GÖY

GÖY I is. Səma. Göylər qara pərdə çəkdi; Buludlardan öz-özünə (B.Azəroğlu).

GÖY II is. Göyərti, tərəvəz. Göy satanlar, meyvə satanlar bir-bir bazara axışır (Ə.Əylisli).

GÖY III is. məh. Yeznə, qızın əri. Ay Əhməd, sənin göyün məndən nə istəyir?

GÖY IV sif. Rənglərdən birinin adı. Göy sərvlər asta-asta yırğalayır başını (O.Sarıvəlli).

GÖY V sif. Xəsis. O yaman göy adamdır.

GÖRÜŞ
GÖYƏRMƏK

Digər lüğətlərdə