GEDƏRGİ

sif. Mütləq getməli olan, qala bilməyən. Gedərgi adam.
– Arazam, Kürə bəndəm; Bülbüləm, gülə bəndəm; Mən gedərgi qonağam; Bir şirin dilə bəndəm. (Bayatı).
Aşıq mənəm, qalalar; Bürcsüz olmaz qalalar; Çünki gedərgi olduq; Sağlıq ilə qalalar. Sarı Aşıq.

// Müvəqqəti, daimi olmayan.
Həqiqət eşqilə gəldik cahana; Onun hökmüylə də gedərgiyik biz. S.Vurğun.

GEDƏR-GƏLMƏZ
GEDƏRİ

Digər lüğətlərdə