985-ci ildə istehlakçı hüquqları ilə bağlı qəbul edilmiş direktiv. Bu Direktivə görə üzv dövlətin qanunları istehsalçının məhsuldakı qüsurla vurduğu ziyana görə götürəcəyi öhdəliklə əlaqələndirilməlidir. Üzv dövlətlər arasındakı təcrübədəki fərqlər də rəqabəti haqsız edir. Bu ümumi bazarda dövriyyədə olan məhsullardan təsirlənir. İstehlakçıların sağlamlığına gələ biləcək təhlükələrdən qorunması fərqli təcrübələrə görə dəyişəcəkdir.İstehsalçının qüsursuz borclu olması, müasir texnoloji istehsalın gətirdiyi risklərin ədalətli paylanması ilə şübhə doğuracaqdır. Parçada və ya xammalda qüsurları olan bütün istehsalçılar süni vasitələrlə istehsal olunan süni məhsullar, daşınmaz məhsulların inşasında istifadə olunan məhsullar, daşınmaz əmlakda istifadə olunan portativ məhsullar, tədarük olunan son məhsullar və hissələrdə və ya xammalda qüsurlar üçün məsuliyyət daşıyırlar. Bu məsuliyyət özlərini cəmiyyətə istehsalçı kimi təqdim edənləri və ya istehsalçı müəyyən edilə bilməsə də məhsulları təqdim edənləri əhatə etməlidir.Eyni zərər üçün birdən çox adamın məsuliyyət daşıdığı hallarda, istehlakçıların müdafiəsi üçün zərər çəkən şəxs bu insanlardan hər hansı birinin tam ödənilməsini istəməyi bacarmalıdır. Qüsur istehlakçıların həmin məhsuldan gözləmək hüququna malik olduqları təhlükəsizliyə əsaslanaraq müəyyən edilməlidir. İstehlakçıların qorunması üçün ölüm və ya yaralanma halında kompensasiya, habelə əmlaka dəyən ziyanı ödəmək lazımdır. Kompensasiya tələbi irəli sürmək üçün vaxtın məhdudlaşdırılması həm zərərçəkənə, həm də istehsalçıya xeyir verəcəkdir.
Ruslan Əliyev (baş direktor)
Əliyev Ruslan Yusif oğlu — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin sabiq Baş direktoru, Texnika üzrə Fəlsəfə doktoru. Ruslan Əliyev 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Evlidir, 3 övladı var. 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib. 1999–2001-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik elektrik stansiyaları" ixtisası üzrə ali peşə istiqaməti üzrə magistr dərəcəsi bitirib. 2004–2007-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" ixtisası üzrə aspirantura təhsili almışdır. 2011–2014-cü illər — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr dərəcəsi bitirib. 2016–2020-ci illər — Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmlər doktoru proqramı üzrə dissertantura təhsili almışdır. 2021–2022 ci illər — University of Oxford The Oxford Executive Leadership Programme 2021 üzrə sertifikat almışdır. 2022-2022 ci illər - SDA Bocconi Scholl of Management General Management program üzrə online kurs keçmişdir.
Tofiq Heydərov (direktor)
Ufa direktoriyası
Ufa direktoriyası — Oktyabr çevrilişindən (1917) sonra Ufada bolşeviklərə qarşı yaradılmış hakimiyyət orqanı. 1918-ci il sentyabrın 23-dən noyabrın 18-dək fəaliyyət göstərmişdir. Ufa direktoriyası oktyabrın 9-da Ufadan Omska köçmüşdü. Direktoriya Rusiyanın yenidən birləşdirilməsi uğrunda mübarizə aparır, Avstriya-alman blokuna qarşı müharibənin davam etdirilməsi tərəfdarı kimi çıxış edirdi. Sibir, Ural və Uzaq şərqdə Kolçak hakimiyyətinin bərqərar edilməsinə kömək göstərirdi. Lakin A.V. Kolçak 1918-ci il noyabrın 18-də çevriliş edərək Ufa direktoriyasını da qovmuş, özünün hərbi diktaturasını qurmuşdu. General Biçeraxov Kolçakla əlaqə yaratmışdı. O, Bakıya müdaxilə edən ingilis hərbi qüvvələrinin komandanı Tomsonla əlaqə yaradaraq. Kolçak hökumətinə tabe olmadığı halda, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini buraxmağa təhrik edirdi. Lakin Biçeraxovun dövlət çevrilişi cəhdlərinin üstü açıldıqdan sonra, onun hərbi hissələri buraxıldı.
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
İnformasiya direktoru
İnformasiya direktoru – təşkilatın aşağıdakılar üçün məsul rəsmi şəxsi: İnformaiya texnologiyalarının əldə edilməsinin və informasiya resurslarının idarə edilməsinin qanunvericiliyə, sərəncamlara, göstərişlərə, siyasətlərə, qaydalara və rəhbərliyin müəyyən etdiyi prioritetlərə uyğun tərzdə həyata keçirilməsini təmin etmək üçün təşkilatın icra rəhbərliyinə və digər yuxarı idarəetmə heyətinə məsləhət və digər köməyin təmin edilməsi; Təşkilat üçün nöqsansız və inteqrativ informasiya texnologiyaları arxitekturasının işlənməsi, gerçəkləşdirilməsi, saxlanması və inkişaf etdirilməsi; İş proseslərinin təkmilləşdirilməsi də daxil olmaqla təşkilat üçün bütün əsas informasiya resurslarının idarə edilməsi proseslərinin effektiv və səmərəli layihə və istismarını təkmilləşdirmək. İmamverdiyev Y. N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
İstehlakçı hüquqları direktivi (2011)
İstehlakçı hüquqları direktivi — 2011-ci ildə istehlakçı hüquqları ilə bağlı qəbul edilmiş direktiv. Avropa Parlamenti və Şurası 2011-ci il 25 oktyabrda köhnə direktivlərə əlavə və dəyişiklik edən yeni Direktiv qəbul etdi. Bu Direktivin məqsədi iş yerlərindən kənarda bağlanmış müqavilələr üzrə istehlakçıların müdafiəsi ilə bağlı 20 dekabr 1985-ci il tarixli 85/577 / AİB Direktivi və Avropa Parlamentinin 97/7 / EC Direktivi və 20 may 1997-ci il tarixli məsləhət müqavilələri ilə əlaqədar istehlakçıların müdafiəsi haqqında Direktivinə əlavə olaraq istehlakçılar üçün bir sıra müqavilə hüquqlarını yaratmaq idi. Bu Direktivə əsasən: Daxili bazarın əsas əlamətlərindən biri olan məsafədən satış potensialı tam istifadə olunmur. Son bir neçə ildə daxili məsafəli satışların əhəmiyyətli dərəcədə böyüməsi ilə müqayisədə, sərhəd məsafəsi satışlarında artım məhdud olmuşdur. Bu uyğunsuzluq, gələcək artım potensialının yüksək olduğu internet satışları üçün xüsusilə əhəmiyyətlidir. İşgüzar binalardan kənarda (birbaşa satış) razılaşdırılmış müqavilələrin sərhədyanı potensialı bir sıra amillərlə məhdudlaşır ki, bu da sənayedə tətbiq olunan müxtəlif istehlakçı hüquqlarının qorunması qaydalarıdır. Son bir neçə ildə, xüsusən xidmət sektorunda, məsələn kommunal xidmətlərdə daxili birbaşa satışın artması ilə müqayisədə bu kanaldan transsərhəd alış-veriş üçün istifadə edənlərin sayı eyni olaraq qalmışdır. Bir çox üzv dövlətlərdə artan iş imkanlarına cavab olaraq, kiçik və orta müəssisələr (fərdi ticarətçilər daxil olmaqla) və ya birbaşa satış şirkətlərinin agentləri digər üzv dövlətlərdə, xüsusən də sərhəd bölgələrində iş imkanları axtarmağa daha meyilli olmalıdırlar. Buna görə istehlakçı məlumatlarının tam uyğunlaşdırılması və məsafədən və kənarda olan müqavilələrdə geri çəkilmə hüququ istehlakçının yüksək səviyyədə qorunmasına və işgüzar-istehlakçı daxili bazarının daha yaxşı işləməsinə kömək edəcəkdir.
Əli bəy Direktor
Əli bəy Direktor (1844 – 1899) — Türkiyə yazıçısı. Əli bəy Direktor 1844–cü ildə İstanbulda doğulmuşdur. Məmurluğa ilk dəfə Babiali tərcümə şöbəsində başlamışdır. Karantin idarəsində də işləmişdir. 1899-cu ildə İstanbulda vəfat etmişdir. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.35-36.
Direktiv (Avropa İttifaqı)
Avropa İttifaqı qanunvericiliyində direktiv, birliyə üzv olan bütün dövlətlərin həyata keçirməyə və həyata keçirməyə borclu olduğu siyasətdir. Onun digər Avropa İttifaqı qaydalarından fərqi ondan ibarətdir ki, o, dərhal qüvvəyə minmir, lakin hər bir üzv dövlətə öz daxili qanunlarında direktivlərin tələblərini müəyyən edə bilməsi üçün vaxt verir. Direktivlər yalnız onların ünvanlandığı ölkə və ya ölkələr üçün məcburidir, lakin praktikada Ümumi Kənd Təsərrüfatı Siyasəti istisna olmaqla, demək olar ki, bütün direktivlər bütün üzv dövlətlərə ünvanlanır.
Direktor
Direktor aşağıdakı mənalara istinad edə bilər:
Film direktoru
Film rejissoru, film direktoru, direktor və ya kinorejisor hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri işlərini öz üzərinə götürən şəxsə deyilir. Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir. == Vəzifələri == Həmçinin kinorejisor; teletamaşa, serial və kino kimi çəkilişlərin olduğu audiovizualları idarə edir; Filmin ümumi bədii mahiyyətini müəyyənləşdirir; Ssenaridə müəyyən olunduğu kimi, filmin məzmun və süjet axınına nəzarət edir və onu təşkil edir. Aktyorların ifalarını həm mexaniki, həm də dramatik şəkildə idarə edir; Filmin çəkiləcəyi yerlərin müəyyənləşdirilməsi və təşkili işlərini həyata keçirir; Texniki detalların təşkili və idarə edilməsi; Rejissorun film üçün nəzərdə tutduğu bədii baxışı müəyyən edən hər hansısa digər bir fəaliyyət; Rejissorlar zaman-zaman rejissorluq etdikləri filmlərin ssenarilərini də yazırlar.
Teatr direktoru
Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir. İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür. Rejissorun əsas vəzifələri bunlardan ibarətdir: Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı Aktyorların seçilməsi Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı Səhnələr üçün yerlərin seçilməsi Kütləvi səhnələrin və xüsusi effektlərin təyini Əsas aktyorlarla danışıqların aparılması Əsər üçün musiqi konseptinin işlənməsi Çəkilişin aparılması (işin həcminin təyini) Arxiv materiallarının seçilməsi Çəkilmiş filmin incə emalı Son variantın hazırlanması Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək Aydın Dadaşov. Rejissorluğun üslub problemləri. Bakı: "Elm və təhsil", 2010.
Tele-direktor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Tele direktor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Televiziya direktoru
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Məlumatların Mühafizəsinə dair Direktiv
Baş texnologiya direktoru
Baş texnologiya direktoru (ing. chief technology officer), qısaca CTO — informasiya texnologiyalarından cavabdeh olan rəhbər.

Digər lüğətlərdə