GÜLÇÖHRƏ

gülüzlü, üzü gülə bənzəyən; qəşəng.
GÜLÇİN
GÜLDANƏ
OBASTAN VİKİ
Gülçöhrə Məmmədova
Gülçöhrə Hüseyn qızı Məmmədova (24 aprel 1953, Vedi rayonu) — memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Respublikasının əməkdar memarı (2006). == Həyatı == Gülçöhrə Məmmədova 23 aprel 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. 1975-ci ilin sentyabr ayında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə həmin institutun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilmişdir. 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir. Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir. 1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Gülçöhrə Şəfiyeva
Gülçöhrə Məmməd qızı Şəfiyeva (23 aprel 1949 – 23 dekabr 2023) — Azərbaycan rejissoru, Prezident təqaüdçüsü (2018–2023). == Həyatı == Gülçöhrə Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aktyor Səyavuş Şəfiyevin bacısı idi. Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi. 23 dekabr 2023-cü ildə 74 yaşında vəfat edib. == Fəaliyyəti == Uzun illər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. G. Şəfiyeva 1994-cü ildən bu günə kimi Heydər Əliyev adına Sarayın baş rejissoru olub. Gülçöhrə Şəfiyeva Rusiyada (Moskva, Sankt-Peterburq), Gürcüstanda, Türkiyədə, Fransada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə hazırlanan tədbirlərin, Rusiyada, Misirdə, Birləşmiş Ərəb Əmirliyində keçirilən Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda Rusiya Federasiyası İlinin açılış mərasiminin quruluşçu rejissoru olmuşdur. G. Şəfiyevanın uğurlu işləri sırasında Ü. Hacıbəyov və M. Maqomayevin 110, Bülbülün 100, S. Aşurbəylinin 90, M. Maqomayev 60 illik yubiley tədbirlərini və "Gülüstan" Sarayında, habelə Bakı Əyləncə Mərkəzində keçirilən konsert proqramlarını xüsusi qeyd etmək lazımdır.

Digər lüğətlərdə