FİTNƏKAR (fitnə törədən) Ağcaqum çöllərində fitnəkar ingilislər; İnsan qanını soran canavar ingilislər... (S.Rüstəm); ARAQARIŞDIRAN, PROVOKATOR “Provokator” – “araqarışdıran", “xuliqan” – “yaxşını pis qələmə verən” mənasına tərcümə etsəniz “provokatorlar", “Xuliqanlar” yəqin ki, mütərcimlərdən şikayət edərlər, böylə “gözəl” sifətlərdən onları məhrum etmək insafdan kənardır, zənn ediriz (N.Nərimanov); FASİQ Derlərsə əgər işbu səbəbdən mənə fasiq; Pək müftəxirəm mən də bu ali ləqəb ilə! (M.Ə.Sabir); FƏSADÇI [Baş nazir şaha:] Fəsadçıların başında duran yalnız Süleyman Mirzə deyil (A.Makulu); FİTNƏÇİ ...Fitnəçi gözünü aynaya açıb baxırdı (M.S.Ordubadi); İBLİS (məc.) Yer üzündə nə xəyanət, nə də iblis qalacaqdır (S.Vurğun); MÜFƏTTİN (arx.) Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar; Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar! (M.Ə.Sabir); ŞEYTAN (məc.) Şeytana rast gəlməsən nə var ki (H.Nəzərli); İĞTİŞAŞÇI, İNTRİQAÇI, İNTRİQAN.