GƏDİK

Getmək feili zəminində yaranıb. Dağın bir tərəfindən digər tərəfinə keçmək üçün olan gediş (keçid) yerinə deyilir. Gədik öz formasına görə bir qədər çökək olur (yəhərə bənzəyir). Ona görə də buna ruslar “седловина” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

GƏDA
GƏLİN
OBASTAN VİKİ
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.
Gədik aşırımı
Gədik aşırımı – Culfa rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədikdağdan 500 m şərqdə aşırım (hünd. 2563,0 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin şərq kənarında yerləşir.
Heyran gədik
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır..
Qanlı gədik
Qanlı gədik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda aşırım. Oronim qanlı sifəti ilə Azərbaycan dilində "dağ belində batıq", "hündür dağ arasında yol", "dağ keçidi, aşırım" mənasında işlənən gədik sözündən əmələ gəlmişdir. 1918-ci ildə ermənilər həmin ərazidə azərbaycanlıları vəhşicəsinə qırmış, qan su yerinə axmışdır. Ona görə də bu dağ keçidi Qanlıgədik adlanmışdır. Tarixi hadisə ilə bağlı yaranan mürəkkəb oronimdir.
Gədik Əhməd Paşa
Gədik Əhməd Paşa (XV əsr, Serbiya despotluğu – 27 noyabr 1482 və ya 18 dekabr 1482, Ədirnə) — Fateh Sultan Mehmed səltənətində, 1474-1476 illəri arasında sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. == Həyatı == Bilindiyi qədəriylə Albaniyanın Avlonya şəhərində doğulmuşdur. II. Murad dövründə iç oğlanı olaraq saraya girmiş olması dəvşirmə mənşəli olduğunu ağla gətirməklə birlikdə, dəvşirmə olmaması da mümkündür. Alban mənşəli olması fikri xüsusilə, bir dəfə Albaniya səfərinə çıxmaq istəməməsi ilə əlaqələndirilir. Ancaq bu davranışının soydaşlarına qarşı döyüşmək istəməmək xaricində səbəbləri də ola bilər. II. Mehmed zamanında qısa bir müddət Rumeli Bəylərbəyliyi etdikdən sonra 1461-ci ildə İshaq Paşanın yerinə Anadolu Bəylərbəyliyinə gətirilmişdir. İlk olaraq 1461-ci ildə Qoyluhisarın fəthi ilə özünü göstərdi. 1469'da Qaramanoğullarından Konya Ərəylisi və Aksarayı ələ keçirdi; II. Mehmedin oğlu Şahzadə Mustafanı Qaraman hakimi olaraq Konyaya yerləşdirdi. Ertəsi il Əyriboğazın fəthi ilə nəticələnən səfərə qatıldı. Ardından vəzirliyə yüksəldildi.
Ağbad-i Gədik (Meşkinşəhr)
Ağbad-i Gədik (fars. آغ بد گدوك‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (40 ailə).
Fəthi Gədikli
Fəthi Gədikli (türk: Fethi Gedikli; (doğumu: 5 yanvar 1960) – Türkiyə hüquqçusu, hüquq elmləri doktoru, professor, diplomat. == Həyatı == Fəthi Gədikli 5 yanvar 1960-cu ildə Türkiyənin Akçaabat bölgəsinin Kuruçam kəndində doğulmuşdur. İbtidai və orta məktəbi doğulduğu kənddə tamamladıqdan sonra, 1979-1980-ci illərdə Hacettepe Universitetində ingiliscə hazırlıq, 1984-cü ildə İstanbul Universitetində hüquq fakültəsini bitirmişdir. === Ailəsi === Evlidir, üç övlad atasıdır. == Fəaliyyəti == 1988-1989-cu illərdə İngiltərənin Birmingham və London Universitetlərində bir il, 1992-ci ildə Misirin Qahirə Universitetində 10 aya yaxın bir müddətdə araşdırma aparmışdır. 1985-ci ildə Mərmərə Universiteti Hüquq fakültəsində elmi fəaliyyətə başlamışdır. 1989-cu ildə elm mütəxəssisi olmuş, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1998-ci ilə dosent elmi adına yiyələnmişdir. Fəthi Gədikli, 2004-cü ilin iyunundan 2007-ci ilin avqustuna qədər Azərbaycanda Mədəniyyət ve Tanıtma Müşaviri olaraq çalışmışdır. 2008-ci ildə Mərmərə Universitetində professor elmi dərəcəsi alan Fəthi Gədikli, Bakı, Astana, Almatı, Pavlodar və Leidendə mühazirələr oxumuşdur.
Gədikdağ
Gədikdağ — Azərbaycanın Culfa rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Qavaxlısu çayının mənbə hissəsidir. Konusvari formadadır (hünd. 2705,2 m). Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədik aşırımından 500 m qərbdə zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Gədikqışlaq
Gədikqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədikqışlaq oyk., mür. Quba r-nunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Gədik kəndinə məxsus qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Oykonim "Gədik kəndinin qışlağı" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 413 nəfər əhali yaşayır.
Gədikvəng
Gədikvəng — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-şərqdə, Erdəpin çayının sahilində, Alagöz çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edümişdir. Kəndin adı Qoturvəng, Qoduxvəng, Gedikvəng kimi göstərilsə də, Kəndin əsil adı "Gədikvəng"dir. Kəndin adı X əsrdə çəkilir. == Toponimi == Toponim Azərbaycan dilində "dağın beli, aşırım", "dağın belində batıq yer, aşırım, dağ keçidi" mənasında işləqək gədik sözü ilə, "dini məbəd, kilsə, abidə"mənasında işlənən vəng sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1946-cı ilədək Qoturvəng adlanmışdır, lakin yerli tələffüz forması Qoduqvəngdir. Əgər toponim Gədikvəngdirsə, onda Azərbaycan dilində gədik və vəng "kilsə" sözlərindən ibarətdir və "gədikdə (dağ belində batıq yerdə) yerləşən vəng" mə’nasını verir.
Yusif Gədikli
Yusif Gədikli (türk. Yusuf Gedikli; 1954) — Türkiyə ədəbiyyatşünası, publisisti və tərcüməçi 1954-cü ildə Trabzona bağlı Akçaabat ilçəsinin Kuruçam kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə (1967), orta məktəbi Akçaabatda (1970), lisey təhsilini Vanda (1974) bitirmişdir. 1975-1980-ci illərdə Ərzurum Atatürk Üniversiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyatı bölümündə təhsil almışdır. Universitetdən “Hüseyn Cavid Rəsizadənin “Uçurum” və “İblis” dramları üzərində bir çalışma; incələmə - mətn” mövzusunda yazdığı araşdırma ilə məzun olmuşdur. Magistratura 1992-ci ildə İstanbul Universitesinin jurnalistika bölümünü bitirmişdir. “Azərbaycan mətbuatında əlifba müzakirələri (1990-1992) mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. 1993-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorantura təsili almış,“Şəhriyarın həyatı və sənəti (türkcə divanı əsasında)” mövzusunda (17 mart 1995) dissertasiya müdafiə etmişdir. 1974- 2001-ci illərdə Türkiyənin Zonguldak, Ərzurum, Trabzon, Ankara və İstanbul şəhərlərində sağlık məmuru, müəllim və rəhbər vəzifələrdə çalışmışdır. Güzin xanımla evlilikdən Betül ve Mustafa adlı iki övladı vardır.
Gədikli
Fəthi Gədikli – Türkiyə hüquqçusu, hüquq elmləri doktoru, professor, diplomat.

Значение слова в других словарях