Doğra şəklində də yazılıb. Türkmən dilində doqral kəlməsi var və ruscaya “становитьсяпрямым”kimi tərcümə olunub (müqayisə et: özünü doğrult, yəni düzəlt). Danışıqda (xüsusən Bakı əhli arasında) to deyil (düz deyil) ifadəsi çox işlənir. Doğru (doqra, to) sözünün mənası əyri sözünün əksidir, “düz” (“tərəf” mənası da var) deməkdir. Belə zənn etmək olar ki, doğru sözünün kökü “mənbə” (adekvat) mənasını verən doğ ad-feil omonimi ilə bağlıdır; doğanaq, doğmaq (gün doğdu-“gün mənbədən çıxdı” deməkdir) kəlmələri də həmin doğ sözü ilə bağlıdır. Başqa bir yozum da mümkündür. Türkmən dilində “turıqa karay” cümləsi “düz bax” deməkdir; həmin dildə turqı kəlməsinin mənası “duz” (прямой) kimi açıqlanıb. Buna əsaslanaraq deyə bilərik ki, sözün kökü doğ deyil, dor (dur, düz) feilidir. Başqa yozum: həqiqət, “qanunauyğunluq” mənasında törülük-doğuluq sözü, “düz olmayan” mənasında isə törüsüz-doğusuz sözləri olub. Belə çıxır ki, doğru sözü qanuni mənasını əks etdirib, qanuni isə “düz” deməkdir.Tuva dilində doğru sözünün yerinə dort kəlməsi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)