GÜNYƏ
GÜRCÜCƏ
OBASTAN VİKİ
Gürcü
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət. == Formalaşması == Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi.
Gürcü Arzusu
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Gürcü armudu
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. == Botaniki təsviri == Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Gürcü asteri
Hündürlüyü 15 (30)-60 sm, gövdəsi möhkəmdir, düzdür, kələ-kötür-qısa tüklü, yuxarı hissədə qalxanvari budaqlanmış çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları tamkənarlı, aşağı yarpaqları ellipsşəkilli-belvaridir, qaidəsinə doğru saplağa daralandır, küt və ya sivridir. == Çiçək == Səbət çiçək qrupu qalxanda toplanmışdır, yarımşarşəkillidir, eni 12–15 mmdir;qın yarpaqları uzunsov, küt və ya sivridir, yaşıl və ya tünd-qırmızı rəngdədir. Dilcikşəkilli çiçəkləri mavi rəngdədir, qından iki dəfə uzundur. == Meyvə == Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, adətən yumurtaşəkilli-uzunsovdur, tüklüdür. == Çiçəkləməsi == İyul == Meyvə verməsi == Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub. Orta dağ qurşağından, subalp qurşağına qədər. == Yaşayış mühiti == Çəmənliklərdə, kolluqlarda, meşə kənarında, töküntü yerlərdə, otlu yamaclarda rast gəlinir.
Gürcü ağcaqayını
Gürcü ağcaqayını (lat. Acer monspessulanum subsp. ibericum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin monpeliya ağcaqayını növünə aid bitki yarımnövü. == Ümumi yayılması == Rusiya (Dağıstan) və İranda (Elbrus dağı) təbii halda yayıldığı qeyd edilir. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda, Bozqır yaylasında, Naxçıvan MR-ın dağlarında və Lerikdə (Zuvand) kolluqların tərkibində yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. DD. == Bitdiyi yer == Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər daşlı quru yamaclarda, qayalıq yerlərdə seyrək meşəliklərdə dağınıq və ya qrup halında bitir. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 7 m-ə qədər olan ağac və ya koldur. Cavan budaqları açıqqəhvəyi rəngdə olub, çoxlu miqdarda ağımtıl mərcilərlə örtülmüşdür.
Gürcü boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. == Arealı == Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Gürcü böyürtkəni
Gürcü böyürtkəni (lat. Rubus georgicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Gürcüstan) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Altıağac ətrafında şərq tərəfdə meşə kənarında, kolluqlarda təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. VU D2. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşə və yol kənarında, nəmli yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == İllik budaqları tilli, keçətüklü, üzərində qeyri-bərabər, qaidədən basıq və oraqvaı əyilmiş tikanlıdır. Yarpqları barmaqvarı 5 yarpaqcıqlıdır.
Gürcü dili
Gürcü dili (ქართული ენა kartuli ena) — Kartvel dilləri ailəsində dil. Meqrel, laz və svan dilləri ilə bir kökdən olub, onlardan çox əski zamanlarda ayrılmışdır. Buna görə onlar arasında qarşılıqlı anlaşılma yoxdur. Gürcü dilinin Kaxetiyada, Kartlidə, Quriyada, İmeretiyada, Acarıstanda, Türkiyədə, Azərbaycanda və Iranda fərqli ləhcələri danışılır. Tərkibində çoxlu yunan, türk, ərəb və fars sözləri vardır. Gürcü dili Gürcüstanın rəsmi dövlət dili olmaqla yanaşı Gürcüstanda yaşayan bütün Kartvel (İber) xalqlarının ortaq dilidir. Çox zəngin dildir. Gürcü dili 1919-cu ildə yaradılmış Bakıdakı Azərbaycan Universitetində tədris edilirdi. 1950-ci illərdə İsveçrədə gürcü dilinin təfsilatlı dərsliyi işıq üzü gördü. 1970-ci illərdən bəri Almaniyanın Yena Universitetində professor Feynrix "Georgica" jurnalını təsis etmişdir.
Gürcü doqquzdonu
Gürcü doqquzdonu (lat. Lonicera iberica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Şimali İranda yayılmışdır. İlk dəfə Gürcüstanda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, alçaqboylu, dağınıq çətirli koldur. Yarpaqları 2-4 sm uzunluğunda qısa saplaqlı, xırda, yumurtavarı-ovalşəkillidir, hər iki tərəfi, xüsusilə alt hissəsi sıx tükcüklüdür. Çiçəkləri ağ və ya sarımtıl rəngli olub, xaricdən zəif tüklüdür, orta hissəsi qabarıqdır, 5-6 yaşından çiçəkləyir, nektarlıdır. Kasacığı sarımtıldır, yatıq tükcüklüdür. Vegetasiyası aprelin ikinci yarısından başlayaraq oktyabrın axırı, noyabrın əvvəlinə qədər davam edir. Tezböyüyən bitkidir.
Gürcü dоqquzdоnu
Gürcü fındığı
Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir.
Gürcü güləvəri
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, bozumtul-yaşıl qısa tüklüdür. Gövdəsi düz, dağınıq budaqlı, (25) 50- 70 (100) sm hündürlükdədir. Kökətrafı yarpaqları saplaqlı, lirəşəkilli lələkvari yarılmışdır. Seqmentləri lansetvari və ya xəttidir, sivri uclu, sivri uclu-dişli və ya eləcədə lələkvari bölünmüşdür, orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari yarılmışdır, az sayda xətti və ya lansetvari, xırda sivri ucludişli və ya tam kənarlı seqmentlərlə yuxarı yarpaqları tam (bütöv) kənarlıdır. Səbətləri çoxsaylı, tək yumurtavari, 8-12 mm enindədir. Sarğı yarpaqları solğun, dərivari, çılpaq, kənarları ensiz, ağ kirəmidvari xarici və orta enli oval və ya yumurtavari-oval təpə hissədə möhkəm əyilmiş tikanlı 5-25 sm uzunluqdadır, qaidədə genişlənmiş 1-3 sayda qısa nazik tikanlı, daxili yarpaqcıqlar uzunsov-xətti, dairəvi, qəhvəyi zarlı əlavə ilə. Çiçəkləri çəhrayı, yan çiçəkləri böyüməmiş olur. Toxumcaları 3-4 mm uzunluqda, uzunsov, açıq rəngli; kəkili ağ, toxumcadan 2 dəfə qısadır.
Gürcü gülәvәr
Gürcü itburnusu
Gürcü itburnusu (lat. Rosa iberica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70-100 (150) sm-ə qədər olan koldur. Yarpaqları 3,5-1,5 sm uzunluqda, 7-9 ədəd, ellipsvarı və ya tərs yumurtavarı formada, qaidə hissəsi pazvarı, kənarı iti mişardişli çılpaq və ya vəziciklərlə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyunda çiçək açır. Çiçək saplağı 15-20 mm uzunluqda olmaqla, üzəri hamar və ya qısa vəzilidir. Meyvəsi yumurtavarı və kürəşəkilli, hamar və ya çox qalın tüklü vəziciklidir. == Ekologiyası == Rütubətə, istiyə, soyuğa davamlıdır. Münbit torpaqlarad yaxşı bitir.
Gürcü kalliqrafiyası
Gürcü kalliqrafiyası (gürc. ქართული კალიგრაფია) — üç Gürcü yazısını istifadə edən, Gürcü dilinin kalliqrafik və ya bədii yazı şəkli. == Tarix == Gürcüstan əsrlik bir xəttatlıq məktəbi ənənəsinə sahibdir. Erkən əsrlərdən başlayaraq əl ilə yazılmış kitablar Gürcüstanda mədəni və milli bir hadisə oldu. Xristianlıq Gürcüstan ədəbiyyatının həyatında mühüm rol oynayıb, belə ki Gürcü pravoslav kilsəsi və onun keşişləri yazılı əsərləri və Gürcü xalqının tarixinin yazılı bilgilərini yaradaraq, Gürcüstanın yazılı həyatına yardım göstərdilər. Hər il, aprelin 14-də Gürcüstanda "Gürcüstan dilinin günü" qeyd olunur. Bu gün xəttatlıq müsabiqələri keçirilir, qaliblər bəlirlənir və Gürcüstan Milli Əlyazmalar Mərkəzi ən yaxşı xəttatlara mükafatlar verir.
Gürcü krallığı
Gürcüstan çarlığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 1008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi. Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.
Gürcü larisi
Lari (gürc. ლარი) — Gürcüstan Respublikasının pul vahidi. ISO 4217 – ya görə valyutanın kodu – GEL. 1995-ci il oktyabrın 2-də prezident Eduard Şevardnadzenin imzaladığı fərmana əsasən dövriyyəyə buraxılıb. Yeni pul vahidi köhnə kupona 1:1.000.000 nisbətində müəyyənləşdirildi. 1 lari 100 tetri xırda pul vahidinə bərabərdir. 06.11.2018-cı ilə olan məlumata görə 1 Azərbaycan manatı üçün 1,61 lari, 1 ABŞ dolları üçün 2,73 lari məzənnə təşkil etmişdir.Lari sözü Gürcü dilində xəzinə,vardövlət mənasındada işlənir. Hal- hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50 tetri və 1 lari, 2 lari, 10 metal pullar və 1, 2, 5, 10, 20, 50, 100Ş 200 lari banknotlar istifadə edilir. Həmçinin Gürcüstan Milli Bankı tarixi hadisələrə həst edilmiş müxtəlif nominalda yubiley və investisiya metal lariləri buraxır. === Lari işarəsi === 2014-cü il iyulun 8-də Gürcüstanın Milli Bankının (NBG) qubernatoru Giorgi Kadagidze milli valyutanın əlaməti və onun müəllifi üçün qalib gələn təklifi təqdim etdi. Gürcüstan lari öz əlamətinə malik idi.
Gürcü legionu
Gürcüstan legionu (gürc. ქართული ლეგიონი, kartuli legioni; alm. Georgische Legion‎) - İkinci dünya müharibəsi zamanı SSRİ qüvvələri tərəfindən döyüşən və əsir alınan gürcülərdən təşkil olunmuş legion. Gürcüstan legionu digər etnik toplumların legionları kimi mənsub olduqları xalqın SSRİ-dən müstəqil olması üçün mübarizə aparırdı. Gürcüstan legionu ilə yanaşı Azərbaycan və Ermənistan legionları da Vermaxt tərəfindən aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Gürcü legionu daha çox 1945-ci ilin aprel ayında Hollandiyanın şimalında yerləşən Teksel adasında başlatmış olduğu üsyan ilə məşhurdur. Vermaxt qüvvələrinə qarşı başladılan üsyan hərəkatına gürcü komandir Şalva Loladze rəhbərlik etmişdir. 45 gün davam edən üsyan nəticəsində gürcü legionuna daxil olan 565 gürcü əsilli şəxs öldürülmüş və legion məğlub olmuşdur. Baş verən hadisə İkinci dünya müharibəsinin son geniş həcmli döyüşlərindən biri sayılır. Gürcüstan legionu ilə döyüşdə 812 alman əsgəri öldürülmüşdür.
Gürcü mətbəxi
Gürcüstan mətbəxi — dünyanın zəngin və dadlı mətbəxlərindən biri. == Gürcü süfrəsi == Ənənəvi gürcü süfrəsi “Borjomi” ilə başlayır, “Suliko” ilə bitir. Arada isə yeməklər verilir. Dostluq və qonaqpərvərlik gürcülərin əsas xüsusiyyətləridir. “Qonaq Allah qonağıdır!” – qapısını qonaq açan istənilən gürcü evində belə deyirlər. Evin sahibi uzun stol açır, dostları çağırır, tamada dəvət edir, masanın üzərinə “Borjomi” suyu və ən yaxşı şərabını qoyur. Məsələn, tünd yaqut rəngli, zərif ətirli turş “Mukuzani” şərabı. Bütün dünyada məşhur olan daha bir gürcü şərabı – qırmızı kəmşirin “Kindzmarauli”dir. Təcrübəli şərabçılar onu “möhtəşəm, yetişmiş və tez təsirləndirən, nəfis giləmeyvə ətri və heyranedici dad verən şərab” kimi qiymətləndirirlər. Supra – gürcü süfrəsi həmişə sağlıqlarla və rəqslərlə müşayiət olunur.
Gürcü palıdı
Quercus iberica (lat. Quercus iberica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Аvrоpаdа və Qаfqаzdа yаyılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 32 m оlаn аğаcdır. Zоğlаrı qırmızımtıl-qəhvəyi rəngdə, çılpаqdır. Yаrpаqlаrının uzunluğu 5-18 sm, еni 3-7 sm, tərs və yа uzunsоv, оvаl fоrmаlı, dərivаri, üst tərəfdən yаşıl, pаrıldаyаn, аlt tərəfdən аçıq yаşıl tüklərlə örtülüdür. Оturаcаqdаn аzcа pаzvаri, nаdir hаllаrdа uc tərəfdən sıxılmış dilimlərə mаlikdir. Yаrıqlаrı kiçik оlduqdа, yаrpаq аyаsının yuxаrı və аşаğı hissələrinə dаhа yаxın оlur. Yаrpаqlаrın sаplаqlаrı 1-3 sm uzunluqdаdır. Mеyvələri оturаq və qısа sаplаqlıdır.
Gürcü qaramurdarçası
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Gürcü süsəni
Gürcü süsəni (lat. Iris iberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu nazik, sürünəndir, gövdə 4—20 sm (30) hündürlükdə, bir iri təpə çiçəyindən ibarətdir. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu uzun, silindrikdir. Çiçəkyanlığının xarici tərəfi 6-7 sm uzunluğunda, ağımtıl-sarı və tünd-qara ləkə və orta hissədə dırnaqcıqda tünd-qara tükcüklər var.
Gürcü xingalı
Gürcü xəngəli və ya xinkali (gürc. ხინკალი) — Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır.
Gürcü xingəli
Gürcü xəngəli və ya xinkali (gürc. ხინკალი) — Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır.
Gürcü xəngəli
Gürcü xəngəli və ya xinkali (gürc. ხინკალი) — Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır. Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. == Haqqında == Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir.
Ermənistan-Gürcüstan müharibəsi
== Müharibənin başlama səbəbi == Ermənistan keçmiş Tiflis quberniyasının Axalkalaki (A x a l k ə l ə k) və Borçalı qəzalarına qarşı əsassız iddia irəli sürdü. Azərbaycan Xalq Cüm-huriyyəti tarixi torpaqlarının öz sərhədləri daxilində birləşdirilməsi üçün fəal xarici siyasət yeritsə də, müharibəyə qoşula bilmədi. Lakin Ermənistan öz işğalçılıq planlarını müharibə yolu ilə həll etmək yolunu tutdu. Osmanlı imperatorluğu ilə Cənubi Qafqaz respublikaları arasında bağlanmış Batum müqavilələrinə (1918) əsasən, Gürcüstanla Ermənistanın sərhəd zolağında türk qoşunları yerləşmişdi. Oktyabrın 18-də türk qoşunları oradan çıxdılar və həmin yerləri Gürcüstanı müdafiə edən alman qoşunları tutdu. Birinci dünya müharibəsində (1914–18) məğlub olmuş Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etdikdə, Borçalı qəzasının xeyli hissəsi Gürcüstan hökumətinin nəzarətinə keçdi. Ermənistan Gürcüstana nota verərək, onun Axalkalakidən çıxmasını tələb etdi. Oktyabr-noyabr aylarında tərəflər arasında qarşılıqlı ittihamlar kəskinləşdi, ermənilər Axalkalaki və Borçalıda təxribatlar, silahlı toqquşmalar törətməyə başladılar. Ermənistan Axalkalakiyə süvari es-kadron, Borçalıya isə 4-cü erməni polkunun hissələrini göndərdi. == Müharibənin başlaması == Dekabrın 9-da hərbi əməliyyatlar başlandı.
Ermənistan–Gürcüstan münasibətləri
Gürcüstan–Ermənistan münasibətləri — Gürcüstan Respublikası və Ermənistan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əlaqələr 17 iyul 1992-ci ildə qurulmuşdur. Gürcüstan və Ermənistan arasında 80-dən çox anlaşma imzalanmasına baxmayaraq ikitərəfli münasibətlər bir mənalı deyildir. Ermənistan Rusiya ilə isti münasibbətlərə sahibdir və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən münasibətlərinə sahibdir. Gürcüstan isə Rusiya ilə ikitərfli münasibətlərə sahib deyildir, üstəlik Rusiyaya 2014-cü ildə tətbiq edilən sanksiyaya qoşulmuşdur. Gürcüstan isə həm Azərbaycan həm də Türkiyə ilə dost qonşuluq münasibətləri qurmuşdur. İki ölkə arasında dövlət sərhəddinin ümumi uzunluğu 219 km-dir. == Tarixi == Gürcüstan və Ermənistan əraziləri tarixən bir çox dövrlərdə eyni dövlətlərin tərkibi olmuşdur. XIII əsrə qədər hazır ki, Ermənistan ərazilərinin bir hissəsi Gürcülərin nəzarətində olmuşdur.
Ermənistan–Gürcüstan sərhədi
Gürcüstan–Ermənistan — Gürcüstan və Ermənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir. == Təsviri == Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Futbol üzrə Gürcüstan çempionatının qaliblərinin siyahısı
Fərəydanlı gürcülər
İran gürcüləri — İranda yaşayan gürcülərə verilən ümumi ad. İran gürcülərinin çoxu Mazandaran və Xuzistan(Dezful) və İsfahan ostanlarında yaşayır.
Gürcüstan–Ermənistan sərhədi
Gürcüstan–Ermənistan — Gürcüstan və Ermənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir. == Təsviri == Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Gürcüstan–Hindistan münasibətləri
Hindistan–Gürcüstan münasibətləri — Hindistan və Gürcüstan arasındakı ikitərəfli münasibətlər. Gürcüstan Nyu-Dehlidə səfirliyə sahibdir. Hindistanın İrəvanda yerləşən səfirliyi həm də gürcüstanda akreditə olunmuşdur. == Tarixi == Gürcü və hind xalqları arasında əlaqələr hələ qədim zamanlardan mövcud olmuşdur. Bunu gürcü xalq əfsanələrindən görmək mümkündüre. Əsasəndə Pançatantra təsiri böyükdür. Orta əsrlərdə gürcü missionerləri, səyyahları və tacirlərinin Hindistana səfəri məlumdur. Gürcülərin hətta Böyük Moğol İmperiyası saraylarında xidmət etmələri də məlumdur. Udaypuri Bequn Böyük Moğollar imperiyasının imperatoru Sultan Övrəngzebin həyat yoldaşı idi. gürcü kökləreə sahib idi.
Gürcüstan–Kiribati münasibətləri
Gürcüstan–Kiribati münasibətləri — Gürcüstan Respublikası və Kiribati arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Əlaqələr == Gürcüstan və Kiribati 28 sentyabr 2012-ci ildə ikitərəfli münasibətlər qurmuşlar. Bu Gürcüstanın Rusiyanın bölgədəki mövcudluğuna qarşı çıxmaq üçün Sakit Okean dövlətləri ilə daha sıx əlaqələr qurmağa çalışdığı bir vaxtda baş verir. İkitərəfli münasibətlərin qurulması Gürcüstanın Baş naziri Nikoloz Qilaurinin Yeni Zelandiyaya səfərindən təxminən bir il sonra baş verir. Gürcüstan Vellinqton hökumətindən Rusiya-Gürcüstan münaqişəsində Kiribatinin Gürcüstanın tərəfinə keçmək üçün təzyiq göstərməsini tələb tələb edir.. Ölkə əlaqələri məhdud olsa da Kiribati Prezidenti Anote Tong 2013-cü ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Gürcüstan Xarici İşlər Naziri Mayya Pancikidze ilə görüşür. O zamandan bəri Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq üçün Nauru, Tuvalu və Vanuatu kimi Sakit okean dövlətlərini lobbiçilik etmək cəhdlərinə baxmayaraq, Kiribati Gürcüstanın ərazi bütövlüyünün qəti tərəfdarıdır. 2018-ci ildə Kiribati BMT-nin Gürcüstan tərəfindən Abxaziya və Cənubi Osetiyadan məcburi köçkünlərin geri dönməsinə çağıran qətnamələrinə səs verən ölkələrdən biri olur. İki ölkə arasında diplomatik əlaqələrin qurumasına baxmayaraq demək olar ki, iqtiadi əməkdaşlıq yoxdur.
Gürcüstan–Meksika münasibətləri
Gürcüstan–Meksika münasibətləri — Gürcüstan Respublikası və Meksika arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki millət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Tarix == 8 iyun 1992-ci ildə Sovet İttifaqının dağılmasından qısa müddət sonra ölkələr arasında diplomatik münasibətlər qurulur. Münasibətlər qurulduqdan sonra, ölkələr üçüncü ölkələr vasitəsilə səfirləri akkreditə edirlər: Ankaradan Meksika, Vaşinqtondan Gürcüstan. 2008-ci ildə Cənubi Osetiyadakı silahlı qarşıdurma zamanı Meksika hökuməti bitərəf bir mövqe tutur və şiddətə son qoyulması üçün danışıqlar yolunu məsləhət görür. Meksika Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır və onları Gürcüstanın ayrılmaz hissəsi hesab edir. 2010-cu ilin sentyabrında Gürcüstanın Baş naziri Nikoloz Zuraboviç Gilauri Meksikanı ziyarət edir. Burada Meksikanın İspaniya İmperiyasından müstəqilliyini elan etməsinin iki yüzilliyinə həsr olunmuş şənliklərdə iştirak edir. 2010-cu ilin dekabrında Gürcüstan Prezidenti Mixail Nikolaeviç Saakaşvili Kankunda BMT-nin İqlim Dəyişikliyi Konfransına qatılır. 2011-ci ilin avqust ayında Gürcüstan Xarici İşlər Naziri Qriqol Vaşadze Meksikaya rəsmi səfər edir və Gürcüstanın bu ölkədə səfirliyinin açıldığını elan edir.
Gürcüstan–Myanma münasibətləri
Gürcüstan–Myanma münasibətləri — Gürcüstan Respublikası və Myanma arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Əlaqələr == Gürcüstan və Myanma arasında diplomatik münasibətlər 16 avqust 1999-cu ildə qurulmuşdur. 2003-cü il Gürcüstan Qızılgül inqilabından bəri, xüsusilə Myanmanın Rusiya ilə sıx əlaqələri səbəbindən dövlətlər arasındakı əlaqələr gərgin olaraq qalır. Gürcüstan Prezidenti Mixail Saakaşvili tez-tez Myanmanı Gürcüstanın fərqlənməyə çalışdığı avtoritar rejimin nümunəsi kimi göstərib. 2005-ci ildə ABŞ Prezidenti Corc Uoker Buş Tiflisə səfəri zamanı Amerikanın bu Cənub-Şərqi Asiya ölkəsində demokratik islahatlar aparmaq və totalitar hakimiyyətə son qoymaq cəhdlərini dəstəklədiyini bildirdi. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə illik müraciətində Prezident Saakaşvili beynəlxalq ictimaiyyəti Myanmada demokratiya tərəfdarı olan etirazları dəstəkləməyə çağırdı: “Bu gün bu böyük salonda Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərindən birini təsdiqləmək fürsətimiz var: hər kəsin azad və ləyaqətli bir həyat sürmə hüququ; Burma xalqı üçün azadlıq axtarmağa cəsarət edən yüz minlərlə rahibə və adi vətəndaşa dəstəyimizi ifadə edərək. Biz onlarla möhkəm dayanmalıyıq. Gerçəkdən geriyə baxacağımızı və birma rahiblərinin bu “Zəfəran inqilabını” planetimizdə qaçınılmaz azadlıq yürüşündə bir addım kimi xatırlayacağımızı ümid edirəm.” 2012-ci ildə Gürcüstan parlamenti tərəfindən "siyasi məhbus" kimi tanınan məhbusların sərbəst buraxılmasına dair bir qanun layihəsinə veto qoyaraq Prezident Saakaşvili, Gürcüstanın demokratik inkişafı ilə Myanmarın avtoritar rejimi arasında kəskin bir ziddiyyət yaratdı. Gürcüstanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan Myanma bununla belə Rusiya-Gürcüstan münaqişəsində davamlı olaraq Rusiya tərəfini tutmuşdur.
Gürcüstan–Polşa münasibətləri
Gürcüstan–Polşa münasibətləri — Gürcüstan Respublikası və Polşa arasındakı mövcud ikitərəfli münasibətlər. Gürcüstan və Polşa arasında diplomatik təmaslar XV əsrdə başlamışdır. Çağdaş ikitərəfli münasibətlər 28 aprel 1992-ci ildə qurulmuşdur. == Tarix == 1495-ci ildə Kartli çarı II Konstantin, türklərə qarşı dəstək axtararaq qərbə səfirlər göndərir. Missiyanın son hədəfi Papa və İspaniya kralları Ferdinand və İsabella sarayları olur. Yolda diplomatlar Litva və Polşa krtalları olan iki qardaş Aleksandr və Yan Yaqellonların hökmranlıq etdikləri kral sarayları olur. Türklərin ərazilərini genişləndirməsi ilə bağlı problemləri bu ölkələrdə yaşayırdılar. Səfirlər onları birliyə çağırırdılar. 17-ci əsrdə Reç Pospolita ilə Qərbi Gürcüstan knyazları arasında aktiv ticarət və diplomatik yazışmalar baş verirdi. 1997-ci ildə Polşa Respublikası Tiflisdə səfirlik açır.
Gürcüstan–Portuqaliya münasibətləri
Gürcüstan–Portuqaliya münasibətləri — Gürcüstan Respublikası və Portuqaliya arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. == Siyasi əlaqələr == Gürcüstan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Portuqaliya yeni dövlətin müstəqilliyini tanıyır. 23 may 1992-ci ildə iki ölkə arasında birbaşa diplomatik əlaqələr qurulur. Portuqaliyanın Gürcüstandakı ilk səfiri 1996-cı ildə akkreditə olunmuş Juan Paşenku Luis Qomes olur. Portuqaliya hələ Tiflisdə daimi bir səfirlik açmayıb və Türkiyənin paytaxtı Ankaradakı səfirliyi vasitəsilə ikiqat akkreditasiyaya malikdir. Lakin Portuqaliyanın fəxri konsulluğu Tiflisdə yerləşir. Gürcüstanın Portuqaliyadakı səfirliyi Lissabonda, Rua Fernão Soares No. 6-A ünvanındfadır. Bu ünvanda Gürcüstanın Portuqal Dilli Ölkələr Birliyi ilə əlaqələr bürosu da var.
Gürcüstan–Qazaxıstan münasibətləri
Gürcüstan–Qazaxıstan münasibətləri — Qazaxıstan Respublikası ilə Gürcüstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Qazaxıstan və Gürcüstan əlaqələri SSRİ dövründə Gürcüstan SSR–Qazaxıstan SSR münasibətlərinin tərkib hissəsi olmuş, iki ölkənin müstəqilliyinin bərpasından sonra yüksələn xəttlə inkişaf etməkdədir. Hər iki ölkə bir çox beynəlxalq təşkilatların üzvüdür (Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı). == Tarixi == İki ölkə arasında müstəqillik dönəmində ilk diplomatik əlaqələr 23 iyul 1992-ci ildə qurulmuşdur. İkitərəfli əlaqələrdə ilkin baza sənədi isə 1 iyul 1993-cü ildə imzalazmış Qazaxıstan–Gürcüstan müqaviləsidir. == İqtisadi əməkdaşlıq == Qazaxıstan Statistika Agentliyinin məlumatına görə 2012-ci ildə Qazaxıstanla Gürcüstan arasında mal dövrüyəsi 150 milyon dollar olmuşdur. Mövcud əlaqələr əsasən sənaye və turizm sahəsindən təmin edilir. Qazaxıstan hazırda Gürcüstanda investisiya yatırmaq imkanına malikdir. Bu məsələ Qazaxıstan üçün piaritetdir. Azərbaycan Dövlət Neft Şirkəti Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəqli üçün danışıqları davam etdirir.
Gürcüstan–Rusiya münasibətləri
Rusiya—Gürcüstan münasibətləri — Rusiya və Gürcüstan arasında iki tərəfli diplomatik münasibətlər. 1918-ci ildə Oktyabr İnqilabının səbəb olduğu Rusiya İmperiyasının parçalanması zamanı Gürcüstan müstəqillik qazanır. 1921-ci ildə Rusiya Qırmızı Ordusunun köməyi ilə Gürcüstan ərazisində Sovet hakimiyyəti qurur. Gürcüstan Demokratik Respublikası ləğvi ilə 16 fevral 1921-ci ildə Gürcüstan SSR elan edilir. 1922-ci ildə Gürcüstan SSR Azərbaycan və Ermənistan SSR ilə birləşərək Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasını (ZSFSR) qurur. 5 dekabr 1936-cı ildə ZSFSR ləğv edildikdən sonra Gürcüstan SSR ayrı bir qurum olaraq SSRİ-nin tərkibinə təmsil olunur. 1991-ci ilin dekabrında SSRİ-nin dağılması ilə Gürcüstan beynəlxalq birlik tərəfindən suveren bir dövlət kimi tanınır. 2008-ci ildə Cənubi Osetiyadakı silahlı qarşıdurmadan sonra Rusiya Gürcüstanın və BMT-nin əksər üzv dövlətlərinin Gürcüstanın bir hissəsi hesab etdiyi Abxaziya və Cənubi Osetiya Respublikalarının müstəqilliyini tanıyır. iki ölkə arasında beynəlxalq səviyyədə tanınan Rusiya-Gürcüstan sərhədinin uzunluğu 894 km-dir. == Tarix == Sovet İttifaqının dağılmasından sonra Gürcüstan millətlərarası qarşıdurmaların, siyasi qüvvələr arasında güc və təsir uğrunda silahlı mübarizələrin yaşandığı ölkəyə çevrilir.
Gürcüstan–Sloveniya münasibətləri
Gürcüstan–Sloveniya münasibətləri — Gürcüstan Respublikası və Sloveniya arasındakı mövcud ikitərəfli münasibətlər. İki Avropa ölkəsi arasında iki tərəfli əlaqələr 1993-cü ildə qurulmuşdur. Sloveniya Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Onun sadiq tərəfdaşlarından biri və qərbyönümlü bir yol qət edən ölkə olaraq sıx diplomatik tərəfdaşlığa geniş yer verir. == Tarix == Gürcüstan və Sloveniya arasında diplomatik münasibətlər 18 yanvar 1993-cü ildə qurulmuşdur. Üstəlik hər iki dövlətin müstəqillik qazanmasından cəmi iki il belə keçməmişdi (Gürcüstan SSRİ-dən, Sloveniya Yuqoslaviyadan). Sloveniya davamlı olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. 2008-ci ildə Sloveniyanın Baş naziri Janez Jansa, Rusiya-Gürcüstan müharibəsindən sonra Çexiya və Latviyadan olan həmkarları ilə görüşdükdən sonra bunları demişdir: Sloveniya 2015-ci il Avropa Şurası toplantısı zamanı Rusiyanı atəşkəslə bağlı öhdəliklərinə əməl etməyə və silahlı qüvvələrini Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağıran bir neçə ölkədən biri olur. Elə həmin il Sloveniya 69-u lehinə, 3 əlehinə olan Avropa İttifaqı və Gürcüstan arasındakı Assosiasiya Sazişini Milli Məclisində təsdiqləyən 21-ci Avropa Birliyi üzvü olur. Sloveniya 2008-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının Gürcüstan tərəfindən təsdiqlənən məcburi köçkünlərin Abxaziya və Cənubi Osetiyaya qaytarılmasına dair qətnaməsinə səs vermişdir.
Gürcüstan–Tacikistan münasibətləri
Gürcüstan–Tacikistan münasibətləri — Gürcüstan Respublikası və Tacikistan arasındakı mövcud ikitərəfli münasibətlər. İkitərəfli münasibətlər 4 avqust 1994 tarixində qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə Sovet İttifaqının bir hissəsi idi. Bu gün onlar Ümumdünya Ticarət Təşkilatının, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Ümumdünya poçt ittifaqı, UNESCO, Yer Müşahidələri Qrupu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdürlər və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər. == Fərqləndirici xüsusiyyətlər == == Tarix == Yarandıqlarından bəri münasibətlərin postsovet dövlətləri arasındakı münasibətlərə xas olan stereotipə görə qurulduğuna inanılır. İqtisadiyyatdan mədəniyyətə və elmə qədər bir sıra əməkdaşlıq sahələri hər iki tərəf üçün faydalıdır. 2003-cü ilin may ayında Özbəkistanın paytaxtı Daşkənddə Tacikistan lideri Emoməli Rəhmon Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze ilə görüşür. Görüşdə dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirir. Münasibətlərin hüquqi bazası bir neçə sənəddən ibarətdir: 4 avqust 1994-cü il tarixində imzalanmış Diplomatik əlaqələrin qurulması haqqında Protokol və iki idarələrarası razılaşma. Tərəflər ondan çox sənədin layihəsini nəzərdən keçirir.
Gürcüstan–Türkiyə münasibətləri
Türkiyə–Gürcüstan münasibətləri — Gürcüstan Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 273 km-dir. == Tarixi == 16 dekabr 1991-ci ildə Türkiyə Gürcüstanın müstəqilliyini tanımışdır. 21 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanmış, bundan sonra paytaxtlarda səfirliklər açılmışdır. Osmanlı İmperiyasının keçmişdə Gürcüstanı işğal etməsinə baxmayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadze Türkiyəni iqtisadi və diplomatik tərəfdaş kimi tanımışdır. Gürcülər Türkiyə ilə sərhədin açılmasından istifadə edərək ən yaxın kapitalist qonşusu ilə güclü ticarət fəaliyyətini inkişaf etdirməyə başladılar. 1992-ci ildə Gürcüstan mərkəzi ofisi Türkiyədə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qatılır. 1992-ci ilin dekabrında Türkiyə buğda və digər malların satın alınması üçün Gürcüstana 50 milyon dollar kredit verdi və bu ölkədəki özəl investisiyaları stimullaşdırmağa başladı. 1990-cı illərin əvvəllərində Gürcüstan Türkiyə ilə ölkələr arasında mövcud dövlət sərhədinin tanınması da daxil olmaqla bir neçə diplomatik müqavilə imzaladı.
Gürcüstan–Türkiyə sərhədi
Türkiyə–Gürcüstan sərhədi — Gürcüstan və Türkiyə arasında dövlət sərhədi. Ümumi uzunluğu 273 km-dir və qərbdən Qara dəniz sahillərindən şərqdə Ermənistanla sərhəd qovşağına qədər uzanır. == Təsviri == Gürcüstan-Türkiyə sərhədi qərbdən, Gürcüstanın kiçik Sarpi kəndinin cənubundakı Qara dəniz sahillərindən başlayır və daha sonra nizamsız bir zəncir boyunca şərqə uzanır. Sonra Aktaş gölündən keçərək Ermənistanla sərhəd qovşağına enərək cənub-şərqə geniş şəkildə əyilir. Bu sərhədin qərbİ Gürcüstanın muxtariyyatı olan Acarıstana məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalaYır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Gürcüstan–Türkmənistan münasibətləri
Türkmənistan–Gürcüstan münasibətləri — Türkmənistan Respublikası və Gürcüstan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əlaqələr 16 iyul 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. == Tarixi == 1991-ci ilə kimi Türkmənistan və Gürcüstan Sovet Sosialist Respublikaları İttifaqına daxil olan müttəfiq dövlətlərdən biri olmuşdur. 9 aprel 1991-ci ildə Gürcüstan, 1991-ci ilin 27 oktyabrında isə türkmənistan müstəqilliyini elan etmişdir. Tiflisdə Türkmənistanın, Aşqabadda isə Gürcüstanın səfirliyi vardır. 2014-cü il may ayının 20-dən Gürcüstanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Giorgi Karalaşvilidir. Türkmənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dövlətmurad Muradovdur. Ölkələr arasındakı əlaqələr tarixində əhəmiyyətli yeri yüksək səviyyədə təşkil olunan səfərlərdir. Türkmənistan Respublikasının ilk prezidenti Saparmurat Niyazov 1996-cı ildə Gürcüstana səfər etmişdir.
Gürcüstan–Ukrayna münasibətləri
Gürcüstan–Ukrayna münasibətləri — Gürcüstan Respublikası və Ukrayna arasındakı mövcud ikitərəfli münasibətlər. Gürcüstan Ukraynanın müstəqilliyini 12 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 22 iyul 1992-ci ildə qurulur. 5 aprel 1994-cü ildə Tiflisdə Ukrayna səfirliyi açılır. Gürcüstanın Ukraynadakı səfirliyi 19 avqust 1994-cü ildə Kiyevdə açılmışdır. 2013-cü ilin avqust ayındək Ukrayna-Gürcüstan münasibətlərinin hüquqi bazasına bir çox sahələrdə ikitərəfli münasibətləri tənzimləyən 130 sənəd imzalanmışdır. Əsas sənədlər "Ukrayna ilə Gürcüstan Respublikası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi", "Ukrayna ilə Gürcüstan arasında Strateji Əlaqələrin İnkişafına dair Bəyannamə"-dir. == Ticarət əlaqələri == 2008-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 800 milyon dollar olmuşdur. 2009-cu ildə bu göstərici 1,5 dollar, 2010-cu ilin əvvəlində isə 127 milyon dollar artım göstərmişdir. 2012-ci ildə Ukrayna Gürcüstanın üç əsas ticarət tərəfdaşından biri olur.
Gürcüstan–Vatikan münasibətləri
Gürcüstan–Vatikan münasibətləri — Gürcüstan Respublikası və Vatikan arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 5 may 1992-ci ildə qurulmuşdur. Gürcüstanın Vatikandakı səfirliyi Roma şəhəri 25 Via Toscana ünvanında yerləşir. Gürcüstanda Apostol Nunsiatursı isə Tbilisi, 40 Zghenti-də yerləşir. == Tarixi == Gürcüstan ilə Vatikan arasında diplomatik münasibətlər əsrlər boyu davam edir. Gürcüstan padşahları və şahzadələri Vatikanla tez-tez məktublaşır və səfirlik mübadiləsi aparırdılar. 17-18-ci əsrlərdə Gürcüstandakı Roma Katolik Kilsəsinin missionerlik fəaliyyətində əhəmiyyətli dərəcədə artım olmuşdur. Gürcüstan 1991-ci ildə müstəqillik qazanır və 5 may 1992-ci ildə Vatikan ilə diplomatik əlaqələr qurur. Gürcüstanın paytaxtı Tiflisdəki Apostol Nunsiatura həmçinin qonşu Cənubi Qafqaz ölkələri olan Ermənistan və Azərbaycanda da vatikanı təmsil edir. Karitas xeyriyyə fondu vasitəsilə Vatikan Gürcüstanda humanitar fəaliyyət göstərir.
Gürcüstan–Yaponiya münasibətləri
Gürcüstan–Yaponiya münasibətləri — Yaponiya və Gürcüstan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 3 avqust 1991-ci ildə, Gürcüstanın müstıəqilliyini elan etməsindən bir gün sonra qurulmuşdur. Yaponiya Tiflisdəki səfirliyini ancaq 2009-cu ildə açmışdır. == İqtisadi əlaqələr və maliyyə yardımları == Yaponiya Gürcüstana iqtisadi və mədəni inkişafın müxtəlif layihələrinin həyata keçirilməsində maliyyə yardımı göstərir. İki ölkə arasındakı ticarət balansı əsasən Yaponiyanın xeyrinədir. Yaponiyadan Gürcüstana əsasən avtomobil və sənaye məhsulları, Gürcüstandan Yaponiyaya isə ərzaq və kimyəvi maddələr ixrac olunur. == Hərbi əməkdaşlıq == 2011-ci ilin fevral ayında Gürcüstan Xarici İşlər Nazirinin müavini Nikoloz Vaşakidze Yaponiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Bürosunun xarici işlər üzrə baş direktoru Hiroşi Oe ilə görüşmüşdür. Görüşdə tərəflər Gürcüstan və Yaponiya arasında hərbi əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmişdilər. == Yaponiyanın Cənubi Osetiya və Abxaziya brəsindəki rəsmi bəyanatları == Yaponiya Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya olan ərazi iddialarını dəstəkləyir. 27 avqust 2008-ci ildə Yaponiyanın Xarici İşlər Naziri Masahiko Kumura, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini rəsmi olaraq tanımasından sonra Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyən rəsmi bir bəyanat vermişdir.
Gürcüstan–Özbəkistan münasibətləri
Gürcüstan–Özbəkistan münasibətləri — Gürcüstan və Özbəkistan arasındakı ikitərəfli münasibətlər. == İkitərəfli əlaqələr == === Ticarət və iqtisadiyyat === Gürcüstan Respublikası Eduard Şevardnadze 4 sentyabr 1995-ci ildə gürcüstana rəsmi səfərdə olmuşdur. Bu səfər sayəsində iki ölkə arasında ticarət və iqtisadi anlamda böyük irəliləyiş əldə edilmişdir. Səfər zamanı azad ticarət, investisiyaların qarşılıqlı təşviqi və mühafizəsi, beynəlxalq avtomobil nəqliyyatı, beynəlxalq avtomobil nəqliyyatı ilə bağlı icazələrin mübadiləsi, qarşılıqlı sistemin təşkili və fəaliyyətinə dair bir sıra sazişlər imzalanmışdır. Özbəkistan Prezidenti İslam Kərimovun 27-28 may 1996-cı il Gürcüstan səfəri zamanı imzalanmış dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilələr bu çərçivəni daha da gücləndirmişdir. Bunlardan ən vacibi Özbəkistan ilə Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi haqqında bəyannamə və maliyyə-sənaye qruplarının qurulması haqqında əsas razılaşmadir. İkitərədli əməkdaşlığın artırılması üçün özbək-gürcü işçi komissiyası təşkil olunmuşdur. 2000-ci ildə Gürcüstan və Özbəkistan arasında ticarət dövriyyəsi 1999-cu ilə nisbətdə 3 dəfə artmışdır. 2000-ci ildə Özbəkistanın Gürcüstana əsas ixracatını pambıq lifləri, enerji qaynaqları (neft məhsulları), ərzaq, kimyəvi maddələr və plastmaslar təşkil etdirdi. Gürcüstandan isə Özbəkistana meyvə, qoz, qəhvə, çay, şirniyyat, kimyəvi və ştapel lifləri, qara metallar və ondan hazırlanmış məhsullar, təyyarələr üçün avadanlıqlar.
Gürcüstan–İran münasibətləri
Gürcüstan–İran münasibətləri — Gürcüstan Respublikası və İran arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki öəlkə arasında rəsmi diplomatik münasibətlər 15 may 1992-ci ildə qurulmasına baxmayaraq, İran və Gürcüstan arasında min illərdir münasibətlər mövcuddur. Gürcüstanı İranda Tehrandakı səfirliyi təmsil edir. İranın isə Tiflisdə nümayəndəliyi vardır. İran Gürcüstanın vacib ticarət tərəfdaşıdır. == Tarix == 1991-ci ildə Gürcüstan Sovet İttifaqının dağılması ilə əlaqədar müstəqillik qazandı və İranla enerji, nəqliyyat, ticarət, təhsil və elm daxil olmaqla bir çox sahələrdə əlaqələr qurmağa başladı. 15 may 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulur. İran Gürcüstanın ən vacib ticarət tərəfdaşlarından biri halına gəlir. Hökumətlərarası ortaq iqtisadi komissiya belə fəaliyyət göstərir.

Digər lüğətlərdə