GÖZÜQIPIQ

sif.
1. Gözləri tam açıla bilməyən, gözləri yarıyumulu olan.
// Kirpiklərini tez-tez döyən, gözlərini tez-tez qırpan.
2. məc. Hər şeydən qorxan, səksənən, diksinən; qorxaq, cəsarətsiz.
[Dəmir:] Xofludu, – dedi. – Yetim olub, gözüqıpıq olub.
Caynağına keçirtdiyi şeyi cəmi-aləm tökülsə də, onnan ala bilməz. İ.Məlikzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÖZÜQIPIQ qorxaq — ağciyər
GÖZÜKÖLGƏLİLİK
GÖZÜQIPIQLIQ

Digər lüğətlərdə