Dolanmaq kəlməsi ilə qohumdur, “ətraf” mənasında işlədilir. Dolayı yolla, birbaşa deyil, kənar vasitələrin köməyi ilə iş görməkdir. Dolanbacsözü ilə kökdaşdır. Əvvəllər “ətrafına fırlanmaq” mənasını əks etdirən dol feili mövcud olub (indi dolma sözündə qalır). “Çevirmək”dən çevrə əmələ gəldiyi kimi, “dolamaq”dan da indi işlədilməyən dola ismi əmələ gəlib. –yı şəkilçisi isə dola ismini sifətə çevirib (buğda ismindən buğdayı sifəti düzəldiyi kimi, dola ismindən də dolayı sifəti əmələ gəlib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)